QARASU ÇAYI

QARASU ÇAYI

Şəki şəhərinə çatmamış,  Qarasu çayı ilə qarşılaşırıq. Çayın içində daş, qum, balıq, qurbağa və yarpaqdan başqa nə axar deyirsinizsə, gəlin əyilib içindən nələr axdığına baxaq. ...Qara yazı, qara bəxt, qara bağ, qara bazar, qara üz, qara xəbər... Gördüklərimin hamısını saymasam  nə olar? Qanım qaraldı...

Bu qara rəngə halal olsun, içimizə qədər girib qanımızı qaraltma gücünə sahibdir. Təkcə qanımızı qaraltmaqla kifayətlənsə... Qurani-Kərimdə keçən qaralmış qəlblər, qaralmış üzlər ifadəsini xatırladıqca qar, qara və qərar sahiblərindən qorxmalı olduğumuzu düşünürəm.

Dünyada hakim şeytan təsəvvürünün qara rənglə simvollaşdırılması, hər günahın qəlbdə qara bir ləkə qoyması, pis  işlərlə məşğul olanların qaranlıq adamlar adlandırılması da qara rəngin qüvvət təzahürlərindəndir. Başqa cür desək, ilk növbədə silahlardan başlamaq şərtiylə dünyada güc və qüvvət rəmzi olan nə varsa əksəriyyətinin rəngi qara və onun çalarlarıdır.

“Qara rəng asanlıqla kirlənməz, amma hər rəng kirlənməmək için ondan  qorxar” Bu tərif işığında qaranlıq işlərin və qaranlıq adamların yuvası deyə biləcəyimiz mafiya adamlarının və liderlərinin ümumiyyətlə qara rəngə üstünlük vermələri düşündürücüdür. Hansı dil, rəng və ideologiya üzərində olursa-olsun terrorla məşğul olanların eynən mafiya adamları kimi qara rəngi seçdikləri müəyyənləşmişdir. Satanistlərin də arası qara rənglə və pişiklərlə yaxşıdır.

Qara rəng eyni zamanda son, hüzn, yalnızlıq, matəm kimi duyğuları ifadə etmək üçün işlənir. Qara, sirrin və doğumun rəmzidir. Qaranlıq bir ana bətnindən dünyaya gəlirik. Yediklərimizi və içdiklərimizi göndərdiyimiz qarın qara kökündən törəmişdir və qarın da qəbir kimi qaranlıqdır. Qarın və qəbirdəki qaranlığın ikinci əsas xüsusiyyəti hər ikisinin əzici, əridici və parçalayıcı olmasıdır. Xarabalıq quşu dediyimiz bayquşlar qaranlıq məkanların ən yaxşı gözətçiləridir.   

Təyyarə və gəmilərdə batma təəssüratı yaratdığı üçün qara rəngdən istifadə edilmir.

Qara, yalnız neqativ mənalara gəlmir. Gücün, sirrin, dissiplinin, rəsmiyyətin və qüdrətin də rəmzidir. Dünyadakı bütün liderlərin xidməti maşını qara rəngdədir. Qara torpaq münbitdir, qara buludlar da yağış yağacağından xəbər verir. Bir sözlə qara rəng bərəkətdir. Kəbə bütün əsrarı, bərəkəti və qüdrəti ilə qara örtülərin altında gizlənmişdir. Hz. Peyğəmbər (s.ə.s) 10000 nəfərlik ordunun önündə, tərk etmək məcburiyyətində qaldığı Məkkəyə girərkən mübarək başında qara rəngli sarıq vardı. (Müslim, Həcc, 45)

Deyilənə görə Eynşteyn fikrini toplamaq üçün gün işığı keçirməyən qara pərdəli otağa girərmiş. Qara rəng insanın təfəkkür dünyasının genişlənməsinə səbəb olur. Buna bənzər hal gecə ibadəti və təfəkkürü sayəsində də əldə edilə bilir. Oxu əmrini alana qədər Hirada olduğu kimi qaranlıqlara meyil etmək lazımdır. Bəzən də Əshabi-Kəhf kimi şəhər, elektrik, maşın, internet, hər nə varsa arxada qoyaraq, qaranlıq mağara, rütubət, kif qoxusu tərcih edilməlidir.

Bəşər tarixi mənəm-mənəmlik qovğalarıyla doludur. Bu qovğaların ən acılarından biri də nəhəng Afrika qitəsinin köləliyə məhkum edilməsidir. Rəng, sinif, rütbə kimi fərqliliklər yerinə Allah ilə olan münasibətlərin keyfiyyətinə görə qiymətləndirmə məntiqini qoyan islama görə insanlar bir darağın dişləri kimi bir-biri ilə bərabərdirlər. İnsanların ən yaxşısı təqvası ən çox olandır.

 Rəngi səbəbiylə təhqiredici baxışlara məruz qalan bir qaradərili “niyə elə baxırsan, boyanı bəyənmədin, yoxsa boyayan ustanı?” deyə cavab vermişdir.

Səhabədən Əbu Zər həzrətləri də Bilal Həbəşiyə “Ey qara qadının oğlu” demişdi. Bunu eşidən Rəsulullah (s.ə.s) də: “Ey Əbu Zər, səndə cahiliyyət xəstəliyindən nişanələr var. Anasının rənginə görə oğlunumu ayıbladın?” demişdi. Bu sözdən sonra başını Bilal Həbəşi həzrətlərinin qapısının kandarına qoyan Əbu Zər: “Vallahi, Bilal ayaqlarıyla bu başımı tapdamadıqca yerdən qalxmaram” demişdi. Üzrxahlığı qəbul edən Hz. Bilal: “Bu baş tapdanmağa deyil, öpülməyə layiqdir” deyərək dostunun alnından öpmüşdür. Ağ-qara ayrı-seçkiliyi edən və ya etnik olaraq özünü üstün görüb digərlərini xor görənlərdən görəsən neçəsi təhqir etdiklərinin qapısına başını qoya bilir? Əbu Zərin başını Bilalın ayaqları altına uzadan sevgisinə qoçlar deyil, canlar qurban olsun.

Türkiyə türkcəsində çox yorulmağı  ifadə etmək üçün “ayağıma qara sular endi” deyirik. Ayaqdakı qara sular toplanaraq Qarasu çayını, Qarasu çayı da gecə-gündüz axaraq Qara dənizi doldurur. Qarasu çayına baxsanız Barak Obamanı, Bilal Həbəşini, Hz. Peyğəmbərin  gara sarığını Eynşteyni görə bilər, özünüzdən “sən kimsən” deyə soruşarsınız.

Su olsun, palçıqlı olsun. Çay olsun, qara olsun...

Su kimi əziz olmaq duasıyla...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz