“Facebook”da Məhrəmlik

“Facebook”da Məhrəmlik

Müasir həyatın bizdən qoparıb apardığı ən əhəmiyyətli dəyərlərimizdən biri məhrəmlik duyğusudur. Avropalaşma həvəsi ilə başlayan dəyər erroziyası hər şeyimizdən bir parça qoparıb apardı. Dinimizdən qopardı, ənənəmizdən, mədəniyyətimizdən, mənliyimizdən qopardı. Qərb ilə bizim mədəniyyətimiz arasındakı fərqlərin başında məhrəmlik gəlir. Çünki məhrəmlik Qərb mədəniyyətində “toxunulmazlıq”, Şərq mədəniyyətində isə “gizlilik” üzərinə qurulmuşdur.

Zaman dəyişdi, düşüncə dəyişdi, ehtiyaclar dəyişdi. Qorumamız lazım olan təməl dəyərlər; hörmət, izzət, böyük-kiçik əlaqəsi, ailə və məhrəmlik kimi məfhumların içi boşaldıldı və problemli şəxsiyyətlərdən formalaşan məsuliyyətsiz bir cəmiyyət ortaya çıxdı. Mövcud cəmiyyət tipi və yetişməkdə olan nəsillər avropalaşma ilə öz dəyərləri arasında yol ayrıcında qaldı. Bu mövzuda dərin sosioloji təhlillər edilə bilər. Məsələ bundan ibarətdir ki, Osmanlının son dövrlərində başlayan və cümhuriyyətlə davam edən Qərb heyranlığı bu cəmiyyətin şəxsiyyətində dərin çatlaqlar meydana gətirdi.

İndi sual yaranır: Köklərinə yadlaşmış bir cəmiyyətdə əxlaqi dəyərlərin maya tutması, keçmişi yaşatma və keçmişlə birlikdə gələcəyi qurma qabiliyyəti nə qədər gerçəkləşə bilər?

Qeyb olan mühüm dəyərlərdən biri məhrəmlik duyğumuzdursa, bu, üzərində dayanılması lazım olan bir mövzudur. Çünki məhrəmlik duyğusunun itməsi insanın özünü maraqlandırdığı qədər yaşadığı cəmiyyəti də maraqlandırır.

Məhrəmlik sözü haram sözündəndir. Dini cəhətdən qadağan olan hər şey haram dairəsinə girir. Başqa bir ifadə ilə haram gözəl olmayan, yəni insanlıq qüruruna zidd gələn hər cür əməl və davranış deməkdir.

Məhrəm və məhrəm olmayan ifadələri indiki vaxtda daha çox qadın-kişi əlaqələrində bir-birlərinə qarşı müəyyən sərhədləri qorumaları ilə bağlı istifadə edilər. Kim, kiminlə nə dərəcədə görüşə bilər, kimin yanında necə gğrsənmək, hərəkət etmək olar? Qurani-Kərimdə möminlərin diqqət edəcəyi və kiminlə evlənib-evlənə bilməyəcəkləri təfərrüatıyla ifadə edilmişdir. (bax. Nisa, 4/23)

Mömin həya sahibidir. Bu xüsusiyyəti onun bəzi vəziyyətlərini başqalarının görməsindən və diqqət çəkməsindən çəkindirər. Məsələn, müsəlmanın yaşadığı ev digər insanların asanlıqla girə bilməyəcəyi “məhrəm” bir mühitdir. Bu səbəblə İslamın bölümlərini izah etmək üçün “hərəmlik-səlamlıqdır” ifadələri işlədilmiş və Rəsulullah (s.ə.s) başqalarının evinə icazəsiz girməyi, insanların şəxsi halları ilə maraqlanmağı, yəni təcəssüsü qadağan etmişdir.

Ancaq məhrəmlik həssaslığı yalnız evin daxili ilə xarici arasında cərəyan edən bir şey deyil. Möminin həyatının hər anında həm başqalarının məhrəmliyinı riayəti, həm də öz məhrəm hallarını başqalarına ifşa etməməyi Uca Rəbbimiz əmr edir. (bax. Nur, 58-59)

Bu gün  “Virtual Həyat” adlanan bir gerçəklə qarşı-qarşıyayıq. Texnologiyanın inkişafı ilə həyatımızın müəyyən bir qismi, hətta xüsusi hallarımız virtual adlanan bu həyata daşınır və orada davam edir. Telefonumuzdakı şəkillər, kompüterimizdəki yazılar, fotolarımız əslində bizim məhrəm hallarımızdır. Texnologiyanın verdiyi imkanlar ilə təəssüf ki, günümzdə bunlar izlənilə bilir. Məhrəmlik pozulur.

“Sosial Media” “Virtual Aləm”, yeni nəsilin imtina etmədiyi və hər keçən gün şəkil və məzmununu dəyişərək həyatımıza girən “Facebook” və “Twitter” kimi internetə əsaslanan ünsiyyət vasitələri idarəsiz istifadə edildiyi zaman məhrəmlik duyğusuna ən çox zərər verən ünsürlərə çevrilə bilir.

Bu səbəblə ünsiyyət vasitələrindən istifadə edərkən öz hüquqi boşluqlarımızı doldurmamız lazımdır. Bir insan “paylaşarkən” nəyi, nə qədər, necə və kimlərlə paylaşa biləcəyinə baxmalıdır.

Çünki bütün bunlar üzvlərinizə sizi zəncirvari izləmə imkanı verir. Siyahınıza qəbul etdiyiniz hər insan əgər istisna qoymadınızsa sizin hər ifadənizi, hər paylaşdığınız rəsmi və ya videonu görə bilir. Bu zəncir yoldaşınız, yoldaşınızın yoldaşı, onun yoldaşı şəklində uzanıb gedir.

Əslində burada diqqət yetirilməsi lazım olan xüsus bizim paylaşma meyarlarımızın olması və xüsusilə İslamın bizə əmr etdiyi məhrəmlik sərhədlərinə uyğun olacaq “paylaşımlar” etməyimizdir.

Sosial media əgər bir həyat tərzi halına gəlmişsə və biz də qaçınılmaz olaraq bu həyat tərzində özümüzə bir yer tapırıqsa, onda real həyatımızda diqqət yetirdiyimiz məhrəmlik ölçülərini bu sahədə də tətbiq edə bilməliyik.

Mənəvi dəyərlərimizin aşındığını göstərən misallardan bir neçəsi:

Məsələn, insanlar ailələrinin məxfi sayıla biləcək şəkillərini asanlıqla paylaşırlar. Xüsusi yazışmaları açıq-aşkar həyata keçirirlər.  Və ya icazəsi olmadan bir başqasının şəkilini üçüncü şəxslərlə paylaşa bilirlər. Bu və bənzəri davranışları İslamın məhrəmiyyət anlayışının hansı nöqtəsində qiymətləndirəcəyik?

Təşkilat və qurum olaraq həyata keçirilən bu cür paylaşmaların bir məntiqi var. Təşkilatı tanıdar və təşkilatınızla əlaqədar fəaliyyətləri göstərir. Ancaq fərdi olaraq hər etdiyini paylaşmaq insan eqosunun qabarması və bir xəstəlik olaraq xarakterizə edilən riyakarlıqdan başqa ola bilər?

Hər fotoşəkilini, məhrəmiyyət ayrı-seçkiliyi etmədən necəgəldi paylaşmaq müsəlmanın məhrəmiyyət anlayışı ilə necə izah oluna bilər?

Evlənənlər yoldaşının şəkilini, nişanlananlar nişanlısının şəklini, körpəsi olan körpəsinin şəkilini nə üçün paylaşır? Bir yemək anını və ya tamamilə özünə aid olan bir halı paylaşmağın altında hansı psixologiya yatır?

Əslində bu kimi xüsusi hallarımız özümüzdən kənara çıxmamalı deyimli? Nə üçün, nəyi, kimə və nəyə görə paylaşdığımızı düşünməli, ondan sonra paylaşmalı deyilikmi?  

Gizlilikdə sirr və gözəllik var. Bu paylaşma dəliliyinin altında yatan xüsus bğyük ehtimalla özünü isbatlama səyidir…

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz