Aqil Əliyev - Telefon Neməti

Çap

Yazan redaktor 24.02.15 08:16

Share

Cib telefonu da Allahın insanlara bəxş etdiyi digər nemətlərdən biridir. Bütün nemətər kimi onun da bəzi külfəti yəni məsuliyyəti vardır. Hər bir işimizdə olduğu kimi, telefon nemətinə sahib olduğumuz zaman da möminliyimizə zərər gətirməməyə çalışmalıyıq. Yəni telefonumuzu da mömin etməyi bacarmalıyıq. Bu necə olacaq deyirsinizsə o zaman aşağıdakı xüsusları diqqətlə nəzərdən keçirək.

Əvvəlcə telefon halal yollardan əldə edilməlidir, bunu düşünmək lazımdır. Yəni faizli kreditlərlə alınmamalı və şükrü yerinə-yetirilməlidir. Bir nemətin ən gözəl şükrü də onun haram olmayan işlərdə istifadəsi və harama vasitə olunmamasıdır.Hər hansı bir ölkənin istehsal etdiyi telefonu ala bilərik, ancaq o ölkənin mədəniyyətini də almaq məcburiyyətində deyilik. Bir telefona görə əqidəmizi, əxlaqımızı,bizə aid olan adət və ənənələrimizi, milli-mənəvi dəyərlərimizi ehmal edə bilmərik. Telefonlarımız hər-hansı bir şəbəkəyə bağlana bilər, ancaq biz özümümzü, zamanımızı,  dəyərli vaxtlarımızı telefona bağlayıb hədər etməməliyik. Telefonumuzu dinimizin,adət və ənənəmizin, milli-mənəvi dəyərlərimizin təbliğat vasitəsinə çevirə biləcəyimizə, onun bizi pis yollara və gərəksiz vərdişlərə vasitə olması insanı düşündürməlidir. Məscidlərdə, elmi toplantılarda, söhbət məclislərində telefondan istifadə edilməsi ədəbə uyğun deyil. Çünki bu kimi məclislərdə digər insanları narahat etmək, onlara hörmətsizlikdir. Necə ki, soğan və sarımsaq yedikdən sonra məscidlərə və elmi məclislərə gəlmək, insanları narahat etmək dinə uyğun deyilsə, eləcə də telefonlada gəlib narahatçılığa səbəb olmaq caiz deyildir. Hər ikisində də hüzuru və sükunəti pozmaq vardır. Namaz qılan bir müsəlmanın, bütün diqqətini məclisdə söhbət edən şəxsə verən bir şəxsin diqqətinin dağılmasına səbəb olmaq günah olduğunu unutmamalıyıq.

Telefona salamla başlayıb sözümüzə salamla son verməliyik. “Alo” kimi ifadələr hər nə qədər də beynəlxalq telefon dili olsa da, biz yenə də salamı ehmal etməməliyik. Telefon danışığımızı bitirəndə isə “özünə yaxşı bax”, “bay-bay”, “öpdüm” kimi ifadələr yerinə, “salamat qal”, “ Allaha əmanət ol” kimi ifadələrdən istifadə etmək daha doğru olar.Özünün nömrəsini başqasına verilməsini istəməyənlərin nömrələrini insanlar arasında yaymaq doğru bir davranış deyil.İcazəsi alınmadan heç kimin səs yazısını qeyd etmək, mikrofonu açıq tutub danışığını insanlanlara dinlətmək olmaz. Bundan başqa telefonlar kiçik yaşdakı uşaqların əlində oyuncağa çevrilməməlidir. Bu bir növ israfdır və səhlənkarlıqdır. Eyni zamanda uşağın sağlamlığı üçün də ciddi təhlükədir. Hətta son zamanlar, uşaqların telefonlarının, valideynlərinin telefonlarından daha bahalı olduğunun şahidi oluruq. Bu kimi gedişatın sonu zərərli ola bilər. Bu bir  növ israfdır.

Eləcə də cib telefonları istifadə vasitəsindən çıxıb, bu gün bir növ özünü rüklam vasitəsinə çevrilmişdir. Ayda bir telefon almaq, külli miqdarda pullar xərcləyib hər yeni istehsal olunan bahalı-bahalı telefon cihazları almaq israfdan başqa bir şey deyildir.Halbuki telefon, həyatımızı asanlaşdıran bir nemət olaraq görülməlidir. Lazımsız yerə saatlarla telefonla danışmağın, kapitalizmin vəhşi toruna düşmək olduğunu heç düşündükmü? Bizə təqdim olunan danışıq tariflərindən istifadə edərkən də, “onsuzda nə qədər danışsam bu qədər danışıq konturu edər”, deyərək son saniyəmizə qədər lazımsız yerə danışaraq vaxtımızı öldürmək məcburiyyətində də deyilik. Bundan əlavə çox vacib olmadıqca insanların istirahət etdikləri və yatıb dincəldikləri vaxtlarda da zəng etmək uyğun deyil. Namaz vaxtlarında, əsasən də cümə namazı vaxtında kiməsə zəng etmək də ədəbə uyğun deyil. Əgər özümüz  namaz qılanıqsa təbii ki, bu vaxtlarda özümüz də namazda olacağıq. Bundan əlavə telefonun zəng səsinə musiqi, azan, Quran səsi və ilahi musiqiləri qoyulması da uyğun deyil. Çünki bu kimi səslər uyğunsuz yerlərdə də səslənə bilər ki, bu da caiz deyil.

Eyni zamanda cib telefonları ilə kimlərinsə şəklini və yaxud da vidyo görüntüsünü çəkib icazəsi olmadan paylaşılması, öz dost tanışlarına göstərilməsi də caiz deyil.  Son zamanlarda watcapdan istifadə edənlərin sayı get-gedə artmaqdadır. Bu neməti də vaxt israfına çevirənlər az deyil. Lazımlı-lazımsız, faydalı-faydasız, hər nə gördü isə tutub hər kəslə paylaşmaq, onların da vaxtlarını almaq baxımından düzgün davranış deyil.

Son olaraq deyə bilərik ki, biz müsəlman olaraq həyatımızı asanlaşdıran hər cür elmin, texnalogiyanın inkişafını dəstəkləyirik. Ancaq hər-hansı bir texnologiyanın, nə də başqa bir inkişafın əqidəmizi, əxlaqımızı, milli-mənəvi dəyərlərimizi əridib yox etməsinə göz yuma bilmərik.  

Tecox component by www.teglo.info