127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2010 № 44. İyul


Nurlan MƏMMƏDZADƏ / TÖVBƏ Qulun sahibinə dönüşü...

Yazan redaktor 13.06.13 11:09

İnsan övladı Allahın qulu, bəndəsi olduğunu heç bir zaman unutmamalıdır. İnsanın Ona qul olması nemətlərin ən qiymətlisidir. Məhz elə buna görə də dinimizdə ən böyük ibadətlərdən sayılan Həcc fərizəsinin ifasından sonra Allaha qurban kəsilir və ardından Ona qul olmağın rəmzi kimi saçlar qırxılır. Mövlananın dediyi kimi “Hər qul azad olarkən sevinir, mən isə Sənin qapında qul olduğum müddətdə sevinirəm.” Allah qarşısında qulluğunu dərk etmək insanı Ona yaxınlaşdırır. İnsanın Haqq nəzdində böyüməsi yalnız və yalnız Onun qarşısında kiçilməsi ilə mümkündür. Amma yaradılış baxımından zəif xəlq edilmiş olan insan zaman-zaman əbədi düşməni şeytana uyaraq, nəfsinin pıçıltılarına qulaq kəsilərək, bir növ ağasının yanından qaçan bir qul kimi sahibinin əmrindən kənara çıxır. Bəli, günah qulun sahibindən qaçması, uzaqlaşmasıdır. Hərfi tərcümədə dönmək mənasına gələn tövbə də qulun ağasına dönməsidir. Yəni insanın Rəbbinə geri dönüşü…

Ardını oxu...

 

Elşən RZAYEV / GÜNAHLARI ƏRİDƏN ATƏŞ: TÖVBƏ

Yazan redaktor 13.06.13 11:07

Nəbilər Siltanı səadət məclisində otururdu. Məsclisə bir qrup əsir gətirildi. O əsnada Allah Rəsulu (s.ə.s) bir qadının həyəcanla nə isə axtardığını gördü. 

Qadın gördüyü hər uşağı bağrına basır, qoxlayır, sonra yerə qoyurdu. Nəhayət öz balasını tapdı, bağrına basdı. Onu öpür, qoxulayır və bərk-bərk bağrına basırdı. Bu mənzərə qarşısında Allah Rəsulunun (s.ə.s) gözləri doldu, ağladı. Yanındakılara həmin qadını göstərdi və: “Bu qadını görürsünüzmü?” -dedi. Səhabələr cavab verdi: “Bəli, ya Rəsulallah!” Allah Rəsulu (s.ə.s) təkrar: “Bu qadın qucağındakı övladını cəhənnəmə atarmı?” -deyə soruşdu. Səhabələr: “Xeyr, ya Rəsulallah!” -deyə cavab verdilər. Bunun müqabilində sevimli Peyğəmbərimiz (s.ə.s) hikmətlə dolu bu sözləri söylədi: “Allah o qadından daha şəfqətlidir, bəndələrini cəhənnəmə atmaq istəməz.”  

Ardını oxu...

 
 

Rüfət Şirinov / NİCAT YOLU-TÖVBƏ

Yazan redaktor 13.06.13 11:02

İşlənən günahdan üz döndərmək mənasına gələn tövbə Allahın yer üzündəki ən çox sevdiyi məxluqu olan bəşər övladı üçün bəxş etdiyi ən böyük nemətidir. Tövbə Allahın Ğafur, Rəhman, Təvvab kimi sifətlərinin gərəyi olaraq insana verilmiş fürsətdir.

İnsan xilqəti etibariylə günah işləyən, xəta edən və unudan bir varlıqdır. Bu xislətlərinə əsasən də Allah hər fürsətdə əşrəfi məxluqatı bağışlayıb əfv etmək və cənnəti ilə mükafatlandırmaq üçün bir çox səbəblər yaratmışdır. Tövbə də məhz bu səbəblərdən biridir. 

Ardını oxu...

 
 

Zəki ŞAHİN / TÖVBƏ BÜTÜN GÜNAHLARI SİLƏR

Yazan redaktor 13.06.13 11:00

Hz. Əlinin (r.a) dediyi kimi dünyada Allah-Təalanın əzabından qurtulmağın iki yolu vardır. Bu yollardan biri Rəsulullahın (s.ə.s) varlığıdır. Ancaq təəssüflər olsun ki, onun vəfatı ilə bu fürsət əldən çıxmışdır. Geriyə yalnız möhkəmcə sarılmalı olduğumuz ikinci yol qalmışdır: TÖVBƏ. Bu həqiqət ayeyi-kərimədə belə xəbər verilir:

“Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (əl-Ənfal, 33)

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan