Həqiqət - Virtual Dualizmi
Xeyli vaxtdır ki, Hz.Süleymanın atlara qarşı olan sevgisini yozumlamağa və hobbi məfhumu ilə əlaqəsini qurmağa çalışıram. Atı olanlara at haqqında suаllar soruşdum.
O qənaətə gəldim ki, heyvanları ancaq zooparklardan və ya televizor ekranlarından tanıyırıq. Birinə çaqqal qurt və s. adları verəndə də o heyvanları tanıdığımıza görə deyil, təqlidi olaraq veririk
Nəhl surəsi 6-cı ayədə:
”… Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).”
Keçən zövq və fərəhlənmə necədir görəsən?
Birdən “həm kənddə yaşayıram, həm də təbiətdən, torpaq ananın cömərdliyindən heyvanların psixologiyasından xəbərim yoxdur” deyərək toyuq saxlamaq qərarına gəldim. 4 toyuq bir xoruz aldım. Onlardan çox şey öyrəndim. Bir yarpağın divan olması kimi, bu heyvanlar da mənə çox mətləbi qandırdılar. Məsələn, fərzi-kifayəni öyrətdilər. Günlərlə yumurta görəməyəndə “ramazana qədər yumurtamasanız, iftar yeməyində kəscəyəm sizi” deyərək təhdid etdim. Bir həftə sonra 4-dən biri 2 günə 1 yumurta verməyə başladı və digərlərinin canını qurtardı. Dərsdə fərzi-kifayəndən bəhs edərkən bu hadisəni danışdım. İnanıram ki, çoxu kənd uşağı olan taləbələrim, bu mövzunu yaxşı qavraya bilmişdir.
Şair demişkən: "min atlı axınlarda uşaqlar kimi şəndik
min atlı o gün div kimi bir orduyu yendik…"
Toyuqlar ilk yumurtanı verdiyi zaman buna bənzər duyğunu yaşadım. Öz xoruzunun səsini eşitməyi də başqalarına tövsiyyə edirəm. Toyuqları alırkən “bir nəsli görüm bəsdir” deyirdim. Yumurtaların çatlayaraq cücələrin həyata "bismillah" demələrini də gördüm. Toyuqları satıb, -bilmirəm saxlaya bilərəmmi?- bir pətək arı almaq istəyirəm. Toyuq saxlamaqla Hz. Süleymanın ata qarşı sevgisini bir qum dənəsi qədər də olsa əməli olaraq anlaya bildiyimi düşünürəm.
Bütün peyğəmbərlərin insanlara təlim etdiyi “iman əsasları ibadətlər dini təffəkkür və s.” hər şeyi “həqiqət” kəliməsi ilə ifadə edə bilərik. Ən böyük həqiqət Allahdır. Həqiqətin antonimi kimi “virtual-məcaz” məfhumlarından istifadə edə bilərik. Allahdan və dini həqiqətlərdən başqa hər şey virtualdir, məcazdır, bir başqa ifadə ilə masivadır.
İnsan daxili və xarici aləmində həqiqət və məcaz olmaqla iki aləm dualizmi daşıyır. Həqiqət aləmində iman, fikir, mərifətullah, ehsan var ikən, masiva aləmində də iş, maşın, dünya məşğuliyyəti, hobbilər, yuxu və s. vardır. İnsan ömrü bu iki aləm arasında ölüm gələnə qədər bəlkə milyard dəfələrlə gedib gəlir.
Peyğəmbərimizin “azan oxu, bizi fərəhləndır Ey Bilal” xitabı virtual və məcazi aləmdən həqiqət aləminə keçmək istəyidir. Yenə “danış mənimlə ey Aişə” xitabı da həqiqət aləminin dərin dalğaları arasında boğulmamaq üçün varlığımızın bəşəri tərəfınə qayıdış mənası daşıyır. Bu iki aləm arasında var-gəl yaşamamaq mümkün deyildir. Və yaxud da bir aləmdə digəri olmadan yaşamaq. Imam Qazali buyurur: ”…Əsasən dünyada olduğun müddətdə qəlbin dünyadan tamam boşalması düşünülməz….”(Ehya.C.2 səfər ədəbi )
Qurani-Kərim masivaya “Allahdan ayrı, Allahdan qeyri, şeytan kimi lənətli“ şeylər olaraq baxmaz. Allahdan qeyri varlıqlar diyə açıqlaya biləcəyimiz masiva məfhumunu müqəddəs kitabımız “ayə “ olaraq qəbul edir. Ayə kəliməsi lüğətdə “Allahın varlığına, birliyinə, qüdrətinə, sənətinə işarə edən, Allahı xatırladan, Allaha istiqamətləndirən mənasını ifadə edir. İslam alimləri bu mənada ayəni iki mənda götürür:
1- Qurandakı ayələr:
2- Kainatdakı ayələr:
Kainatta yaradılan hər şey bu mənada Allahın ayəsidir (Allahı qəbul etməyə, təsdiq etməyə və tənzih etməyə götürən delildir). Hər varlıqda Haqq təalanın elmi qüdrəti sənəti yaradılıcılığı günəş kimi parıldayır. Bu səbəbdən Qurani-Kərim bizim diqqətimizi aya, günəşə, ulduzlara, yağışa cəlb edərək bizi məcazi aləmdən həqiqət aləminə götürmək istəyir. Mülk surəsində “bax! yenidən bax göy üzünə. Bir əyrilik bir uyğunsuzluq varmı? xitabı əslində “qulum! mənə bax! orada mənim qüdrətimi, mənim gözəlliyimi görəndə heyrətə düşmə Allah de”mənasına gəlir.
Islam alimləri insanın 24 saat həqiqət ilə məşğul olmasının imkansız olduğun nəzərə alıb insanların yaxşı, gözəl və faydalı şeylərlə məşğuliyyətlərini müəyyən nisbətdə məqbul etmişlər. Osmanlı padşahlarından Sultan Əbdulhəmid axşama qədər dövlət işləri ilə məşğul olar, daha sonra da evində özü üçün qurduğu Dülgərlik atelyeyə çəkilərək mini sandıqlar və s. düzeldirmiş. Imam Qazali Ehya kitabına Hz. Əlinin bu sözünü qoymuşdur: “bədənlər yorulduğu kimi qəlblər də yorulur. O halda siz qəlblərinizi fərahlandıracaq zərif, hikmətli, əyləndirici mövzular arayın” Islam böyükləri oyun, əyləncə və hobbilərin miqdarını “yeməkdəki duz” qədər cümləsiylə ifadə etmişlər. Məktəblərdə tənəffüslər heç vaxt dərslərdən uzun olmaz. Və tənəffüsə çıxmağın məqsədi də bir sonrakı dərsi qavramağa hazırlanmaqdır.
Inşallah doğrudur. Leyləklər deyil hz. Süleymanın ölmüş atları bu düşüncələrə səbəb oldu.
ŞƏRHLƏR