Kamran MƏMMƏDOV / "ADİYAT" SURƏSİ

Çap

09.09.14 12:33 ərzində olan dəyişikliklər Yazan redaktor 08.09.14 07:56

Share

    "Adiyat" surəsi 11 ayədir. Məkkədə nazil olub, Allah yolunda cihada gedən, düşmən üzərinə sürətlə gedən atlardan bəhs edilir.

     Adiyat- sürətlə qaçan, iti addımlarla hərəkət edən mənasını verir. At, dəvə və digər sürətlə qaçan heyvanların qaçışlarına deyilir

      "And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;" (1)

   "Dabh" kəlməsi də atlar qaçanda çıxan nəfəsə deyilir. Yəni tövşüyə-tövşüyə qaçan atlardır. "Sahil", yəni kişnəmək deyil, yemi və sahibini görəndə çıxartdığı fınxırtı səsi də deyil, tez-tez alınan nəfəslə birlikdə çıxan xırıltı səsinə bənzərdir, yəni təngnəfəs, nəfəsi təngləşəndə çıxan səsdir.

    "And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;"(2)

    Mövdudinin fikrinə görə, ayədəki "qığılcım çığarmaq" atların gecə vaxtı qaçdıqları mənasına gəlir. Çünki ayaqları daşa dəyəndə çıxan qığılcımları ancaq gecə vaxtı görmək olar.

    "And olsun sübh çağı hücum edən atlara; And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki," (3-5).

    Bütün təfsir kitablarında Allahın and içdiyi atlar cihadda istifadə olunan atların və ya həccdə Arafat ilə Mina arasında istifadə olunan dəvələrin olduğunu yazırlar.

    Beləliklə, Allah-Təala atlara and içdikdən sonra insanın Rəbbinə qarşı olan nankorluğundan bəhs edir.

    " İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir" (6-7).

    "Kənud"- insanın Allahın nemətlərinə qarşı nankorluq etməsinə deyilir. "Və o özü də buna şahiddir"dən məqsəd, yəni özü də bunun fərqindədir, şüurundadır.

    Tək başına yeyən, əlindəkini, öz payını başqasından əsirgəyən, başqalarını düşünməyən xəsislərə, eqoistlərə də "kənud" deyilir.

    Peyğəmbərimizin bir hədisində belə buyurulur: "Yəni elə kankordur ki, tək başına yeyər, xidmətçisini döyər və onun haqqını ödəməz" (Buxari, Ədəbul-Müfrəd, 106).

    Növbəti ayədə də insanın dünya malına olan hərisliyindən bəhs edir.

    "Həqiqətən, insan var-dövlətə çox hərisdir!" (8).

    Yəni

  "Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; Ürəklərdə olanlar faş ediləcəyi zaman Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!" (9-11)

    Elə bir var-dövlətə hərislikdir ki, dünya mənfəəti sevdası ilə paxıllıq, xəsislik, nankorluqda həddini aşmışdır və bunu haqq hesabnı verməyəcəni sanır? "İnfitar" surəsində də ifadə edildiyi kimi " Qəbirlər çevriləcəyi zaman" qiyamət günü Rəbbi onları xəbərdar edəcəkdir. Ürəklərdə olan gizli niyyətlər belə faş edəcəkdir

Tecox component by www.teglo.info