Sevinc Və Səadət Yolu

Sevinc Və Səadət Yolu

Ailə hər bir cəmiyyətin özəyidir. Bu özək qorunub saxlanılmazsa, üzərində layiqincə durulmazsa və sevgi məfhumu cəmiyyətə ailə şəklində yansımadıqda cəmiyyət fəlakətə sürüklənərək yox olub gedər.

 Bunun nəticəsində həyatın mənası deyə bir məfhum da mövcud olmaz.

Birbirlərinin örtüləri olan kişi və qadından mütəşəkkil olan ən kiçik ailə qurumu hər bir tərəfə müəyyən vəzifələr yükləyər.

 

“Ey İman edənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan olan atəşdən qoruyun.” (Təhrim, 66/6)

“Onları Allaha itaət etməyə vərdiş etdirin, üsyan və günahlardan uzaq tutun və ailənizi Allaha zikr etməyi əmr edin ki, Allah da sizi cəhənnəm atəşindən qurtarsın”

 

İnsanın ən vacib vəzifələrdən biri məhz ailəsinin təlim və tərbiyəsi ilə yaxından məşğul olmaq və onların Allahın qoymuş olduğu hüdudlarına riayət etmələrinə nəzarət etmək və bunları ailəsinə öyrətməkdən ibarətdir. Ayədən də başa  düşüldüyü kimi ailə rəisi olaraq şəxs məhz bu vəzifələrlə məsuldur və ailə fərdlərinin Allahın əzabına məruz qalmasında qismən də rolu vardır. Bir digər ilahi mesajda Peyğəmbərə xitabən “Ailənə namazı əmr et, özün də ona səbrlə davam et. Səndən ruzi istəmirik. Biz Səni nemətləndirik. Gözəl aqibət heç şübhəsiz təqva sahiblərinindir.” Taha, 20/132

Ailəarası münasibətlərdə müsamihə, tərəflərin bir-birlərini başa düşməsi və birinin digərinə qarşı əxlaq prinsipləri çərçivəsində rəftar etmələri şərtdir. Əksi halda ən kiçik məsələdə belə anlaşmazlıqlar və problemlər ortaya çıxa bilər. Nəticədə də ailə münsibətləri zərər görər.

Evin başçısına düşən ən böyük vəzifələrdən biri ailəsinin dolanacağını təmin etmək və ehtiyaclarını qarşılamaqdır. Çünki, Allah kişiyə fitri və hökmi olaraq bu vəzifəni yükləmişdir. Ayədə:

“Allahın insanlardan bir qisminin başqalarına üstün qılması səbəbilə və mallarından xərclədikləri üçün, kişilər qadınların idarəçisi vıə qoruyucusudur.” (Nisa, 4/34)

Ayədəki “qəvvam” kəlməsi, “qadınların bütün ehtiyaclarını qarşılayan, onları zərər və sıxıntılardan qoruyan, evin xaricdəki ağır işlərini həll edən” şəklində izah edilmişdir. Eyni zamanda “xanımlarını təlim tərbiyə edərək istər Allah rizası üçün, istərsə də öz ailə fərdləri üçün etmələri gərəkli olan mövzularda onların əllərindən tutan, işlərinə nəzarət edən” kimi də təfsir edilmişdir.

Hz. Peyğəmbərin insanın hər bir yaxşılığının əvəzini görəcəyini açıqlayan hədisi-şəriflər də vardır ki, bir gün Sad b. Əbi Vəqqasa xitabən belə demişdir:

“Allahın razılığını düşənərək xərclədiyi hər bir quruş, hətta yemək yeyərkən belə xanımının ağzına ağzına uzatdığı loxmaya qədər etdiyi yaxşılıqların hamısının mükafatını alacaqdır.”(Buxarı, İman 4)

Ailə başçısı evindəki hər bir ehtiyacını qarşılamaqla məsuldur. İbadət və dini mükəlləfiyyətlərə ifarat dərəcədə bağlanaraq vəya başqa səbəblərlə bu vəzifəsinə laqeyd münasibət bəsləyənlərə Hz. Peyğəmbər xəbərdarlıq etmişdir:

“İnsanın, ehtiyacını təmin etməklə məsul olduğu şəxsləri gözardı etməsi ona günah olaraq kifayət edər.” (Müslim, Zəkat 40)

Təəssüflər olsun ki, bəzi insanlar dini yaşamlarını elə bir səviyyəyə çatdırmaq arzusundadırlar ki, bunun nəticəsində də ailə fərdlərinin hal və vəziyyətlərindən xəbərsiz olurlar və ya diqqətsiz rəftar edirlər. Nəticə olaraq savab qazanma istəyi bərabərində günahı da gətirir.

İslam dini müsəlmanların ruhbanlar kimi təmamilə bu dünyadan qoparaq yaşamalarını qəbul etməmiş dünyəvi məsələlərin də həll edilməsini zəruri hesab etmişdir.

Osman bin Mazunun xanımı Həvlə gözəl geyinən bir qadını idi. Bir gün üstü başı dağınıq və səliqəsiz geyinmiş bir şəkildə  Hz. Aişənin yanına gəldi. Bu vəziyyətin səbəbi soruşulduqda:

“Ərim gecələri namaz qılar, gündüzləri isə oruc tutar.”-dedi.

O əsnada Rəsülullah içəri daxil oldu. Hz. Aişə onu vəziyyətdən xəbərdar etdikdə Peyğəmbər Osmanla görüşərək:

“Osman!Bizə ruhbanlıq əmr edilməyib. Mən sizin üçün gözəl bir nümunə deyiləm mi? Allaha and olsun ki, Allahdan ən çox qorxan və onun əmr və qadağalarına ən çox riayət edəniniz də mənəm.” buyurdu.

 İnsanın ailəsinə qarşı hər bir diqqətli münasibəti ibadət hesab edilir.  Ona görə də həm dini həm də dünyəvi işləri tənzimləyərkən orta yolu tutmaq lazımdır ki, bunu Allahın Elçisi həyatına ən gözəl surətdə əks etdirməklə bərabər təşviq etmişdir:

“İşlərin ən gözəli mötədil olanıdır”

Həqiqətən, bəşər övladı Onun söz və hərəkətlərini düzgün idrak edərək tətbiq etsə dünya və axirət səadəti onun üçün xəyal olmaz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz