İman

İnsan özünü və ətrafını tanıdıqdan sonra ümumiyyətlə inanmağın bir ehtiyac  olduğu qənaətinə gəlir. Bu qənaətə gələrkən də bir çox mərhələlərdən keçir.

Özünə bəzi suallar verir və bunlara cavab verməyə çalışır; Maddənin əsli nədir, həyat, canlı və cansız varlıqlar, ölüm və sonrası, insanın ruhu, maddə aləmindən başqa mənəvi bir aləm varmı?

Bu suallar çoxalaraq davam edər. İnsanın mikro və makro dünyasında, yəni özündə və ətrafında cərəyan edən hadisələrə qaneedici həlli yolları əldə etməsinin tək yolu inanmaqdan keçir.

İnsan haqq və yə batil bir şeyə inanma, bağlanma, sığınma ehtiyacı hiss edir. İnanma hissini tamamlayan isə dindir. Din hissinin əslini də uca və yaradan Allah inancı təşkil edir. Görəsən dini kitablarda iman necə dəyərləndirilir, indi bunlara baxaq.

Hədislərdə ehsan dərəcəsində olan bir imandan bəhs edilir: Günlərin bir günü Cəbrail (ə.) insan cildində gəlir və Həzrəti  Peyğəmbərə (s.ə.s.) bir sıra suallar verir, İslam və İmanın nə olduqlarını soruşub, savablarını aldıqdan sonra, yaxşı, bəs ehsan nədir? deyir. Həzrəti Peyğəmbər (s.ə.s.): "Ehsan Allahı, sanki gözlərinlə görürmüş kimi Ona ibadət etməyindir. Sən Onu görməsən də O səni görür."- cavabını verdi.

Bu suala verilən cavabın  mənası çox dərindir. Cavabda ibadətin necə olacağı bildirilir.

Amma əslində bildirilmək istənilən isə imanın o keyfiyyətə çatması... Bütün işləri görərkən Allahın onu gördüyünün fərqində olmaq... Harada olursanız olun O (Allah) sizinlə birlikdədir. (Hədid 4) ayəsində bəhs edilən mənanı dərk etmək... daha da irəli gedərək Biz insana şah damarından daha yaxınıq (Qaf 16) ayəsindəki yaxınlıq sirrini şüur halına gətirə bilmək... və nəhayət Allahın seydiyi insanlardan olmaq. (Maidə 54).

İman deyiləndə həmişə ağlıma gələn bu mənalı hədisləri söyləmək istəyirəm:

Birincisi Allaha imanına qibtə etdiyim, təmiz imanlı şəxsin qissəsinə bir nəzər yetirək.

Əbu Hüreyrə (r.ə.) belə rəvayət edir: Rəsulullah (s.ə.s.) Bəni Israildən min dinar borc pul istəyən birindən danışırdı. Bəni Israildən borcunu istədiyi şəxsə: "Mənə şahidlərini gətir, onların yanında verim, şahid olsunlar!" dedi. Istəyən isə: "Şahid olaraq Allah kifayətdir!"-dedi. O birisi isə: "Belə isə buna bir zamin gətir"- dedi. Bu tərəfdəki isə, "Zamin olaraq Allah yetər" dedi.

O biri:

"Doğru deyirsən!"- dedi və müəyyən bir vədə ilə pulu ona verdi. O şəxs dəniz səyahətinə çıxdı və ehtiyacı olan işləri gördü. Sonra da bir odun parçası götürüb içini oydu, min dinarı, sahibinə xitabən yazılan bir məktubla oraya qoydu və  oyuğun ağzını bağladı. Sonra da dənizə ataraq belə dedi:

"Ey Allahım, bilirsən ki, mən filankəsdən min dinar borc almışdım. Məndən  şahid istədiyi vaxt, mən ona: "Şahid olaraq, Allah yetər!" - demişdim. O da şahid olaraq sənə razı oldu. Mən də zamin istəyəndə : "Zamin olaraq Allah yetər !" - demişdim.

O da kəfil olaraq Sənə razı olmuşdu. Mən isə indi, bir gəmi tapmaq üçün çırpındım, amma tapa bilmədim. İndi mən də onu Sənə əmanət edirəm!" - dedi və odunu dənizə atdı və odun dənizdə gözdən itdi.

Sonra oradan ayrılıb, vətəninə gedən bir gəmi axtarmağa başladı. Borc verən şəxs də, pulunu gətirən gəmini gözləməyə başladı. Gəmi yox idi, amma, pulunun olduğu o odunu tapmışdı. Odunu istifadə etmək üçün evə apardı.  Odunu doğrayanda pulu və məktubu gördü.

Bir müddət sonra borc alan şəxs gəldi. Min dinarla adamın yanına gəldi və "malını gətirmək üçün çox gəmi axtardım. Ancaq məni gətirəndən daha öncə gələn bir gəmi tapa bilmədim-dedi.

"Sən mənə bir şey  göndərmişdin?" - deyə soruşdu. O biri də:

"Mən sənə, daha əvvəl bir gəmi tapa bilmədiyimi - dedim. O şəxs də:

"Allah Təala, sənin odun parçası içində göndərdiyin pulu sənə bədəl ödədi. Min dinarına qovuşmuş olaraq dön" - dedi. (Buxari, Zəmanət 1; Büyü 10, İstizan 25 .)

İman saflıq istəyər. Onda hər hansı bir bazarlıq yoxdur. Elə bu şəxsin imanı Allahı görürmüş kimi inanmaq deyil bəs nədir? Hamımızı, imanının belə saf və tərtəmiz hala gətirənlərdən etsin.

Yenə ibrət alınacaq iki səhabə... Reci hadisəsində şəhid edilən Zeyd və Hubeybin Allah və rəsuluna olan iman və sevgisi nəsillərə aşılanması lazım olan bir istək və iman abidəsidir.

Ühüd müharibəsindən sonra Adil və əl-Qare qəbilələrindən gələn bir heyət Rəsulullaha (s.ə.s.) muraciət edərək: "Ey Allahın Rəsulu! Aramızda İslam yayılır. Bizimlə birlikdə səhabələrindən bəzilərini də göndər ki, dini öğrətsinlər"- demiş və müəllim istəmişdilər. Bu təklifi sevinclə qarşılayan Allah Rəsulu aralarında Zeyd Ibnud-Desinnə və Hubeybin də daxil olduğu ona yaxın müəllimi yola saldı. Ancaq yolda yüz nəfərə yaxın müşrik tərəfindən tələyə salınırlar və Zeyd ilə Hubeyb isə Bədirdə cəhənnəmə göndərdiklərinin varislərinə qul kimi satılırlar.

Zeyd'i Safvanı Ibnu Üməyyə satın alır. Bədirdə öldürülən iki oğluna əvəz olaraq, öldürülmək üçün Hərəmdən Hill bölgəsinə çıxarılır. Tenimə gəlirlər. Orada Safvanın cəllad oğlu soruşur:

"Allaha and verirəm de, indi Mühəmmədin sənin yerində olmasını, sənin yerinə onu öldürməmi, sənin də ailənə dönməni istərsənmi?"

Zeyd ona bu tarixi cavabı verir:

"Vallah, Mühəmmədin burada olmasını deyil, indi olduğu yerdə onu narahat edəcək bir tikanın ayağına batmasını, evimdə olmamağıma dəyişərəm."

Bu mənzərə qarşısında o vaxt hələ müsəlman olmayan Əbu Süfyan:

"Mən, Mühəmmədin səhabəsinin onu sevdiyi qədər, bir şəxsin bir başqasını belə sevdiyini ömrümdə görmədim!" - dedi.

İman fədakarlık istəyər. Zeyd də bunu etmişdi. Zeyd özünü qurtarmaq üçün fərqli cavab da verə bilərdi. Buna haqqı da vardı, yəni qəlbi imanla dolu olduqca dili ilə ona pis bir söz desə belə imanını qorumuş olar. Amma Zeyd rüxsəti deyil, əzimət yolunu seçmiş, qiyamətə qədər heç kimsənin unutmayacağı, Zeyd olmağı haqq edəcək variantını seçmişdi. Allah şəfaətinə nail etsin.

Əsirlərdən ikincisi Hubeyb isə ölümə aparılanda "Məni bıraxın iki rükət namaz qılım!" - dedi. (Buraxdılar namazını qılandan sonra) qayıtdı gəldi.

"Əyər ölümdən qorxdu deməsəydiniz, daha çox qılacaqdım"-dedi. Edam vaxtı ilk sünnə qılan şəxs də Hübeyb olmuşdur.

"Allahım, onların hamısını, dağınıq öldür" - dedi. Sonra bu beytləri dedi:

"Müsəlman olaraq öldürüləndən sonra qəmgin olmaram, harada olursa olsun Allah üçün ölürəm."

Bu ölüm Onun zatının rizası yolundadır. Diqqət edin, Hubeybin Allah inancındakı saflığına, gözəlliyinə...

Salamını Peyğəmbərinə ərz etmək istəyir. Ətrafında salam göndərmək üçün bir kəsin olmadığını onsuz da bilən Hubeyb: "Allahım, Rəsuluna salam göndərmək üçün bir adam tapa bilmirəm, sən eşitdir." - deyir.

Peyğəmbərimiz səhabə ilə Mədinədə  olanda "Və aleykəssəlam ya Hubeyb. Onu Qüreyş öldürdü." -demişdi. Deyirəm ki, onun bu halı qısqanılacaq, daha doğrusu qibtə edilənlər siyahısında ilk sıralara salınmalıdır.

İman, əzm və qararlı olmağı tələb edir.  Kimin kimi? Səkkiz-doqquz yaşlarında bir uşaq ikən iman edən Həzrəti Əli kimi. Həm də necə bir iman...

Həzrəti Mühəmmədə peyğəmbərlik yeni gəlmişdi. Həzrəti Əli, Allahın varlığı və birliyinə və rəsuluna iman etsə də,  atası ilə məsləhət edilməsi tövsiyə edilir. Onun isə belə bir niyyəti yox idi. O tarixə düşən bu sözləri deyir: "Allah məni yaradanda babamla məsləhətləşsəydi, mən də iman etmək üçün atamla məsləhətləşərdim!!!"

İman qorunmaq istəyər.

İman işi nəsib, qismət işidir. Allah bizə iman nemətini qismət etdiyi üçün, Ona həmişə şükr etməliyik. Bəzilərimiz müsəlman bir ailədə dünyaya gəldiyimiz üçün necə deyərlər varislikdən iman sahibiyik. Amma yenə də milyardlarla həmd etməliyik. İmanın bu əsrdə qorunmağa daha çox ehtiyacı var... Olan imanımızı qorumaq və kamilliyə çatdırmaq lazımdır.

Unutmayaq ki, Rəbbimiz bizi müxatəb qəbul etmiş, dəyər vermiş və Qurani-Kərimdə düz otuz doqquz dəfə, "Ey iman edənlər" deyərək xitab etmişdir. Bu xitab cavabsız qalmamalıdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz