Home Arxiv 2011 № 53. Aprel


Nurlan MƏMMƏDZADƏ / MƏSCİDLƏRİMİZİN DÜNƏNİ VƏ BUGÜNÜ

Yazan redaktor 14.06.13 07:21

Xalqımız tarixən dininə, milli-mənəvi dəyərlərinə bağlı olmuşdur. Azərbaycanı qarış-qarış gəzsək, hər daşında, hər torpağında tarixi abidələrinin, dinimizin simvolu olan məscidlərin mövcudluğu ilə rahatlıqla qarşılaşacağıq. Təkcə paytaxtımız Bakının İçərişəhərində gəzərkən addımbaşı rastımıza çıxan qədimi məscidlər bu xalqın öz dininə bağlılığından xəbər verir. O xalqın ki, milli bayrağının rəngləri arasında İslamın simvolu olan yaşıl rəng öz əksini tapır.

Ardını oxu...

 

Əhməd Niyazov / MƏSCİD ƏDƏBİNƏ RİAYƏT

Yazan redaktor 14.06.13 07:17

Bütün Peyğəmbərlər insanları Allaha iman və ibadətə dəvət etmişlər. Bu ibadətlərin yerinə yetirilməsi üçün də məbədlər inşa etmişlər. Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalam da öz dəvətinə yer üzündə tikilmiş ilk məbəd olan Kəbədə başlamış və öz əlləri ilə inşa etdiyi Quba məscidi ilə Məscidi-Nəbəvidə təbliğinə davam etmişdir.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / Peyğəmbərimizlə Bir Gün

Yazan redaktor 14.06.13 07:16

   Rəsuli-Əkrəm (s.ə.s) gecənin son üçdə birinə doğru, səhər vaxtında, imsakdan əvvəl oyanardı. “Bizi öldükdən sonra dirildən Allaha həmd olsun. Yenidən dirildib hüzurunda toplayacaq da Odur” deyə dua edərdi. Bəzən Mədinənin aydın göy üzünə baxaraq “Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birinin ardınca gəlib-gedişində ağıllı kimsələr üçün ibrətlər olduğunundan” bəhs edən Ali-İmran surəsinin son on bir ayəsini oxuyardı. Sağ tərəfindən başlayaraq paltarını geyinər və ilk iş olaraq inci kimi dişlərini misvaklayardı.

Ardını oxu...

 
 

İbrahim Erol /KİM, NƏYƏ GÖRƏ DİYƏRLİDİR

Yazan redaktor 14.06.13 07:14

Dəyər verilən şeylər hər cəmiyyətdə zaman içərisində dəyişir,  yaxşılıq-pislik, gözəllik-çirkinlik, qiymətli-qiymətsiz kimi ölçülər fərqli zaman və cəmiyyətlərdə məna daralmasına, ya da genişləməsinə məruz qalır. İnsan ağlı bu dəyər ölçülərində xəta etməyə uyğun olduğu üçün Uca Allah bəşəriyyəti peyğəmbərliklə başlatmış, hər dövrdə də xeyri şərdən ayıracaq meyarları peyğəmbərlər vasitəsilə insanlara bildirmişdir. Quranda xəbər verildiyinə görə; Lut peyğəmbərin pozğun qövmü Hz. Lutu və ona inananları onları yurdlarınızdan çıxarın, çünki onlar çox təmiz insanlardır (əl-Əraf, 82)  deyərək təmiz olmalarını onları yurdlarından çıxaracaq qədər ayıb bir hal saymışlar.

Ardını oxu...

 
 

Eldar Kərimov / ADIMIZIN SON ADRESİ

Yazan redaktor 14.06.13 07:13

İlk dəfə adımız doğum şəhadətnaməsinə yazılmışdı uşaq ikən. Həyatdakı ad olaraq ilk elanımız ordan başlamışdı bir zamanlar. Sonralar bu elanların sayı çoxalacaq və çox yerləri tutaraq, çox qəlblərə iz salacaqdı. Ailə fərdlərimizin biz hələ dünyaya gəlməmişdən böyük bir həyacanla bizim üçün seçib-sonaladıqları adlar, bəlkə də gələcəkdəki şəxsiyyətimizdən xəbər verirdi. Dünyada kimə qibtə etmişlərsə, o kimsənin adını qoymaq istəmişlər ən sevdikləri övladlarına. Gələcəkdə böyüyüb onların ümidlərini doğruldaq deyə.

Ardını oxu...

 
 

Adəm Şahin ./Molla Nəsrəddin – Adəm və Herakleitos

Yazan redaktor 14.06.13 07:11

Herakleitosa görə “insan bir dəfə girərək yuyunduğu çayda ikinci dəfə yuyuna bilməz.” Çünki ikinci dəfə suya girdikdə əvvəlki sular axıb getmiş, yerinə başqa sular gəlmiş olur. Həyat boşluq qəbul etmir.

Duyğu, düşüncə, fikir və baxış prizmaları həyat çayında qiyamətə qədər axıb gedər. “Günəş altında söylənməmiş söz yoxdur” deyirlər. Həyat çayında da söylənməmiş söz, yaşanmamış duyğu yoxdur.

Ardını oxu...

 
 

Mehman İsmayılov / İman-İbadət –Əxlaq Tarazlığı

Yazan redaktor 14.06.13 07:10

Bəqərə surəsinin 177-ci ayəsinə alimlər “Quranın xülasəsi” adını vermişlər. Bu ayənin məalı belədir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!

Ardını oxu...

 
 

Salih Zeki Meriç / ALLAH BİZDƏN NECƏ MÖMİN OLMAMIZI İSTƏYİR?

Yazan redaktor 14.06.13 07:09

Allah bizdən necə mömin olmamızı istəyir? Çox ağır bir sualdır. Daha çox həyatımızı hansı ölçülər üzərində bina etdiyimizlə əlaqəlidir. Möminliyimizi necə test edəcəyik? Hansı meyarlara görə istiqamətimizin doğruluğuna inanacağıq? Yaxşı necə yenidən iman edəcəyik? Yaxud imanımızı necə canlı tutacağıq? Rəbbimizin bu ayəsini xatırlayaq: ''Ey İman edənlər! İman edin...'' (ən-Nisa, 136) Allaha, Peyğəmbərinə, kitablarına, mələklərinə və daha əvvəl endirdiyi kitablara, axirət gününə imanda səbat göstərin.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU /EY İMAN EDƏNLƏR!

Yazan redaktor 14.06.13 07:07

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun! (Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin. Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" - söyləməsin. Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!" - deməsin!” (əz-Zumər, 55-58)

Ardını oxu...

 
 

Osman Nuri Topbaş / Aləmlərə Rəhmət Həzrət Məhəmməd r.a

Yazan redaktor 14.06.13 07:05

Allah Təala ən sevimli bəndəsi və Rəsulu olan Peyğəmbərimiz r haqqında: Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (əl-Ənbiya, 107) buyurur. Həqiqətən Onun bütün aləmləri əhatə edən "rəhmət" xüsusiyyətini kamil mənada idrak və ifadə edə bilmək bəşər övladının gücünün çatmayacağı bir şeydir.

Ardını oxu...

 
 

LOĞMAN HELVACI / SİZİ İMANIMA ŞAHİD TUTURAM

Yazan redaktor 14.06.13 07:03

Əziz İrfan oxucuları, jurnalımızın keçən aykı sayında sizinlə nəşr etdirdiyimiz kitabların hidayətinə vəsilə olduğu insanlardan gələn məktubları paylaşmışdıq. Bu ay da əlimizdəki məktublardan nüanslar yaxalayaraq sizinlə paylaşmağa davam edirik.

Ardını oxu...

 
 

Nizami ƏFƏNDİYEV / DİN VƏ DİNDARLIQ

Yazan redaktor 14.06.13 07:02

Din; ağıl sahibi şüurlu insanları, öz iradə və arzusuyla yaxşı və gözəl olan şeylərə meyl etdirən ilahi qanun; uca dərəcəyə çatmaq üçün yönələcək ən doğru yoldur. Başqa bir deyişlə din, insanın Allah ilə, digər insanlarla və dünyadaki bütün varlıqlarla olan ünsiyyətini tənzimləyən bir qanundur.

Ardını oxu...

 
 

Məmməd MƏMMƏDZADƏ / Ümid-umud

Yazan redaktor 14.06.13 07:00

Ümid sözünün dilimizə ərəb dilindən kecmiş bir söz olduğu və arzu edilən bir

şeyin ola biləcsyinə inanma və inamdan doğan daxili fərəh, xatircəmlik hissi, güman mənasında işləndiyi bildirilir.

Klassik Azərbaycan ədəblyyatında işlədilən ərəb-fars sözləri lüğətində ümidgah

sözünün 1-ci hissəsini, kökunün ərəb, -gah şəkilçisinin isə fars dilinə məxsus şəkilçi

olduğu göstərilir.

Ardını oxu...

 
 

Zəki ŞAHİN /ƏDƏBƏ RİAYƏT

Yazan redaktor 14.06.13 06:59

Məscidlər din və sosial həyatın vazkeçilməz məkanlarındandır. İslam mənsublarını birləşdirən mərkəz məscidlərdir. Bu müqəddəs yerlərdə məqsədlər, duyğu və düşüncələr birləşir. Dualar aminlərə qarışır, əllər səmaya, qəlblər Rəhmana açılır. Qullar səcdədə olarkən ruhlar ülviləşir.

Ardını oxu...

 
 

Ömər MƏMMƏDOV / BAKI

Yazan redaktor 14.06.13 06:57

Respublikamızın paytaxtı, doğma Bakımız elm, mədəniyyət və sənaye mərkəzlərindən biridir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən qədim və ən böyük şəhərlərindən biridir.

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. Ərazisi 2200 kv.km, əhalisinin sayı 2 milyona yaxındır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Ardını oxu...

 
 

İsmayil Vəliyev / Buranı oxusan “Yaxşı İş” tapacaqsan

Yazan redaktor 14.06.13 06:56

Əvvəlki yazılarda uğur qazanmaq üçün özünə inamın önəmi və özünə inamı zəiflədən amillərdən söz açılmışdı. İnsan potensialı haqqında hər gün saysız-hesabsız məqalələr yazılır, araşdırmalar  aparılır, konfranslar, seminarlar verilir. Bu kimi proqramlar gün keçdikcə daha da artmaqda və populyarlıq qazanmaqdadır. Bunun fərqli səbəbləri var. Bügünün iqtisadiyyatı rəqabət üzərinə qurulduğundan hər keçən gün tələb olunan daha sürətli və effektli nəticə əldə etmək, qarşılaşılan problemləri daha tez bir zamanda həll etmək bunlardan bir neçəsidir. Bütün bunları sadəcə kompyuter və texnoloji vasitələrin köməyilə  həll etmək və arzuolunan nəticəni əldə etmək imkansızdır. Nə qədər texniki sahədə inkişafa nail olunsa da insan faktoru daim ən ümdə ehtiyac olaraq qalır. Buna görə də kadr ehtiyacı hər zaman tam qarşılana bilməyən ehtiyac olaraq qalmaqdadı.

Ardını oxu...

 
 

Arif Həşimov / İnsanı Cənnətə Aparan Əsaslar

Yazan redaktor 14.06.13 06:54

İnsanın əsl məskəni cənnətdir. Ulu babamız Hz. Adəmin yaşadığı ilk yer cənnət olmuşdur. Cənnət əbədiyyət yurdu və zəhmətsiz bir yer olduğuna görə, Rəbbimiz bizi dünyada yaşadaraq imtahandan keçirib sonra cənnətə yerləşdirməyi istəmişdir. Elə isə Allaha və axirət gününə inanan bir möminin niyyəti daim Allah rizası, təqib etdiyi yol isə Onun peyğəmbərlərinin göstərdiyi olmalıdır ki, sonda qərar tutduğu yer cənnət olsun. Çünki Allah-Təala Hz. Adəmlə Hz. Həvvanı məlum zəllələri səbəbilə cənnətdən çıxaranda onlara belə buyurmuşdur:

Ardını oxu...

 
 

Anar Qurbanov / SUAL CAVAB

Yazan redaktor 14.06.13 06:53

1.      Kişilər üçün namazı başıaçıq qılmağın hökmü nədir

Hz. Məhəmməd Peyğəmbərin həyatına baxdıqda, onun namaz üçün xüsusi bir libas geymədiyi nəzərə çarpır. Başı digər ərəblər kimi daim örtülü olduğu üçün namazını da bu şəkildə qılmışdır. Onlar başlarını xüsusilə günəşin istisindən qorumaq üçün örtürdülər. Belə olan təqdirdə bir kişi gündəlik həyatında normal gəzib-dolaşdığı geyimi ilə - ayıb yerlərinin örtülü olması şərtilə (diz qapağı ilə göbək arası), namazlarını qıla bilər. Nəticə etibarilə kişilərin başıaçıq və ya corabsız namaz qılmaları məkruh deyil, mübahdır.

Ardını oxu...

 
 

Hasan Enes ÜNLÜ / Nə Qədər Şükür edirik?

Yazan redaktor 14.06.13 06:48

Allahı, bizi verdiyin nemətləri

Sənə qarşı üsyanda istifadə etməyənlərdən et!

Şükür Qurani Kərimdə ən çox təmas edilən mövzulardan biridir. Yetmişə yaxın ayədə şükür etməyin əhəmiyyətindən bəhs edilir, möminlərə şükür etmələri xatırladılır, şükür edənlərin və şükür etməyənlərdən nümunələr verilərək onların dünyadakı və axirətdəki vəziyyətləri bildirilir. Şükür imanın və tövhid inancının ən böyük göstəricilərindən biridir. Bir ayədə şükür etmək "yalnız Allaha qulluq etməyin şərti olaraq ifadə olunur:

Ardını oxu...

 
 

Şahin XƏLİLLİ / PRESVİTERİANLIQ VƏ ROBERT BERNS

Yazan redaktor 14.06.13 06:45

Tarixən iskit – türk tayfalarının məskəni olan və bu gün də Şotlandiya (Scotland) adında tarixi izini saxlayan məmləkətin böyük nəğməkarı Robert Bernsin (Robert Burns (1759-1796) yaradıcılığına dair bir ədəbiyyatşünas alimin monoqrafiyasını oxuyurdum. Onun şeir və nəğmələrini təhlil edən Tomas Kroufordun Berns yaradıcılığında dövrün dini firqələrinin çox böyük təsiri olduğu qeyd olunmuş və yeri gəldikcə onlar barədə müəyyən şərhlər verilmişdir. Kalvinizm, presviterianlıq haqqında məlumatlı olmayan oxucunun Bernsin şeir və nəğmələrini təfəkkür etməsinin çətinliyini qeyd edən müəllifin mühakiməsində bir həqiqət var.

Ardını oxu...

 
 

Ülvi MƏMMƏDOV /MƏHŞURLARDAN NÜANSLAR

Yazan redaktor 14.06.13 06:31

İNANMAZLAR

Bir gün Osmanlı padşahlarından Sultan Mahmud dövlət adamlarıyla bir yerə gedərkən yolda rastına bir uşaq çıxır. Sultan cibindən bir qızıl dinar çıxarıb uşaa verir. Qəribə burasındadır ki, uşaq pulu qəbul etmir. Bu hadisəyə təəccüb edən Sulyan Mahmud ondan nə üçün pulu qəbul etmədiyini soruşur. Ağıllı və dərrakəli uşaq bu cavabı verir:

Ardını oxu...