№ 173 Aprel

Nurlan MƏMMƏDZADƏ - BIR HƏYAT TƏRZI RAMAZANİ-ŞƏRİF

Allah-Təala Qurani-Kərimdə biz bəndələrinə belə buyurur: “Ey iman gətirənlər, bütövlüklə İslama girin...”. (əl-Bəqərə, 208) Bu ayədə keçən “bütövlüklə” sözü Quranın orijinal mətnində, yəni ərəb dilində “kəəffətən” kəlməsi ilə ifadə olunur. Bu ayə ilə Rəbbimiz bizdən bir bütün olaraq İslama girməyi, yəni ilahi əmr və qadağalara riayət etməyi istəyir. Yəni dilimiz kəlmeyi-şəhadəti tələffüz edərkən qəlbimizin təsdiq etməsini və bütün əzalarımızın da bu təsdiqdə iştirakını tələb edir. Dilimiz iman etdiyimizi söyləyərkən əlimiz bu imanın gərəyi olaraq başqasının malını qəsb etməməlidir. 

Ardını oxu...

 

Müşfiq NƏCƏFOV - RAMAZANA HAZIRSANMI?

Təlimi-Quran, süruri-cahan, ey füyuzi-Mərdan,

Sultanı-şühur, şahı-əyyam, gəl, ey Ramazan!

Ardını oxu...

 
 

MUSTAFA MAYIS ABBAS - RƏBBƏ RAM OLMAQDIR RAMAZAN!

Cənnətdə Rəyyan deyilən bir qapı var. Bu qapıdan qiyamət günü ancaq oruclu kimsələr daxil olar. O gün, “Oruclular haradadır?” - deyə nida edildiyində, oruclu kimsələr qalxar və oradan girərlər. Orucluların sonuncusu girdiyində isə qapı bağlanar və artıq heç kim içəri daxil ola bilməz…

Ardını oxu...

 
 

ƏLİYEV AQİL - RƏSULULLAHIN ORUCU

Oruc çox böyük fəzilətləri özündə cəm edən, insani keyfiyyətləri qazanmağa səbəb olan ülvi bir ibadətdir. Oruc ibadəti Uca Allahın əmrinə boyun əyərək dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) əməl və hərəkətlərdən özünü qorumaqdır.

Ardını oxu...

 
 

Müşfiq Xəlilov - QURANIN ENDİYİ AY

Ramazan ayı ayların ən fəzilətlisidir. Bu ayı fəzilətli edən səbəblərdən biri də Qurani-Kərimin məhz bu aydan etibarən dünyaya enməyə başlamasıdır. Necə ki, Uca Allah buyurur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır”. (əl-Bəqərə, 185)  Quran bu ayda nazil olduğu üçün Ramazana “Quran ayı” da deyilir. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar.

Ardını oxu...

 
 

Həzi ASLANOV - UŞAQLARIN RAMAZANI

Psixoloqlar uşaqlığı həyatın ilk pilləsi, sanki təcrübə və staj dövrünə bənzədirlər. Həyatı tanımaq, yavaş-yavaş dərk etməyə çalışmaq, həyatda özünün və digərlərinin kimliyini müəyyən etməyə başlamaq, ətrafında gördükləri və dərk etdiklərindən nəticə çıxararaq fikir bəyan etmək, milli və mənəvi dəyərlərə yiyələnmək, adət və ənənələri öyrənib ona uyğun həyat tərzi seçmək kimi şəxsiyyətin formalaşmasının bu dövrdə meydana gəldiyini qeyd edirlər.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - ƏHYA GECƏLƏRİ

Bir müsəlmanın gecələri necə əhya edəcəyini Peyğəmbərimiz (s.ə.s) hədisi-şəriflərində bildirməkdədir. Məsələn, yatsı və səhər namazlarını camaatla qılmaq da gecəni əhya etməkdir. Hədisi-şərifdə: “Gecədə bir saat var ki, müsəlman bir kimsənin Allahdan dünya və ya axirətə aid bir xeyir tələbi o saata rast gələrsə, Allah dilədiyini ona mütləq verər. Bu saat hər gecədə vardır”, - buyurulmuşdur. (Müslim, Müsafirin, 166)

Ardını oxu...

 
 

DR. RÜFƏT ŞİRİNOV - SÜNNƏ HƏYAT TƏRZİMİZDİR

 “Əgər Sünnə olmasaydı, heç birimiz Quranı başa düşməzdik”. (İmam Əzəm Əbu Hənifə)

Hər bir insan dünyada xoşbəxt və hüzurlu yaşamaq istəyir. Axirət inamı olmayan insanlardan fərqli olaraq müsəlmanlar axirətdə də səadətli həyat arzu edirlər. Hüzurlu həyatın sirli şifrəsi kiminə görə var-dövlət ikən, bəzilərinə görə də mənəvi rahatlıqdır. Bu baxış bucağına görə də hər insan özünə müəyyən meyarlar təyin edir, müxtəlif həyat tərzini mənimsəyir. İnsanlar tarix boyunca “Mən kiməm? Haradan gəlmişəm? Nə üçün varam? Haraya gedirəm?” kimi suallara cavab verərək həyata məna qazandırır, hətta buna görə hədəflər təyin edir.

Ardını oxu...

 
 

Prof.Dr.Ömer ÇELİK - RƏSULULLAH OLMADAN QURAN ANLAŞILMAZ

Qurani-Kərimin anlaşılması ancaq Allah Rəsulu (s.ə.s) və ətrafındakı möminlər kimi “eşitdik və itaət etdik” deyərək ayələrdə ifadə edilən ilahi təlimatların tələblərini yerinə yetirməklə mümkündür. Quranda bilmək - anlamaq belə ifadə edilir: “Bilənlər” - istər rəhmətini umub əzabından qorxaraq, istərsə də böyük bir hörmətlə boyun əyərək hüzurunda səcdəyə qapanan, Allahın əmrinə uyğun qulluq borcunu əta edənlər;

Ardını oxu...

 
 

AĞAKƏRİM İBRAHİMOV - MÜSAHİBƏ

Bu səfər yolumuzu Biləsuvar rayonunun Əliabad kəndindən saldıq, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun evini, ailəsini ziyarət etdik. Atası Ağakərim dayı ilə təbiət qoynunda oturub şirin-şirin söhbət etdik...

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - HEKAYƏLƏR

Yazı  yoxdur

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 16

Yunus Əmrə həzrətləri buyurur:

Yedi dəniz və dörd irmaq səni mismil[1] eyləməyə

Çünki işin o Haqq ilə olmadıysa qaldın iraq[2]

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ  إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عن أبي هريرة - رضي الله عنه: أن رَسُول الله - صلى الله عليه وسلم – قَالَ بادِرُوا بِالأَعْمَالِ سَبْعًا، هَلْ تَنْتَظِرُونَ إلاَّ فَقرًا مُنسيًا، أَوْ غِنىً مُطغِيًا، أَوْ مَرَضًا مُفسِدًا، أَوْ هَرَمًا مُفْندًا، أَوْ مَوتًا مُجْهزًا، أَوْ الدَّجَّالَ فَشَرُّ غَائِبٍ يُنْتَظَرُ، أَوْ السَّاعَةَ فالسَّاعَةُ أدهَى وَأَمَرُّ

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yeddi şey gəlmədən öncə yaxşı işlər görməyə tələsin. Yoxsa siz (Allahı) unutduran kasıblığı, insanı azdıran zənginliyi, insanı pərişan edən xəstəliyi, ağılı başdan alan qocalığı, qəflətən gələn ölümü, gəlməsi gözlənənlərin ən şərlisi olan Dəccal fitnəsini və qiyamətin qopmasınımı gözləyirsiniz?! Qiyamətin qopması çox dəhşətli və çox acıdır”. (Tirmizi, Zöhd, 3).

Ardını oxu...

 
 

Nurlan MƏMMƏDZADƏ - OSMANLIDAN RAMAZAN TVİTİ

Düz oxudunuz, orta əsrlərin Osmanlısında Ramazan tvitləri atılardı. “Necə yəni, tvit? Osmanlılar zamanında tviter (twitter) vardı bəyəm, “tvit” də atsınlar?” – dediyinizi eşidirəm sanki. Düzdür, Osmanlılar zamanında “tviter” yoxdu, amma “tvit” atardılar. Onlar da tvit atmağı bilirdilər. Həm də ən gözəlini. Keçmişdə sözün bir dəyəri vardı. Bugünkü kimi hər yerindən duran “Feysbuk”da status, “Tvitterdə” tvit yazıb paylaşmazdı məsələn. 

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - HİDAYƏT QIĞILCIMLARI

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, könüllərinizdə olan (cəhalətə, şəkk-şübhəyə, nifaqa qarşı) bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlmişdir”. (Yunus, 57)

Ardını oxu...

 
 

Əziz SULTAN - MASKANIZ DÜŞMƏSİN

İş yerinə gedərkən yolda yerə düşmüş bir maska gördük. Atan şəxsi qınadıq və yoldaşlardan biri maskanı çubuqla yerdən götürdü (virusa qarşı təhlükəsizlik səbəbi ilə) ...

Bu gün yoldan ötən birinə “maskan düşüb” desəniz, nə edər? Yəqin ki, dərhal əli ilə üzünü örtər, yerdən və ya cibindən maska axtarar.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - SEHR VƏ CADU

Ərəbcə “sehr”: ruha, dinə aid olmayan dualar və hərəkətlərlə təsir etmək deməkdir. Bir insanı istədiyi işi etməyə sövq edən gizli qüvvə, təbiətə zidd hallar meydana gətirən təsirlərdir. Bəzi gizli qüvvələri hər hansı bir fayda naminə başqasına ziyan vurmaq üçün şəriətə zidd yollarla həyata keçirən və həqiqətə uyğun gəlməyən təhdid, hiylə və oyunbazlıq şəklində göz bağlayıcılıq və hiyləgərlik kimi fəndlərlə insanları aldadan şəxsə “cadugər”, bu insanların gördüyü işlərə də “sehr” deyilir. Cadugərlik İslamdan əvvəl ərəblər, yunanlar, hindular, misirlilər arasında geniş yayılmışdı.

Ardını oxu...

 
 

Rəşad MANAFOV - BAĞDAD XATİRƏLƏRİ İNCƏ MƏQAM

Bağdad çox qədim tarixə malik, elm və irfana beşik olmuş, çox bəla və müsibətlərə şahid olmuş bir şəhərdir. İki ilə yaxındır ki, bu şəhərdə elm və tədris fəaliyyəti ilə məşğulam. Şəhərdə qədim elm və mədəniyyət qalıqlarını xatırladan bəzi məkanlar olsa da, təəssüflər olsun ki, zəngin tarixi miraslar zamanla yox olmağa, yaxud unudulmağa üz tutmuşdur. 

Ardını oxu...

 
 

Dr. Eldar KƏRİMOV - İNTİHAR PSİXOLOGİYASI

İntihar hadisəsi fərdin ona bəxş edilən ömrü və ya bu dünyada yaşamaq şansını öz əli ilə sonlandırmasıdır. Dünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə, dünyada hər 3 saniyədən bir intihara cəhd edilir və hər 40 saniyədən bir intihar hadisəsi nəticəsində bir nəfər vəfat edir. Son vaxtlar cəmiyyətimizdə bu halların çoxalması isə aşağıda qeyd edəcəyimiz depressiya hallarından qaynaqlansa da, intihar xəbərlərinin kütləvi yayılması yolverilməzdir. Bu haqda yayılan xəbərlər insanlarda “Verter effekti” yaradaraq intihar hadisələrinin çoxalmasına səbəb olur.

Ardını oxu...

 
 

Qoşqar ABBAS - SƏSSİZ PROPAQANDA

Kino sənətdir. Zaman, məkan, imic və məfhumlar yaradan, dərin fəlsəfi arxa plana əsaslanan sənət. Ancaq kinonun estetik və analitik dəyərləndirməsi heç də asan deyil. Çünki sənət hadisəsindən daha çox ideoloji hadisə olaraq qarşımıza çıxır. Yeni imic yaradır və bu imic illüziya içində yaşasa da, özünün real olduğunu düşünür. İdeologiyanın yayılması üçün kino ən yaxşı üsuldur. 

Ardını oxu...

 
 

Adem ŞAHİN - AĞ QALPAQ GÜNÜ

5 mart Qırğızıstanda “Ağ Qalpaq Günü” kimi qeyd edilir. Həmin gün kişilərə papaq (qalpaq) hədiyyə verilir. Adı qoyulmamış olsa da, 5 mart bir növ “kişilər bayramı” olur. Üç gün sonra da “qadınlar bayramı” gəlir. Qadınlar günü deyil, qadınlar bayramı deyilir. Yeni ili də qeyd edərkən “gün” yox, “bayram” deyilir. Böhranların, müharibələrin, stresin çoxaldığı dünyada süni bayramlar inflyasiyası yaşanır.

Ardını oxu...

 
 

Alpay AZƏR - ALLAHIN ÇƏKİCİ

Bu dəfə yutubda 10 dəqiqəlik videonun altında rusca “Allahın cəzası - xasavyurtlu Hacımurad Maxaçevə” başlığını görən kimi “play”i basdım. Ağzında tibbi maska, seyrəksaçlı, ortayaşlı kişi zəif səslə, Rəhman və Rəhim Allahın adıyla nitqinə başlayıb islam peyğəmbərinə, ailəsinə, səhabələrə salam deyəndən sonra əsas məsələyə keçdi:

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Satıcı müştəriyə görə fərqli qiymət deyə bilərmi?

Ardını oxu...