Maraq Dünyası
Bunun üçün əvvəlcə bilmək lazımdır ki, kamera ilə fotoaparat arasında texniki pöqteyi nəzərdən elə də böyük fərq yoxdur. Fotoaparatın düyməsinə bir dəfə basdıqda xanaya yalnız bir görüntü qeyd edilir, kamerada isə hərəkət edən lent üzərində saniyədə 24 görüntü qeyd edilir. Bunu eyni sürətlə bir ekranda əks etdirsək gözümüz ard-arda gələn xanalardakı kiçik fərqləri seçə bilmədiyi üçün davamlı və hərəkətli bir görüntü olaraq görər.
İndi isə keçək filmlərdəki təkərlər məsələsinə. Kavboy filmlərindəki at arabalarının və ya qatarların təkərləri miniyin hərəkəti ilə irəliyə doğru fırlanmağa başlayır. Miniyin sürəti artdıqca ekrandakı görüntüdə təkərlərin dönmə sürəti getdikcə yavaşlayır, bir anlıq dayanır və sonra miniyin irəli getməsinə baxmayaraq təkərlər tərsinə dönməyə başlayır. Daha doğrusu bizim gözümüzə elə görünür.
Təkərləri saniyədə 24 dəfə fırlanan və sürətlə gedən bir at arabası düşünək. Bunu saniyədə 24 xana çəkən bir kamera ilə görüntüləsək, hər xana təkərin eyni formasını eyni nöqtədə göstərəcəyi üçün gözümüz təkəri dayanmış olaraq görər.
Təkərlərin fırlanma sürətinə bağlı olaraq lentin hər xanası təkərin tam dövr etməmiş halını görsədərsə, bu dəfə də təkərlər geri fırlanırmış kimi görsənər. İstər at arabaları, istərsə də qatarlarda təkərlərin mərkəzi ilə çevrəsi arasında bağlayıcı hissələr olduğuna görə bunların mövqeləri və sayları daha dəyişik fırlanma sürətlərində də eyni görüntünü verərək gözü aldadır. Əgər təkərlər düz dairə şəklində olan bir qapaqla örtülsə bu görüntü aldatması olmaya bilər.
Kino mövzusunda ən çox təəccüb edilən hadisələrdən biri də səssiz kino zamanındakı keçmiş filmlərdə insanların nə üçün sürətli hərəkət etmələridir. Əslində bunun iki səbəbi var. Birincisi, ilk kino lentləri saniyədə 16 görüntü çəkirdi ki, bu da müasir, saniyədə 24 görüntü göstərən cihazlarla göstərildiyi zaman hərəkətlər təxminən yüzdə əlli sürətlənir.
Digər bir səbəb isə köhnə filmlərin çoxu kinokomediyalardı və onların sürətli göstərilməsi filmləri daha da gülməli edir. Bu səbəblə o zamanlarda, yəni XX əsrin əvvəllərində bəzi kinokomediyalar aşağı sürətlə çəkilir, saniyədə 16 görüntü sürətiylə göstərilərək personajları daha da komik edirdi. Müasir filmlərdə də bəzən personajlar sürətli hərəkət etdirilərək komediya, yavaş hərəkət etdirilərək romantika və ya daha çox şiddət təsiri yaratmaq üçün bu kimi yollara əl atılır.
BÜTÜN CANLILAR BİR ƏŞYAYA BAXDIQDA EYNİ ŞEYİ GÖRÜRLƏRMİ?
Hər canlının gözü və görmə sistemi onun yaşadığı həyata uyğun olaraq yaradılmışdır. Hər canlının gecə və ya gündüz yaşadığı, ov ilə bəsləndiyi, quruda, havada və ya suda yaşadığı insanı heyrətə salacaq bir şəkildə onun gözlərindən anlaşılır.
İnsan ətrafında olanları üç ölçülü (en, uzunluq, hündürlük) görə bildiyi (yəni sağ və sol gözü cismləri eyni zamanda seçə bildiyi) üçün dərinlik hissi olan nadir canlılardandır. İnsanda sağ və sol gözün görmə nisbəti çox cüzi bir fərqlə demək olar ki, kəsişir və bu cüzi fərq də üç ölçülü görməyi meydana gətirir. Heyvanlar sol gözlə sol, sağ gözlə də sağ tərəfi görürlər. Bu səbəblə ətraf aləmi bir rəsm tablosu kimi görürlər, yəni dərinlik ölçüsü yoxdur.
Dovşan başını çevirmədən eyni zamanda həm arxasını, həm önünü görə bildiyi üçün arxadan səssiz yaxınlaşıb onu tutmaq mümkün deyil. Ancaq bir dovşan başını sağa və ya sola çevirmədən yanında olan şeyi görə bilmir. At isə başını xəfifcə çevirdikdə arxasında olan hər şeyi görür.
Beləliklə ot yeyən heyvanların arxalarından yaxınlaşan yırtıcı heyvanları görüb onlardan qaça bilmələri mümkündür. Yırtıcı heyvanlar isə gözləri öndə olduğu üçün görmə sahələri dar olsa da çox inkişaf etmişdir, yəni şikarın uzaqlığını çox asanlıqla seçə bilirlər.
Begemotların gözləri qulaqlarına yaxındır və bununla da ağır vücudları suyun içində olsa belə ətrafı asanlıqla görə bilirlər. Arının 12000 gözü vardır, gözü meydana gətirən bu minlərlə gözcüyün hər biri ayrı-ayrılıqda bir gözdür. Buqələmunun gözləri bir-birindən ayrı çalışır. Bir göz ovu izləyərkən digər göz ətrafı müşahidə edə bilir. Eşşəklərin gözləri elədir ki, onlar həmişə ayaqlarının dördünü də görə bilirlər.
Qurbağanın gözünün həcmi isə, ancaq önündən keçən bir milçəyi görüb tuta biləcəyi qədərdir. Köstəbəyin toplu iynənin başı böyüklükdəki gözləri onun torpaq altındakı yaşayışı üçün kifayətdir. Bəzi heyvanlar rəngləri çox aydın görə bildiyi halda, bəzi heyvanlar isə rənglərə qarşı həssas deyildirlər.
İnsan gözü isə digər canlılardan fərqli olaraq daha az məqsəd üçün işlədilməsinə baxmayaraq, şərtlərə ən çox cavab verən mahiyyətdədir. İnsan olmağımızdakı ən böyük faktorlardan biri gözlərimizdir. Bir çox məməlilərin ən əhəmiyyətli duyğusu qoxu, bəzi canlılarınkı dadbilmə olduğu halda insanların ən üstün duygusu görmə duyğusudur. Hər nə qədər şahin qədər uzaqları, pişik qədər qaranlıqları, balıq qədər suyun altını mükəmməl görə bilmək qabiliyyətimiz olmasa da, sadəcə məhdud bir çərçivəni deyil, daha geniş bir sahəni yaxşı görürük və ən önəmlisi nə olduğunu dərk edirik.
Yer üzündəki bütün canlıların ətraflarındakı hər şeyi fərqli formada gördüklərini bilirdinizmi? Yəni nə qədər canlı növü varsa, o qədər də fərqli göz və baxış tərzi vardır.
Heyvanların gözləri nə qədər fərqliliklər göstərsə də, əslində optik sistem eynidir. Hamısı fotoaparat kimi işləyir. Ancaq görmə hadisəsi sadəcə mexaniki bir prosesdən ibarət deyil. Beynimiz gözdən gələn siqnalları almaqla yanaşı ona duyğularımızı da qataraq yorumlayır. Yəni duyğularımız və ətrafımız da gördüklərimizə təsir edir. Kiminə görə gözəl olan bir şey bir başqasına görə çirkin görünə bilər.
Bütün bunlardan insan gözünün həcminin bir ölçüsü olduğu və ancaq öz həyatını davam etdirə biləcək qabiliyyətdə olduğu qənaətinə gəlmək olar. Elə isə həyatda gözlərimizlə görə bilmədiyimiz çox şey var. Bu aspektdən yanaşarsaq “Mən sadəcə gözümlə gördüyümə inanıram”- sözünün nə qədər yanlış olduğunun şahidi olarıq. İnsan dünyanın bir çox xüsusiyyətlərini görməməkdə, hətta xəyal belə edə bilməməkdədir. Siz radio dalğalarını, rentgen şüalarını, pultunuzun televizorunuza göndərdiyi siqnalı görə bilirsinizmi?
UŞAQLARDA İLK DİŞLƏR NƏ ÜÇÜN DƏYİŞİR?
İnsan dişsiz olaraq dünyaya gəlir. Əslində isə kəsici dişlər elə doğuşdan etibarən inkişaf edərək və ümumiyyətlə üçüncü aydan etibarən çımağa başlayır. Bəzi körpələr bir, və ya birdən çox dişi çıxmış olaraq doğulsalar da, bu hadisə nadir hallarda olur. Normal inkişaf edən körpənin öncə alt tərəfdə iki kəsici dişi çıxır və üç yaşına qədər ağzındakı dişlərin sayı 20-yə çatır.
6 yaşa gəldikdə isə bu dişlər yavaş-yavaş tökülərək yerinə daha sağlam dişlər gəlir. 12 yaşdan sonra bütün süd dişləri tökülür və yerini qalıcı dişlər əvəz edir. 19 - 25 yaşlarında çıxan ağıl dişləri ilə bərabər ağızdakı dişlərin sayı 32 olur.
Süd dişi deyilən bu ilk dişlərin forması da qalıcı dişlərə bənzəyir, ancaq nisbətən kiçik, yuvarlaq və ağ olurlar. Kökləri də nisbətən qısa və kövrəkdir. Bu dişlərə süd dişi deyilməsinin səbəbi körpənin südəmər dövründə çıxması deyil, süd kimi ağ olmasıdır. Sonra çıxan qalıcı dişlərin rəngləri isə nisbətən fərqli olur.
Təkcə insanların deyil köpək, pişik, at, qurd, fil kimi bir çox məməli heyvanların da dişləri iki mərhələli çıxır. Dişlərin çıxma prosesi birmərhələli olan canlılarda isə çıxan dişlərin altında ehtiyat dişlər olur ki, bu da qırılan və kəsiciliyini itirən dişləri əvəz edir.
İnsan da daxil olmaqla demək olar ki, bütün məməli heyvanlar doğulduqdan sonra ana südü ilə bəslənirlər. Körpənin süd əmmək üçün dişlərə ehtiyacı olmasa da, bir müddətdən sonra qidalanma şəkli dəyişdiyi üçün sərt yeməkləri yeyə bilməsi üçün onun ilk dişləri çıxır.
Sonradan çıxan ilk dişlər uşağın ana qorumasından uzaq, təkbaşına yaşayacağı amansız həyat şərtlərində qidalanması üçün kifayət etməyəcəyinə görə tökülür, onların yerinə böyük, 2-3 köklü daha sağlam dişlər çıxır.
İlk dişlər körpənin inkişaf çağındakı qidalanmalarına xidmət etməklə bərabər səslərin çıxarılmasına və üz mimikalarının əmələ gəlməsinə də kömək edirlər. Ancaq ilk dişlərin əsil vəzifələri gələcəkdə çıxacaq qalıcı dişlər üçün çənədə yer açmaq, yəni bir növ yol göstərməkdir. Qalıcı dişlər çıxarkən üstdəki süd dişlərini itələyərək onların düşmələrinə səbəb olurlar. Lakin vaxtından əvvəl çəkilən bir süd dişinin altından, yəni üstü boş olan yerdən çıxan bir qalıcı dış əyri və eybəcər ola bilər.
İnsanların ikimərhələli dişçıxarma prosesi mükəmməl planlanmış bir möcüzədir. Bir çox insanlar hələ qədim zamanlardan bəri bu möcüzəni dərk edərək, düşən süd dişinə xüsusi hörmət göstərərdilər. Qədim misirlilər dişlərin gücünü günəşdən aldığına inandıqları üçün düşən süd dişini günəşə goğru atırdılar. Avropada isə valideynlər süd dişini əzib üşağa yedirərək, bunun uşağı pis ruhlardan qoruyacağına inanırdılar. Düşən süd dişini oda atmaq, bir qayada və ya torpaqda gizlətmək və bir torbacıq içində saxlamaq kimi adətlərin heç bir əsası yoxdur.
ŞƏRHLƏR