Rüfət ŞİRİNOV / ƏN GÖZƏL AİLƏ BAŞÇISI...

Çap

28.04.14 09:30 ərzində olan dəyişikliklər Yazan redaktor 28.04.14 09:13

Share

    Ailədaxili münasibətlər və ailə qurumu müasir günümüzdə ən aktual mövzular sırasında öz yerini alır. Ümumilikdə bəşəri münasibətlərdəki qüsur və problemlər ailələrə və ailə fərdlərinə də öz mənfi təsirini göstərmişdir. 

    Bir çox sahədə nümunəvi şəxslərə möhtac olduğumuz kimi, cəmiyyətlərin əslini təşkil edən ən əsas amillərdən biri olan ailələri yönləndirəcək və onları maarifləndirəcək rəhbərlərə, öndərlərə olan ehtiyac daha çoxdur. Qlobalizm mədəniyyəti islamı ailələrə də təsir etmiş və qərb ailə mədəniyyəti arzu edilən olmağa başlamışdır. Təbii ki, bu islami ailə mədəniyyətinin kifayət qədər bilinməməsinə bağlıdır.  Cəmiyyətdə, kütləvi informasiya vasitələrində müşahidə etdiyimiz ailə xarakterlərinin, ailə mədəniyyətinin bizim milli, ənənəvi və mənəvi ailə quruluşu və mədəniyyətimiz ilə heç bir əlaqəsi yoxdur. Çünki bizim milli adət ənənələrimiz qərbə deyil, məhz İslam dininə bağlıdır. Elə isə bizə ailə modelimizi də İslam dinində axtarmalıyıq. Qurani-Kərim hər sahədə bizə rəhbər olaraq Hz. Peyğəmbəri göstərməktədir. Odur ki, Həzrət Peyğəmbərin (s.ə.s) ailədaxili münasibətləri, ələlxüsus ailə rəhbərliyi hər bir ailəyə, hər bir ailə başçısına nümunədir. Çünki O dünyada ən xoşbəxt və ən xoşbəxt ailəyə sahib idi.

   Əslində biz müsəlmanların “ən ideal ailə necə olmalıdır?” –deyə bir problemi yoxdur. Çünki Rəsulullahın (s.ə.s) “İslami ailə örnəyi” bütün təfərrüatları ilə mənbələrimizdə yer almaqdadır. Sadəcə olaraq bunları gün üzünə çıxardıb, ailələri bu yöndə maarifləndirmək lazımdır. Biz də bu yazımızda ana xətləri ilə Həzrət Peyğəmbərin ailəyə qarşı və ailə daxili münasibətlərini oxucularımıza maddələr şəklində çatırmaq istədik.

    Hz. Peyğəmbər hər ailə fərdinə özünə məxsus görəvlər təsis etmişdir. Bu vəzifələr lazımı şəkildə yerinə yetirilincə heç şübhə yoxdur ki, ailə içi münasibətlər öz axarına düşər.

   Ailə rəisi kimi həzrət Peyğəmbər ailəsinə lazımı önəmi göstərmişdir. Onların dünyəvi ehtiyaclarını (geyim, yemək və.s) dövrün şərtlərinə uyğun şəkildə qarşılamışdır. Hz. Aişənin bir neçə qızıl üzük , boyunbağı taxdığı, Özünün (s.ə.s) hədiyyə gələn ətirləri ailə fərdlərinə payladığı mənbələrimizdə yer alan həqiqətlərdir. Odur ki, imkanı çərçivəsində ailə başçısının ailəsinin dünyəvi ehtiyaclarını qarşılaması ən əsas vəzifələrindən biridir.

   Günümüzdə ailə daxilində qarşılaşılan ən ciddi məsələlərdən biri də ailə rəisinin ailə fərdləri ilə kifayət dərəcədə ünsiyyət qurmaması onların dərdlərinə şərik olmamasıdır. Hər bir ailə başçısı iş ilə ailəni bir birindən ayırmalı hər birinə öz sərhədləri çərçivəsində vaxt ayırmalıdır. Həzrət Peyğəmbərin (s.ə.s)  ailə rəisi olaraq ən çox əhəmiyyət verdiyi xüsus məhz ailə fərdləri ilə söhbət etməsidir. Bunu ehmal etməmək üçün xüsusi səy göstərirdi. O ailəsi ilə ümumi söhbətlər etidyi kimi tək başına fərdi söhbətlər də edirdi. Günümüzdə də əgər süfrə başında və ya çay saatlarında televizor vəya internetdə vaxt keçirməkdənsə, ailə fərdləri ilə söhbət etmək, onların ehtiyaclarını dinləmək, onlara ailənin bir biliktəlikdən ibarət olduğunu hiss etdirmək, ailədə münasibətləri müsbət mənada dəyişəcək və ailə yek vücut olacaqdır.

    Hz. Peyğəmbərin ailədə diqqət etdiyi bir digər xüsus da ailə fərdləri ilə zarafatlaşması onları fərahlatması idi. Hz. Aişə ilə etdiyi qaçış müsabiqəsi bunlardan biridir. Ailəsindən sayılan Ümmi Eymən bir gün Rəsulullaha (s.ə.s) “məni bir miniyə mindir” –dedi. Rəsulullah (s.ə.s) “Səni ancaq dəvə balasına mindirə bilərəm” –deyincə, “Məni dəvə balası daşıya bilməz”- dedi. Rəsulullah da (s.ə.s) ona əslində hər dəvənin bir dəvə balası olduğunu söylədi. Təbii ki, bu rəvayətdən gördüyümüz kimi, edilən zarafatlar yalan olmamalı, həqiqəti əks etməldir. Yalan və səviyyədən məhrum zarafatlar ailə rəisinə ancaq gözdən salar.

   Bir digər xüsus da xanımlarla ailə fərdləri ilə məşvərət etməkdir. Yeri gəlmişkən ifadə edək ki, “Qadınlarla məşvərət edin, ancaq onların sözlərinin əksinə hərəkət edin” rəvayətinin heç bir həqiqəti yoxdur. Çünki Rəsulullah şəxsən özü xanımları ilə məşvərət etmişdir. İfq hadisəsində (Həzrət Aişəyə atılan böhtan) Zeynəb bint Cəxşdən və Aişənin cariyəsi Bərirə ilə Aişənin vəziyyəti barəsində məşvərət etmiş onun görüşünə müraciət etmişdir. (Buxari) Odur ki, ən azından ailə ilə əlaqəli məsələlərdə ailə fərdləri ilə məsləhətləşmək onların da görüşlərinə əhəmiyyət vermək, ailə daxili münasibətlər müsbət təsir göstərəcək faktorlardandır.

     Hz. Peyğəmbər ailə fərdlərinə maraq göstərdiyini, dəyər verdiyini ifadə edən müxtəlif söz və davranışlarla da onları razı salmağa çox əhəmiyyət vermişdir. Onları sevdiyini söyləməsi, miniyinə mindirəsi, xanımının miniyə minməsinə kömək göstərməsi, göz yaşlarını əli ilə silərək təskinlik verməsi xanımlarını məmnun etmək üçündür. Bu, ailəyə dəyər vermək deməkdir. Eyni zamanda xanımın qohum əqrabalarına da dəyər vermək onları ziyaret etmək də ailə daxili münasibətlərdə diqqət yetiriləcək xüsuslardandır.

    Hz. Peyğəmbər “Sizin ən xeyirliniz xanımlarına yaxşı rəftar edəndir” deyərək onların dəyərini və Allahın əmanətləri olduğunu xatırlatmışdır. Onlara qarşı hər daim səbirli olmağımızı nəsihət etmişdir bizə Allahın Elçisi. Yeri gəldiyində yemək bişirərək, paltarını tikərək, yuyaraq ailə rəisini hər işdə ailəsinə köməklik göstərməsi gərəkdiyini əyani şəkildə göstərmişdir.

 

 

 

Tecox component by www.teglo.info