AYNADAKI YALAN

AYNADAKI YALAN

MÖVLANADAN

 Mövlana həzrətləri insanın gənclik, dinclik və zindəlik mövsümləri və bunların ardınca onu təqib edən gəlib-keçici macəralarını belə dilə gətirir:

“Sən, ey ilk bahar gözəlliyinə qarşı dodağını dişləyib heyran olan kimsə! Bir də payızın saralmış halına və soyuqluğuna bax.”     

“Şəfəq vaxtında gözəl Günəşin doğuşunu görüncə qürub zamanı onun ölümü demək olan batışını da xatırla.”

            “Bu xoş çardaqda -yəni açıq bir səmada-  bədirlənmiş ayın lətafətini görürsən; Onun bir də ayın sonlarına doğru uğradığı halını, incələrək zəiflədiyini, bədirlənmiş halına hsərətini düşün!”

            “İnsan da eynən bu macəranı yaşayar: kamalı və camalı zavala məhkumdur.”

“Gözəl bir uşaq, baxarsan ki, gözəlliyi ilə hamının sevimlisi olmuşdur. Bir müddət sonra ələ salınan bir ixtiyar halına gələr və xalq içində rəzil olar.”           

“Əgər gümüş bədənli gözəllər səni ovladısa, ixtiyarlıqdan sonra bir də pambıq tarlasını xatırladan o bədənə bax.”

“Ey yağlı-ballı yeməklər və dadlı qidalar görüb iştahı qabaran kəs! Həlaya get və onların aqibətini orada gör!”

“Ona de ki: sənin o gözəlliyin, gözəl qoxun və boşqab içərisindəki zövqü-lətafətin hanı?”

“Cavabında deyər ki: o saydığın şeylər qönçə idi, mən də qurulan bir tələ. Sən o tələyə  düşüncə qönçə əridi, soldu və pisliyə döndü.”

“Ustaları heyran qoyan elə məharətli əllər vardır ki, sonunda titrək olmuşlar.”

“Həmçinin parlaq və nərgiz baxışlı qumral bir gözü, sonda suları axan bir halda görərsən!”

“Həmçinin aslanlar səfində olan aslan kimi igid bir ər, gün gələr siçan kimi aciz birinə məğlub olar.”

“...Üstün qabiliyyətli bir sənətkarı sonunda acizliyə bürünmüş bir zavallı kimi işə-gücə yaramaz halda görərsən.”

“...Ağılları başdan alan müşk qoxulu və qıvrım bir zülf ixtiyarlıqda yabanı ulağın quyruğu kimi çirkinləşir.”

“Bütün bu şeylərin ilk və lətafətli hallarına bax! Sonra da onların necə əzildiklərini və nə hala düşdüklərini gör!”

“Çünki bu aləm öz tələsini  quraraq neçə-neçə  xam ruhları aldadıb məhv etmişdir.”

“Beləcə, aləmin hər cüzünü say və əvvəlki halı ilə sonrakı halını göz önünə gətir.”

“Hər kim ki, nəfsin əsiri olmaqdan və məcazlara  (kölgələrə) aldanmaqdan qurtularsa, Allaha o qədər yaxınlaşar.”

“Gözəlliyi ilə iftixar edən, Ay kimi parlaq olan hər gözəlin üzünə bax! Fəqət, əvvəlini gördükdən sonra sonuna da nəzər et ki, şeytan kimi təkgözlülük etməyəsən, yəni bir şeyin dünya tədəfini görüb, axirət tərəfini görməmək axmaqlığına düşməyəsən.”

“Şeytan, Adəmin çamırını gördü, ucalığını görmədi. Bu dünyaya aid olan çamırı seyr etdi. Fəqət o biri aləmə aid olan mənəviyyatına qarşı kor oldu. Şeytanın bilmədiyi tərəf Haqqın xəlifəsi (xəlifətullah) olmasıdır.”

“Ey insan, dünyadan bir-birinə zidd olan iki səs gəlir. Əcəba, sənin qəlbin hansını almaqda istedadlıdır?..”

“O səslərdən biri Allaha yaxınlaşanların halı, digəri isə aldananların halıdır.”

“Bu səslərdən birini qəbul etdinmi, o birini duymazsan artıq.”

“Çünki sevən adam sevdiyinin ziddi olan şeylərə qarşı adətən, kor və kar olur.”

“Ey yolçu! Aynadakı son naxışa bax! Bir gözəlin ixtiyarlığındakı çirkinliyini və bir binanın xaraba halına gələcəyini düşün, aynadakı yalana aldanma!..”

“Xoşbəxt o kimsədir ki, Haqq ərlərinin duyduqları səsi öncədən eşidir.”

Mövlana həzrətlərinin bəhs etdiyi bir-birinin ziddi olan iki səsin biri dünyaya meyil, o biri dünyaya nifrətdir. Onlardan hansını dinlər və meyil göstərərsənsə, o birinin ziddi və məhrumu olarsan. Hədisi-şərifdə belə buyurulmuşdur“Dünya və axirət iki zövcə kimidir. Birisini nə qədər xoşnud edərsənsə, digərini o qədər qısqandırarsan...”

Yəni, dünyaya dəvət səsi könüldə yer alarsa, axirət nəsihəti o könülə təsir etməz. Axirətə dəvət səsi bir könüldə yerləşərsə, dünyaya dəvət səsi ona yad olar.

İnsan ibrət almazmı ki, hər fanı varlığın təzəlik və təravəti zaman dəyirmanında daimi bir surətdə üyüdülməkdədir. Axirətsiz yaşanan bir dünyada nəfsani həyatı bəsləyən iltifatlar, dünya oyuncaqları, böyük istiqbal adına nə qorxunc bir aldanışdır.

Cahilanə bir həyat: uşaqlıq illərində oyun, gənclik illərində şəhvət, orta yaş dövründə qəflət, ixtiyarlıqda əldən gedənlərə həsrət, min bir çırpınış və nədamətdən ibarətdir. 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz