Xoş Gəldin, Bahar

Xoş Gəldin, Bahar

Şəkil 1.

Yaşayanlar öləcək, güclülər zəifləyəcək, yüksələnlər düşəcək, yarpaqlar töküləcək, yaşıllıqlar saralacaq. Hər kamalı zaval təqib edəcəkdir. Çünki Allahdan başqa hər şey fanidir. Yalnız Allahın zatı qalacaqdır. (ər-Rəhman, 36)

 

Şəkil 2.

“O gün bütün sirlər aşkar olacaq” (ət-Tariq, 9) ayəsində ifadə edilən proses ölüm ilə başlayar, məhşərdəki məhkəmə qurtarana qədər davam edər. Qış ilə yaşadığım ölüm yaşıl ikən gizlətdiyim adımı və hər şeyi ortaya çıxardı.

 

Şəkil 3.

Ən yaxşı təbiblərə getsən, ən mükəmməl şəkildə qidalansan və ən güclü qalalarda gizlənsən də “Hər nəfs ölümü dadacaqdır” İp ilə yuxarı çəkilməyə çalışsam da faydası yoxdur. Diqqət edilsə görülər ki, dünya həyatında əsl istiqamət torpağa doğrudur.

 

Şəkil 4.

Torpağın sinəsi o qədər genişdir ki, Hz. Adəmdən qiyamətədək bütün insanları ozündə saxlayır. Əsas olan ölmək deyil, torpağa Allahın istədiyi kimi düşməkdir.

Sordum sarı çiçəyə

Övlad, qardaş varmıdır?

Çiçək ey der derviş baba

Övlad, qardaş yarpaqdır.

Ata-ananın oğul-uşaq sahibi olması üçün quruyub-tökülməsi, “xoş gəldin, ey qış” deməsi şərtdir.

 

Şəkil 5.

“Həyat ancaq bu dünyadan ibarətdir, biz dirilməyəcəyik” (əl-Ənam, 29), “Bizi yenidən kim dirildəcək?” (əl-İsra, 51) deyən insan bahardan utanmırmı? Qışın soyuğu, qurumuş ağaclar və çılpaq budaqlar istiyə, yaşıla, çiçəyə, yəni bahara hamilədir. Qəbirlərin soyuqluğu, içəridəki sümüklər və çürümüş bədənlər qış mövsümündədir. Onlara da bahar gələcəkdir. Sən baharı olmayan neçə qış gördün ki, qəbirdə yaşanan qışın baharı gəlməyəcək deyirsən?

 

Şəkil 6.

“Sümüklərimiz çürüyüb torpağa qovuşduqdan sonra yenidən dirildiləcəyimizə inanmıram” deyən insanlar olmuşdur. Amma dünya tarixi boyunca ağac, çiçək bir tərəfə, ayaqlar altında taptağa çevrilən ot da “biz quruyub çürüdükdən və torpağa qarışdıqdan sonra yenidən dirilməyəcəyik” deməmişdir. Hamısı bahara inanmışdır, baharı gözləmişdir və bəzən bahar geciksə də mütləq gəlmişdir.

 

Şəkil 7.

Skeletdən yeganə fərqim ayaq üstə olmağımdır. Baharda mənə həyat verərək yaşıl libasa bürüyüb geydirəcək və çiçəkləndirəcək olan Uca Allah mələklərin səcdə etdirdiyi insanı niyə torpaqda əbədi saxlasın? Təbiətdə qış mövsümündə yox olan hansı varlıq baharda üzünü göstərməyib?

 

Şəkil 8.

Bizdə bahar və qış, insanlarda isə həyat və ölüm var. Bahar-qış, həyat-ölüm bir-birini təqib edər. Ey ölümdən sonra həyat (axirət) yoxdur deyən insan, çöldəki otlardan, çiçəklərdən yaşıl libasını geyməyə başlayan ağaclardan utan! Allahdan utanmırsansa, əlinlə pambığın altına basdırdığın buğdanın “ölü idim dirildim, quru idim yaş oldum, əlhəmdülillah” dediyi səmənidən utan!..

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz