Ülvi Məmmədov / HƏYAT DƏFTƏRİNDƏN

Çap

Yazan redaktor 05.05.13 05:49

Share

 

Əsil Sevgi

Bir gün müdriklərdən birindən soruşdular: “Sevgidən quru-quru daışanlarla onu yaşayanlar arasında nə fərq var?” Müdrik adam bu sualın cavabını vermək üçün əvvəlcə sevgini dildən qəlbə endirə bilməyənləri çağıraraq onlara süfrə açır. Hamısı yerlərinə oturduqdan sonra boşqablarda isti şorbalar gətirilir. Sonra isə süfrəyə dərviş qaşıqları deyilən bir metr uzunluğu olan qaşıqlar qoyulur. Müdrik adam “Bu qaşıqların ucundan tutub elə yeyəcəksiniz” deyə bir şərt qoyur. Oturanlar razılaşaraq yeməyə çalışsalar da qaşıq uzun olduğu üçün heç bir nəticə hasil olmur. Nəhayət, bacara bilmədikləri ilə razılaşıb süfrədən acqarına qalxırlar.

Sonra müdrik yeməyə sevgini həqiqətən yaşayanları çağırır. Üzləri nurlu, gözləri sevgi ilə gülümsəyən o insanlar süfrəyə otururlar. “Buyurun” dəyildikdə, hər biri uzun qaşığını şorbaya salıb, qarşısındakı qardaşına uzadaraq ona içirir. Beləcə, hər biri digərini doyurur və şükür edərək süfrədən qalxırlar.

Müdrik məsələni izah mahiyyətində cavabını belə verir: “Kim həqiqət süfrəsində yalnız özünü görər və doymağı düşünərsə, o ac qalar. Lakin kim qardaşını düşünər və doydursa, o da qardaşı tərəfindən doydurulacaq. Bunu da unutmayın ki, həqiqət bazarında daim alan deyil, fədakarlıq edən qazanar.

 

Yoxsul və Kor

Lovğa və zəngin bir adam qapısına gələn yoxsula heç nə vermədiyi kimi, qapını üzünə çırpıb qovdu. Yazıq kasıb inciyərək bir küncə çəkilib ağlamağa başladı. Oradan keçən bir kor onun ağladığını eşidib yanına gəldi və nə üçün kədərləndiyini soruşdu.

Yoxsul başına gələni danışdı.  

Zavallı adama təsəlli verən kor kədərlənməməsini, israrla özü ilə gəlməsini və evində qalmasını istədi. Yoxsul onun bu qədər səmimi və israrı qarşısında təklifi qəbul edərək onunla getməyə razı oldu.

Kor qonağına qarşı böyük qonaqpərvərlik göstərdi. Kasıbın həm qarnı doydu, həm də könlü xoş oldu.

Könlü o qədər oldu ki, məmnuniyyətlə:

- Sən mənə evinin qapısını açdın, çörəyini bölüşdün. Uca Allah da sənin gözünü açsın, deyə dua etdi.

Gecənin bir aləmi korda qəribə halar müşahid olunur. Bu zaman gözündən bir neçə damla yaş axır və birdən-birə gözləri açılır. Artıq görməyə başlayır.

Korun görməsi xəbəri tezliklə bütün şəhərə yayılır. Yer-yerindən oynayır. Bu xəbəri onu qapısından qovan, bununla da kifayətlənməyən daş ürəkli adam da eşidir. Gəzən xəbərin doğruluğunu dəqiqləşdirmək üçün gözü açılan adamın yanına gəlir:

- Çox şanslı adamsan. Gözün necə açıldı, kim açdı?

Kor cavab verdi:

- Ey qafil insan, sən necə adamsan ki, bu qədər mübarək şəxsi danladın, kədərləndirdin. Dövlət quşunu əldən verdin, bayquş ilə məşğul oldun. Gözümün qapısını, sənin üzünə qapını bağladığın o adam açdı.

Zəngin təəssüflə bunları söylədi:

- Deməli, özümə böyük pislik etmişəm. O adam elə bir dövlət imiş, mən isə qiymətini bilmədim, mənə deyil, sənə nəsib oldu, mən ovlaya bilmədim, sən ovladın.

 

Dişini siçan kimi ehtirasa batırmış insan böyük şahini necə ovlaya bilər? Yaxşıların ayağı dəyən torpaq dərman kimidir, göz açar. Ancaq könül gözü kor olanlar o dərmandan qafildirlər, qiymətini hardan bilsinlər.

(Bostan və Gülüstandan)

Acınacaqlı hal

Mərkəzi məscidin imamı yatsı namazının fərzini qıldırdıqdan sonra geri çevrilərək camaatdan soruşur:

- Görəsən, namazı 3 rükət, yoxsa 4 rükət qıldıq?

Camaatdan fərqli cavablar gəlir...

Mübahisə və müzakirələr davam edərkən, məscidin yaxınlığında ticarətlə məşğul olan məscid camaatından tacir Əhməd Əfəndi məsələyə son nöqtəni qoyur:

- Dəqiq deyirəm, 3 rükət qıldıq. Bundan əmin ola bilərsiniz.

Camaat necə bu qədər əmin olduğunu soruşduqda tacir Əhməd bu cavabı verir:

Çünki hər gün yatsı namazının fərzini qılanda dükanın hesabını tamamlaya bilirdim. Lakin bu gün hesabım yarımçıq qaldı. Bu da namazın əskik qılındığının isbatıdır.

(Namazda kimin hüzurunda durduğunu unutmaq insanı dünyalıqlarla məşğul edər)

 

 

Tecox component by www.teglo.info