№ 164 İyul

Nurlan MƏMMƏDZADƏ - KİTAB ÖMRÜ

Yaşlı bukinist adəti üzrə köhnə dükanın taxta qapısını açıb içəri daxil oldu. Otağı bürüyən kitab qoxusunu ciyərlərinə çəkərkən üzündə qeyri-ixtiyari təbəssüm canlandı. Avtobusda gələrkən gördüyü, gözünü telefondan ayırmayanları qəsd edərək: “Sonra da inkişafdan danışırlar”, - deyə öz-özünə deyinə-deyinə işığı yandırdı...

Ardını oxu...

 

Quliyev - “Hələ bitməyinə çox qalıb?”

Bir çoxumuzun kitab oxuma ilə bağlı mütləq problemlərimiz vardır. Bəzən başlanğıc mərhələsində, yəni kitabı əlimizə alıb başlayarkən çətinlik çəkirik. Bəzən də başladıqdan bir qədər sonra ya həzz almamağa başlayır, ya da ki, bir an əvvəl səhifə sayına baxaraq “hələ çox var?” deyərcəsinə tez bitməsini arzu edirik. Hansı ki, kitablar “bitməmək” üzrə oxunması üçün ələ alınmalıdır ki, ləzzətini dadaraq keyfli bir kitab oxuma yolçuluğuna çıxıla bilsin. Bu səviyyəyə yüksəlmək üçün nə etmək, necə etmək, nələri diqqətdə saxlamaq lazımdır?

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV - İNSANLIĞIN YADDAŞI

Elmin, hikmətin qərar tutduğu və uzunömürlü yaşadığı məkanlar kitabxanalardır. Bütün dahilər, böyük düşüncə sahibləri məhz elmin dərin dəryalarına baş vurmaq üçün kitabxanalara üz tutmuş və heyrətamiz səbirlə oxuyaraq özlərini inkişaf etdirmişlər. Ən qədim və ən zəngin kitabxanalar arasında tarixdən izi silinməyən bir sıra kitabxanalar yer alır.

Ardını oxu...

 
 

Müsahibə - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli:

 AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli:

“Əlyazmalarımız tariximiz, milli köklərimiz, mənəvi xəzinəmizdir”.

 

Ardını oxu...

 
 

Əziz SULTANOV - KİTABLARIN SÖHBƏTİ

Ev sahibi təmizliklə məşğul idi. Növbə kitab rəfinin silinməsinə gəldi. Bir az səliqəsiz halda yan-yana düzülən kitablar bir-bir götürülüb üstü silindikdən sonra pəncərə kənarına düzülməyə başlandı. Sahib tez-tez əlindəki aləti sıxır, siləcəyi yerlərə təmizləyici maddə püskürdürdü. Hər dəfə o fısıltı eşidiləndə ətrafa valehedici gözəl qoxu yayılırdı. Gözəl qoxunu duyan təkcə otaqdakı canlılar deyildi. Kitablar da bu gözəllikdən təsirlənib xoşhallanmışdı. Aralarında bir çoxuna nisbətən zəif görünən, lakin boyu çoxundan uzun olan Kimya dilə gəlib özündənrazı halda danışmağa başladı:

Ardını oxu...

 
 

Dr. Rüfət ŞİRİNOV - İSLAM ALİMLƏRİNİN KİTAB SEVDASI

Hər hansı bir işdə qabaqcıl olmaq üçün əzm, istək və həvəsdən əlavə, motivasiyanın da danılmaz təsiri var. Bu mənada elm tələbələri üçün görkəmli şəxsiyyətlərin, elm adamlarının həyat hekayələri və onların nailiyyət dünyasında keçdiyi mərhələlər çox önəmlidir.

Ardını oxu...

 
 

Həzi ASLANOV - UŞAQLAR VƏ KİTABLAR

Kitab oxumaq bir vərdişdir və bu vərdiş əksər hallarda uşaq vaxtı yaranır. Hər bir valideyn uşağın gələcəyinə təsir edən bu faktoru bilməli və ona bu istiqamətdə dəstək olmalıdır. Bu bir həqiqətdir ki, müasir dövrdə cəmiyyətin digər fərdləri kimi uşaqlar da telefon və televiziyanın əsiri olmuşdur. Artıq, demək olar ki, telefonlar uşaqların oyuncağı yerinə keçib. Onlar hər dəfə ağladıqda valideynləri onları sakitləşdirmək üçün rahatlıqla bu vasitəyə əl atırlar.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - KİTAB VERİLƏN BİR ÜMMƏTİN HALI

Bütün dünyanın ən qlobal məsələlərindən biri də, sözsüz ki, oxumaq, öyrənmək, araşdırmaq və faydalı işlərlə məşğul olmaqdır. Gündəlik məşğuliyyətlər, oyun-əyləncə vasitə və məkanlarının çoxluğu gəncləri oxumaqdan, öyrənməkdən sürətlə uzaqlaşdırmaqdadır. Lap kiçik uşaqlar belə texnologiyanın əsirinə çevrilmiş, virtual aləm hər birimizi öz iri  pəncəsinə almışdır. Və bu texnoloji bağlılıq “öz aləmindən” uzaqlaşıb nə isə faydalı işlər görməyə imkan verməməkdədir. Kiçiklərimizi cizgi filmləri, gənclərimizi internetin, sosial şəbəkələrin “bərbəzəkli” səhifələri, xanımlarımızı, qızlarımızı bayağı, həqiqətdən uzaq, ədəb, həya və ismət duyğusunu əllərindən alan seriallar, demək olar ki, əsir etmişdir. Bizə, milli-mənəvi dəyərlərimizə yad ünsürlərin ailələrimizə, toplumumuza “aşılanması” nəticəsində ortaya özümüzə yad, milli-mənəvi dəyərlərimizdən uzaq gənclər çıxdı. Bunun da ağrı-acısını, təbii olaraq, fərdlər, ailələr və toplum çəkməkdədir.

Ardını oxu...

 
 

Alpay AZƏR - BƏDİİ ƏDƏBİYYAT VƏ MÜTALİƏ SƏVİYYƏSİ: ÜMUMİ MƏNZƏRƏ

Müəyyən qədər ədəbi prosesin içindəyəm deyə, bu sahədə olan durumla az-çox tanışam. Bu gün Azərbaycanda tez-tez səslənən fikirlər əsasən bunlardır: Bizim xalqımız kitab oxumur. Bizim oxucular yerli yazıçıları oxumurlar. Xalqımız daha çox şou-biznesə, toya, əyləncəyə pul xərcləyir, nəinki kitablara, elmə, sənətə.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْاَرْضِ مَرَحًا اِنَّ اللّٰهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

“Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz”. (Loğman, 31/18)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: لَا يَسْتَقِيمُ إِيمَانُ عَبْدٍ حَتَّى يَسْتَقِيمَ قَلْبُهُ، وَلَا يَسْتَقِيمُ قَلْبُهُ حَتَّى يَسْتَقِيمَ لِسَانُهُ، وَلَا يَدْخُلُ الْجَنَّةَ رَجُلٌ لَا يَأْمَنُ جَارُهُ بَوَائِقَهُ

          Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Qulun qəlbi düz olmadıqca imanı düz olmaz, dili düz olmadıqca qəlbi düz olmaz. Qonşusu pisliklərindən əmin olmayan kimsə cənnətə daxil ola bilməz”. (Müsnəd, XX, 343)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 8

Yunus Əmrə həzrətləri buyurur:

Sənin “mən” deməkliyin,

Manidə[1] üsul deyil.

Biz qapı qullarına,

Şaşı baxmaq yol deyil…

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - ƏDƏB İMANIN DİRİLİŞ NƏFƏSİDİR

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, Sən böyük bir əxlaq üzərindəsən”. (əl-Qələm, 4)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Elsevər CƏLİLOV - YAZININ TARİXİ

Yazı mədəniyyətin tarixini öyrənməyə kömək edir. Yazının tarixi çox qədimlərə gedib çıxır. Bəşəriyyətin başlanğıc dövrlərində ünsiyyət ilk öncə şifahi formada həyata keçirilirdi. Əlimizdəki ilk yazı nümunələrinin yaşı 7000 ildir. İstifadə etdiyimiz yazı o vaxtdan bu günə uzun inkişaf yolu keçərək indiki formaya gəlib çatmışdır.

Ardını oxu...

 
 

Məlik İBRAHİMOV - AĞLIMDAN KİTAB KEÇİR

İnsanı formalaşdıran əsas amil müxtəlif vəziyyətlərdə etdiyi seçimlərdir. Bu seçimlərin nəticələri ilə həyatın yönü dəyişə bilir. Belə ki, ətrafın təsirləri danılmazdır. Ətraf mühit, ailə, maraqlar, izlənilən film və məşğuliyyətləri insanın xarakterini, kimliyini formalaşdırır. Xüsusilə də uşaqlıq və gənclik dövründə insanı su kimi təsəvvür etmək olduqca düzgün bənzətmə olardı; burada suyun yerləşdiyi qabın formasını almasını nəzərdə tuturam. Dediyim təsirlər insanın nəinki daxilinə, hətta xaricinə də təsir edir. Məsələn, idmançılarla ünsiyyətdə olan adamın idmanla da məşğul olması olduqca yayğın müşahidədir.

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - HƏYAT DƏFTƏRİNDƏN

ODUNÇU

Uğurlu və ya uğursuz, hər kəsin bir hekayəsi var. Müvəffəqiyyətli insanların hekayələri çox insanın marağını cəlb edir. Lakin uğursuzluq əhvalatları da uğur əhvalatları qədər vacibdir və oradan da nə isə öyrənə bilərik.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - SOSİAL TƏCRİDİN PSİXOLOJİ TƏSİRLƏRİ

Sosial təcrid yuxu rejiminin pozulması, bu müddət ərzində yuxuda kabusların görülməsi və yalnızlığın fonunda motivasiyanın aşağı düşməsi kimi bir çox psixoloji problemlərlə xarakterizə edilir.

Ardını oxu...

 
 

Natiq ƏHMƏDOV - SƏMİMİYYƏT TESTİ

Dini və dünyəvi əməllərin görünən və görünməyən iki üzü var. Görünən tərəfi necə və nə şəkildə edildiyi, yəni zahiri tərəfidir. Görünməyən isə nə üçün edildiyi, yəni batini tərəfidir. Bəzən insan dediyi sözdə, gördüyü işdə həqiqətən səmimidirmi deyə özünə suallar verir, öz-özünü hesaba çəkir. Çünki insan hər nə qədər başqalarına qarşı niyyətini gizlətməyə meyilli olsa da, özünü aldada bilmir. Heç kimin bilmədiyi, hətta mələklərin belə sirrindən agah olmadığı niyyətinin saflığını, davranışlarına əks etdirmədiyi duyğularının necəliyini sadəcə özü bilir. Səmimiyyət insan xarakterinin, bəlkə də, ən vacib keyfiyyətlərindən biridir. Üstəlik bu səmimiyyət bir müsəlmanda olduqda o mənən zərifləşir, ülviləşir, sahibinə təvazökarlıq, təmkin və vüqar gətirir.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - DABBƏTÜL-ƏRZ

Dini mənbələrə görə, “Dabbətül-ərz” deyə adlandırılan bir varlıq yerin altından çıxacaq və o, qiyamətin böyük əlamətlərindən biri olacaq. Bu ifadənin kökünü təşkil edən “dabb” və “dabib” kəlmələri ərəb dilində “vurnuxma” mənasına gəlir. Bu ifadə heyvanlar və çox vaxt da həşəratlar üçün işlədilir. İçkinin bədənə yayılması və bir çürüklüyün ətrafa yayılması kimi gözlə görünməyən yayılmalar üçün də bu kəlmədən istifadə edilir. “Dabbə” isə “vurnuxan”, “hərəkət edən” deməkdir. Qurani-Kərimdə bu kəlmədən “heyvan – canlı” mənasında istifadə edilmişdir:

Ardını oxu...

 
 

Adem ŞAHİN - HAMIMIZ QARĞAYIQ

Əliabadın sərhədə yaxın olması səbəbi ilə Azərbaycandan Türkiyəyə gedərkən həmişə yerüstü nəqliyyatdan istifadə edirdim, hava yolu yaddan çıxırdı. Qazax və qırğız ellərində isə bunun tam tərsi oldu. İndi hava yolu yeganə alternativdir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - SEHR VƏ CADU HARAMDIR

Dinimizdə haqlı ilə haqsız, zalımla məzlum, alimlə cahil, yaxşı ilə pis bir deyil. Bir olan yalnız tövhiddir, Allahın müqəddəs Zatıdır, bəndələrin Onun qarşısında şərtsiz təslimiyyətidir. Təqva isə yeganə meyardır ki, bəşər övladı onun sayəsində Allahın yanında dəyər qazanır və bu, Uca Yaradana qarşı edilən itaət, təzim və ibadət nisbətindədir.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Qurbanlıq heyvanlar hansı xüsusiyyətləri daşımalıdır?

Cavab: Qurbanlıq heyvanın sağlam, bütün üzvləri yerində və kök olması həm ibadət, həm də sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən çox xəstə olan, həddindən artıq zəif və arıq olan, bir və ya iki gözü kor olan, buynuzlarının biri və ya ikisi kökündən qırıq olan, dili, quyruğu, qulaqları və məmələrinin yarısı kəsilmiş olan, dişlərinin heç biri olmayan və ya əksəriyyəti tökülmüş olan heyvanlardan qurban olmaz. Ancaq heyvanın anadangəlmə buynuzsuz, çəp, topal, bir az xəstə, bir qulağı deşik və ya yırtılmış olması, məmələrinin bir qisminin olmaması qurban edilməsinə əngəl təşkil etmir. Vurğulamaq lazımdır ki, Şafei məzhəbinə görə, heyvanın ətinə, yağına və içalatına xələl gətirən qüsurlar qurbanın etibarlılığına əngəl təşkil edir.

Ardını oxu...