Osman Nuri Topbaş / Zikrullah – 1

Yazan redaktor 13.06.13 06:56

Bir  gün Haqq dostlarindan Üftadə həzrətləri müridləriylə birlikdə çəmənlikdə söhbətə gedir. Onun əmri ilə bütün dərvişlər çəmənliyin rəngarəng çiçəklərlə bəzənmiş yerlərini gəzərək ustadlarina bir dəstə çiçək gətirirlər. Ancaq Əziz Mahmud Hüdayi əlində sapi qirilmiş solğun bir çiçəklə gəlir...

Digər müridlərin sevinərək əllərindəki çiçəkləri təqdim etməsindən sonra Əziz Mahmud Əfəndi boynunu bükərək sinmiş və solmuş çiçəyi ustadina təqdim edir.

Ardını oxu...

 

Aqil ƏLİYEV / SÜNNƏYƏ BAĞLI QALMAQ

Yazan redaktor 13.06.13 06:49

 

Sünnə: İslam ümmətinin meydana gəlməsi üçün Hz. Peyğəmbər (s.ə.s)-in metodunun əsas alınması və Peyğəmbərin üsulunu ittifaqla təqib edən səhabələrin yolunun izlənməsidir. İslam cəmiyyətinin fikri və əməli birliyini qoruyub saxlayan Allahın Kitabı və Hz. Peyğəmbərin sünnəsidir. Bunun üçün də Allah-Təala Quran ilə birlikdə Peyğəmbərə tabe olub və ona itaət etməyin vacibliyini bildirmişdir. Qurani-Kərimdə belə buyurulur; "Allah, bundan əvvəl açıq bir dəlalət içində olan insanlara, Allahın ayələrini oxuyan, pisliklərdən təmizləyən Kitabı (Quran) və hikməti (sünnə) öyrədən və sizə bilmədiyiniz neçə-neçə şeyləri də öyrədən bir Peyğəmbər göndərdi.” (əl-Bəqərə:151) Pisliklərdən təmizləmək haram və halalı Qurandan öyrənmək ilə təfsir edilmiş, hikmətsə ittifaqla "sünnə" olaraq qəbul edilmişdir.

Ardını oxu...

 
 

Rövşən Əliyev / QAYNAĞINDA “ALLAH” OLMAYAN SEVGİ SAXTADIR

Yazan redaktor 13.06.13 06:41

İnsanların çoxu həyatları boyunca həqiqi sevgini yaşaya bilmək üçün müxtəlif yollar axtarıb dururlar. Hər dəfəsində “Bu dəfə tapdım” dedikləri an, o sevginin digərləri kimi aldadıcı, gəlib keçici və saxta olduğunu dərk edirlər. Dindən uzaq yaşayan cəmiyyətin fərdləri kimi həqiqi məhəbbətin sirrinə çata bilmirlər. Səmimiyyətlə inanan insanların məqamları isə tamamilə fərqli olur.

Ardını oxu...

 
 

Arif Həşimov / TƏHLİL

Yazan redaktor 13.06.13 06:33

Şeytanın insana nüfuz etdiyi iki əsas nöqtə vardır. Bunlar: "İddialar və Şəhvətlər"dir. Günah işləyən bir kimsənin günaha girməsinə səbəb olan şey bu iki nöqtədən başqası deyldir. Bu iki ünsür müsəlmanları Allahın rizasını əldə edəcəyi işləri görməkdən, cəhənnəmdən uzaqlaşıb cənnətə girməkdən məhrum edir. Bu yazıda həmin iddia və şəhvətlərin ən mühümlərini (qorxunclarını) bəyan etməyə çalışacağıq.

Ardını oxu...

 
 

Səhifə 4 > 6-dəan