Eldar Kərimov / BEŞİKDƏN QƏBRƏ “TÖVBƏ”

Yazan redaktor 13.06.13 10:55

Bir gün ana bətnindən ayrılıb bu dünyaya göz açmışdıq. Bu dünya ilə ilk tanışlığımız yanağımızdan süzülən göz yaşları və anamıza yuxusuz gecələr yaşadan körpə iniltilərimizdən başladı. Dünyanın necə fırlandığının fərqinə varmayıb qışqırır, yeməyin haradan gəldiyini düşünmədən ağlayıb yemək istəyirdik. Yuxusuz gecələrini bizə ərməğan edən analarımızın əziyyətindən doğan sevgi nəfəsi ilə dünyanı və insanları sevməyə başladıq. Bu minvalla ömür karvanını izləyib keçən illər bizi iki ayaq üzərində dura bilən, sərbəst düşünən insan şəklinə saldı.  Hər kəs ana-atamız qədər bizə mehriban və əziz görünürdü. Əlimizdə olan bir tikə çörəyi belə ətrafımızda olan uşaqlarla paylaşıb yeyirdik. Heç kimə qarşı qəlbimizdə kin-küdurət hissi yox idi. Məhəlləmizdə tanıdığımız bütün uşaqlar dostumuz, ən yaxın sirdaşımız idi. Dərdsiz, qəmsiz, kədərsiz keçən bu günlər həyatımızın ən gözəl səhifələrini doldururdu. Gördüyümüz hər bir işi səmimi qəlbdən yerinə yetirir, qarşımızda olan işləri saf uşaq fikirləri ilə təhlil edirdik. Hər zaman dünyanı belə gözəl duyğular içərisində təsəvvür edərək davam edirdik həyatımıza.

Ardını oxu...

 

Mustafa TATÇI İLƏ REPORTAJ

Yazan redaktor 13.06.13 10:51

İrfan jurnalı:

- Hörmətli Mustaf bəy, qısaca olaraq oxuculara özünüz haqda məlumat verərdiniz!

Prof. Dr. Mustafa Tatçı:

- İlk növbədə “İrfan” oxucularını salamlayıram. Sizə təşəkkür edirəm ki, mənimlə müsahibə götürmək zəhmətinə girmisiniz. Həqiqətdə “heç” olanların özlərinə aid deyəcəyi sözləri də yoxdur. Özləri varmı ki, sözləri də olsun?! Həyat da, mənlik də, söz də sahibinə aiddir. Bizim kölgələrimiz bir əmanətdir. Biz sahibimizin iradəsi ilə bu əmanətləri daşıyırıq. Varlığımız yağışda toplanan sulardakı qovucuqlar kimi bir görüntüdən ibarətdir. Biz, var görünən yoxlarıq! O halda kim özündən bəhs edərsə, əslində Onu anladır! Bizim qabiliyyətlərimizdə özünü nümayiş etdirən Odur!

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / SƏDAQƏT

Yazan redaktor 13.06.13 10:42

Uca Allah Qurani-Kərimdə belə buyuyrur:

“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər. Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandıracaqdır.” (əl-Əhzab, 23-24)

Ardını oxu...

 
 

Mehman İsmayılov / Quranda sevgi və insan sevgisi

Yazan redaktor 13.06.13 10:15

                  Allahın Qurandan keçən bir adı da Vəduddur. Vədud çox sevən və sevilən mənası daşıyır. Demək Allah, sevginin qaynağıdır. Sevgini O yaratmış və bizə də "Öz  Ruhundan üfürərkən" sevgini bəxşetmişdir. İbn Ərəbinin dediyi kimi, "Biz sevgidən meydana gəldik, sevgi üzrə yaradıldıq, sevgiyə doğru yönəldik və könlümüzü sevgiyə verdik."

Ardını oxu...

 
 

Səhifə 2 > 5-dəan