Qiyamətə Qədər Davam Edəcək Sevgi

Qiyamətə Qədər Davam Edəcək Sevgi

Allah (c.c) insanlar arasından fəzilət, şərəf və izzət baxımından Hz. Məhəmməd (s.ə.s)-i seçdiyi kimi, ümmət arasından da Əhli-beyti bu üstün sifətlərlə bəzəmişdir.

 Əziz Peygəmbərimiz (s.ə.s) hər bir müsəlmana necə əziz və müqəddəsdirsə, onun Əhli-beyti də o dərəcə əziz və sevimlidir. İmanımızın kamillik zirvəsinə çatmasının, Əziz Peygəmbərimiz (s.ə.s)-i sevməkdən keçdiyini yəqin ki, çoxumuz bilirik. “Sizdən biri məni, ata-anasından, öz uşağından və bütün insanlardan daha çox sevmədikcə (kamil) iman etmiş olmaz” (Buxari; İman, 15) Elə Əhli-Beyti də sevmək, onlara ehtiram bəsləmək, o mübarək Rəsulu sevmək, bunun nəticəsində isə Allah (c.c)-nun sevgisini və rızasını qazanmaq, ona daha da yaxın olmaq deməkdir.

            Onlara sevgi və ehtiram bəsləməyimizin onları xeyir-dua ilə anmagımızın nə dərəcə əhəmiyyətli oldugunu hər gün beş dəfə qıldıgımız namazlarda onlara xeyir-dua göndərməyimiz bizlərə daha açıq bir şəkildə göstərməkdədir. Uca Allah yalnız onlara beş vaxt namazda salətu-salam oxumağı və Peygəmbər (s.ə.s)-in adının  yanında onların da adlarının anılmasını uyğun görmüşdür.
            Qurani-Kərimdə; “Şübhəsiz Allah və mələkləri peyğəmbərə salət (rəhmət və dua) edirlər. Ey iman edənlər! Siz də ona salət və salam edin.” (əl-Əhzab, 56) buyurulmaqdadır. Bu ayə nazil olduqdan sonra səhabələr Peyğəmbərimizdən ona necə salavat gətirəcəklərini soruşdular. Peygəmbərimiz (s.ə.s) də onlara bu şəkildə salavat gətirəcəklərini öyrətdi: Allahummə salli alə Muhammədin və alə ali Muhamməd. (Allahım, Məhəmmədə və onun ailəsinə salam olsun!)

            Heç şübhə yoxdur ki, Əhli-beyti sevmək eyni zamanda Mübarək Peyğəmbərimiz (s.ə.s)-in müqəddəs əmanətinə də sahib çıxmaq deməkdir. Zeyd bin Ərkam (r.a)-dan gələn bir rəvayətə görə Peygəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Şübhəsiz, (axirətə) çağırılıb getməyim yaxınlaşmışdır. Sizə iki böyük əmanət qoyub gedirəm. Biri Əziz və Cəlil olan Allahın kitabı Qurandır. Diğəri də gözümün nuru Əhli- beytimdir. Allahın kitabı Quran; səmadan yer üzünə uzadılmış (ilahi ve nurani) bir ipdir. Lətif və Xəbir olan (hər şeyi bilən Rəbbim) mənə bildirdi ki, Quranla Əhli-beytim (axirətdə)Kövsər hovuzunun başında mənə gələnə qədər bir-birindən ayrılmayacaqdır. Elə isə, (sizə əmanət ettiyim) bu iki şeydə mənə  necə xələf olduğunuza (məndən sonra onlara necə davranacağınıza) yaxşı fikir verin; onların haqqını qorumağa çalışın!” (Əhməd, Müsnəd, 111, 17; Tirmizi, Mənaqib, 3788)

            Elə bu səbəblə Peyğəmbər (s.ə.s)-in gerçək aşiqi Hz. Əbu Bəkr Siddiq (r.a) bu əmanətə sahib çıxmağımızı tövsiyə edərək belə demişdir; “Rəsulullahn Əhli-beytini sevib məmnun edərək Rəsulullah (s.ə.s)-in xətrini saxlayın. Vallahi, Rəsulullahın yaxınlarının haqlarını qorumaq, mənim üçün öz yaxınlarımın haqlarını qorumaqdan daha sevimlidir.” (Buxari, Fədailu Əshabin-Nəbi, 12)

            Əhli-beyt İslam səmasının parlaq uldızları və işıq saçan günəşidir. Onlar Rəsulullah (s.ə.s)-ə tabe olan kamil insanlıq örnəkləridirlər. Onlar Hz. Peyğəmbər (s.ə.s)-in elm qaynağından faydalanmış, peyğəmbərin  evində böyümüş, onun yolundan getmişlər. Onlar ümməti Allahın Kitabına və Hz. Peyğəmbərin sünnəsinə sarılmağa dəvət edərək öz yaşayışlarında da bunun ən gözəl örnəyini nümayiş etdirmişlər. Onlar xalqı haqqa çağırmış, bir an belə haqtan uzaq qalmamışlar. Onlar Qurani-Kərimdə açıqlanan bütün dəyərlərin və uca məqamların ən gözəl örnəkləridirlər. Qurani-Kərim onlar haqqında açıqca belə buyurur:
“Allah, ancaq siz Əhli-beytdən hər çür kiri və pisliyi aparıb sizləri tərtəmiz etmək istəyir.” (əl-Əhzab, 33)

Bəli, Əhli-beyti sevdiyini iddia etmək dillə söylənən quru bir sözdən ibarət deyildir. Onları sevdiyini söyləyənlər bütün işlərində o mübarək insanları örnək almalıdırlar. Hz. Əli (r.a) kimi cəsur, qəhrəman və eyni zamanda elm və hikmət əhli olmalı, Hz. Fatimə (r.anhə) kimi iffətli və təqvalı olmalı, Hz. Həsən (r.a) kimi həlim və səlim olmalı, Hz. Hüseyn (r.a) kimi şəhidlik eşqiylə yanıb tututşmalıdır.

            Qiyamətə qədər davam edəcək olan sevginin müsəlmanların qəlbində pərçimlənməsinin səbəblərindən biri də İbn Abbas (r.a)-dan rəvayət olunan bu hədisdir.

 Rəsulullah (s.ə.s.) belə buyurmuşdur; “Sizi hər cür nemətləriylə bəslədiyi üçün Allahı sevin, Allah sevgisiylə məni sevin və mənim sevgimlə də Əhli-beytimi sevin!..” (Tirmizi; Mənaqib, 3789)

            Nə qədər ki, aramızda Qurani-Kərim  var, nə qədər ki, ümməti-Məhəmməd var, nə qədər ki, Əhli-beyt aşiqləri var bu sevgi bitməyəcək. Qiyamətə qədər davam edəcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz