Ailə Və Tanişlarin Diqqətinə
Gəncin ailəsində, təhsil aldığı məktəbdə və tanışları onun spirtli içki və narkotik qəbul etdiyini nə qədər tez bilsələr, ona yardımçı olmağa çalışsalar, gəncin qurtulma şansı o nisbətdə artar.
Bu səbəblə, vaxtında bəzi mətləblərə diqqət yetirmək önəmlidir. Diaqnostik təzahürləri fiziki və ruhi-sosial olaraq iki qrupda cəmləşdirmək mümkündür. Bunların bir neçəsinin müşahidə olunması həyacan siqnalı verməlidir.
- Narkotik maddə istifadə edən şəxsləri necə müəyyən etməli?
Narkotik maddə istifadə edən şəxsləri müəyyən etmək üçün bir ölçü, kriteriya yoxdur. Bəzi şəxslərdə müşahidə olunan davranış dəyişikliklərini yalnız narkotik vasitələr istifadə etdiyi ilə əlaqələndirmək düzgün olmazdı. Yaddan çıxarmamaq lazımdır ki,yetkinlik yaşında fərdlərdə bəzi fiziki dəyişikliklər müşahidə olunur.
Narkotik maddə istifadə edən şəxslərdə müşahidə olunan davranış dəyişiklikləri belə xülasə etmək mümkündür:
- Əvvəlik dost-tanışlardan uzaqlaşır.
- Ailəvi münasibətəri azalır, otağında tək qalmağı tərcih edir.
- Dərsə davamiyyəti azalır və aşağı qiymətlər alır.
- Daha çox pul xərcləməyə başlayır
- Gün ərzində bəzən sevincli, sakit, bəzən əsəbi, davakar davranışlar kimi ruhi dəyişiklər müşahidə olunur.
Uşağınızın Narkotik Vasitələr Istifadə Etdiyini Bildikdə Bu Məsələlərə Diqqət Edin !
Əziz valideynlər; uşağınızın narkotik vasitələr istifadə etdiyini bildikdə;
1- Sterikaya qapılmayın,
2- Əsəbləşmədən təmkinlə hərəkət edin,
3- Problemi qabartmadan,vəziyyətə nəzarəti gücləndirin,
4- Uşağınızın dost-tanışlarını tanıyıb, məsələnin qaynağını müəyyənləşdirin,
5- Uşağınızın dost-tanışları ilə münasibətlərini öyrənin,
6- Uşağınızın Narkotik Vasitələr istifadə etməsinin səbəblərinin arasında, sizin də əksik və səhv davranışlarınızın olduğunu unutmayın,
7- Uşağınıza qarşı pis davranmayın, onu günahlandırmayın,
8- Mütəxəssis bir həkimə müraciət edin
9- Mütəxəssis bir həkimin tövsiyyələrinə əməl edin,
10- Uşağınızı bezdirmədən, sevgi və şəfqətlə ona yaxınlaşın və ona daha çox vaxt ayırın,
11- Ailə münasibətlərini gücləndirməyə çalışın, mövcud problemləri həll edin.
Gənclik və Narkotika
- Yeniyetməlik
Yeniyetməlik on üç yaşında başlayan ve iyirmi yaşına qədər davam etdiyi qəbul edilən cinsi-fizyoloji və əqli yöndən kamilləşmə dövrü olaraq adlandırıla bilər. Bütün yeniyetmələrin narkotik maddədən istifadə etməyə başlama riski vardır. Iradəsizlik, şəxsiyyətin zəifliyi narkotik maddədən istifadə üçün mütləq təsiredici ünsürlər deyildir. Lakin narkotik maddədən istifadə etməyə başlayan gənclərdə bəzi ortaq xüsusiyyətlər diqqəti cəlb etmişdir:
--Tərs reaksiya vermək
--Davakar və asi davranışları olmaq
---Hər şeyi rədd etmək
--- Qeyri-normal davranış
---Erkən yaşlarda davranış problemləri olmaq
---Tez həyəcanlanmaq.
---özünə qapanıq olmaq.
---həmyaşıdlarının təsirinə düşmək.
- Narkotikadan istifadə edən gənclərin ailələrində Bənzər olan bəzi xüsusiyyətlər-
---Dağılmış, boşanmış ailələr.
---Valideynlərdən birinin və ya hər ikisinin olmaması.
---Ailədə narkotik vasitədən istifadə edənin olması.
---Ailədaxili pərakəndəlik.
---təzyiq göstərən və uşaqla yaxından maraqlanmayan ailə.
---Ailə içində gəncin yaxın sirdaşını olmaması.
- Narkotik vasitələri istifadə etməyə gənclər necə başlayır?
Gənclər ən çox "maraq" səbəbi ilə narkotik vasitədən istifadə etməyə başlayır. Buna görə də narkotikaya qarşı maraq oyadacaq her şeydən qorunmaq lazımdır. Dost-yoldaşın təsiri isə ikinci əhəmiyyətli səbəbdir. Bir çox gənc dostlarının təkidi ilə narkotikaya qurşanır. Bir dost qrupunun xaricində qalmaq, onlardan fərqli olmaq qorxusu yaşayır bir çox gənc. Buraya bir də özünü isbat etmək amili əlavə olunsa, artıq o gənc üçün narkoman olmaq üçün maneə qalmır. Belə hallar qarşısında gəncin öz hüququnu qoruması, "xeyr" deyə bilməsi çox vacibdir.
Problemləri həll etmək üçün artıq başqa yolların qalmadığına inanmağa başladıqları andan narkotikadan istifadə də intensivləşir. Yəni çarəsizlik narkonikaya aludə olmaqda təsiredici amillərdən biridir. Bu səbəblə də gənclərə probləmlərin həlli yollarının metodları öyrədilməlidir. Bu problem qarşısında necə davranmaları lazım gəldiyinin öyrədilməsi və bu günə qədərki səhvlərinin düzəldilməsində onlara dəstək olmaq lazımdır.
ŞƏRHLƏR