Home Arxiv 2009 № 34. Sentyabr


Sədat DƏMİR / ELMDƏN MURAD

Yazan redaktor 12.06.13 12:54

İslam dininin, xüsusilə də Quranın elmə nə qədər dəyər verdiyini hər birimiz bilirik. “Heç bilənlərlə bilməyənlər bir olarmı?” və “Rəbbim, elmimi artır de!” kimi ayələrdən elmin və alimin dəyərinin böyüklüyünü anlayırıq. Hz. Peyğəmbərin də elmi, alimi və biliyi öyən bir çox hədisi vardır. O gözəl davranışında olduğu kimi bu mövzuda da elə bir addım atmışdır ki, dünya tarixində tayı-bərabəri yoxdur. Biliyə və elmə verilən qiymət mövzusunda tarixdən bir çox nümunə vermək mümkündür. Lakin aşağıda verəcəyimiz misal tamamilə fərqlidir.

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ / BİLƏNLƏRLƏ BİLMƏYƏNLƏR BİR OLARMI?

Yazan redaktor 12.06.13 12:52

İlk əmri oxu olan dinizmizin mənsubları tarix boyu elmin bütün sahələrində öz sözlərini demişlər. Mədəniyyətimizin, dinimizin elə bir mərhələsi yoxdur ki, orada oxumağa, elmə qarşı çıxılsın. Orta əsrlərdə Avropa ölkələrində kilsə sxolastikası elm sahəsində monopoliya yaratdığı dövrlərdə Şərq aləmi islamın təşviqi ilə elmi yöndən çox-çox irəlidə idi. İlk növbədə diqqətə almaq lazımdır ki, elm, bilik sahibi olmaq Uca Yaradanın hər bir müsəlmandan istədiyi ən başlıca amillərdən biridir.

Ardını oxu...

 
 

Elşən RZAYEV / ELMİ İRFANA ÇEVİRMƏK

Yazan redaktor 12.06.13 12:50

Bərəkətli bir həyatın yaşandığı, nail olduğumuz saysız nemətlərin qədrini xatırladan, fani ləzzətlərdən uzaqlaşıb əbədi ləzzətlərə nail olmağın sirrinə qovuşulan müqəddəs Ramazan ayı içərisindəyik. Ramazan ayı eyni zamanda min aydan daha xeyirli olan Qədr gecəsinin də olduğu bir aydır. Bu gecəni digər gecələrdən fərqləndirən, onların qaranlığından sanki aydınlığa çıxaran və uzunömürlü bir insan ömründən daha xeyirli edən o gecədə Qurani-Kərimin nazil olmasıdır. Bu gecədə ilk enən ayənin “Oxu” olması diqqəti cəlb edir. Bəlkə “Oxu” əmri ilə elmin də eynilə bu gecə kimi insanı qaranlıqdan aydınlığa çıxaracağına diqqət çəkilmişdir.

Ardını oxu...

 
 

Hacı Arif Heydəroğlu / NECƏ GÖZƏL XƏSTƏLİK

Yazan redaktor 12.06.13 12:48

İkisinin də canlı varlıq olmasına baxmayaraq, insanla heyvan arasında xeyli fərq vardır. Ən birincisi də budur ki, insan danışan bir varlıqdır. Məhz elə bu üstünlük onun hər bir cəhətdən kainatdakı canlıların ən mükəmməli olduğunu göstərir. Uca Yaradanımız Qurani-Kərimdə buna işarə edərək belə buyurur:  “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (ət-Tin, 4) 

Ardını oxu...

 
 

Eldar Kərimov / Elm, yoxsa Pul?

Yazan redaktor 12.06.13 12:47

İçərisində yaşamaq məcburiyyətində olduğumuz bu dünyada nəyin faydalı, nəyin zərərli, nəyin vacib, nəyin lazımsız olması hər zaman bütün insanlar tərəfindən düşünülən mövzulardan biri olmuşdur. Bütün bəşəriyyət arasında ortaq məxrəcə gəlinən bir nöqtə vadır ki, həyatda yaşayarkən insan övladına lazım olan əsas ünsürlər can sağlığı, elm və puldur. Bildiyimiz kimi can sağlığı olmadan həyatda heç bir şey əldə etmək mümkün deyildir. Elə burada can sağlığını həyatın əsas predmenti kimi qəbul edib əsas mövzumuza keçid almaq istəyirəm.

Ardını oxu...

 
 

Salih Zeki Meriç / SƏRMAYƏMİZ MƏHƏBBƏT

Yazan redaktor 12.06.13 12:45

Müasirləşən dünya get-gedə insanlıq xüsusiyyətimizi azaltmaqda, sonra da xüsusi dəyərlərimiz olan qədir bilmək, fədakarlıq və vəfa keyfiyyətlərimizi yox etməkdədir.

Dayanmaq bilməyən bir dəyirman kimi, xüsusilə mənəvi dəyərlərimizi üyüdən yaşadığımız zaman kəsiyi bizi məcbur edir ki, bir qorumanın içində olaq. Əcəba, daima canlı və ayıq bir qəlbin sahibi necə ola bilərik? 

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / “Oruc tutanlar haradadır?”

Yazan redaktor 12.06.13 12:43

Oruc islamın dördüncü əmridir. Oruc tutmaq insanı pis davranışlardan və əxlaqsızlıqlardan qoruyar. Və cəhənnəmə girməsinə mane olar.

Allah təala bu kimi xüsusiyyətləri səbəbilə orucu həm Məhəmməd ümmətinə həm də ondan əvvəlki ümmətlərə fərz qılmışdır. Orucun ildə bir dəfə Ramazan ayında tutulması əmr olunmuşdur.

Ardını oxu...

 
 

İRFANDAN / BAYRAM

Yazan redaktor 12.06.13 12:41

Bu həyatın başlanğıc və son nöqtələri arasında sevinc və kədər əlamətləri bir-birini təqib edir. Buna görə bir xalq məsəlində:

Gаh sеvinc, gаh kədər,

Bеlə gəlmiş, bеlə gеdər!..

deyilir. İnsan həyatına təsir edən sevinc anlarından biri də bayramlardır.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / ƏDƏB

Yazan redaktor 12.06.13 12:39

Allah təala Qurani Kərimdə buyurur:

“Şübhəsiz Sən böyük bir əxlaq üzərindəsən” (əl-Qələm, 4)

Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd əleyhissalam da “Həqiqətən mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” – buyuraraq peyğəmbərlik vəzifəsinin icrasında ədəb və əxlaqın müstəsna mövqeyinə işarə etmişdir. 

Ardını oxu...

 
 

LOĞMAN HELVACI / TƏQVA AYƏLƏRİNİ OXUYARKƏN

Yazan redaktor 12.06.13 12:36

Təqva ayələri bizə nəyi anladır?

Qurani-Kərimdə təqva və müttəqi kəlmələri bir çox yerdə zikr olunur. Bu ayələrin bəzilərində bir qism gözəl xislətlərlə birlikdə zikr olunmuş, bəziləri isə şərt cümləsində şərt hissəsini təqva, cavab hissəsini də müjdə və ya cəza təşkil edir. Bu ayələri bir-bir ələ almadan əvvəl təqvanın tərifi üzərində duraq:

Ardını oxu...

 
 

Osman Nuri Topbaş / ŞÜKÜR

Yazan redaktor 12.06.13 12:34

Allah üçün dost olan Şəqiqi Bəlxi ilə İbrahim bin Ədhəm həzrətlərinin, bir-birlərini irşad üçün etdikləri bir könül söhbəti əsnasında Şəqiqi Bəlxi həzrətləri soruşur:

“-Dolanışıq cəhətdən nə edirsiniz?”

İbrahim bin Ədhəm:

“-Tapanda şükür edir, tapa bilməyində səbir edirik!..” deyir.

Şəqiqi Bəlxi həzrətləri:

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / QAFQAZ İSLAM ORDUSUNUN 91-Cİ İL DÖNÜMÜNƏ

Yazan redaktor 12.06.13 12:31

Bir çox mədəniyyətlərə beşiklik edən, strateji mövqeyə malik olan ölkəmiz tarix boyunca mənfur niyyətli yadelli işğallarına məruz qalmış və hər zaman da tarixin bu sınağından üzüağ çıxmışdır. Bu sanaqlardan biri də keçən əsrin əvvəllərində gerçəkləşmişdir.

Ardını oxu...

 
 

Şahin XƏLİLLİ / Tanrı dərgahında

Yazan redaktor 12.06.13 12:29

“... şairliyi Allah sevgisi olan, misraları xalqın arzu və istəklərindən süzülüb gələn, mənəvi dəyərlərimizi qəlbinin qanıyla yazıya köçürən” görkəmli şair, dramaturq, ictimai xadim Hidayət Orucovun ecazkar söz sənəti haqqında bu səmimi etiraf söz sərrafı Məmməd Aslanındır. Müəllifin “torpaqdan göyərən misralar”ını, eləcə də soydaşlarımızın tarixini yaddaşlara köçürən xatirələrini vərəqlədikcə ürəyimdən keçənləri qələmə almaq istədim.

Ardını oxu...

 
 

Adəm Şahin / ACI BIBER HELVASI

Yazan redaktor 12.06.13 12:27

Acı biber , nemli ortamı çok sever . Aşırı sıcaklardan da eksi derecelere düşen soğuklardan da  hoşlanmaz.  Biberin acılığını arttıran iki unsur havaların sıcak geçmesi ve biberin yeterli nemli, sulu ortamda olmamasıdır.

Neyzen Tevfikin “Aşkın Leylasını buldunsa söyle Mecnundan duyupta rivayet etme”    dizeleriyle “ne işin var senin acı biberle başka konu mu bulamadın” diyebilirsiniz.

Ardını oxu...

 
 

Məmməd MƏMMƏDZADƏ / KÜÇƏ SÜPÜRƏN NAZİR

Yazan redaktor 12.06.13 12:25

Müstəqilliyini itirən, üçrəngli bayrağı ayaqlar altına atılan Azərbaycan işğalın ilk günlərini, aylarını yaşayırdı. Gəncə üsyanı qan içində boğulmuş, Azərbaycan milli ordusunun 12 generalı, 100-dən artıq zabiti bolşeviklər tərəfindən güllələnmiş, Hərbiyyə Nazirliyinin əməkdaşları və yüzlərlə yüksək rütbəli zabiti həbs edilmişdi. 1920-ci ilin yayı iki il əvvəli – 1918-ci ilin yayını xatırladırdı. Yenə də əli silahlı bolşeviklər və ermənilər Bakı küçələrində at oynadırdılar. Şəhərdə bir xaos hökm sürürdü.

Ardını oxu...

 
 

Kamran Məmmədov / MƏSNƏVİDƏN

Yazan redaktor 12.06.13 12:22

Göldəki üç balıq

 Bir gölməçədə üç balıq vardı. Balıqçılar o gölün yanından keçərkən bunları gördülər. Tez tor gətirmək üçün oradan ayrıldılar. Göldəki balıqlar bunu başa düşdülər. Onlardan ən ağıllı olanı tələsik yola düzəldi, uzaq yerlərə doğru üzməyə başladı. Yol çox uzun və əziyyətli idi. Amma artıq əziyyət geridə qalmış, balıq da rahatlığa qovuşmuşdu. İndi o, sahili görünməyən böyük dənizdə tam bir hürriyyət içində idi.

Ardını oxu...

 
 

Ruslan Atakişiyev / Faizsiz Bankçılıq və onun üstünlükləri

Yazan redaktor 12.06.13 12:20

Qeyd edək ki, Faizsiz maliyyə daha çox “Faizsiz Bankçılıq” (interest-free banking) kimi xarakterizə olunur. İlk dəfə olaraq da bu sistem 1963-66-cı illərdə Misir iqtisadçı alimi prof. Əhməd Nəccarın hazırladığı bank modeli əsasında elə həmin ölkədə də tətbiq edilmişdir.[1]

Ardını oxu...

 
 

Həşimov Ramiz / DONUZ QRİPİNƏ QARŞI NƏ ETMƏLİ

Yazan redaktor 12.06.13 12:17

İrfan jurnalının keçən sayında demək olar ki, bu gün qlobal problemə çevrilən donuz qripi haqda yazmışdıq. Bəs donuz qripindən necə qorunmaq olar? Budəfəki yazımız bu haqda olacaq.

Maddi səviyyədə gündəlik həyatda donuz əti ilə qidalanmamaq və donuzlarla təmasda olmamaq lazımdır. Mənəvi səviyyədə isə, tarix boyunca insanların başına gələn bir çox fəlakətlərin əsl mahiyyəti haqqında düşünmək gərəkdir: yolxucu xəstəliklərin yayılması, zəlzələlər, daşqınlar, tufanlar və s. Haqq təalanın cəzalarıdır.

Ardını oxu...

 
 

Emilya Əsgərova / Steynbekin sufi baxışları və Azərbaycan Türk ədəbiyyatı

Yazan redaktor 12.06.13 12:13

XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri Con Steynbek (John Ernst Steynbek, 1902-1968) 1962-ci ildə “Həyəcanlarımızın qışı” və “Çarli ilə səyahət” romanlarına görə Nobel mükafatına layiq görüləndə onun yazar şan-şöhrəti öz ölkəsində artıq öləzimişdi. Lakin onun dünyanın ən böyük mükafatını alması ədəbiyyat sahəsində böyük xidmətinə verilən düzgün qiymətin təzahürü idi. Böyük günahlarımızı və kədərimizi qələmə almaq yazarın borcudur. Axı yazar bunun üçün məsuliyyət daşıyır. Bundan əlavə bəşər oğlunun gücünü qüdrətini, onun qəlbinin, ruhunun böyüklüyünü puça çıxmış ümidinin cəsarət, mərhəmət və sevgi uğrundakı fədakarlığını göstərmək, vəsf etmək yazara həvalə olunmuşdur.

Ardını oxu...

 
 

Afiq İsgəndərov / Həyat DƏFTƏRİNDƏN

Yazan redaktor 12.06.13 12:11

Valideynlər ən gözəl anlarını öz övladlarına həsr etməyi özlərinə şərəf  bilirlər. Gənclik qədər gözəl və yaşanılası olan bu anları kiçiklərin hay-küyü, ağlaması, gülməsi ilə,  xəstə anlarında baş ucunda gecədən səhərə oyaq olaraq keçirmək həqiqətən böyük bir fədakarlıqdır. Bir çox ata-ana həyatlarını  övladlarının həyatlarına qurban etdiyi üçün nə qədər əziyyətlərini çəksələr də bu, onların gözünə görünməz.

Ardını oxu...

 
 

Akif Hüseyinli / Unudulmayıb unudanlar.

Yazan redaktor 12.06.13 12:08

Valideynlər ən gözəl anlarını öz övladlarına həsr etməyi özlərinə şərəf  bilirlər. Gənclik qədər gözəl və yaşanılası olan bu anları kiçiklərin hay-küyü, ağlaması, gülməsi ilə,  xəstə anlarında baş ucunda gecədən səhərə oyaq olaraq keçirmək həqiqətən böyük bir fədakarlıqdır. Bir çox ata-ana həyatlarını  övladlarının həyatlarına qurban etdiyi üçün nə qədər əziyyətlərini çəksələr də bu, onların gözünə görünməz.

Ardını oxu...

 
 

Niyazi Yusifov / Texno XƏBƏR

12.06.13 12:07 ərzində olan dəyişikliklər Yazan redaktor 12.06.13 12:02

Aşpazlıq sənətini də robotlar mənimsədi

Yaponiya mühəndisləri öz qeyri-adi robotları ilə dünyanı təəccübləndirməkdə davam edirlər. Belə ki, daha bir qeyri-adi robot Yaponiyanın Naqoya şəhərində restoranların birində işə salınıb. Fua-Men adlı robot qabların yuyulması, ərzaqların doğranılması və xırdalanması kimi ikinci dərəcəli işlərlə yanaşı həmçinin baş aşpaz funksiyalarını yerinə yetirir və əsas yeməkləri hazırlayaraq onlara uyğun qəlyanaltı və içkilər seçir. Fua-Menin iş sürətinə gəldikdə isə dəmir aşpaz gün ərzində 80-ə yaxın kompleks nahar yeməyi hazırlamaq imkanına malikdir.

Ardını oxu...