Gəncliyə Yardım Fondu Uşaqlarada Yardım Göstərir

Gəncliyə Yardım Fondu Uşaqlarada Yardım Göstərir

Kimsəsizlərə dayaq durmaq, yetim başı sığallayıb, onun könlünü almaq, imkansızlara köməklik göstərmək bizə babalarımızdan qalmış ülvi və mənəvi mirasdır.  Bu miras ona görə ülvidir ki, insana, sözün əsl mənasında insan olan həqiqi dəyəri verə bilər;

 Ona görə mənəvidir ki, müqəddəs kitabımızda və Hz. Peyğəmbərin müdrik kəlamlarında belə əməllər yüksək qiymətləndirilmiş, müsəlmanların belə xeyrxahlıqlarla imanlarını kamilləşdirməsi təkidlə tövsiyə edilmişdir.

Məhz elə bu prinsiplər əsasında qurulan və əsas fəaliyyət sahəsi insanlara, xüsusən də millətimizin sabahının qarantı hesab edilən gənclərə elm-təhsil və maddi baxımdan dəstək olan Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 12 ilə yaxındır ki, bu amala xidmət edir. Ötən bu zaman ərzində bir çox gənc, Fondun dəstəyi və köməkliyi ilə elm-təhsil sahibi olmuş və əsl vətəndaş kimi cəmiyyətədə özünəməxsus yer tuta bilmişdir.

Gəncliyə Yardım Fondunun fəaliyyətləri, xaricə təhsil almaq üçün tələbə göndərməkdən tutun, Fondda xarici dillər və kompyuter kurslarının təşkilinə,  Qafqaz Müsəlmanları İdarəsinə bağlı Bakı İslam Universitetinin Zaqatala şöbəsinin və habelə bir neçə rayonlarımızda məscidlərin tikintisi, mədrəsə və Quran kurslarının maliyyələşməsinə, Məcburi Qaçqın və Köçkünlərə müxtəlif yardımların edilməsinə, aztəminatlı və şəhid ailəllərinə köməyə, yetim və kimsəsiz uşaqlara yardıma, imkansız tələbələrə maddi yardım və təqaüd verilməsinə və təmənnasız Sünnət mərasimlərinin keçirilməsinə qədər- müxtəlif sahələri əhatə edir.

Hər il olduğu kimi bu il də Gəncliyə Yardım Fondunun fəaliyyətləri baxımından məhsuldar bir il olmuşdur. Belə ki, bu ilin əvvəlində Türkiyə Respublikasının bir QHT-si olan “Dəniz Fənəri” yardımlaşma dərnəyi Gəncliyə Yardım Fondu vasitəsilə Azərbaycanda, xüsusən də Məcburi Qaçqın və Köçkünləri və aztəminatlı ailələri əhatə edən geniş ərzaq və geyim yardımı kampaniyasını uğurla həyata keçirmişdir. Novruz Bayramına təsadüf edən bu yardım kampaniyası, yüzlərlə uşağın sevincinə səbəb olmuşdur.

Bundan əlavə Fond, İyul ayının 15-də Nərimanov rayonu ərazisindəki 5 saylı xəstəxanada, Məcburi Qaçqın və Köçkünləri və aztəminatlı ailələrdən 250 oğlan uşağını sünnət etdirmişdir. Sünnət olunmuş hər bir uşağa hədiyyələr verilmişdir.

Ötən illərdə olduğu kimi, “15 Sentyabr-Bilik Günü” münasibətilə, müxtəlif QHT-lər və bilavasitə Gəncliyə Yardım Fondu tərəfindən 1650 məktəbliyə çanta, qələm, pozan, karandaş, dəftər və digər məktəbli ləvazimatlarından ibarət yardımlar paylamışdır. Əsasən Məcburi Qaçqın və Köçkün və aztəminatlı ailələrin uşaqlarına çatdırılan bu məktəbli sovqatı, uşaqların yeni tədris ilinə yüksək əhval ruhiyyədə başlamasına səbəb olmuşdur.

           Gəncliyə Yardım Fondu yeniyetmə və gənclərə olduğu qədər, körpələrə və uşaqlara da qayğı və diqqət göstərir. Çünki uşaqlar bizim gələcəyimizdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz