"Tüsiab"ın baş katibi Yasin Göralla reportaj
- TÜSİAB-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı açıqlama verərdiniz?
- Türkiyədən gəlib Azərbaycanda fəaliyyət göstərən iş adamlarının səyləri və zəhmətləri ilə 1994-cü ildə mərhum ümummilli lider Heydər Əliyevin xeyir-duasını alaraq qurulan bir cəmiyyətdir. O dövrdə TÜSAB Türkiyədən gələn iş adamlarının Azərbaycandafəaliyyətlərini təmin etmək və Türkiyə-Azərbaycan arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi üçün lazımi tədbirləri həyata keçirmək məqsədi ilə qurulmuşdur.
Müəyyən zaman keçdikdən sonra öz fəaliiyət sahəmizdə müəyyən dəyişikliklər edərək bu gün artıq fəaliyyətimizi xeyli genişləndirmişik. Bu gün artıq Türk iş adamlarının Azərbaycana sərmayə qoyması ilə yanaşı, həmçinin azərbaycanlı iş adamlarının da Türkiyədə fəaliiyət göstərməsi, Azərbaycan malının Türkiyəyə, o cümlədən digər ölkələrə idxalı üçün müəyyən tədbirlər həyata keçiririk. Bu gün artıq TÜSİAB-ın istər Türkiyədə, istərsə də dünyanın müxtəlif ölkələrindəki tanınmış təşkilatlarla, şirkətlərlə əlaqələri var. Bu əlaqələrimiz vasitəsilə buradakı sahibkarların dünyanın bir çox ölkələrindəki həmkarları ilə görüşlərini təşkil edirik. Bu gün artıq Azərbaycan və Türkiyə qardaşlığından doğan enerjini üçüncü ölkələrdə də istifadə etməyə başlamışıq.
- Sizcə bir ölkənin iqtisadi göstəriciləri nələrdir?
- Ümumi mənada ifadə etmək istəsək, iqtisadi kriteriyalar içərisində bir-iki əsas başlıq olaraq bunu deyə bilərəmki, ilk növbədə ümumi daxili məhsulun qiymətidir. Bu rəqəm Azərbaycanda artıq kifayət qədər yüksək səviyyədədir. Bunun nəticəsi olaraq da adam başına düşüən milli gəlirdir ki, bu da Azərbaycanda təxminən 8-9 min manatdır. Bu rəqəmin gələn il 10 minə çatdırılması nəzərdə tutulmuşdur. Bu isə inkişaf etmiş ölkələr dediyimiz ölkələrin rəqəmlərinə yaxın olan göstəricilərdir. Bundan başqa iqtisadi göstəricilərdən biri də ölkənin xarici banklara olan borcudur. Azərbaycan bu baxımdan da çox müsbət iqtisadi göstəricilər əldə etmişdir. Azərbaycanın xarici borcu demək olar ki, yoxdur. Yəni bu rəqəmlər çox cüzi rəqəmlərdir. Digər bir iqtisadi göstərici isə dövlət fondlarındakı nəğd puldur. Bu gün Azərbaycanın 40 milyard dollardan artıq Dövlət Neft Fondunda və Mərkəzi Bankda nəğd rüzervləri var. Bu rezervlər həm xarici valyuta olaraq, həm də artıq dünyadakı iqdisadi böhranın nəticəsində qəbul edilən doğru qərarla qızıl olaraq saxlanılır. Bütün bunlar bir ölkənin iqtisadi cəhətdən inkişaf etdiyinin bariz göstəriciləridir. Həmçinin dünyada bu gün iqtisadi inkişafın digər ölkələrdə mənfi bir, mənfi iki olaraq göstərildiyi halda, Azərbaycan bu böhrandan da üzü ağ çıxmışdır. Təbii ki, bu göstəricilər hər bir Azərbaycan vətəndaşını sevindirir.
- Bu gün Azərbaycandakı, ümumi mənada isə Türk dünyasındakı iqtisadi inkişaf sizi qane edirmi?
- Bugünki inkişaf bizi qane edir desəm, belə nəticə çıxar ki, artıq ediləcək heç bir iş yoxdur, hər şey son nöqtəyəçatmışdır. O zaman isə artıq bizimkimi cəmiyyətlərin işinə də ehtiyac qalmaz. Ancaq bizim məqsədimiz iqtisadi əlaqələri daha irəli səviyyəyə çıxarmaqdır. Doğrudur, bugünkü gün etibarı ilə baxdığımız zaman çox ciddi işlər görülmüşdür. Bü işlərin də ən birinci bünövrəsi Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvandan Türkiyəyə Ümid Körpüsünü açan mərhumüm ümmilli lider Heydər Əliyev olmuşdur. Həmçinin ulu öndərin ifadə etdiyi və bu gün bütün dünyanında o cür qəbul etdiyi Əsrin Müqaviləsi olan Bakı-Tiflis-Ceyhan boru kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəməri, TANAP müqaviləsi, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi həm Azərbaycandakı, həm də ümumi mənada Türk dünyasındakı iqtisadi inkişifın göstəriciləridir. Bundan başqa Türk dilli ölkələrin başçılarının bir yerə toplanması, bu təşkilatın baş katibliyinin Bakıda açılması, Türk dilli ölkələrin Parlamet Assambleyasının yaradılması da bu ölkələri həm iqtisadi, həm də siyasi baxımdan bir-birinə bağlayan dəyərlərdir. Təbii ki, bunla kifayət deyil, bunlar bizimqarşımıza yeni hədəflər qoyur. Biz də iş adamları olaraq bu yolda inamla irəliləməyə çalışırıq.
- Kənardan baxdıqda işlərinizin xeyli ağır olduğu görsənir. Bu işlər sizi yormur?
- Heç bir bağban meyvəsini toplamaq üçün bir ağacı becərməz. Bağbanın vəzifəsi ağaca qulluq etməkdir. Acac bar veərəsə, meyvəsini yığar və ondan da başqa bir zövq alar. Ancaq əsas olan bağbanın o ağacı yetişdirməsidir. Doğrudur, bəlkə də iş dünyasına xidmət etmək yorucu və müəyyən dərəcədə stresli bir işdir. Ancaq bir az əvvəl də ifadə etdiyim kimi bizə göstərilən hədəflərə çatmaq üçün böyük bir çalışma əzmi içindəyik. Biz burda nəticəni daha tez bir zamanda görürük və bu nəticələr göründüyü zaman bunlar bizim cəmiyyətdəki dəyərli dostlarımıza böyük enerji verir. Gördüyümüz işlər nə qədər zəhmət tələb etsə də, bu enerji sayəsində də biz gördüyümüz işlərdən yorulmuruq. Ən əsası isə, sözün açığı bu işlər bir könül işidir. Azərbaycan bizim könüldən sevdiyimiz, özümüzü yad bir yerdə hiss etmədiyimiz, öz vətənimizdəki kimi hiss etdiyimiz, sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz bir yerdir, canımızın bir parçasıdır. Bu baxımdan da burada xidmət etməkdən böyük bir zövq alırıq. Buna görə də yorulmaq bilmədən çalışırıq.
ŞƏRHLƏR