Ehtiyacsiz Möhtac

Ehtiyacsiz Möhtac

Həyatın enişli yoxuşlu yollarından keçərkən arxamızda yorulub qalanların əllərindən tutub, ayağa qaldırmaq yadımızdan çıxır nədənsə.

 Bilmirəm bu keçdiyimiz yolların çətinliyindən, yoxsa bizim səhlankarlığımızdandır? Bəlkə zaman-zaman özümüzü arxada qalanların yerində düşünüb, onların hallarıyla əhvallanıb, dərdləriylə dərdlənib, onların gözləriylə dünyaya baxaq. Görək necə baxır bu dünyaya o kimsəsiz yalqız, çarəsiz, ailəsinə bir tikə çörək apara bilməyən insanlar. Dünyada yaşamaq bizim gözümüzdə asan və sevindirici göründüyü kimi, onlarında gözündə belə görünürmü görəsən? Necə baxır bizlərə nə istəyir bizdən bu çarəsiz insanlar? Onlarda yaşayır, səndə, məndə. Ancaq hər birimiz fərqli, bir-birimizdən uzaq qütüblərdə. Bizi birləşdirən bir bağımız var amma, nəfsimizin yırtıcı dişləri ilə onu da çeynəyib qüvvətinə xələl gətirik.

         Heç soyuq qış günlərində soyuqdan titrəyib, isti ana qucağına möhtac olan bir uşaq qarşına çıxdımı? Namusuna ləkə gətirməyib, öz körpəsinin qarnını doyurmaq üçün, utancından başını yerə dikib, dilənən qadınlar görmədinmi? Dinindən inancından uzaqlaşıb, çırkablara qərq olmuş gənclərlə muxatab olmadınmı? Bunlar bizimdə başımıza gələ bilərdi. Qarşılaşdığımız bu insanlar bizim balalarımız, ana və bacılarımız və qardaşlarımızdır. Öz əziz və doğamlarımıza necə acıyıb şəfqət göstəririksə, onlarada elə şəfqət göstərsək olmazmı? Həyat insanları sevib, onlara qayğı göstərdiyin zaman gözəldir. Bir gün o möhtac insanlarında haqqından biz məsul olacağıq. Çünki ehtiyacsız insanlar möhtac insanların haqqı ilə ehtiyacsız olmuşlar. Bunun üçündə onun ilk ehtiyacını qarşılayan sən ol. Sev ki, səndə sevgiyə, nəvazişə möhtac olduğun zaman səndə seviləsən. Əgər küçələrdə aclıqdan ölən varsa, evində tox yatanlar cinayətkar deyil bəs nədir? Könlü qırıqların haqqı  ayaqlar altına atılıb, dəyər verilmirsə, haqq və ədalət sahibləri zalim deyil  bəs nədir? İçində var olduğumuz cəmiyyətin qurucularıyıq biz. Əgər yıxılmış bir həyatı qurmağa gücümüz imkan vermirsə, ən azında param-parca olmuş bir qəlbi qurmağa çalışaq. Unutmayaq ki, müvəqqəti üzərində məskən salıb yaşadığımız bu dünya mərhəmət sütunları üzərinə bina edilib. Dünyada gördüyümüz bütün nəbatat və heyvanat aləmi Uca Yaradanın onlara bəxş etdiyi mərhəmət və yardımlaşma mexanizmini ən gözəl şəkildə yerinə yetirdiyi halda, bütün küyfiyyətləri ilə onlardan üstün olan insan övladı bu gözəl duyğularından nə üçün istifadə etməsin? İnsanlara mərhəmət etməyənə Allahu Təala mərhəmət etməz hədisi şərifini qəlbimizin sirdaşına çevirək ki, bizi hər zaman insanlara ümumiyyətlə bütün məxluqata mərhəmət etməyə şövq etsin. Həyatın çətinlikləri bizi özümüzü düşünən, eqoist şəxsiyyət tipinə çevirməsin. Ya da var-dövlətə sahib olmağımız, başqa insanları kiçik görüb, şəxsiyyətimizi itirməyimizə səbəb olmasın. Allah(c.c) onu sənə möhtac etdiyi kimi, tam əksini etmək iqtidarınada sahibdir. O zaman hər şeyin əldən gedəcək, ancaq sənin mən dediyin bir daha geri dönməyəcəkdir. Bunun üçündə möhtac vəziyyətə düşmədən əvvəl möhtacların gözüylə dünyaya baxıb möhtaclara rəhm et !!!!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz