PEYĞƏMBƏR SEVGİSİNİN YANİQ TƏRƏNNÜMLƏRİ

Çap

Yazan redaktor 07.05.13 04:50

Share

 

Gözlər işıq alır ayaq tozundan,

Aləm işıqlanır daima ondan.
Səndən işığını almayan bir şam
Sönər öz yeliylə, qaralar müdam.

                                  Nizami Gəncəvi

Nola tacım kimi başımda götürsəm daim

Qədəmi-pakini ol Həzrəti Şahi-Rusulun.

Güli-gülzari nübüvvət o qədəm sahibidir

Bəxtiya, durma üzün ser qədəminə o gülün.

                                Bəxti (Sultan I Əhməd xan)

Sağ olduğum müddətcə mən, köləsiyim Quranın.

Yolunun tozuyum bən Onun; Muhamməd Muxtarın.

Kim nəql edərsə bundan başqasını sözlərimin;

Bizaram bən ondan da, ki o sözlərdən də bizar.

                                                Mövlana Cəlaləddin Rumi

Heyrət ilən barmağın dişlər kim etsə istima

Barmağında verdiyi şiddət günü ənsarə su.

Dostu gər zəhri-mar içsə olur abi-həyat

Xəsmi su içsə dönər əlbəttə zəhri-marə su.

                                                   Məhəmməd Füzuli

Canımın cananı sənsən, ya Muhamməd Mustafa!

Dərdimin dərmanı sənsən, ya Muhamməd Mustafa!

Qulluğunla iftixar eylər nəbivü gər vəli

Cümlənin sultanı sənsən, ya Muhamməd Mustafa!

                                                        Bursalı İsmayıl Haqqı

Sıyrıl mahi təban kimi bu zülmətin içindən!

Xilas eylə ümmətini, müsibətin içindən!

Qurtar bəşər övladını kəsafətin içindən!

Nizam Səndə, düzən Səndə, Sən diriliş qaynağı!

Başımızın tacı olsun ayağının torpağı!

                                                  Məmməd Aslan

Eşqin ilə aşiqlər yansın, ya Rəsulallah!

İçib eşqin şərabın qanısn, ya Rəsulallah!

 

Şol səni sevən kişi qoymuş yoluna başı

İki cahan günahı sənsən, ya Rəsulallah!

                                                                     Yunus Əmrə

­

Yeddi qat gökləri geçdi qədəR ərş üstünə basdı

Ərişdi “qabə qovseyn”ə təvaf eylədi dərgahı

 

Onun seyri-sülukundan mələklər aciz oldular

Ki bin yılda varılmazdı o bir dəmdə varan rahı.

                                                       Əşrəfoğlu Rumi

Məhəbbətdən Məhəmməd oldu hasil,

Məhəmmədsiz məhəbbətdən nə hasil!

                                         Bəzmi Aləm Validə Sultan

Ol gecə kim doğdu ol xeyrul bəşər 

Anəsi anda nələr gördü nələr.         
Dedi gördüm ol Həbibin anəsi

Bir əcəb nur kim, günəş pərvanəsi

                                      Süleyman Çələbi 

Dünya nəyə sahibsı, Onun vergisidir həp;

Mədyun ona cəmiyyəti, mədyun Ona fərdi.

Mədyundur o məsuma bütün bir bəşəriyyət

Ya Rəb, bizi məhşərdə bu iqrar ilə həşr et.

                                                      Mehmed Akif Ersoy

Arzu uca idi, ümid mötəbər,

Duyğular getdikcə çözələnirdi.

Xəbər gözləyirdi dünya şad xəbər,

Səs-səs, nəfəs-nəfəs təzələnirdi.

 

Cahillik insanın faciəsiydi,

Nadanlıq tarixin baş qəhrəmanı.

Ancaq xilas yolu haqqın səsiydi,

Qaramat basmışdı əsri, zamanı

                                        Zəlimxan Yaqub

Umaram səndən vəfa, ey sərvi-bostanı-camal

Gərçi gülzarı-cahanda verdiyi yox bar gül.

 

Var ikən yüzün, gülə meyl eyləməz dil bülbülü

Arifə bir gül yetər, lazım degil təkrar gül.

                                                                  Nəcati Bəy

Qüdumun rəhməti zövqü-səfadır, ya Rəsulallah!

Zühurun dərdi-üşşaqə dəvadır, ya Rəsulallah!

 

Hüdayiyə şəfqət qıl əgər zahir, əgər batin

Qapına intisab etmiş gədadır, ya Rəsulallah!

                                                    Əziz Mahmud Hüdayi

 

Cahan bağında insan bir şəcərdir, qeyrilər yapraq,

Nəbilər meyvədir, sən zübdəsin, ya Rəsulallah!

 

Şəfaət qılmasan varlıq Niyaziyi yox edərdi

Vücudum zahmının sən mərhəmisin, ya Rəsulallah!

                                                                        Niyazi Mirsi

 

 

Tecox component by www.teglo.info