BAKUVİ - PROFİLİNİ SÖYLƏ, KİM OLDUĞUNU DEYİM

Çap

22.12.14 10:45 ərzində olan dəyişikliklər Yazan redaktor 18.12.14 09:43

Share

Texnologiya vasitələri həyatımızda hər gün bir az daha özünə yer etməkdə və istər-istəməz bu yeniliklərdən nəsibimizi almaqdayıq. Bir neçə il əvvəl mobil telefonlarımızdan yalnız mesaj yazdığımız halda, bu gün kompüter, tablet, ağıllı telefonlar vasitəsi ilə davamlı olaraq sosial şəbəkələrdə yazışırıq.

 Hər şeyin bir ədəbi olduğu kimi, bu yazışmalarda da diqqət edəcəyimiz xüsuslar var. Hər şeydən əvvəl şəxsiyyətimizi zədələməməyə çalışmalıyıq. Bir müsəlmanın “feysbuk” və “tvitter” profili necə olmalıdır, ağıllı telefondan necə istifadə etməliyik? Gəlin gözdən keçirək:

Hər şeydən əvvəl ana dilinə dəyər verin! Mesaj və elektron məktublar yazarkən, eyni zamanda sosial şəbəkələrdə yazışma əsnasında ana dilinin qaydalarına riayət edin. Yersiz qısaltmalara yer verməyin. Orfoqrafiya qaydalarına riayət edin. Çoxlu hərf xətası yazışdığınız adama qarşı hörmətsizlik əlamətidir. Xüsusilə son zamanlar dəbdə olan “ş” hərfini “w” ilə əvəz etməyin.

Böyük hərflərlə yazmayın! Bütün sözlərin böyük hərflərlə yazılması qarşınızdakı adama qışqırmaq mənasına gəlir.   

Telefondan çox insanlara dəyər verin! Hər hansı bir görüş və iclas zamanı telefonunuzu söndürün, insanlara qarşı laqeyd olmayın. Əgər çox mühüm bir zəng gözləyirsinizsə, əvvəlcədən söyləyin və zəng gələnə qədər telefonunuzu cibinizdən çıxartmayın. Fikrinizin telefonda olduğunu göstərmək, bir söhbət əsnasında telefondan qopa bilməmək qarşınızdakı adama hörmətsizlik əlamətidir.

Telefonun “səssiz” rejimi olduğunu unutmayın!Tədbir, seminar, məscid, kinoteatr və bu kimi ictimai yerlərdə telefonu “səssiz” rejimə keçirin. Başqalarını narahat etmək yaxşı əlamət deyil.

Təbrik, başsağlığı və bu kimi diləklərinizi mesaj vasitəsilə yox, zəng edərək birbaşa çatdırın!Bu, səmimiyyətinizi göstərir.

Dərhal cavab verməyə çalışın! Sizə bir sual verilibsə, mütləq cavab verin. Hətta imkan daxilində tez cavablandırmağa çalışın. Bilmirsinizsə, açıq şəkildə söyləyin.

Sual verib cavab almadığınız adamı ittiham etməyə tələsməyin!Bəlkə də işlərinin çoxluğu səbəbilə sizə cavab verə bilməyib. Bir neçə gündən sonra bir daha xatırladın.  Sizə cavab verən adama təşəkkür etməyi unutmayın!

Səmimi olun! İntellektual görünmək üçün qəliz cümlələr qurmağa çalışmayın. Sadə və konkret yazın. Onsuz da sizi tanıyanlar kim olduğunuzu yaxşı bilir.Başqa mənalara gələcək sözlərdən istifadə etməyin. 

Yersiz və vədəsiz yazışmalara yol verməyin! “Vatsap” istifadəçisisinizsə və hansısa qrupun üzvüsünüzsə, lüzumsuz yazışmalara səbəb olmayın. Xüsusilə vaxt məsələsinə diqqət edin. Axşam saatlarında, tətil günlərində insanları narahat etməməyə çalışın. Qrup üzvü olmağınız mütləq mənada hər gün qrupda nə isə paylaşmağınız mənasına gəlmir. İnsanların özəl və məhrəm saatlarını nəzərə alın!

Feysbuk profiliniz kimliyinizdən xəbər verir. Feysbukda nə isə paylaşarkən ilk növbədə şəxsiyyətinizi zədələyici tərəflərinin olub-olmadığına baxın. Xüsusilə dostluğunuzda hörmət etməli olduğunuz, eyni zamanda yaşca sizdən böyüklər varsa, etik qaydalara zidd paylaşımlar etməyin, hər ağlınıza gələni yazmayın!

Başqalarının fikrinə hörmət edin!Qəbul etməsəniz də hörmətlə yanaşın. Fikir bildirəcəksinizsə, ikibaşlı sözlər işlətməyin, təmkinli və alicənab olun!

Yüz ölçüb-bir biçin! Feysbukdakimisə dostluqdan silmək əlbəttə ki, incikliyə səbəb olacaqdır. Ona görə dostluq göndərəcəyiniz, yaxud dostluğa qəbul edəcəyiniz adamı düzgün seçin. Sabah dostluqdan silməyə məcbur olacağınız adamı bu başdan dostluğa qəbul etməyin!

Şəkil və videoları öz profilinizdən paylaşın! Başqalarını izin almadan hər hansı bir şəkildə və ya videoda “etiketləmək” düzgün deyil. Bir adamın evinə girib əşyalarının yerini dəyişdirmək nə mənaya gəlirsə, feysbukda etiketləmək də eyni mənaya gəlir.

Dini, milli, irqi ayrıseçkiliyə səbəb olacaq paylaşımlardan uzaq durun! Kimisə qıcıqlandırmaq xatirinə yorum və paylaşım etməyin. Bu, mədəniyyətsizlikdir.

Şəxsi münasibətləri sosial şəbəkədə sərgiləməyin! Yaxın və səmimi olduğunuz adamlarla fesybukda həyatda olduğunuz kimi rəftar etməyin. Beləliklə həmin adamın etibarını zədələyə bilərsiniz. Yersiz və münasibətsiz zarafatlara yer verməyin!

Yeni tanışlarla məsafəli olun! Dünən dostluğunuza girən adamı araşdırmadan, dəqiq tanımadan can-ciyər olmayın. Ehtiyatı əldən verməyin. 

Narahatedici oyun istəkləri göndərməyin! Ardarda oyun istəkləri göndərərək başqalarını özünüzdən soyutmayın.

Həyatıfeysbukda yaşamayın!Yaxınlarınıza vaxt ayırın. Əmin olun ki, dostlarınızla çay məclisində görüşmək, söhbət etmək, birlikdə vaxt keçirmək hər zaman daha məqsədyönlüdür. Sosiallaşmaq adı altında cəmiyyətdən təcrid olunaraq sosial şəbəkələrin əsirinə çevrilməyin! 

Tecox component by www.teglo.info