Uşaği Anasimi Tərbiyə Etməlidir ?
Uşağı anasımı tərbiyə etməlidir, yoxsa atasımı? Atası tərbiyyə etməlidir deyən eşitməmişəm. Uşağa əsas anası tərbiyyə verməlidir sözünü də ən çox atalardan eşitdim.
Ana olan xanımlar da bəlkə öz aralarında uşağı əsas atası tərbiyə etməlidir deyirlər. Diqqət etmək vacib olan bir təfərruat var. Valideynlər niyə bu sözü istifadə etmək ehtiyacı hiss edirlər? Tərbiyə məsələsini ana və ya ataya bağlama uzun araşdırma və təcrübələrin verdiyi bir nəticədirmi? Yoxsa mövcud vəziyyəti izah edən bir yekun cümlədən çox bir ara cümləsi mi? Bu cümləni nə hikmətdirsə, ümumiyyətlə yaşı qırxı ötmüşlər sərf edirlər. Uşaqların tərbiyəsi ilə əlaqəli görüləcək işlərinin vaxtı keçmiş olur. Tərbiyə ehtiyacını hiss etmək, lazım olan tərbiyəni hər hansı bir şeyə bağlama ehtiyacını doğurur insanlarda. Ata deyir ki, uşağı ana tərbiyə edir; ana vəzifəsini öhdəsindən layiqincə gəlsəydi daha fərqli olardı. Ana isə deyir ki, uşağı əsas atasının dissiplini tərbiyə edir; ata vəzifəsinin öhdəsindən layiqincə gəlsəydi daha fərqli olardı. Məyusedici tərəfi isə tərbiyənin məsuliyyətini və mənəvi yükünü boyunumuzdan həmişə atmağımızdır. Bu məsuliyyət və mənəvi yük bizi narahat etdiyi üçün həmişə başqalarını bu məsuliyyət altında görmək istəyirik. Bu da təbii ki, düzgün mövqe deyildir.
Tərbiyə məsuliyyət tələb edir. Bu məsuliyyəti dərk etmədən verilən tərbiyə, tərbiyə olunmamaqdan daha pisdir. İslam dinində uşaqların mənəvi məsuliyyəti ilk növbədə ataya aid edilmişdir. Allah təala “Nəfsinizi və ailənizi cəhənnəmdən qoruyun” buyurmuşdur. Ata, ilk növbədə məsuliyyətin ona aid olduğunu bilməlidir. Bu məsuliyyətin atından qalxa bilmək üçün bəzi məsələlərdə həyat yoldaşına da səlahiyyət verə bilər. Bu tamam başqa bir mövzudur. Uşağın tərbiyəsindən birinci dərəcəli məsul şəxs atadır. Atanın bundan boyun qaçırmağa və uşağı ana tərbiyə etməlidir deməyə haqqı yoxdur. Atanı məşğul edəcək işi varsa, ananı da məşğul edəcək yetəri ev işləri vardır. Xüsusən ataların tərbiyə işindən boyun qaçırmağa haqqları yoxdur. Anaların da bu işdə həyat yoldaşlarına kömək etməkdən boyun qaçırmağa haqları yoxdur.
Uşaqlarımızın tərbiyəsi üçün işlər görülməsinin vacibliyini hiss etmək məsuliyyətin nişanəsidir. Lakin bu kifayyətdirmi? Görülən işlərdə valideynlərin bir-birini başa düşməsi nə qədər əhəmiyyətlidir. Müştərək ideallar sahib olmaq bir addımlıq məsafədədir, lakin o ideallara qovuşmaq üçün qət olunacaq yolun xəritəsi məsələsində validenlərin birgə fəaliyyəti vacibdir. Məsələn ata uşaqlarının həyatın çətinkilərini dərk etməsini istəyir. Onların şəxsi həyatlarında müəyyən bir dissiplinin olmağını istəyir. Onlara müəyyən məsuliyyət yükləmək istəyir. Ana isə uşaqlarının yetişməsini məhdud bir zamana sığdırmağı düzgün hesab etmir. Onlardan özlərini tezliklə dissiplin altında hiss etmələrinin səhv olacağını, vaxt ötdükcə onsuz da özlərini belə dissiplinə tabe edəcək dünya görüşü əldə edəcəklərini düşünür. Bu iki baxış tərzidir və sadəcə bir nümunədir. Məsələyə münasibətdə başqa fərqli tərəflər ola bilər. Bax bu halda validenlər uşaqlarının tərbiyyəsi üçün ortaq məxrəcə gəlməyi bacarmalıdırlar. Qısa desək validenlərin uşaq tərbiyyə etmək üçün müştərək planları olmalıdır. Bu planın effektiv ola bilməsi üçün də mütəmadi olaraq məlumat və fikir mübadiləsi və müzakirələr əsas şərtdir.
Valideynlərin hissi əlaqələrinin maksimum səviyyədə olması buna görə əhəmiyyətlidir və bu hal uşağın yaxşı tərbiyyə olunması üçün əvəzsiz fürsətlər yaradır, imkanlar doğurur. Bu hissi əlaqənin zəifliyi uşağın təlim-tərbiyyəsinin pərakəndəliyi deməkdir. Eyni zamanda təlim-trbiyyə üçün iş görmək həvəsini və enerjisini sıfıra səviyyəsinə düşürür. Ailədaxili hissi əlaqənin zəifliyi təlim-tərbiyyə ilə əlaqədar saysız problemlərin həllində səthə yaxın olmayan bir detaldır. Bir mənfi xaldır.
Evlənmək və ailə, mütəmadi olaraq bir hissi əlaqənin başqa bir formasıdır. Validenlərin arasındakı hissi əlaqə isə ailədə hər şeyin fövqündə durur. Sağlam təlim-tərbiyə üçün münbit və əlverişli şəraiti məhz bu hissi əlaqə yaradır. Uşağa nə təkcə anası tərbiyə verər, nə də atası. Ikisinin ortaq ürəyi tərbiyyə verər. Iki ürək eyni duygularla döyünsə, ortaq və tək ürək halına gələr. Möcüzəvi işləri bu ortaq ürək görə bilər.
ŞƏRHLƏR