№ 170 Yanvar

Nurlan MƏMMƏDZADƏ - SONU BAŞLANĞICA ÇEVİRƏNLƏR

Hər şeyin bir ilki var və insan həyatı yeniliklərlə doludur. Hər gün ömür təqvimindən bir səhifəni cırıb atarkən eyni zamanda önümüzdə də yeni bir səhifə açmış oluruq. Kainat durmadan dəyişir, yenilənir. Bu dəyişimə qeyri-ixtiyari ayaq uyduran insan da dəyişir. Uşaq gəncləşir, yaşa dolur, qocalır və nəhayət ömrü başa çatır. Ömrünü başa vurub bu dünyadan ayrılanlar yeni bir həyata addım atırlar. Əslində görə bilənlər üçün hər saniyə, hər dəqiqə və saat yeni bir başlanğıcdır. Hər gün, hər həftə, hər ay və hər il ömrümüzdən ayrılan böyük bir pay olmaqla yanaşı, bizə verilən yeni bir zamanın da başlanğıcıdır, əlbəttə. İnsanın keçən zamanı, yəni əlindən çıxanları doğru dəyərləndirməsi, gələcək günü, yəni yeni fürsətləri düzgün planlaması onun müdrikliyindən xəbər verir.

Ardını oxu...

 

Fuad QULİYEV - YENİDƏN DİRİLİŞ...

Elə bir diriliş, elə bir şahlanış ki, tarixdə mislinə az rastlanar. Mücadilə ruhu, savaş əzmi hər zaman millət olaraq hüceyrələrimizdə var olan bir keyfiyyətdir. Bəlkə tarixin müxtəlif dilimlərində zaman-zaman əziyyətlər, çətinliklər, hətta məğlubiyyətlər yaşamışıq. Ancaq heç bir zaman bu hallarla razılaşmamış, tam əksinə, tarix boyu düşmənə qarşı mübarizə və mücadilə əzmini yaşadaraq, gələcək nəsillərə miras buraxılması üçün var gücümüzlə çalışmışıq. Məhz o ruhun davamıdır ki, otuz ilə yaxındır düşmən tapdağı altındakı torpaqlarımızı mənfur düşməni əzərək azad edə bilən bir millət kimi formalaşmanın şahidi oluruq. Bu misilsiz bir duyğu, misilsiz bir həyəcandır. Gələcək nəsillərin tarix kitablarından oxuyacağı, filmlərdən izləyəcəyi o səhnələri bu gün canlı olaraq bütün ruhumuzla hiss edərək yaşayırıq. Və bu qürur və iftixar dolu zəngin mənəviyyatımızı, vazkeçilməz dəyərləri qan yaddaşımızla gələcək nəsillərimizə ötürürük. Onlar da bunun fərqində olaraq, əlbəttə ki, onu daim yaşadacaqlar.

Ardını oxu...

 
 

İlham SOVQATOV - ZƏFƏRLİ GÜNLƏR

Xalqımız çox çətin imtahandan və mübarizəli prosesdən keçir. Biz heç bir zaman haqlı davamızda, ülvi mübarizəmizdə haqq yolundan çıxmamışıq. Tarix boyunca xalqımız əmin-amanlığın, sülhün yanında olmuşdur. Dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün həmişə haqq-hüquqa riayət etmişik. Əsla təcavüzkarlıq nümayiş etdirməmişik. Hərb meydanında belə bizim ləyaqətimizə, şərəfimizə xələl gətirəcək qeyri-leqal davranışlara, təxribatlara yol verməmişik. Mülki vətəndaşlara, heyvanlara, bitkilərə, təbiətə, bir sözlə bəşəriyyətə ziyan vurmamışıq. Biz heç vaxt başqasının haqqını qəsb etməmişik. Əksinə, düşmənlər tərəfindən təcavüzə məruz qalmışıq. Xalqımıza qarşı törədilən soyqırımlar, qətliamlar hər nə qədər beynəlxalq ictimaiyyətdə öz siyasi qiymətini tapmasa da, tarix səhnəsində qara ləkə olaraq qalır. Bizə qarşı torpaq iddiası ilə ata-babalarımızın əzəldən yaşadığı doğma torpaqlarımızı əlimizdən almaq üçün cəhd ediblər və hələ də edirlər. Biz bir kimsənin burnunun qanamasını, barmağına tikan batmasını istəmirik. Çünki bizim mentalitetdə, mənəviyyatımızda, adət-ənənəmizdə, mədəniyyətimizdə qan tökmək, vəhşilik etmək yoxdur.

Ardını oxu...

 
 

Alpay ƏHMƏD - VƏTƏN MÜHARİBƏSİ VƏ BEYNƏLXALQ HÜQUQ

Mən Azərbaycanın Qarabağda həm məğlubiyyətini, həm də bu yaxınlarda Vətən müharibəsində əldə etdiyi qələbəsini görə bilən nəslin nümayəndəsiyəm. Açığını deyim, on illər idi, “Beynəlxalq hüquq bizim tərəfimizdədir” tezisini tələbələrimə deməkdən, eynilə bunu kütləvi informasiya vasitələrindən oxumaqdan, eşitməkdən bezmişdim. Amma mühazirələrimdə həmin tezisə bunu da əlavə edirdim: “...Bu, o deməkdir ki, sabah Azərbaycan ordusu işğal olunmuş ərazilərini azad etməyə qərar versə, biz beynəlxalq hüquqda təsbit olunmuş “ərazi bütövlüyü” prinsipinə istinad edəcəyik”. Həmin cümləni deyəndən sonra da içimdə bir boşluq yaranırdı və öz-özümə düşünürdüm: “İllərdir eyni şeyi deyirəm, amma o prinsip kağız üzərində qalmağa davam edir”.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - KİÇİK CİHADDAN BÖYÜK CİHADA

Cihad insanla İslam arasındakı bütün əngəlləri ortadan qaldırmaq üçün çalışmaq, səy göstərməkdir. Bu əngəllər adətən müəyyən bir insan və ya hər hansı bir maddi qüvvə olur. Bəzən isə bu maneə insanın öz nəfsi də ola bilər. İslam birinci mübarizəni kiçik cihad, ikincisini isə böyük cihad adlandırmışdır.

Mövzuya ilk baxışda bu kimi suallar ortaya çıxa bilər: Necə ola bilər ki, canı və malıyla düşmənə qarşı savaşmaq kiçik cihad, nəfslə mübarizə isə böyük cihad adlanır. Bəli, bu bir həqiqətdir ki, hər kəsin öz nəfsi gözlə görünən düşməndən daha güclü və daha hiyləgərdir.

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - QAZANDIQLARIMIZ

Həyatda baş verən hər hansı bir hadisə təsadüfən meydana gəlmir. Hər birinin bir səbəbi və nəticəsi olur. İnsanın həyatda əldə etdiyi ən böyük qazanc bu hadisələrdən düzgün nəticə çıxarda bilməsidir.

Qarabağımız 28 il işğal altında qaldı. Torpağımız yağı düşmən tərəfindən zəbt edilərək tarixdə nadir yaşanan bəlalarla üzləşdi. İllərlə qonşuluq etdiyimiz, çörək kəsdiyimiz ermənilər uşaq, qadın, qoca ayırd etmədən önünə keçəni amansızlıqla qətlə yetirməkdən çəkinmədi. Sən demə çörəyimizi bölüşdüyümüz bu mənfur millət içlərində bizə qarşı kin bəsləyir, havadarları tərəfindən silahlandırılırmış. Bunun qarşısında bizlər isə erməni millətinə dostluq, yoldaşlıq, qonşuluq əlini uzatmış, onların daxilindəki pis fikirlərdən bixəbər olaraq qoynumuzda ilan kimi bəsləmişdik. Nəticədə bir tərəfdə əli silahlı amansız düşmən, bir tərəfdə düşmənçilik düşüncəsindən uzaq əliyalın xalqımız; kimisi qətlə yetirildi, kimisi əsir götürüldü, kimisi yaralandı, kimisinin ev-eşiyi dağıdıldı, nəhayət, bir milyon insan doğma yurdlarından didərgin düşdü.

Ardını oxu...

 
 

Əziz SULTANOV - GÜL PARKI

 (“Vətən çağıranda” kitabındakı hekayəyə əlavə ilə)

Bayram ərəfəsində hər kəs xoş bir təlaş içində idi. Evlərdə əlavə təmizlik işlərini qurtaran xanımlar bayram günü gözəl süfrə açmaq üçün bugünkü alış-verişə tələsirdilər. Yollar insan selinə çevrilmişdi. Bazarda böyük bir izdiham var idi. Ard-arda düzülən maşınlar bir-birinə yol verməkdə çətinlik çəkirdi. İnsanlar daşların arasından sıyrılıb axan dağ çayı kimi maşınların arasından axışıb yolu keçir, bütün işlərini bu gün qurtarmaq üçün bir-biriylə yarışırdılar.

Ardını oxu...

 
 

DR. Rüfət ŞİRİNOV - MƏBƏDLƏR TOXUNULMAZDIR!

 “İbadət edilən məkan” mənasını ifadə edən məbədlər -istisnalar olmaqla- tarixin hər dövründə müqəddəs yerlər kimi qəbul edilmiş və edilməkdədir. Fərqli tanrı anlayışı və müqəddəs dəyərlərə malik olan hər bir cəmiyyət özünəməxsus məbədlər tikmiş və onları şər qüvvələrdən, düşmən hücumlarından mühafizə etməyə çalışmışdır. Çünki hər bir cəmiyyət üçün onun dəyərləri müqəddəsdir. Bu mənada hər bir məbəd öz mənsubları üçün əvəzedilməz dəyər ifadə edir. Eyni zamanda məbədlər hər bir cəmiyyətin əqidəvi varlıqlarını sonsuza qədər davam etdirən simvollardır. Deyə bilərik ki, bütün konfessiyalar üçün məbədlər “namus” dəyəri ifadə edir. Ona görə də əqidəsindən asılı olmayaraq məbədlərə hörmətsizlik etmək hər dövrdə dəyərlərə önəm verən məfkurələr tərəfindən qətiyyətlə pislənmişdir.

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV - İSTİSU

Kəlbəcər rayonunun coğrafiyası dedikdə hamının ağlında ecazkar bir təbiət canlanır. Xüsusən də İstisuyun adı gələndə hamı Kəlbəcəri düşünür. Niyə məhz İstisu? Niyə məhz Kəlbəcər? Azərbaycanın başqa yerində belə bir su ola bilməzdimi? Kəlbəcər təbiətinin bu valehedici sirri nədir? İndi sizə bu möhtəşəmliyin sirrini azacıq da olsa anlatmağa çalışacağam.

Kəlbəcər və ümumiyyətlə Azərbaycan ərazisi seysmik zonada yerləşir. Və bu seysmiklik onun təbiətinə çox güclü şəkildə təsir göstərir. Bu seysmiklik cavan dağlar, zəlzələlər, palçıq vulkanları şəklində təzahür edir. Ümumiyyətlə, dünyada isti suların, qeyzerlərin yer səthinə çıxma səbəbi yerin dərinliyində çox şiddətli istiliyin olmasıdır. Yerin dərinliyində olan çox şiddətli qızma sayəsində sular fəvvarə vuraraq yer səthinə çıxır. Çox vaxt bu proses vulkanik ərazilərin yaxınlığında baş verir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - ÖMÜR SƏRMAYƏSİ

Ömür doğum ilə ölüm arasında keçən bir zaman olub, Uca Allahın insana bəxş etdiyi ən böyük nemət və dəyəri heç bir şeylə ölçülə bilməyən bir sərmayədir. Ömür nemətinin dəyəri, qiyməti həm də ona görə böyükdür ki, insan dünyasını da, axirətini də məhz bu sərmayə ilə qazanmaqdadır. Elə buna görə də insan bu ilahi sərmayəni hədər etmədən Allahın razı olacağı bir şəkildə dəyərləndirməyə çalışmalıdır.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - QURANA İMANLA DOLU BİR HƏYAT

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) sözün ən gözəlini ( Quranı, ayələri) bir-birinə bənzər (əmr və qadağaları, xəbər və hekayələri, vəd və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəblərindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (nəsihət və vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Quran Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi və bəndənin iradəsiylə seçiminə müvafiq olaraq) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz”. (əz-Zümər, 23)

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - SON SÖHBƏT: ÖLÜM

(Mərhum Əli Çinar müəllimin əziz xatirəsinə)

Ölümlü dünyada fani olduğumuzu və bir gün vaxtımız çatıb öləcəyimizi, gedəcəyimizi çox yaxşı bilirik. Bilirik, amma sanki bilmirmiş kimi yaşayırıq bu vəfasız dünyada.

Bu fani, vəfasız dünyada tanıdığımız, tanış olduğumuz çox insan var. Bu gözəl insanlardan biri də Əli Çinar müəllim idi. Onunla tanışlıq Azərbaycana xidmətə gəldiyi 2004-cü ildə başladı. Çox sevdik onu, yaxud belə deyim, özünü ayrı cür sevdirdi bizlərə; gözəl, qəlbə təsir edən şirin söhbətləri ilə...

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - PAYLAŞMAĞIN SEVİNCİ GÖTÜRMƏYİN SEVİNCİNDƏN DAHA ÇOXDUR

Alimlərdən biri tələbəsi ilə gəzərkən tarlanın yanındakı ağaclardan birinin altında köhnə bir ayaqqabı görür. Görünür ki, ətrafda işləyən birinin ayaqqabısıdır.

Tələbə:

- Müəllim, bu ayaqqabını gizlədək; sahibi gəlib ayaqqabısını tapa bilməyəndə o zamankı halını seyr edək, görək nə edəcək, - deyir.

Ardını oxu...

 
 

Adem ŞAHİN - İLLAH Kİ MƏRHƏMƏT

Əbrəhə ordusunun həlak olduğu fil hadisəsindən sonra məkkəlilərin on günə yaxın bütlərə sitayiş etməkdən əl çəkərək tək olan Allaha yönəldikləri nəql edilir. 1998-ci ildə Adana zəlzələsi baş verdiyi zaman bir çox həmyerlimin namaz üçün məscidlərə axın etdiyini görmüşdüm. Məkkəyə, Adanaya getməyək, özümüzə baxaq: qorxanda, xəstələnəndə, dara düşəndə duadan yapışmırıqmı? Düşməkdə olan təyyarədə ateist olmaz deyirlər; müharibədə, yanğında, zəlzələdə, yoluxucu xəstəliklərdə, minalanmış ərazidə ateist olarmı? Firon Musanın rəbbinə səcdə etməkdən üz çevirmişdi. Elə ki üstünü alan dalğaları gördü, iman etdi, amma artıq çox gec idi. Hamımızın içində fironluqdan bir parça var, elə deyilmi?!

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ

 “Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, hətta qəbirləri də ziyarət etdiniz”. (ət-Təkasür, 102/1-2)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لَا يَسْتُرُ عَبْدٌ عَبْدًا فِي الدُّنْيَا، إِلَّا سَتَرَهُ اللهُ يَوْمَ الْقِيَامَةِ

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir qul bu dünyada başqa bir qulun ayıbını örtərsə, Allah da qiyamət günü onun ayıbını örtər”. (Müslim, Birr, 72)

İnsan günah və xətaya meyilli bir varlıqdır. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində Adəm övladlarının xəta və günah etməyə meyilli olduqlarını, lakin xəta edənlərin ən yaxşılarının tövbə edənlər olduğunu açıqlamışdır. (İbn Macə, Zöhd, 30)

Bu hədisdən anlaşıldığı kimi, insanı

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 13

Yunus Əmrə həzrətləri buyurur:

Ey dün-ü gün Haqq istəyən,

Bilməz misən Haqq qandadır?[1]

Hər qandasam onda hazır,

Qanda baxarsam ondadır.

Ardını oxu...

 
 

Dr. Eldar KƏRİMOV - PSİXOLOGİYAMIZI POZAN AİLƏDAXİLİ QAYDALAR

Psixoloji yöndən sağlam olmayan əksər ailələrdə onların xoşbəxtliyinə və ümumi olaraq psixikasına mənfi mənada təsir edən və şüuraltında mövcud olan bəzi qaydalar mövcuddur. Bu qaydalar hər zaman gizli olaraq qalır və üzə çıxarılmır. Eyni zamanda bu qaydalar ailə üzvləri tərəfindən müzakirə edilmədən, olduğu kimi qəbul edilir. Bu kimi ailələrdə ailə fərdlərinin fərqində belə olmadan icra etdikləri qaydaları bu şəkildə izah edə bilərik.

Ardını oxu...

 
 

Dəmirəl BƏŞİROV - TƏSƏVVÜFDƏ “ACLIQ” METODU

Təsəvvüfdə ən önəmli riyazət şəkillərindən biri də, heç şübhəsiz, aclıqdır. Sufilər nəfsdən sadir olan bütün günahların tox bir mədəylə zühura gəldiyini düşündükləri üçün nəfsi tərbiyə etməyin onu ac buraxmaqla mümkün olacağı qənaətindədirlər. Çünki nəfsani qüvvələr aclıqla yox olmaqdadır. Belə ki, dinin çəkinilməsi gərəkən bəzi xüsusları sərbəst buraxdığını, ancaq yeddi orqandan hər birinə bir hüdud təyin edib qorumaqla mükəlləf tutduğunu söyləyən Tirmizi, bu əzaların dil, qulaq, göz, əllər, ayaqlar, mədə və övrət məhəlli olduğunu bildirdikdən sonra mədənin bəhs edilən şəhvətlərin məhəlli olaraq yaradıldığını irəli sürməkdədir. Məsələn, danışmaq arzusu meydana gələndə, onun hakimiyyəti sinəyə, oradan da qəlbə keçər. Bu şəkildə danışmaq arzusu və istəyi qəlbə hakim olduqda mərifətin qəlbdəki hakimiyyəti və ağılın beyindəki funksiyası azalıb yox olar.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - BATİNİLƏR

Batinilik təkcə hər hansı bir qrup və ya məzhəblə məhdudlaşmır. Bu bir düşüncə sistemidir. Batiniliyin tarixdəki ən yaxşı nümunələrindən biri İsmaililərdir. İsmaililər Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara “səbiyyə” (yeddi imamçılar) adı da verilmişdir. Onlar antik pifaqorçuluqdan və yəhudilərin Kabbala adlı mistik təlimindən təsirlənərək rəqəmlərin mistikasına da xüsusi diqqət yetirmişlər. Əsasən “yeddi” rəqəminə böyük əhəmiyyət vermiş və onu müqəddəs hesab etmişlər. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da, onlara tabeçilik göstərmək vacibdir.

Ardını oxu...

 
 

Həzi ASLANOV - PANDEMİYA DÖVRÜNDƏ UŞAQLAR

Yəqin ki, siz də pandemiya dövründə tez bezən, yorulan, inciyən və fərqli macəralar axtarışında olan uşaqlarınız üçün nə edəcəyinizi düşünür, bəzən də bu məsələdə çox çarəsiz qalırsınız. Təhsilin müvəqqəti olaraq distant formaya keçirilməsi, uşaqların vaxtlarının çoxunu evdə keçirmələri sizi də onlar üçün hansı ev proqramları təşkil edəcəyiniz barədə düşündürür. Əgər belədirsə, bunun üçün həqiqətən çıxış yolu axtarırsınızsa, bu, yaxşı əlamətdir. Çünki ən yaxşı bağban baxdığı bağı özünə dərd bilən, onun qayğısını çəkən və bunun üçün fikir və əməl olaraq səy göstərən bağbandır. İnsan yetişdirmək də belədir. Hətta bundan qatbaqat daha məsuliyyətli və ciddi məsələdir.

Ardını oxu...

 
 

İzmir SOLTANZADƏ - ƏSASSIZ IDDIALARI ILƏ ERMƏNİ KİLSƏSİ

IV əsrin əvvəllərində xristianlığın Cənubi Qafqazda yayılması daha öncəki tarixi məbədlərin dağıdılması ilə müşahidə edilir. Məsələn, Saint Qriqori Cənubi Qafqazın önəmli məbədlərindən olan Vaqaraşabdakı məşhur və böyük atəşpərəstlik məbədini daş hasara salmış və onu xristian kilsəsinə və daha sonra da erməni kilsəsinə çevirmişdi. Kilsənin Eçmiədzin adlandırılmasını isə belə bir əfsanəyə bağlamışdılar ki, guya Məsih göydən yerə enərək Qriqoriyə görünmüş və onu aydınlatmışdı. Beləliklə, ermənilər 301-ci ildə Qriqorian tərəfindən aydınlandıqlarını söyləyirlər. Ermənilər xristianlığı ilk qəbul edən millət olduqlarını iddia edirlər. Aralarındakı fərqliliklər səbəbi ilə 415-ci ildə Kadıköy konsilində digər xristian icmaları ilə ayrılıqları daha da güclənmiş və ana kilsədən qopmalar başlamışdır. Onlar 451-ə qədər ənənəvi xristianlığı yaşasalar da, o tarixdən sonra özlərinə xas xristianlığı qurmağa və formalaşdırmağa yönəlmişlər. Əksər tarixçilərin fikrinə görə, onlar din vasitəsi ilə tarixdə var olmayan qondarma erməni dövlətini yaratmağın xəyalını qurmuşlar. Bu fikirləri dəstəkləyən bir fikri daha nəzərinizə çatdırmaq istərdim; belə ki, Rusiyanin Van və Ərzurumda olan baş konsulu bu haqda belə deyir:

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Bir müsəlmanın duasının qəbul olunması üçün şərtlər varmı, nələrə riayət olunmalıdır?

Cavab: Duaların qəbul edilməsi üçün aşağıda qeyd olunanlara riayət edilməlidir:

1. Duadan əvvəl tövbə və istiğfar edilməlidir. Günah işləyən, haramlardan uzaq durmayan bir şəxsin duası qəbul edilməyə layiq deyildir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allah yolunda səfərlər etmiş, üst-başı kirlənmiş bir adam əllərini səmaya qaldıraraq: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvarır. Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, qidası haramdır. Belə bir insanın duası necə qəbul edilsin?!” (Müslim, Zəkat, 65)

Ardını oxu...