NƏFS HƏR AN PUSQUDADIR

NƏFS HƏR AN PUSQUDADIR

Elə bir vaxt gələcək ki, o vaxtda ancaq boğulanın dua etməsi kimi dua edən qurtulacaq.

Səni maraqlandırmayan işlərlə məşğul olma.

Sənin ehtiyacını qarşılamağa əhəmiyyət verməyən insandan heç bir şey istəmə.

Qəlbi dilinə hakim olmayan şəxsdə helm olmaz.

Sözü əməlləri ilə ölçülü olan insan doğru danışan insandır.

Bir günah işlərkən sağ və sol mələklərdən utanmamaq daha böyük günahdır.

Dünyaya qəlibinlə sahib ol, qəlbinlə deyil.

Ən məqbul əməl Allahın kitabına uyğun olandır.

Ölümü sevməməyimizin səbəbi, axirətimizi xarab edib dünyanı abad üçündür. İnsan abad olmuş yerdən xarabaya gedərmi?

Allahın rəhməti gözəl qulluq edənlərə yaxındır.

Haramlardan uzaq olaraq yerinə yetirilən fərzlər daha fəzilətli əməldir.

Yaxşılıq edilən şəxsin yaxşılıq edənə etdiyi dua daha tez qəbul olar.

Bir pisliyindən qorxduğun və ya bir yaxşılığını umduğun insana haqqı demək daha adildir.

Allaha itaət edən və insanları da buna cəlb edən ən bacarıqlı insandır.

Dünyada iki günü bərabər olan aldanmışdır.

Öz əskikliklərini araşdırmayan şəxs nöqsanlıq içindədir.  

Vəfa insanlıq, tələsmək ağılsızlıqdır. Pislərlə oturub-durmaq ləkədir. Fasiqlərlə bərabər olmaq şübhə oyandırar.

Öz gözümdə böyük, Allahın dərgahında kiçik olmaqdan Allaha sığınıram.

Düşmənin istifadə edəcəyi ixtilaflara düşməyin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz