Hüzn Ölkəsində Gül Yetişdirmək
Siyah kalbe ak yazılar yazılmaz
Aşka düşmeyenin benzi bozulmaz
Kör odur ki kendi özünü bilmez
Sayılı gün geçer bed iğvâ ile
Sadık Baba
Nəsimi dar ağacının yanına gətirilərkən şah ondan soruşur:
-Şair nə üçün bənizin solmuş görsənir, yoxsa ölümündən qorxursan?.
Nəsimi məğrur şəkildə ağır-ağır cavab verir:
- Mənim çöhrəm günəşə bənzəyir. Məgər bilmirsən ki, günəş batarkən rəngi solur?.” Böyük mütəfəkkir Nəsiminin söylədiyi bu cavab, necə də doğru bir fikirdir. Hər batanın bənizi soluq görsənir. Beləcə, varlıqlar saralıb-solaraq, bitər, tükənər və qeyb olaraq əbədiyyətə qovuşarlar.
İçərisində olduğumuz bu payız mövsümü, saralıb-solmanın simvolu kimi təcəssüm etməkdədir. Soyuq və quru keyfiyyətiylə ölümün təbiətini xatırladar. Çünki, ölüm əsnasında vücuddakı hərarət tükənər, damarlardakı qanlar donar və cismə soyuqluq hakim olar. Deməli, bu mövsümdə ruhun qidası, ölümü təfəkkür etməkdir.
İbn Ərəbiyə görə dünya, insana hamilədir. Yəni, axirət doğumu üçün dünya, ruhun döl yatağıdır. İnsan öldüyü zaman, doğum gerçəkləşmiş olar. Ruh, bərzax aləminə təşrif gətirər. Necə ki, insan ana bətnində bir ət parçası ikən, dünyanın sevinci, kədəri haqqında bir şey bilməzkən, axirətin döl yatağı olan dünya həyatında da, axirət həyatının, qəbr, məhşər, cənnət və cəhənnəmin sevinc və kədəri, haqqında tam bir bilgiyə sahib deyildir. Dünyaya doğulduğunda, dünyanı öyrənərək bildiyi kimi, ölümlə birlikdə axirətə doğulduğu zamansa, Haqqın, Peyğəmbərlərin, Allah dostlarının söylədiklərinin doğru olduğunu dərk edər.
Payız fəsili xəzan vaxtıdır və onun insanda buraxdığı halın adı hüzündür.
Görəsən hüzn nədir?
Kindiyə görə hüzn, sevilən nəsnələri (məlumatları) itirməkdən və əldə edilməsi tələb olunan nəsnələri isə, yerinə yetirilməməkdən qaynaqlanan nəfsani acıdır. Sufilərə görə isə qəlbin qorunaraq qəflət vədələrinə dalmasına və məhv olmasına mane olan haldır.
Hüznlə əlaqəli üç xüsus önə çıxmaqdadır. Ayrılıq, yoxluq və təfəkkür.
Ayrılıq
Hz. Mövlananın ney simvoluyla izah etdiyi insanın Allahdan ayrı düşməkdən başqa şikayətdə olması və inləməsi, acı və hüzn yaşaması bu həqiqətin ifadəsidir. İnsan Haqqdan ayrıldığı gündən bəri hüzn içindədir. Hüzn, Haqqı xatırdan çıxarmayanların xislətidir. Mömin ayrılığın hüznüylə yaşayar. Hüzn qəlibi, incələn qəlbi riqqətə gətirən, nəbilərin xislətidir. Comərdlərin və başqasının dərdiylə dərdlənənlərin xislətidir.
Qayəsi dünya və dünyalıq işlər olan hüzn pis, qayəsi axirət olan hüznsə xoş görülmüşdür. Hüzn, düşünən və hiss edən insanların halıdır. Bu səbəblə də sufilər, hər şeyin bir zəkatı var, qəlbin də zəkatı hüzündür ifadəsini söyləmişdirlər.
Yoxluq
Acizliyini etiraf edən aqil kamala çatmış, dua ilə acizliyini elan edən bəndə isə, kamalın qapısına çatmışdır. İnsan yoxluğunu bildiyi halda varlığını tam dərk etmiş sayılır. Yoxluq hüznü öyrədən, hüzünsə varlığı bildirən dəlillərdir. Yoxsulluq hissini duymayanlar, qəriblərin, çarəsizlərin halını anlamayanlar hüznün dəyərini dərk edə bilməzlər.
Təfəkkür
İnsanın varlıq səbəbini incələyərək seyr üçün ortaya qoymuş zatlar irfan əhli adlanır. Kamal, insanın varlığını dərk edərək, Rəbbini tanıma halıdır. Hər kim ki, özünü öyrənərək bilə bilir, o kəslər Rəbbini də tanımış olur. Özünü bilmək məsuliyyətinin fərqinə varmaq, dünyanın faniliyini dərk etmək deməkdir. Xəlifə olaraq yaradıldığını xatırlamaq və bu bilgiyə sahib olmaqdır. Dünyadakı varlıq hikmətinin fərqində olma xüsusiyyəti artdıqca insan yalnız özünü deyil, başqalarını da düşünməyə başlayar.
Qəflətdə olan kəs hüznün nə olduğunu bilə bilməz. Hüzn yalnız, agah olan ariflərin halıdır. Hüzünsüzlük özüylə arasında məsafə qoymaqdır. Düşünməksə hüzünlənməkdir.
Nəticə
Hüzn bəzən tarix olur, bəzən də tarihin hüznünü yaşlıların qırışmış üzlərində, çuxura düşmüş gözlərində yaşayarıq. Qalaların künclərində, tərk olunmayan ata ocağı adlanan bir evdə hüzn, ayrılıqdır.
Mövsümün payızı, rəngin sarısı və günbəgün saralan-solan həyatdır hüzn. İnsanın çiynindəki yükün devrilməsidir hüzn. Əbu Talib kimi duran, Xədicə kimi saran yoxluqdur hüzn.
Bir doğum gecəsində həsrət və hicranın buludlaşıb daşıdığı göz yaşıdır hüzn. Hüzn tövbədir, təfəkkürdür.
Ey könül!
Hiç aynaya baktın mı sen?
Sen de ne nedamet gözyaşları var ne de renginde bir solgunluk.
Belli ki düşmemişsin aşka.
Ne ayrığın inlemesi, ne faniliğin emaresi, ne de tefekkürün esamesi var. Az ağlayıp çok gülüyorsun.
Hüznü giy. Hüzün kuşan ki kıymetini bilesin ayrılığın ve ayrı durduklarının? Hüzün hüsnünü artıracaktır.
Bak vakit hazandır. Her hazan mevsimi bir yol gösterir.
O halde düş yollara ayrıl, hicret et şehr-i Nuh’a.
Darul hüzün olan dünyada güller yetiştir.
Sayılı gün geçmesin bed iğvâ ile.
ŞƏRHLƏR