QƏRB-ŞƏRQ ƏLAQƏLƏRİ

QƏRB-ŞƏRQ ƏLAQƏLƏRİ

Müəllifin alman dilində adı və soyadı Johann Wolfgang von Goethe, Azərbaycan türkcəsində isə İohan Volfqanq fon Qöte transliterasiyası ilə təqdim edilmişdir. Dilimizin ad dəyişimi ahənginə uyğun olaraq onun Höte şəklində verilməsini məqbul hesab edirik.

QƏRB-ŞƏRQ ƏLAQƏLƏRİ

 

 

Mütəfəkkir alman şairi, bir sıra romanların və dram əsərlərinin müəllifi İohan Volfqanq fon Hötenin (1749-1832) “Faust” və “Qərb-Şərq Divanı” kimi əsərləri onu Qərbin və Şərqin mənəvi-ruhani dəyərlərini ədəbiyyata ərməğan edən söz sərrafı kimi dünya oxucusuna yaxşı tanıtdırmışdır. “Qərb-Şərq Divanı”nın bu günlərdə Azərbaycan türkcəsində çox nəfis və bütöv şəkildə tərcümə nəşrini dünya işığına gətirən filologiya elmləri doktoru, professor Ələkbər Qubatovun bu xidməti mədəniyyət və ədəbiyyat tariximizdə yadda qalan bir hadisə sayıla bilər.

Mütərcimin, Hötenin “Qərb-Şərq Divanı”nın alman dilindən etdiyi tərcüməsinə yazdığı ön sözdə çox-çox mətləblərə gətirdiyi incələmələr, fakt və məktublardan verilən nümunələr oxucunu Qərb və Şərqin ruhani dünyasına bələdçilik edən “yol göstəricisi”ni xatırladır.

Avstriyalı şərqsünas alim və mütərcim Jozef Frayher fon Hammer- Purqştalın (1774-1856) 1809-1818-ci illərdə nəşr etdirdiyi “Fundgruben des Orients” adlı məcmuəsində müqəddəs Quran ayələrinin və hədislərin, eləcə də Georqe Salein “Qurani-Kərim”in alman dilinə etdiyi tərcümələri Hötenin “Qərb-Şərq Divanı”nın qaynaqları olduğunu göstərən Ə. Qubatov yazır: “Divandakı bir çox şeirləri isə müəllif ya birbaşa, ya da dolayı bir üsulla “Quran”dan ilhamlanıb qələmə almışdır.”

Hötenin “Divan”ında “Ey şirin cocuğum” adlı şeirinin son bəndində fikir-məna yükü oxucu ürəyinə bir sakitlik, şəfqət gətirir:

Gerçəkdən gerçəyə oldu pənahım

Ulu Məhəmmədi sən yaxşı tanı.

Bil, yoxdur Allahdan başqa Allahım,

Deyərək fəth etdi bütün dünyanı.

Hötenin “Divanı”nda Qərb-Şərq adının qoşa çəkilməsi təsadüfi deyildir. Qərbli şairin Şərqin ruhani dünyasının poetik cilasını yaradan “Divan”ı əslində kitabın ümumi mündəricə və məzmununa uyğun gələn gözəl qoşa qanadın harmoniyasını yaratmışdır. Hötenin müqəddəs Peyğəmbərimiz Məhəmməd Mustafanın poetik obrazında “Peyğəmbər deyir ki:” sərlövhəli şeirində fakir aydınlığı belədir:

Məhəmmədə yardım edən Allaha

İslamla açılan gözəl sabaha

Şəkk edən varsa da, çıxsın qabağa

Asilik bir yolluq dərs olsun ona

Qoy assın özünü, qurtarsın canı

Qoy təftiş etməsin dini-imanı.

Hötenin poetik dünyabaxışında Qərb ilə Şərqin dünyanın biri-birindən ayrı düşən “könül aşiqləri”nin sevgi simfoniyasını özündə yaşadan birlik harayının həyəcanını eşidirik:

Səndəmi yarından ayrı düşmüsən;

Lap elə Şərq ilə Qərb kimi ayrı

- deyəndə “iki” dünyanın biri-birinə “qovuşmaq”, yaxud “barışmaq” əhdini yaratmaq məramını ifadə etmişdir, desək səhv etmərik.

Quran ilkmi, əzəlmi?

Bunu araşdırmıram!

Quran yaradılıbmı?

Buna da baş vurmuram!

Müsəlmanlıq gərəyi,

Kitabların kitabı

Olduğuna inandım.

- yazan alman şairinin müqəddəs Qurana verdiyi dəyərin etirafının şərhinə isə ehtiyac duymadıq.

Hötenin “Divanı”nda “Ədəbi irsdən” sərlövhəli bölümündə Qərb ilə Şərqin barışıq məramının incələnməsində diqqəti çəkən tərcümədə oxuyuruq:

… Qərb ilə Şərq verib öz qərarını

Artıq bir-birindən ayrılmayacaq.

 

Hər iki dünyanın öz gözəlliyi,

Öz gözəl varlığı xoş gəlir mənə,

Bu Şərqin Şərqliyi, Qərbin Qərbliyi,

Məni səyahətə cəzb edir yeni.

XIX əsrin 16-cı ilində “Sabah Səhifəsi”ndə nəşr olunmuş Höte “Divanı”nın təqdimatında çox-çox oxucunu heyrətləndirən bir cümləsi onun müəllifinin Şərqin ruhani dünyasına bağlı olduğuna əyani sübutdur: “Qərb-Şərq Divanı”nın müəllifi özünün bir müsəlman olması şübhəsini rədd etmir.”

Poetik düşüncələrində Şərq-müsəlman sevgisini açıqlayan Hötenin ruhən müsəlmanlığa nə dərəcədə yaxın olduğunu açıq etirafa çevirən isə onun oxucu ürəyinə həkk etmək məramında olduğu misra, yaxud şeirləridir.

Şərqin dünya mədəniyyətinin və ədəbiyyatının dolanbac yollarında zəngin ruhani sərvətini duyan, dəyərləndirən alman şairinin “Divanı”nın Azərbaycan türkcəsində bütöv tərcüməsi alim, mütərcim Ələkbər Qubatovun zəhmət və xidmətinin yeni uğurudur. “Mən bu xidməti nəsib edən Uca Rəbbimə həmd edir; yazı, tənqid və dua ilə yardımçı olan oxuculara dərin təşəkkürümü bildirirəm.” yazan mütərcimə bu xidməti üçün “Allah köməyin olsun” deməyi mənəvi borcumuz bilirikMüəllifin alman dilində adı və soyadı Johann Wolfgang von Goethe, Azərbaycan türkcəsində isə İohan Volfqanq fon Qöte transliterasiyası ilə təqdim edilmişdir. Dilimizin ad dəyişimi ahənginə uyğun olaraq onun Höte şəklində verilməsini məqbul hesab edirik.

 

 

 

QƏRB-ŞƏRQ ƏLAQƏLƏRİ

 

 

Mütəfəkkir alman şairi, bir sıra romanların və dram əsərlərinin müəllifi İohan Volfqanq fon Hötenin (1749-1832) “Faust” və “Qərb-Şərq Divanı” kimi əsərləri onu Qərbin və Şərqin mənəvi-ruhani dəyərlərini ədəbiyyata ərməğan edən söz sərrafı kimi dünya oxucusuna yaxşı tanıtdırmışdır. “Qərb-Şərq Divanı”nın bu günlərdə Azərbaycan türkcəsində çox nəfis və bütöv şəkildə tərcümə nəşrini dünya işığına gətirən filologiya elmləri doktoru, professor Ələkbər Qubatovun bu xidməti mədəniyyət və ədəbiyyat tariximizdə yadda qalan bir hadisə sayıla bilər.

Mütərcimin, Hötenin “Qərb-Şərq Divanı”nın alman dilindən etdiyi tərcüməsinə yazdığı ön sözdə çox-çox mətləblərə gətirdiyi incələmələr, fakt və məktublardan verilən nümunələr oxucunu Qərb və Şərqin ruhani dünyasına bələdçilik edən “yol göstəricisi”ni xatırladır.

Avstriyalı şərqsünas alim və mütərcim Jozef Frayher fon Hammer- Purqştalın (1774-1856) 1809-1818-ci illərdə nəşr etdirdiyi “Fundgruben des Orients” adlı məcmuəsində müqəddəs Quran ayələrinin və hədislərin, eləcə də Georqe Salein “Qurani-Kərim”in alman dilinə etdiyi tərcümələri Hötenin “Qərb-Şərq Divanı”nın qaynaqları olduğunu göstərən Ə. Qubatov yazır: “Divandakı bir çox şeirləri isə müəllif ya birbaşa, ya da dolayı bir üsulla “Quran”dan ilhamlanıb qələmə almışdır.”

Hötenin “Divan”ında “Ey şirin cocuğum” adlı şeirinin son bəndində fikir-məna yükü oxucu ürəyinə bir sakitlik, şəfqət gətirir:

Gerçəkdən gerçəyə oldu pənahım

Ulu Məhəmmədi sən yaxşı tanı.

Bil, yoxdur Allahdan başqa Allahım,

Deyərək fəth etdi bütün dünyanı.

Hötenin “Divanı”nda Qərb-Şərq adının qoşa çəkilməsi təsadüfi deyildir. Qərbli şairin Şərqin ruhani dünyasının poetik cilasını yaradan “Divan”ı əslində kitabın ümumi mündəricə və məzmununa uyğun gələn gözəl qoşa qanadın harmoniyasını yaratmışdır. Hötenin müqəddəs Peyğəmbərimiz Məhəmməd Mustafanın poetik obrazında “Peyğəmbər deyir ki:” sərlövhəli şeirində fakir aydınlığı belədir:

Məhəmmədə yardım edən Allaha

İslamla açılan gözəl sabaha

Şəkk edən varsa da, çıxsın qabağa

Asilik bir yolluq dərs olsun ona

Qoy assın özünü, qurtarsın canı

Qoy təftiş etməsin dini-imanı.

Hötenin poetik dünyabaxışında Qərb ilə Şərqin dünyanın biri-birindən ayrı düşən “könül aşiqləri”nin sevgi simfoniyasını özündə yaşadan birlik harayının həyəcanını eşidirik:

Səndəmi yarından ayrı düşmüsən;

Lap elə Şərq ilə Qərb kimi ayrı

- deyəndə “iki” dünyanın biri-birinə “qovuşmaq”, yaxud “barışmaq” əhdini yaratmaq məramını ifadə etmişdir, desək səhv etmərik.

Quran ilkmi, əzəlmi?

Bunu araşdırmıram!

Quran yaradılıbmı?

Buna da baş vurmuram!

Müsəlmanlıq gərəyi,

Kitabların kitabı

Olduğuna inandım.

- yazan alman şairinin müqəddəs Qurana verdiyi dəyərin etirafının şərhinə isə ehtiyac duymadıq.

Hötenin “Divanı”nda “Ədəbi irsdən” sərlövhəli bölümündə Qərb ilə Şərqin barışıq məramının incələnməsində diqqəti çəkən tərcümədə oxuyuruq:

… Qərb ilə Şərq verib öz qərarını

Artıq bir-birindən ayrılmayacaq.

 

Hər iki dünyanın öz gözəlliyi,

Öz gözəl varlığı xoş gəlir mənə,

Bu Şərqin Şərqliyi, Qərbin Qərbliyi,

Məni səyahətə cəzb edir yeni.

XIX əsrin 16-cı ilində “Sabah Səhifəsi”ndə nəşr olunmuş Höte “Divanı”nın təqdimatında çox-çox oxucunu heyrətləndirən bir cümləsi onun müəllifinin Şərqin ruhani dünyasına bağlı olduğuna əyani sübutdur: “Qərb-Şərq Divanı”nın müəllifi özünün bir müsəlman olması şübhəsini rədd etmir.”

Poetik düşüncələrində Şərq-müsəlman sevgisini açıqlayan Hötenin ruhən müsəlmanlığa nə dərəcədə yaxın olduğunu açıq etirafa çevirən isə onun oxucu ürəyinə həkk etmək məramında olduğu misra, yaxud şeirləridir.

Şərqin dünya mədəniyyətinin və ədəbiyyatının dolanbac yollarında zəngin ruhani sərvətini duyan, dəyərləndirən alman şairinin “Divanı”nın Azərbaycan türkcəsində bütöv tərcüməsi alim, mütərcim Ələkbər Qubatovun zəhmət və xidmətinin yeni uğurudur. “Mən bu xidməti nəsib edən Uca Rəbbimə həmd edir; yazı, tənqid və dua ilə yardımçı olan oxuculara dərin təşəkkürümü bildirirəm.” yazan mütərcimə bu xidməti üçün “Allah köməyin olsun” deməyi mənəvi borcumuz bilirik

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz