№ 43. İyun

Rüfət Şirinov / ÜÇ AYLAR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 13.06.13 07:33

İslam mədəniyyətində özünəməxsusluğu ilə seçilən “Üç aylar” geniş xalq kütləsi tərəfindən xüsusi əhəmiyyət göstərilərək müəyyən ibadətlərlə əhya edilir. Buna baxmayaraq üç aylarla bağlı bəzi mübahisələr hələ də davam etməkdədir. Günümüzdə, “üç aylar”ın bidət olduğunu ifadə edənlər olduğu kimi, bu aylara həddindən artıq dəyər verərək ifrad dərəcəsində önəm verənlər də mövcuddur.

Ardını oxu...

 

Eldar Kərimov / DƏYİŞ(MƏ)MƏK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 13.06.13 07:29

Hər zaman beynimdə cavabsız qalan bu sual məni çox narahat edirdi. Görəsən  dünya üzərindəkiləli dəyişdirir, yoxsa üzərindəkilər dünyanı dəyişdirir? Ancaq zaman-zaman mənə belə aydın oldu ki, dünya elə həmin dünyadır. Əsrlər öncə olan daьlar, aьaclar və otlar bugünkü kimi imiş. Sadəcə insanlar dəyişib və dəyişdirmişlər dəyişilənləri. Bir neçə il bundan əvvəl gördüklərim bu gün bir-birinə uyьun gəlmir nədənsə. Nəinki bir neçə il bundan əvvəl gördüklərim, hətta bu gün gördüyüm insanlar belə anbaan dəyişir həyatlarında.

Ardını oxu...

 

Salih Zeki Meriç / YOXSA ÖLƏN MƏNƏM?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 13.06.13 07:21

Dəvətsiz bir müsafirdir ölüm.

Nə zaman gələcəyinə də özü qərar verir.

Gəldiyi zaman nə edəcəyinə də. Gəlir, görüşür və yenə öz qərarı ilə gedir.

Ölüm sözün qurtardığı yerdir. Ölümün xəbərdarlığı ilə təbəssüm yerini acı bir baxışa, sevinc yerini kədərə verir. Qəflətən gəlir ölüm.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / ÖVLADIMIZIN GƏLƏCƏYİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 13.06.13 07:16

Övladımızın yaxşı bir məslək sahibi olması üчün hər fədakarlığa qatlanırıq. “İki günlük dünya” sözü dilimizdən düşməsə belə, aman balam xoşbəxt olsun deyə hər чətinliyi gözə alırıq.

Əslində isə gələcək bitib-tükənməyəcək sonsuz həyatdır. İndi özümüzə sual verək: Bizdən əvvəl və ya sonra sonsuzluq aləminə köчəcək olan övladlarımızın oradakı gələcəyini də eyni həssasiyyətlə düşünürükmü?

Ardını oxu...

 

Dr. Mehman İsmayılov / DİN-CƏMİYYƏT MÜNASİBƏTLƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 13.06.13 07:12

Hər nə qədər din-toplum əlaqələri Qərbdə 19-cu əsrə qədər sistemli şəkildə ələ alınmasa da, bu mövzu Əflatunun Cumhuriyyət adlı əsərində olduğu kimi ideal cəmiyyəti meydana gətirən ünsürlər haqqındakı görüşlərdə öz yerini taparaq daha sonrakı sistemli araşdırmalar üçün əsas təşkil etmişdir. Cəmiyyətin həyatına təsir edən əxlaqi və mənəvi ideyalara Aristotelin əsərlərində, Epictetus, Markus Orelyus və digər Epikürçülər və Stoaçıların yazılarında da rast gəlmək mümkündür. Ancaq din-toplum münasibətləri sosiologiya elminin doğuşu ilə 19-cu əsrdə (teologiyadan başqa) analitik  maraq dairəsinə daxil olmuşdur.

Ardını oxu...

 
 

Səhifə 2 > 5-dəan