Hər Şey Göründüyü Kimi Deyil

Hər Şey Göründüyü Kimi Deyil

Sosial normalar insan istəsə də, istəməsə də hər zaman mövcud olub və olmaqdadır. Bu normalara qarşı gəlmək insanı təhlükəyə ata bilər. 

Bəzən insanlar sosial normalara qarşı gəlmək istəyir, sanki “kompleks”siz olmalarını sübut etməyə çalışır və ya mövcud normaların yanlış olduğunu hər sözündə dilə gətirir. Düzü, sosial norma anlayışını mən də düzgün qavramamışdım, amerikan təşkilatında işlədikdən sonra bu qavramı tam dərk etdim və aşağıda sözügedən məsələ barədə ətraflı danışacağam. Sosial normalara dünyada ən çox diqqət edən ölkə Amerikadır, düzdür, bizə bir az şübhəli görünə bilər, amma bu bir faktdır. Onlar hər bir ölkədə bütün adətlərə əməl etməyə çalışır və ya özlərini belə göstərirlər, hazırda bunu ölkənin ideologiya müharibəsində işlətdiyi əsas silah hesab etmək olar. Ceyms Kameronun çəkdiyi Avatar filmindən misal verək. Bu film bizə adi cizgi filmi kimi görünə bilər, ancaq açılışında prezident Barak Obamanın da iştirak etdiyi bu film Amerikanın sosial normalara necə əməl etdiyini göstərir və gələcəkdə bu silaha ehtimal ki, daha çox sarılacağından xəbər verir. Filmdə bir bölgənin sirrlərini ələ keçirmək üçün şəxs həmin bölgənin dilini öyrənir və hətta özünü tamamilə onlara bənzədir. Bəli, Amerika təkcə həqiqi deyil, həm də ideoloji silahla bizə özümüz də bilmədən hücum edir. Sosial normaları bizimlə eyni olan şəxs bizim ideologiyamıza və inancımıza sahib anlamına gəlməz, çünki bunlar müəyyən mənfəətlər üçün üzümüzə gülən  şəxslər ola bilərlər. Onlardan bir çoxu Azərbaycanda bizi tərifləyib, öz ölkələrində isə pisləyən şəxslərdir. İki il onlarla işlədikdən sonra təkcə mən yox, eyni zamanda oradakı bütün azərbaycanlı işçilər Amerika vətəndaşının reallığını, “iç üzünü” aşkarladı. Bu reallığa bir sözlə nankor demək olar. Bəli, onlar həqiqətdə çox nankor olurlar, sizin etdiyiniz yaxşılığı anidən unudar və sizə 3 qəpiklik belə qiymət verməzlər. Onlarda aşkarladığım başqa bir prinsip onların “ortaqlaşma” hissinin sıfıra bərabər olmasıdır. Yəni tam olaraq materialist düşüncə tərzinə malikdirlər. Məsələn aldığı şokolad və sair kimi qida məhsulunu digər insanların gözü qarşısında yeyər, hətta yaxın dostuna belə təklif etməyə bilərlər. Və bu belədir. Onlara dərs keçərkən müşahidələrimdə belə halların həmişə şahidi olurdum, əvvəlcə bunu həmin şəxsin xarakteri olaraq bunu qiymətləndirirdim, amma 2 il ərzindəki təcrübəm təkcə mənim deyil, kolleqalarımın da eyni fikirdə olması fikirlərimin düz olmasını sübut etdi.

2 il müddətində Amerika səfirliyinin birbaşa nəzarəti və diqtəsi altında olan Amerika Səfirliyi Sülh korpusu təşkilatında mədəniyyət və dillərarası koordinator vəzifəsində çalışarkən Amerika vətəndaşlarının özünü gizlətmə (ingiliscə camouflage) qaabiliyyətinin nə qədər yüksək olduğunu anladım. Ümumilikdə istənilən ölkədə fəaliyyət göstərən Amerika səfirliyində bu ölkənin vətəndaşları üçün hazırlanmış “olarlar və olmazlar” (ingiliscə Do`s and Dont`s) və ya sosial normalar siyahısı var, bu siyahıda rasional bir amerikan gəncinin bu ölkədə edə biləcəyi və edə bilməyəcəyi nüanslar öz əksini tapır, burada onların istifadəsi məsləhət bilinən nəqliyyat növünün, hətta restoranların belə adı var. Adi Amerika vətəndaşı bu siyahıya istəməyərəkdən də olsa əməl etməyə çalışır. Məsələn xanımlar üçün belə bir norma var ki, onlar hava qaralmamışdan əvvəl evdə olmalıdırlar, əks halda onlara qarşı arzuolunmaz diqqət ola bilər və vətəndaşlar bu növ qaydalara təkcə Azərbaycanda deyil, bütün ölkələrdə əməl edirlər. Onlar bunu təkcə öz təhlükəsizlikləri üçün deyil, eyni zamanda olduqları cəmiyyətdə daha yaxşı kök salmaq və sirləri daha yüksək səviyyədə götürmək məqsədi güdərək edirlər.

Azərbaycanın istənilən bölgəsində ən azı iki Amerika vətəndaşına rast gəlmək olar, onlar bölgələrdə öz dillərinin tədrisi, iqtisadi inkişaf, gənclərin rifahı layihələri və sair ilə məşğul olurlar. Bölgələrdə olarkən təbii ki, onlar Amerikadakı kimi deyil, tam əksinə, bölgənin qanun və mentalitetinə uyğun olaraq hər bir “addım”larını ölçərək və yuxarıdakı “özünü gizlətmə”nin təməl prinsiplərinə uyğun atırlar. Bununla da səmimi və ürəyiyumuşaq insanların qəlbinə yol tapırlar. Onların inandığı ümumi prinsip budur: İnsan başqaları kimi eyni sosial normaları paylaşmasa, o cəmiyyətdən kənarlaşdırılacaq.. Bir növ gizli sosial müharibə, özünü sevdirərək mənfur fikirləri yaymaq. Mən onlara Azərbaycan dili dərsləri verərkən belə əməllərin dəfələrlə şahidi olmuşam. Və insan əgər özünü yaxşı kimi aparır və elə deyilsə, buna ikiüzlülük və riyakarlıq adı vermək yerinə düşər ki, bu da bəşər övladının prinsip və ənənələrinə tam ziddir.

Onlar insanların ən həssas nöqtələrinin sosial normaları və bu normalardan ən əsası dinə toxunmaqla

P.S. Bunun üçün Peyğəmbərimizi (s.ə.s) təhqir videosu yayıldıqdan sonra istər Obamanın, istərsə də Klintonun media qarşısında az qala ağlamaları onların necə “kamuflaj” ustası olduqlarını bir daha göstərir. Ancaq onlar heç vaxt anlamırlar ki, bu şəxs elə bir şəkildə özünə hörmət qazanıb ki, hətta tarixdə onu canlı olaraq təhqir edənlər peşman olublar, şəkillə nə edə bilərlər ki...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz