Osman Nuri Topbaş / İbadət vəcdiylə yaşamaq

Yazan redaktor 13.06.13 04:58

  Ramazandakı ibadətlərimizin qəbulunun dəlili

Ramazandan sonrakı hal və istiqamətimizdir...

Allah təala qulluq həyatımızı gözdən keçirərək nöqsanlarımızı düzəltmək üçün mübarək günləri, xüsusilə də Ramazani-Şərifi fürsət olaraq lütf etmişdir. Bu kimi ruhani fürsət dəmlərində gündüzləri orucla, Quran tilavətiylə, xeyir-həsənatla; gecələri də təhəccüd, təfəkkür, zikr, şükür, dua və istiğfarla ehya etməyimizdə böyük əcrlər vəd etmişdir.

Ardını oxu...

 

Rüfət Şirinov / ON İKİ AYLIQ RAMAZAN

Yazan redaktor 13.06.13 04:56

Uca Allah təvvab sifətinin gərəyi olaraq cox bağışlayan və tövbələri qəbul edəndir. Məhz buna görə də bəndələrinin tövbə etməsi və əff edilməsi üçün müəyyən vəsilələr yaradıb. Bunlardan biri də bizim ən yüksək səviyyədə qeyd etməyə çalışdığımız mübarək, müqəddəs və Quran ayı olan Ramazan ayıdır. Əlbəttə ki, onbir ayın sultanının qısa bir zaman üçün bizi ziyarət edib sonra da tərk etməsi hər kəsi kədərləndirmişdir. Fəqət Allahın müsəlmanlara bəxş etdiyi iki bayramdan biri olan Ramazan bayramındakı sevincimiz az da olsa sevgilidən ayrılma kədərimizi azaltmışdır. Yenə də həsrətlə o sultana qovuşma gününü gözləyirik.

Ardını oxu...

 
 

İRFANDAN / ŞEYX ƏDƏBALİDƏN OSMAN QAZİYƏ

Yazan redaktor 13.06.13 04:54

Tarixə şan və şərəf verən dövlət adamlarının əksəriyyətini böyük ruh tərbiyəçiləri yetişdirmişlər. Onlar yetişdirdikləri dövlət adamlarına zəngin bir könül iqlimi qazandırmış və özlərini mərhəmət və məsuliyyət duyğuları ilə əbədiləşdirmişlər. Məhz belə bir tərbiyədən keçən liderlərin qurduğu dövlətlər uzunömürlü olmuş, tarixə qızıl hərflərlə yazılmışdır.

Ardını oxu...

 
 

Məmməd Aslan / AZƏRBAYCAN RUHUNUN YORULMAZ PƏRVANƏSİ

Yazan redaktor 13.06.13 04:53

Uzun zamandan bəri bir kitab yol gəlirdi bizə doğru. Nə yol bitirdi, nə kitab. Tilsimə düşmüşdü yollar da, kitab da, kitabın yazarı da. Daha doğrusu, yollar tilsimlənmişdi. Bu tilsimi qırmaq yetmiş ildən artıq sürmüş dəhşətli bir yuxunu dağıtmaq qədər çətin bir işdi.

Ardını oxu...

 
 

Səhifə 3 > 4-dəan