İqtisad və israf

İqtisad və israf

Hər iki kəlmə də “istifadə etmək” mənalarına gəlir. Amma..

Bəli, işin “əmması” var. İqtisad “bir şeyi məqsədinə uyğun istifadə etmək”, israf isə “bu məqsədə uyğun olmayaraq sağa-sola sovurmaq yoluyla istifadə etməkdir”.

Həqiqətən orta yollu, yəni ifrat və təfridə düşmədən görülən iş heç bir zaman nə insanların qınağına, nə də peşmançılığa  səbəb olar. Çünki Allah bunu açıqca “Nə əlini boynuna qoyaraq bərk ol, nə də əlini tamamilə açaraq israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan” (İsra, 17/29) ayəsində bildirərək sanki iqtisad nəzəriyyəsinin bünövrəsini qoymuşdur.

Günümüzdə, dünyanın içində çırpındığı iqtisadi böhranın bir çox səbəbləri vardır. Lakin “eqo” və “affluenza” xəstəlikləri heç şübhəsiz ki, bu səbəblərin başında gəlir. “Şərtlər nə olursa olsun hər şey məndə daha çox olsun və özüm bilərəm” fəlsəfəsi dünyanı caynağına alan insani ve iqtisadi böhranlar ortaya çıxarmışdır.

ABŞ-ın ən zəngin şirkət və bank “patronlarının” illik cəmi 1 dollara çalışma  müqabilində qurumlarının xilası üçün mədəd ummaları hər şeyi izah etməyə kifayət edər yəgin ki.

Bəli, israf elə bir burulğandır ki, bir anda hər şeyi alt-üst edib, hegemon zənginləri də başqalarına möhtac vəziyyətə düşürə bilir.

“Qənaət bitməz-tükənməz xəzinədir” hədisi-şərifi bu baxımdan insanın iqtisadi həyatında önəmli bir düstur olmalıdır.

“Çox çalış, qazan, istədiyin kimi xərclə” fəlsəfəsi günümüzdə artıq iflas etmişdir. Demək ki, həqiqi bir cəmiyyət təşəkkülü üçün sadəcə var-dövlət sahibi olmaq kifayət etməz. “İnfaq” mexanizmini işə salaraq toplumun digər fərdlərinin də əlindən tutmaq bir minnət deyil, zərurətdir.   

“İqtisad etmək ruzinin yarısıdır. İqtisadlı olanı Allah zəngin edər, israf edəni Allah kasıblaşdırar” kəlamını unutmamaq və bu kəlamı daima günlük həyatımızın başlanqıc nöqtəsi təyin etmək lazimdir. Çünki Allah təala:

Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha, 124) buyurmuşdur.

Ayeyi-kərimədə keçən “dankə” kəlməsi “dar güzəran”, “sıxıntılı gün” mənasına gəlməkdədir. Yəni insan, Allahı və onun əmrlərini, qadağalarını diqqətə almamaqla tamamilə maddi hərislik qurbanı olmağı sanki öz iradəsi ilə istəyərək məhşərə gözü kor getməsinə səbəb olacaq. O zaman insanın beyninə “danq” edəcək, amma artıq iş-işdən keçmiş olacaq. Odur ki, var-dövlət insanın dünya və axirətdə məhv olmasına deyil, tam əksinə həm özünün, həm də yaşadığı toplumun səadətinə xidmət edən bir vasitə kimi istifadə edilməlidir. Bunun da yolu “iqtisad” və “infaq”dan keçir.

İsraf, zəngin olsa belə müsrif insanın məişətinin daralmasına aparır. Məişətin daralması isə belə bir həyat tərzinə vərdiş olmayan insanı psixoloji narahatçılığa, depressiyaya, səbirsizliyə və nəhayət -Allah qorusun- küfrə qədər aparıb çıxarır. Bütün bunların çarəsi heç şübhəsiz yuxarıdaki ayeyi-kəriməni dəfələrcə mütaliə edərək oxumaq və Allahın qoyduğu əxlaqi və iqtisadi prinsipləri çeynəməməkdir.     

Xülasə, “maddi güc mənimdir, istədiyim kimi rəftar edərəm” zehniyyəti bir dönəmin sonunu gətirdi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz