№ 169 Dekabr

Nurlan MƏMMƏDZADƏ - HƏMRƏYLİYİN ZƏFƏRİ

Hər il dekabr ayının gəlişi bizə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü xatırladır. İlin son günü olan 31 dekabrı həmrəylik təəssüratları ilə başa vurmaq hər birimizin şüuraltına birlik-bərabərlik və müqəddəs amal ətrafında səfərbərlik mesajları ötürür. Arazın otaylı-butaylı sakinləri olan və uzun illər tikanlı məftillərlə bir-birindən ayrı qalan azərbaycanlıların 1989-cu ilin məhz həmin günündə sərhəd dirəklərini sökərək birlik və bərabərliklərini qeyd etməsi artıq uzun illərdir ki, bütün dünya azərbaycanlılarının birlik simvoluna çevrilib. Biz bu möhtəşəm aksiyanı hər il 31 dekabr tarixində bir daha yada salırıq. Həmrəylik bayramı bizi birliyə, diriliyə, can deyib can eşitməyə səsləyir. Həmrəylik bir dəyərdir. Bizi bizə qaytaran, güclü edən, düşmənlərimizin qəlbinə qorxu salan bir dəyər.

Ardını oxu...

 

t.ü.f.d Abbas QURBANOV - HAQQIN DAVASI

İnsanlar və cəmiyyətlər dövlətlərin müəyyən etdiyi ideologiya ətrafında birləşər və onunla idarə olunarlar. Tarix boyu bəşəriyyət onlarla, yüzlərlə ideologiyanın şahidi olmuşdur. Bunlardan bəziləri yaddaqalan, unudulmayan üstün cəhətləri ilə bəşəriyyətin xilasına xidmət etdiyi kimi, bəziləri də, çox təəssüf ki, insanları uçuruma aparmış və özündən sonra göz yaşı, nifrət və kədərdən başqa bir şey qoymamışdır. Ermənilərin yüz illərdir qurmuş olduqları və əsasını “türk düşmənçiliyi” təşkil edən ideologiyaları da yuxarıda qeyd etdiyim ikinci qrupdan olanlardandır. Bu ideologiya yaxın tariximizdəki otuz illik bir zamanda bir milyondan çox insanı öz doğma yurd-yuvasından didərgin salmışdı. Minlərlə gənclərin şəhid olmasına, anaların övladsız, uşaqların yetim, ailələrin başsız qalmasına səbəb olmuşdu. Lakin bir həqiqət də var ki, yalan və nifrət ayaq alar, amma yeriyə bilməz və bilmədi də...

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - QARDAŞLIQ

Allah-Təala insan üzərinə bir çox məsuliyyətlər qoymuşdur. Bu məsuliyyətlərdən biri də qardaşlıq haqqına riayətdir.

Qardaşlıq deyəndə bu bağlılığı bioloji, ümumi və xüsusi qisimlərə bölmək olar. Bioloji qardaşlıq nə qədər dünyada faydalı və lazımlı görünsə də, axirətdə çox da faydalı kimi görünmür. Hətta insan qiyamət günü ata-anasından əvvəl öz doğma qardaşından qaçıb uzaqlaşmaq istəyər. Uca Allah Qurani-Kərimdə belə buyurur: “O gün (Qiyamət günündə) insan öz qardaşından qaçacaq”. (Əbəsə, 34)

Ardını oxu...

 
 

Əziz SULTANOV - MÜBARİZƏ

Sarışın, cılız bir uşaq həyətin bir kənarına tökülən qumun üstündə oturub oyun oynayırdı. Boş kibrit qutusunu maşın kimi sürür, doldurub boşaldırdı. Hərdənbir maşın kimi səs də çıxardırdı: “Vınnn, vınnn...” Onun diqqətini heç nə yayındırmırdı, hətta qonşuluqda oynayan uşaqların hay-küyü də. Anası işdən – tarladan qayıdanda balaca oğlunun hələ də həmin yerdə oturub oynadığını gördü. Beyninə qoyduğu bir işi bitirmədən nə qalxıb yeməyini yeyər, nə də gedib yatardı.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - ƏNSAR RUHLU OLMAQ

Bu mövzu hər əsrdə olduğu kimi, bu günümüz üçün də ən əhəmiyyətli xüsuslardan biridir. Çünki dövrümüzün materialist dünyasında qarşılıqsız sevmək, qarşılıqsız bölüşmək anlayışının olmaması və ya bu anlayışa həyat verən insanların saylarının azalması dünyadakı böhran və anarxiyanın təməl səbəblərindəndir.

Ardını oxu...

 
 

Elsevər CƏLİLOV - XUDAFƏRİN KÖRPÜLƏRİ

Dünya memarlıq sənətinin nadir incilərindən olan Xudafərin körpüləri Cəbrayılın ən əsas memarlıq abidələrindən biri kimi məşhurdur. Araz çayının üzərində qurulmuş bu körpülərin həm ölkədaxili, həm də dünya miqyasında böyük əhəmiyyəti olmuşdur. Belə ki, bu körpülər hesabına Yaxın və Orta Şərqin Qafqaz və Dərbənd vasitəsi ilə Rusiya, o cümlədən Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinin inkişafı, tarixi İpək yolunun müntəzəm fəaliyyəti təmin edilmişdir.

Ardını oxu...

 
 

Dr. Nizami ƏFƏNDİYEV - Alban tarixi mədəniyyətinə ERMƏNİ TƏCAVÜZÜ

Hər bir ölkənin tarixi onun mədəniyyət abidələrinin mövcudluğu ilə izah olunur. Bu baxımdan böyük bir tarixə sahib olan dövlətimizdə də zəngin mədəni tarixə malik abidələr mövcuddur. Tarixi yaddaşımız olan bu abidələrin öyrənilməsi və qorunması, gələcək nəsillərə çatdırılması olduqca vacibdir.

Ardını oxu...

 
 

Alpay ƏHMƏDOV - VƏTƏN MÜHARİBƏSİNƏ APARAN YOLLAR

Azərbaycan ictimai şüurunda Qarabağ məsələsinə müxtəlif cür yanaşmalar olub. Açığı, işğal olunan torpaqların nə vaxtsa azad olunacağına ümidini itirənlər elə də az olmayıb. Çoxlarımız etiraf edərlər ki, “Lazım gələrsə, torpaqlarımızı hərbi yolla azad edərik” cümləsi bəzən insanlarda qıcıq və ya ironik təbəssüm doğurub.

İctimai şüurda uzun illər belə bir fikir dominantlıq təşkil edib: düşmənlərimizin xarici havadarları çox güclüdür, bu səbəbdən, bizim nə vaxtsa qələbə çalmağımız hələ çox abstrakt görünür.

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV- Əsgəran qalası

Bir qala düşünün; tarixin sirrini özündə gizləyən, əsrlərə meydan oxuyan, neçə-neçə xanlara sığınacaq, yağı düşmənə sipər olmuş bir qala.  Tarixi keçmişi və ecazkarlığı ilə göz oxşayan Əsgəran qalası bu mənada ən gözəl nümunələrdən biridir.

Azərbaycan memarlığının inciləri içərisində Əsgəran qalası mühüm yer tutur. Azərbaycanda cəmiyyət içərisində "Əsgəran qalası" adı ilə məşhurlaşan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhədində inşa etdirmişdir. Dərbənd səddi Şirvanın şimal qapısı hesab edilirdisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - Şəhid cənazəsində ədəb qaydaları

Şəhid olmaq ən şərəfli bir sonluqla dünya həyatı ilə vidalaşmaq, müvəqqəti olan dünya həyatına gözlərini yummaqdır. Vidalaşmaqdır, çünki şəhidlik ölmək demək deyil. Şəhidlər ölməz. Onlar ölümsüz qəhrəmanlardır. Uca Allahın buyurduğu kimi: Allah yolunda öldürülənlərə “ölülər”­ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz”. (əl-Bəqərə, 154) 

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - HAQQIN ÇAĞIRIŞI

İslamın mühüm əlamətlərindən biri də azandır. Azan namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir. Azan vasitəsilə İslamın əsasları gündə beş dəfə yüksək səslə elan edilərək kafirlər imana, müsəlmanlar da camaatla ibadətə və birliyə dəvət edilir.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

فَاسْتَبِقُوا الْخَيْرَاتِ

“… Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın!” (əl-Maidə, 5/48)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: عَيْنَانِ لَا تَمَسُّهُمَا النَّارُ: عَيْنٌ بَكَتْ مِنْ خَشْيَةِ اللَّهِ، وَعَيْنٌ بَاتَتْ تَحْرُسُ فِي سَبِيلِ اللَّهِ

İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurdu: "İki göz vardır ki, onlara cəhənnəm atəşi toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkən göz". (Tirmizi, Fəzailul-cihad, 12).

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 12

Yunus Əmrə həzrətləri buyurur:

Allah ilə olan kişi,

Ehsan olur onun işi.

Neylərlər qeyri təşvişi,

Allah sevgisi var ikən.

Haqq-Təalanı həqiqətən sevən bir mömin harada olursa olsun, daima Allahla bərabərlik (məiyyət) şüuruna sahibdir. Belə bir insan hər an ilahi kameraların nəzarəti altında olduğunun fərqinə vararaq ehsan duyğusu ilə yaşayar. Ona görə də heç vaxt zikr, fikir və şükürdən uzaq qalmaz. Qəflətə və gərəksiz işlərə dalmaqdan, Allahın sevmədiyi şeylərdən uzaq olar.

Ardını oxu...

 
 

Əhməd TECİM - Könül coğrafiyamızda BİR ULU ÇİNAR TORPAĞA DÜŞDÜ

“Getdin, nə qaldı bilsən, könlümdə firqətindən

Karvan köçən qonaqda qalmaz, atəşdən özgə...”

                                                                       Sədi Şirazi

Ardını oxu...

 
 

Adem ŞAHİN - YERİYƏN ÇİNARLAR

İnsan yetişdirmək çinarları yeridə bilmək sənətidir. Ankaradan Bakıya, İstanbuldan Bosniyaya, Qazaxıstana, İndoneziyaya... Çinarlar yeriməsəydi, İslam Məkkənin sərhədlərini aşa bilərdimi?

Çinarları yeridə bilmək üçün yerimək yazımdır. Yeriyə bilməyən yeridə bilərmi? Gülə bilməyən güldürə bilməz, olmayan oldura bilməz. Çinarlar necə yeriyər deyirsiniz? Dağlar necə yeriyirsə, onlar da elə. (ən-Nəml, 88)

Ardını oxu...

 
 

DR. RÜFƏT ŞİRİNOV - TƏBLİĞ VƏFADIR

İnsanları “ölümsüz”ləşdirən bəzi xarakter və davranışları var. Bu xislətlər cəmiyyətlərə, əqidə və düşüncə sistemlərinə görə dəyişir. Çünki hər bir məfkurənin özünəməxsus dəyərlər sistemi vardır.

İslam dini nöqteyi-nəzərdən insanları “ölümsüzləşdirən” davranışlardan biri də digər insanlara nümunə olması, insanların könüllərini məhəbbət duyğuları ilə fəth etməsidir. Bu bir növ insanların ruhuna toxunmaq kimidir.  Belə ki, insanlara dəyərlər aşılamaq, əbədi səadət səbəbi olan mənəvi duyğulara qovuşdurmaq onlara unudulmaz anlar bəxş edir. Bu mənəvi iqlimi yaşatmaq üçün yorulmadan çalışan fədakar şəxsiyyətlər insanların zehnində uzun müddət, hətta axirətə qədər yaşayırlar.

Ardını oxu...

 
 

Dr. Eldar KƏRİMOV - BİR ÇİNARIN KÖLGƏSİNDƏ

Bu dünyada hər şeyi dəyərli edən insandır. Quru daşların, böyük dağların, axan çayların nə dəyəri vardır insan olmadan? İnsanın görüb dəyər vermədiyi heç nə dəyərli deyil, bəlkə də. Bir də hər şeyə dəyər qazandıran insanların içərisində ən dəyərli ola bilməkdir hünər. İnsan olmaq nə qədər dəyərə sahib olmaqdırsa, dəyərli insan olmaq da bir o qədər əlzəmdir. İnsanı insana bağlayan sadəcə qan bağı deyil, könül bağıdır, iman bağıdır, ruh bağıdır. Könüldən bağlandığı birini unuda bilməz insan. Çünki bir ali çinarın kölgəsi altında könüldən könülə içilər eşq şərbəti.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - Allahın (c.c) əzab qamçısı

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allahın əmrinə müxalifət edənlər başlarına bir fəlakət gəlməsindən və ya dəhşətli bir əzaba uğramalarından çəkinsinlər”. (ən-Nur, 63)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Qəbir əzabı varmı?

Cavab: Hissiyyat və yaxud mühakimə yürütməklə bilinməyib vəhy yolu ilə sabit olan qeyblə bağlı məsələlərdən biri də qəbir əzabıdır. Bu məsələ bəzi ayələrin işarəsi (ət-Tövbə, 9/101; əl-Mümin, 40/46) və müxtəlif hədislərin açıq-aydın bildirməsi nəticəsində məlum olmuşdur. Bir hədisi-şərifdə Həzrət Peyğəmbərimiz (s.ə.s): “Qəbir axirət dayanacaqlarının birincisidir. Bir insan əgər o dayanacaqdan xilas olarsa, sonrakı dayanacaqları daha asan keçər. Əks təqdirdə sonrakıları keçmək çox çətin olar”, (Tirmizi, Zöhd, 5) – buyuraraq, ölümlə axirət həyatının başladığını bildirmişdir. İnsan öldükdən sonra qəbrə qoyulanda Münkər və Nəkir adlı iki mələk onun yanına gələrək bir sıra suallar soruşacaq, iman və yaxşı əməl sahibləri həmin suallara düzgün cavab verəcəklər və onlar üçün cənnətin qapıları açılaraq cənnət göstəriləcəkdir. İnkarçılar və münafiqlər isə bu suallara düzgün cavab verə bilməyəcək, onlar üçün cəhənnəmin qapıları açılaraq cəhənnəm göstəriləcəkdir. İnkarçılar və münafiqlər qəbirdə əzab görəcək, möminlər isə nemət içərisində xoş və rahat bir həyat sürəcəklər. (Tirmizi, Cənaiz, 7) Məhz bu səbəbdən Rəsulullah (s.ə.s) çox vaxt qəbir əzabından mühafizə etməsi üçün Uca Allaha niyaz etmişdir. (Buxari, Azan, 149; Müslim, Cənaiz, 85)   

Ardını oxu...