İbrət İstəyən Varmi?

İbrət İstəyən Varmi?

Utanmaq duyğusu

Əbu Hənifə həzrətləri bir gün getdiyi hamamda çılpaq çimən bir adam görür.

 Tez gözlərini yumur və su qabını əlini gəzdirərək axtarmağa başlayır. Bunu görən çılpaq adam yerdən su qabını alaraq imama uzadır və: Ey İmam gözlərini nə vaxt itirdin? deyir. Əbu Hənifə belə cavab verir:

Sən həya duyğularını itirdiyin vaxt!

 

Dilin bəlası

 

Bir gün padşahlardan biri ova çıxmışdı. Yolda dincəldikləri yerdə gözəl bir quş gözəlcə ötməyə başladı. Padşah dərhal o quşun ovlanmasını istədi. Padşahın adamları səsin gəldiyi tərəfə getdilər və o quşu ovlayıb gətirdilər. Saraydakı hikmət əhlindən biri belə dedi:

Əgər susa bilsəydi ovlanmayacaqdı.

 

 

Geri dönə bilməyəcəyin gün

 

Allah dostlarından biri qəbiristanlıqdan geri gələn tələbəsindən:

Haradan gəlirsən? -deyə soruşdu. Tələbə qəbiristanlıqdan gəldiyini söyləyincə, o Allah dostu alim ona bu düşündürücü sözü söylədi:

Bax, bu dəfə oradan döndün. Amma unutma ki, qəbiristanlığa gedib geri dönməyəcəyin bir gün də var. (Cənazəni apararkən sus və dərin-dərin düşün. Gedən adam bu dünyadan nə apardı, gedəcəyi yerdə onu hansı sürprizlər gözləyir?)

 

 

Ölümü niyə sevmirik?

 

Əməvi xəlifəsi Süleyman b. Abdulməlik, İslam böyüklərindən Əbu Hazmdan:

Ey Ebu Hazm! Biz niyə ölümü sevmirik? –deyə soruşdu. Əbu Hazm ona belə cavab verdi:

Çünki siz axirətinizi xarab edib dünyanızı təmir etmisiniz. Əlbəttə heç kim təmir edilmiş yerdən xarabalığa getmək istəməz.

Özünü üstün sayma!

Abdullah b. Abbas:

Gördüyüm heç kəsdən özümü üstün tutmadım.

Özümdən yaşlı birini gördükdə, “Bu məndən çox yaşamış, çox ibadət etmiş və çox xidmət etmişdir” –deyə düşündüm. Özümdən kiçik birini gördükdə isə, “Bunun yaşı azdır günahı azdır, mən çox yaşamış və çox günah işləmiş ola bilərəm” –deyə düşündüm.

Həmyaşıdlarımı görüncə öz günahlarımı xatırlayıram. Onların isə görünən bir günahı olmadığını düşünərək onları da özümdən üstün sayıram.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz