Sosial Məsuliyyət Nümunəsi

Sosial Məsuliyyət Nümunəsi

Qədim tarixi İbrahim peyğəmbərə gedib çıxan vəqf mədəniyyəti və xeyriyyəçilk “mülkiyyəti Allaha, mənfəəti isə insanlara” fəlsəfəsinə dayanan sosial məsuliyyətdir.

  Bəzi mətbuat yazılarında Azərbaycanda xeyriyyəçilik tarixinin başlanğıcının XX əsr olaraq göstərilməsi zənnimizcə tariximiz və milli-mənəvi dəyərlərimizlə uzlaşmır. Çünki tariximizə məlum olan xeyriyyəçilik işləri ölkəmizdə İslamın Azərbaycana gəlməsi qədər tarixi keçmişə sahibdir. İslam dininin bu coğrafiyada yayılması ilə yanaşı onun prinsipləri də həyatın hər sahəsində bir  həyat tərzi kimi görülməyə başlamışdır.

Ölkəmizin şimal-qərb bölgəsi həm vəqf mədəniyyəti, həm də  xeyriyyəçilik ruhu baxımından zəngin və dərin keçmişə malikdir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu bölgədəki vəqflərin əksəriyyəti məscid, hücrə və bulaqlardan ibarətdir. Vəqfnamələrdən və bölgə tarixçilərinin məlumatlarından aydın olur ki, bu məscid və hücrələrin böyük hissəsi vəqf edilən torpaqlarla, şəxsin və ya ailənin mülkünə aid torpaqda bina tikərək birbaşa insanların istifadəsinə verməsi ilə olmuşdur. Qax rayonu Suskan kəndi məscidinə aid vəqfnamə kimi sənədlər bunu göstərir.

Tarixi əhəmiyyətə malik məlumatlardan biridir ki, bölgədə 1820, 1830 və nəhayət 1963 cü il üsyanlarının hamısında rusların torpaq siyasəti dururdu. Bunlara kəşkül torpaqlar da deyirlirdi ki, hər bir islahat üçün insanlar üsyana qalxmış əlindəki torpaqlardan vaz keçməmişdir. Mülkiyyəti üçün kafirə qarşı belə bir qarşıdurma göstərən bölgə insanı özünün  mənəvi  dəyərləri qarşısında həddidndən çox comərd və xeyirxah davranmışdır.

Məsələn bölgə ərazisində ən böyük məscid Tala məscididir ki, 1700 nəfərin eyni anda ibadət edəcəyi bir yerdir. Vəqfnaməsindən məlum olur ki, ərazisi 1828-ci ildə Bayram oğlu Süleyman tərəfindən vəqfedilmiş, ərazidə Nəqşi şeyhi Talalı Əhməd Əfəndinin (1839-1903) başçılığı və Tala camaatının yardımları ilə məscid tikilmişdir. Maraqlı bir məlumatdır ki, məscidin örtüsü üçün lazım olan ağ dəmir əhvalatı Quranın “فَاسْتَبِقُوا الْخَيْرَاتِ    / Xeyirdə yarışın” ayəsinin xalq arasında təzahürünü göstərən bir nümunədir . Talalılar tikiləcək məscidin dam örtüyünə lazım olan təbəqə dəmir  üçün Bakıya bir heyət göndərərərk həm bunun ticarəti ilə məşğul olan Hacı Zeynəlabdinə yaxın dostu Dülüsobalı Hacı Qardaşın salamlarını çatdırmaq həm də ondan ağ dəmir satın almaq üçün yollandılar.

Tağıyev heyəti çox böyük ehtiramla qarşıladıqdan sonra belə böyük və möhtəşəm binanın tikildiyini öyrənəndə ehtiramı daha da yüksəlmiş, ancaq dəmirin satılması işinə gələndə  kəskin etiraz etmişdir. Heyət Bakıdan əliboş qayıdıraq Tağıyevin Tala camaatına müraciətini belə çatdırdılar:

-         Mənim salamlarımı Hacı Qardaşa, Abdulməcid Əfəndiyə bütün Tala camaatına çatdırın və deyin ki, onlara çox böyük hörmətim var. Bina etdikləri məscidin tezliklə başa çatnmasını Qasir Allahdan arzu edirəm. Nə mətləbləri olsa mübarək məqamları gözüm üstündədir. Baxüsus bunu deyərsən ki, mən Rusiyada, Ərəbistanda məscidlər inşa etdirmişəm, ibadətgahlara Allah yolunda köməklik göstərmişəm. İndi Abdulməcid əfəndi kimi, Hacı qardaş və geyriləri kimi alim və nüfuz sahiblərinin ərsəyə gətirdikləri bir məscidin yapığına pul ilə dəmir satmağı bilmərrə özümə sığışdıra bilmərəm. Dəmirin məccaniyən (pulsuz) Allah rizası üçün verilməsini dilərsəniz, göz üstündə yeriniz var. Ancaq pul ilə sizə heç vaxt dəmir satmaram.

    Öz aralarında məsləhətləşən Talalılar xeyirdə yarış möhtəvasında dəmiri başqa yerdən almaq qərarına gəldilər. Bu səbəblə yaxın mərkəzlərdən Tiflisə və Dərbəndə adam göndərdilər. Amma onlarda əliboş qayıtdılar. Çünki getdikləri hər yerdə təbəqə dəmirin Tağıyev tərəfindən satın alındığını öyrəndilər. Onun icazəsi olmadan heç kəsə təbəqə dəmir verilə bilməzdi. Talalılar yenidən Bakıya adam göndərərək Tağıyevin təmənnasız əta etdiyi 2000 ədəd ağ dəmir təbəqəsini qatarla Yevlaxa, oradan arabalarla Talaya daşıdılar. Bizə elə gəlir ki, bu gün Zaqatalalı, xüsusilədə Talalı yaşlı nəslin hər birinin aşina olduğu bu əhvalat bölgənin xeyriyyəçilik işində ən gözəl nümunə kimi yeni nəslin bu ruhda tərbiyəsi üçün əvəzedilməzdir.

Balakən mərkəz məscidi Hallac Məhəmməd oğlu Leko tərəfindən vəqf edilmiş böyük bir ərazidə tikilmişdir. 

Bölgə ilə bağlı yazılar göstərir ki, burda xeyriyyəçilik işləri təkcə bu tikililərlə məhdud deyil. Burda  həm də kütləvi yardımlaşma sözləşməsi ilə sosial məsuliyyət anlayışı ən yüksək səviyyədə gerçəkləşmişdir. Məsələn XIX əsrə aid Qımır kənd camaatının yazılı bir sənədlə bir-biri arasında yardımlaşmaya dair təşkil etdikləri əhdnamə diqqəti xüsusi cəlb edir. Belə ki, kənd İmamı Molla Mustafaya yazdırılmış dövrün üç hakiminə təsdiq etdirilmiş yazıda əgər bir nəfərin başına bir müsibət gəlsə, evi, çardağı və ya bir tikilisi yanarsa bütün kənd camaatı onun bərpası üçün həm maddi vəsaiti, həm də əl əməyi ilə iştirak edəcəkləri qeyd edilir. İndidə həmin yerdə belə bir adət vardır ki, təzə tikili üçün kömək etməyə gedən biri mütləq əlində o inşaata yarayan bir əşya ilə köməkləşir və yardımlaşır.

Burdaki xeyriyyəçilik işlərindən biri də alimlərin öz elmlərini insanlardan əsirgəməmələri və elmdə xeyriyyəçilik ənənəsi ilə çıxış etmələridir. Əlyazma kitabların sonlarındaki qeydlər kitabların yazılaraq vəqf edildiyini, bunların satıla bilməyəcəyi, bağışlana bişlməyəcəyi və hibə edilə bilməyəcəyini yazır. Bir alimə aid müxtəlif əsərlər bölgənin müxtəlif yerlərində yazılaraq oranın məscidi və ya mədrəsəsinə təqdim edilmişdir. Kim bunu dəyişdirərsə günahı ona aitdir ayəsi yanında “العمر فاني الخط باقي ömür fani, sətirlər isə əbədidir” kimi nəsihətlər qeyd edərək böyüklərimizdən birinin sözü ilə desək kitabların gələcəyə yazılmış məktublar olduğuna diqqəti yönəltmişdirlər. Qurban Əfəndi Meşləşi bu alimlərin ən məşhudurudur ki, bir çox bölgədə öz dəsti-xətti yazıdığı nəf-sərf əsərlərinə, kəhf cüzlərinə, fiqhlə bağlı risalələrinə rast gəlirik.

Bölgəyə məxsus “Kəhf cüzləri” ənənəsi buna daha gözəl nümunədir ki, gözəl dəsti-xətt ilə yazılan cüzlər həm ibadət üçün oxunmuş, həm də dindarların məsciddə tilavət və mütaliə etmələri üçün məscidin də adı qeyd edilərək vəqf edilmişdir.  

Bölgədə xeyriyyəçiliyin bir nümunəsi də ətraf-bayır, dağ-daş hər tərəfdə ən çox gözə dəyən meyvə ağacının tut ağacı olmasıdır. Sədəqə ağacı kimi baxılan bu ağacın meyvəsinin satılması günah hesab edilmişdir. Bu da yəqin ki, insan da içində olmaqla bahara çıxmış canlıların ilk qovuşduqları ən şirin meyvə olmasıdır. Nə xoş təvafüqdür ki, bir neçə il əvvəl Zaqatala bazarında şahid olduğumuz mənzərə bunun ən gözəl isbatıdır. Bazarda tut meyvəsi satıldığını görən yaşlı qadın: “Tut bazara çıxıbsa qiyamət yaxınlaşıbdır” deyərək zehin dünyasındakı təəssüflərini bəyan etmişdi. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz