Düşüncə Tariximizin Yaşantilari

Düşüncə Tariximizin Yaşantilari

2000-ci ildə Böyük Britaniyanın “Lomond Books” nəşriyyatında tədqiqatçı alim Çarlz Skuirenin (Charles Squire) müəllifliyi ilə çap olunmuş “Kelt əsatirləri və əfsanələri” adlı araşdırmasında aşağıdakı fikir və mühakimə kimin üçünsə çox adi görünə bilər: “Olsterin (İrlandiyanın şimalında yerləşir) camaatı qəhrəman Kuxulinə (Cuchulainn) ailə qurmağı məsləhət görürlər, çünki onlar yaxşı bilirdilər ki, “ondan (Kuxulindən) törəyən onun özü olacaq.” Və bu camaat öz tayfasından olan belə bir nəhəng döyüşçünün (Kuxulinin) həyatdan elə-belə getməsini arzu etmirdilər.”

Bir sıra araşdırmaçıların hipotezasına görə irlandlar türk-iskit əsilli xalqlarındandır. Onların saqala xüsusilə məşhur Kuxulin dastanı XII əsrdə yazıya alınsa da, bu dastanın tarixinin daha uzaq əsrlərə gedib çıxdığını təsdiq edən həmin dastanın zəngin qədim dili və hadisələrin vaqe olduğu məkan və zamandır.

Ata-oğul münasibətinə gəldikdə isə onu demək istərdim ki, tarixin səhifələrində şərəfli ata yoluna işıq tutan tacidarların olduğu bir həqiqətdir. Qurban bayramına hazırlaşdığımız günlərdə belə bir mövzuya toxunmağım heç də təsadüfi deyildir. Bu mövzu məni düşünməyə sövq edəndə yazmaqdan çəkinmədim.

Doğrusu, Britaniya ədəbiyyatı tarixində irlandların öz yeri, çəkisi məni həmişə maqnetizmi ilə özünə çəkmişdir. Və yuxarıda sitat gətirdiyim dastanı düşünəndə ümummilli liderimiz mərhum prezident Heydər Əliyev sanki mənə döyüşkən, mübariz qəhrəman Kuxulini xatırlatdı.

Sadəcə olaraq bir zamanlar Azərbaycan uşaq ədəbiyyatının çox məşhur yazıçısı, qan qohumum Nəriman Süleymanovun söylədiyi bir hadisəni xatırladım. Keçmiş Sovetlər Birliyi dövründə Moskvada çap olunan “Pionerskaya pravda” qəzeti redaksiyasının şöbə müdiri Bakıda çıxan “Pioner” jurnalı redaksiyasına ezam olunanda şəxsən Heydər Əliyev onu indi özünün adını daşıdığı saraya konsertə dəvət edir. Və Nəriman müəllim həmin şöbə müdirinin sözlərini xatırlayanda həmişə qürur hissi ilə deyirdi: “O rus jurnalisti Heydər Əliyev haqqında elə bir tarixi fikir, söz söyləyib ki, onu gərək hamı qulağında sırğa etsin.” Və həmin fikri, sözü mən indi də unutmamışam: “Nəriman, o (Heydər Əliyev), sizin Azərbaycanınızın əsl I Pyotrudur. İlahi, bu insan (Heydər Əliyev) dünya tarixini, mədəniyyət və ədəbiyyatını necə gözəl bilirmiş!”

“Heydər Əliyev Azərbaycanın tarixinə Allahın bəxş etdiyi nadir şəxsiyyətdir. Əgər onun yolunu davam etdirən ikinci belə bir oğul-şəxsiyyət yetişsə, onda Azərbaycanı yalnız biz yox, bütün dünya tanıyacaqdır.”

Bunu bizə söyləyən “Kuxulin” dastanının məkanından olan irland əsilli, bir vaxtlar Qafqaz Universitetində Britaniya ədəbiyyatından dərs deyən, tədqiqatçı alim Aleksander Magill idi.

2008-ci ilin Oktyabrın 15-də xalq Azərbaycan Respublikasının Prezidentinin yenidən seçimini Heydər Əliyev siyasətinin davamçısı, onun doğma öğlu İlham Əliyevə etibar etdi.

XXI əsrin 8 yaşında Vətən torpağında başımız üstündə dalğalanan üçrəngli milli bayrağımıza and içən cənab Prezidentin arxasınca gedən xalqın ürəyində uca Allahdan arzuladığı xeyir-duadan gözəl nə ola bilər...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz