HAMININ SAYQI DUYDUĞU İNSAN

HAMININ SAYQI DUYDUĞU İNSAN

Xəstəxana o yerdir ki, orda insan öz faniliyini hiss edir. Lap ağır xəstə adamda bu hiss daha güclü olur, bu məkanda insan daha çox Allaha bağlı olur, bir də, həkimlərdən asılı olduğunu başa düşür.

   Həkimdən sonra xəstənin daha çox ünsiyyətdə olduğu ikinci şəxs tibb bacısıdır. Və gecə növbətçi həkim və tibb bacısı xəstəyə ilk yardım əlini uzadanlardır. Vaxtilə müalicə olunarkən, mənə 2-3 saat ərzində sistemlə dərman köçürən Filiz xanımın mənimlə, eləcə də başqa xəstələrlə elədiyi məzəli söhbətləri, zarafatları heç zaman unutmayacam.

    Sadaladığım bu cəhətlərin demək olar ki, hamısı Gülnaz Həsənəvoda var. Artıq 10 ildən çoxdur iş stajı olan  və hal-hazırda akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 2-ci Hemodializ şöbəsində işləyən bu xanım həm xəstəxana işçilərinin, həm də xəstələrin rəğbətini qazana bilmişdir. Eyni zamanda yeddi, bəzənsə bu rəqəmdən də çox xəstəyə dializ köçürən Gülnaz xanım öz işindən əsla yorulmur.

   Xəstələrindən biri Mehdiyevə Sənəm öz fikirlərini bölüşür: “Gülnaz xanımı tanımaq üçün ilə, aya ehyiyac yoxdu. Tanıdığım az müddət mənə kifayət edir ki, onun haqqında o qədər gözəl sözlər deyəm. Birinci, ona görə ki, o,  çox gözəl insandı. İkinci məsələ, çox gözəl mütəxəssisdi, işini sevəndi, işinə məsuliyyətlə yanaşandı. Və ən əsası, hər bir xəstəyə fərdi şəkildə münasibət göstərən, heç bir şəxsi intriqaya qaırşmayan, ümumiyyətlə, insanda həm peşəkar, həm də insani keyfiyyətlərin vəhdət tapması az rast gəlinən şeylərdən biridir. Ona görə bu cür insanlarda adam söz xatirinə deyil, ürəkdən təşəkkür etmək, ona ürəkdən uğurla arzu etmək istəyir.”

   Gülnaz xanımın qulluq etdiyi xəstələrdən biriylə söhbət edəndə məlum oldu ki, o, məzuniyyətə çıxanda, pasientlərin bir çoxu səbirsizliklə bu xanımın işə dönməsini gözləyir. Soruşanda ki, bəs xəstəxanada başqa tibb bacıları yoxdur. Müalicə alan tanışım cavab verdi ki, əlbəttə var, sadəcə, onun kimi öz işinə həm məsuliyyətlə, həm də həvəs və həssaslıqla yanaşanlar azdır.

“Respublika Kliniki Xəstəxananın tibb bacısı olan, hər zaman fəallığı və nizam-intizamı ilə fərqlənən Gülnaz haqqında xoş sözləri yazmaq qürurvericidir. Öncə bildirim ki, Gülnaz xanımla mən xəstəxanamzın hemodializ şöbəsində bir yerdə işləyirəm. O, işlərində göstərdiyi fəallığı, xəstələrə göstərdiyi diqqətə və qayğıya görə digər tibb bacılarından fərqlənib” – bunu həkim-nefroloq Müslümov Kamil də öz sözləri ilə təsdiq edir.

   Gülnaz xanım kimi öz işini sevənlərin olması bu həyatda yaşamağın hələ də məna kəsb etdiyini göstərir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz