№ 165 Avqust

Nurlan MƏMMƏDZADƏ - NECƏ XİLAS OLA BİLƏRİK?

İnsan həyatı vərdişlərlə doludur. Hər birimiz yaşadığımız ömür boyu müəyyən vərdişlərə yiyələnirik. Bütün bunlar yaxşı və ya pis vərdişlər adı altında kateqoriyalara ayrılır. Maraqlı məqamlardan biri də odur ki, insanın yaxşı vərdişlərə yiyələnməsi bəzən uzun zaman ala bilir, lakin həmin faydalı vərdişdən soyuması asanlıqla baş verir.

Ardını oxu...

 

Dr. Rüfət ŞİRİNOV - ŞƏRƏ QIFIL OL!

Hər gün müxtəlif zaman və məkanlarda hər birimiz ya yaxşılıq, yaxud da pisliklə qarşılaşırıq. Belə halda kimə necə reaksiya verəcəyimizi bilmir, bəzən də həddimizi aşırıq. İmdadımıza Qurani-Kərimdəki bu ayə çatır: “Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar”. (əl-Fussilət, 34) İslam dini xeyir əməllər işləməyi əmr etməklə yanaşı, pis əməlləri qadağan edir və biz müsəlmanlara şərə mane olmağı buyurur. Xeyir geniş əhatəli və faydalı olan bütün əməllərdir. Şər isə bunun ziddidir. Yəni İslam nöqteyi-nəzərindən Uca Xaliqimizin rizasına müvafiq olan əməl və fəaliyyətlərimiz xeyir, Allahın razı qalmadığı əməl və davranışlarımız şərdir. Qurani-Kərimdə bir neçə ayədə möminlərin vəzifələri arasında xeyri əmr edib pis əməllərdən çəkindirmək qeyd edilir. Bu yazımızda şərə mane olmağa diqqət çəkiləcəkdir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - İÇKİNİN FƏSADLARI

İslamdan əvvəl spirtli içkilərin içilməsi gündəlik həyatın bir hissəsinə çevrilmişdi. İçki içməyə adi hal kimi baxılırdı. Çünki o dövrdə insanlar həm mənəviyyatdan və dini həyat tərzindən uzaqlaşmış, həm də içkinin törədə biləcəyi xəstəliklərdən o qədər də xəbərdar deyildilər. Tədqiqatlardan da məlum olur ki, şərab ilk dəfə İslamda qadağan olunmuşdur.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - QUMAR NƏDİR?

 Zərərli vərdişlərdən sayılan qumar – oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey verilərək oynanan, qarşılığında qalib gələnə maddi gəliri olan oyunlara verilən ümumi addır.

Ardını oxu...

 
 

Fuad QULİYEV- GƏLƏCƏYİNİ NECƏ “QORUMALI” (!)

Dinimizin əsas məqsədlərindən biri də fərdi həyatın düzgün təsis və tənzim edilməsi ilə cəmiyyətin islah edilməsini təmin etməkdir. Şübhə yoxdur ki, cəmiyyət fərdlərdən meydana gəlir və sağlam fərdlərdən ibarət olmayan cəmiyyət heç zaman sağlam bir şəkildə ayaqda dura bilməz. Elmi-texniki tərəqqi kimi görünən irəliləyişlərin gözdən pərdə asdığı dövrlərdə cəmiyyətlər mənəviyyatın ikinci plana düşməsi nəticəsində əxlaq böhranı ilə qarşı-qarşıya qala bilir.

Ardını oxu...

 
 

Müsahibə - Dr. Mehmet Dinç:

Türkiyənin Yeşilay təşkilatının sədr müavini psixoloq Dr. Mehmet Dinç:

“Onları virtual asılılıqdan qorumaq istəyiriksə, sosial ünsiyyəti təmin etməliyik”.

Ardını oxu...

 
 

Dr.Eldar KƏRİMOV - İSTİFADƏ ET, ASILI OLMA!

İnsanlıq tarixi müxtəlif illərdə bir çox inkişaf mərhələlərinə qədəm qoymuşdur. Bunlar 1712-ci ilə təsadüf edən və buxar maşınının kəşfi ilə başlayan birinci, 1860-1914-cü illər arasında ucuz polad istehsalının əldə edilməsi ilə başlayan ikinci, 1976-cı ildə Apple kimi böyük texnologiya  nəhənglərinin ortaya çıxıb texnoloji yeniliklərə imza atması ilə başlayan üçüncü və nəhayət, son illər istehsalın tamamilə robotların əlinə keçməsi ilə başlayan və süni intellektin aktuallığını qoruduğu dördüncü sənaye inqilabıdır. Burada hər inkişaf mərhələsində insanlığın nələr qazanıb, nələr itirdiyi haqqında danışmayacağam. Bu dəfə üzərində durmağa çalışacağım mövzu, bütün sahə və sferalarda həyatımızı hörümçək toru kimi öz ağuşuna almış texnologiyanın həyatımızda yaratdığı aludəçilik və bu aludəçiliyin səbəb olduğu psixoloji problemlər olacaqdır.

Ardını oxu...

 
 

Həzi ASLANOV - HƏR ŞEYİN HƏDDİ VAR

Yaşadığımız həyatda hər şeyin həddi-hüdudu, öz cızığı və sərhədi var. Bu hüdudların tapdanması, təcavüz edilməsi və pozulması halında narahat olar, müdafiəyə qalxar və hətta döyüşməyi gözə alarıq. Elə sərhədlər də var ki, uğrunda canımızı belə fəda edərik. Məsələn, şəxsiyyətimizin sərhədi olan məhrəm sərhədimiz; bu bizim məhrəm sahəmizdir. Heç kimlə paylaşmaz və heç kimin çeynəməsinə razı olmarıq. Ailəmizin məhrəm sərhədləri var. Kəm gözlərdən qoruyar və bu uğurda malımızla, canımızla ona qarşı sipər olarıq. İçində yaşadığımız vətənimizin də sərhədi var. Bu uğurda fəxrlə mübarizə aparar, şəhidlər verərik.

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 9

Yunus Əmrə həzrətləri buyurur:

Bu can neməti qanı,[1]

Gəlin bulalım anı.[2]

Ardını oxu...

 
 

Əziz SULTANOV - DOMİNO

Yorğun addımlarla kəndə çatan Qabil mağaza ilə çayxananın ortasında ayaq saxladı. Evə çörək almalı idi, axşam yeməyi üçün. Amma bundan əvvəl başqa bir iş onu maqnit kimi özünə çəkirdi; hərdənbir oynadığı “domino” bu günlərdə onun üçün daha vacib bir məşğuliyyətə çevrilmiş, hava kimi, su kimi vazkeçilməz olmağa başlamışdı.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

Bir ayə

بسم الله الرحمن الرحيم

اَلْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيٰوةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ اَمَلًا

“Mal-mülk və oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir”. (əl-Kəhf, 18/46)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ شَدَّادِ بْنِ أَوْسٍ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ اللَّهَ كَتَبَ الإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا القِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذِّبْحَةَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - İLAHİ HÜZURDA MƏKAN TUTANLAR

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İnsan siniflərindən hər birini Biz o gün öz imamları (yəni dünyada ətəyindən tutduqları başçıları) ilə birlikdə çağıracağıq”. (əl-İsra, 71)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Tarixin keşməkeşlərinə sinə gərən məbəd - AYASOFYA

Bu günlərdə muzey kimi fəaliyyətindən sonra qapıları ilk dəfə namaz üçün açılan və hər bir müsəlmanın qəlbində riqqətə səbəb olan Ayasofya Məscidi tarixin müxtəlif mərhələlərinə şahidlik etmişdir. Əvvəla qeyd etmək lazımdır ki, qədim tarixə malik olan bu möhtəşəm əsər eyni yerə 3 dəfə inşa edilmişdir. Ayasofyanın ilk inşaatı I Konstantin zamanına aiddir. Yeddi təpədən ibarət İstanbulun birinci təpəsi üzərində inşa olunan bu bazilikanın açılışı 360-cı ildə II Konstantin tərəfindən gerçəkləşmişdir. Lakin 404-cü ildə baş verən üsyanda yaşanan yanğın səbəbi ilə böyük ölçüdə dağıntıya məruz qalan ilk məbədin qalıqları bu günün özündə də Ayasofyanın həyətində sərgilənməkdədir.

Ardını oxu...

 
 

t.f.d Abbas QURBANOV - RUHUMUN TİTRƏDİYİ MƏKAN

Qardaş Türkiyədə tələbə olduğum beş ilə yaxın zamanda İstanbulun əsasən tarixi məkanlarını – şəhərin demək olar ki, böyük bir hissəsini – qarış-qarış gəzməyə çalışmışdım. Xüsusən İstanbulun əsrlərdir tarixinə canlı şahidlik edən məkan və ibadətxanaları hər həftə sonu, imtahan stressini atmaq istədiyim, vətən və yaxınlarımın həsrətini çəkdiyim zaman ziyarət etməyə çalışardım. Əlbəttə, İstanbula gəlib Sultanəhməd meydanına getməyən insan, demək olar ki, yoxdur. Mən də həmçinin… Bu meydanda var olan Sultanəhməd Camesi, Topqapı Sarayı, Ayasofya və Yerəbatan sarnıcının mənim üçün xüsusi bir yeri vardır. Vaxt namazlarının azanını dinlədikdən sonra xüşu içində qılınan namazlar, Ramazan boyunca təşkil olunan kitab sərgiləri və daha nələr, nələr… Qısacası onu deyim ki, bu meydan və orada var olanlar həm tarixi düşüncələrimə yön verər, həm də ruhumun titrəyərək təmizlənməsinə səbəb olardı.

Ardını oxu...

 
 

General Mayor Polad Həşimov xatirələrdə

Allaha qurban deyəndə hər zaman ən yaxşısını təqdim edirlər ki, məqbul sayılsın. Bəzən də Vətən dediyimiz, Yurd  tutduğumuz ana torpaq uğrunda canımızı fəda edir, qurbanlar veririk. Bu zaman da Vətən oğullarının ən şücaətli olan, mərd, igid oğulları canları ilə şan qatır o vətənin tarixinə. Çingizlər, Mübarizlər, Vüqarlar, Əliflər, Raqiflər, Allahverdilər bitib-tükənməz bu xalqın bağrında....

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV - MÜASİR GƏNCLİK

 Tarixə nəzər saldıqda hər zaman gənclərin siyasi-ictimai həyatda və cəmiyyətdə əhəmiyyətli bir mövqeyə sahib olduğunu görməkdəyik. Gənclik illəri hər bir insanın həyatında əhəmiyyətli və əvəzedilməz rola malikdir. Yaşlı nəslin nümayəndələri də hər zaman gənclik illərindən danışaraq sanki yaşanan hər şeyin, əldə olunan uğurların yalnız bu dönəmdə qazanıldığını və həyatın əsas hissəsinin gənclikdən ibarət olduğunu deyir, bunu onların dilindən tez-tez eşidirik. Bəlkə də, maddi imkanlar baxımından düşündüyümüz zaman, günümüz gəncləri bizdən öncəki nəslə nəzərən daha şanslı və daha yaxşı bir zamanda yaşamaqdadır. Bir öncəki nəsildə olan imkanlar müasir gəncliyə nəzərən daha məhdud idi və çox da inkişaf etməmişdi. Lakin buna baxmayaraq, bugünkü gənclikdən daha fəal və daha çalışqan bir gənclik yetişmişdi.

Ardını oxu...

 
 

Adem ŞAHİN - “PİS TƏHSİL” FİLMİ

İki günə internet paketinin müddəti bitir. İstifadə edilməyən meqabaytları xırda pul kimi xərcləmək istəyirəm. Biz şampunun dibindəki son bir neçə damcını belə içinə su tökərək işlədən, tullayacağımız batareyanı “bir az yığır” deyərək soyuducuda saxlayan bir nəsilik (X nəsli).

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - YƏCUC VƏ MƏCUC

İslam əqidəsinə görə, qiyamətin böyük əlamətlərindən biri sayılan Yəcuc və Məcuc yer üzündə fitnə törədən və həqiqi mahiyyətlərini Allahın bildiyi iki qrup və ya qəbilədir. “Yəcuc” və “Məcuc” sözləri ərəb dilinə başqa bir dildən keçmişdir. (Məsələn, fransız dilində   “yağuğ” və “mağuğ” deyilən bu varlıqlar şeytan nəslindən sayılırlar. Bəzi kəslər də yer üzündəki insanların onda doqquzunun Yəcuc və Məcuc olduğunu söyləmişlər). İslam əqidəsinə görə isə Yəcuc və Məcuc qiyamətin qopacağını bildirən böyük əlamətlərdən biridir. Yəcuc və Məcuc  əqidəsi Kitab və Sünnə ilə təsdiq edilir. Qurani-Kərimdə Yəcuc və Məcucdan açıqca bəhs edilir:

Ardını oxu...

 
 

Alpay AZƏR - ESSEVARİ FİKİRLƏR

Prototip bəzən yazıçını elə yerlərə aparıb çıxarır ki, yazmaqda olduğu əsərin müəyyən hissəsində həmin prototipə zəng edib demək istəyir ki, sən artıq mənə it zülmü verirsən, (Ya da əksinə, nə yaxşı ki, Allah səni mənim qabağıma çıxardıb).

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - ÜÇ SUAL

Bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəs haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: İslamda siqaret çəkməyə necə baxılır? İşlətdiyimiz mağazada siqaret satmaq olarmı?

Cavab: Əvvəla qeyd edək ki, siqaret və ya tütün Həzrət Peyğəmbər (s.ə.s) və səhabə dövründə, yaxud müctəhid olan fəqihlər dövründə olmadığı üçün, onun barəsində birbaşa nə bir ayə, nə bir hədis, nə də məzhəb alimlərinin ictihadları vardır. Məlum olduğu kimi, tütün ilk dəfə Amerikadakı Antil adalarından birində tapılmışdır. Məhz bu səbəbdən siqaretin caiz olub-olmadığı hökmünü ortaya qoymaq üçün, sonrakı İslam alimlərinin, xüsusilə də tibb elminin siqaretin zərərləri ilə bağlı apardığı tədqiqatlara müraciət edən və bunun əsasında fitva verən müasir İslam alimlərinin fikirlərinə nəzər salmaq lazımdır.

Ardını oxu...