№ 163 İyun

Nurlan MƏMMƏDZADƏ - AYRILMAYAQ!

Bizə doğru yolu göstərən, keçmişdən və gələcəkdə baş verəcək olan bir sıra hadisələrdən xəbər verən Qurani-Kərimin ən böyük xəbəri, əlbəttə ki, qiyamət hadisəsidir. Allahın şəxsən “nəbəul-azim”, yəni “böyük xəbər” adlandırdığı qiyamət kainatda mütləq surətdə yaşanacaq ən dəhşətli hadisədir. Dağların yerindən oynayacağı, pambıq yığını kimi havada uçuşacağı, yer səthinin içindəkiləri çölə atacağı o dəhşətli günlə insanlığın dünya həyatı sonlanacaq. Ardından yeni bir həyat başlayacaq; dünyadakından fərqli olaraq ölümsüz və əbədi bir həyat. Bütün bunları Rəbbimiz Qurani-Kərimində xəbər verir. Lakin bizi yaradan bu həyatın başlamasından əvvəl Onun hüzurunda hesab verəcəyimizi də bildirir. Əslində, ən acınacaqlı səhnə məhz orada yaşanacaq.

Ardını oxu...

 

Aqil ƏLİYEV - ÖVLAD TƏRBİYƏSİNDƏ QURAN NƏSİHƏTİ

Övlad sahibi olmaq hər bir valideynin ən böyük arzusudur. Bu arzuya nail olmaq da bir imtahandır, olmamaq da. Övlad sahibi olduqdan sonra onu vətənə, cəmiyyətə və İslam ümmətinə yararlı və faydalı bir fərd kimi yetişdirmək valideynlərin mənəvi borcudur. Bu borcu yerinə yetirmək isə günü-gündən çətinləşir. Bəzən öz övladları üçün gecə-gündüz min bir əzab-əziyyətə qatlanan ata-analar övladları böyüdükdən sonra onlardan narazı qalırlar. Övladları tərəfindən təhqirə məruz qalan, döyülən, ən acınacaqlısı da budur ki, “qocalar evinə” tərk edilən bir çox valideyn vardır. Demək olar ki, elə bir gün olmur ki, xəbərlərdə bu cür hallara rast gəlməyək. Bu problemlərin həlli üçün müxtəlif müzakirələr aparılır və müxtəlif üsullara əl atılır. Bəs əsl çıxış yolu nədir?

Ardını oxu...

 
 

Dr. Rüfət ŞİRİNOV - TEXNOLOGİYA, ÖVLAD TƏRBİYƏSİ VƏ BİZ

XIX əsrin ən önəmli kəşflərindən biri də, insanların şəxsiyyətini müəyyənləşdirmək üçün barmaq izlərindən istifadə edilməsi olmuşdur. Yəni barmaqlar insanları tanıma baxımından çox böyük əhəmiyyət kəsb etmiş, artıq barmaq izi insanları ələ verməyə başlamışdı. XXI əsrdə isə bu məsələ başqa bir mərhələyə keçdi. Artıq insan barmağı ilə dünyaya açılır və dünyanı kəşf edir. Yəni texnologiya bir barmağımızın ucuna cəm edildi. Barmağımızla idarə etdiyimiz internetlə hər şeyi əldə edə bilirik; məlumat toplayırıq, alış-veriş edirik, pul transfer edirik və s. Hər şeyə barmaq qədər yaxın olduq. Barmağımızla həyatımıza don biçirik. Barmaq ya bizi qurtarır, ya da bədbəxt edir.

Ardını oxu...

 
 

Fuad QULİYEV - YARALAMADAN, YARA ALMADAN...

Böyük insanların elə sözləri vardır ki, sərf edildikləri yer və zamana görə elə bir məna qazanar ki, onun təsir gücü heç bir zaman zəifləməz və məsələnin mahiyyətini dərk etmədə daim gücünü qoruyar. O sözü sərf edən bir Peyğəmbərdirsə, söz qəlbə həkk olar və bir həyat tərzinə çevrilmək məcburiyyətində qalar, qəlbində həkk olunmuş insanın.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - YENİ DÜNYANIN KÖHNƏ İNSANLARI

Tarix boyu insanlar arasında münaqişələr, mübarizələr və müharibələr olub. Kimisi bunu vəzifə, kimisi var-dövlət, kimisi də şan-şöhrət üçün edib. Nəticədə, udanlar da qara torpağın altında səssizliyə qərq olub, uduzanlar da. Dünya yarandığı gündən bu günə qədər müxtəlif nəsillərin müvəqqəti yaşama mərkəzi olaraq hələ də varlığını qoruyur və hər gələn nəsil nə qədər ərkəsöyünlük edib bir çox fəlakətlərə imza atsa da, o hələ də öz təmkinli duruşunu qoruyaraq fırlanmağa davam edir.

Ardını oxu...

 
 

Araz İBRAHİMLİ - GƏNCLİK

Gənclik yaşı dövrünün başlaması və sonu haqqında müxtəlif görüşlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin dövrün iki mərhələni əhatə etdiyini qeyd edirlər. İlkin gənclik (15-17) və yetkin gənclik (18-21). Bəzi mütəxəssislər yetkin gəncliyə 18-25 yaş dövrünü aid edirlər. Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar.

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - QURAN SEVDASI

İnsanlara, heyvanlara, hətta bitkilərə qədər Allah üçün göstərilən hər bir xidmətin dəyəri böyükdür. Həmçinin namaz, oruc, zəkat, həcc, sədəqə və s. edilən ibadətlərin hər birinin dəyəri və qiyməti ayrıdır. Bu ibadətlərdən biri də Qurani-Kərim oxumaqdır. Hz. Peyğəmbər (s.ə.s): “Qurani-Kərimdən bir hərf belə oxuyana savab vardır. Hər həsənə on qatıyla dəyərləndirilir. Mən demirəm “əlif, lam, mim” bir hərfdir. Əksinə, “əlif” bir hərf, “lam” bir hərf, “mim” bir hərfdir”, - buyuraraq möminləri Quran oxumağa dəvət edir. Hətta Qurani-Kərimi rahat oxuya bilənləri mələklərə bənzədərək, çətinliklə oxuyanlar üçün də iki savab veriləcək deyərək müsəlmanları  hər zaman Quran oxumağa təşviq etmişdir.  Qurani-Kərimi qiraət etməyin savabı çoxyönlüdür. Sadəcə Qurani-Kərimə baxmağın özü belə insana savab qazandırır. Onu oxumaq ayrı, oxuyub anlamaq ayrı savabdır. Anladıqdan sonra yaşamağın özü də başqa bir savab qazanmaq vəsiləsidir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - ALLAHDAN UZAQLAŞDIRAN SƏBƏBLƏR

Uca Allah insanın qəlbini və ağlını Peyğəmbəri anlayacaq, Qurani-Kərimi qavrayacaq və dinə inanacaq şəkildə yaratmış və ona məsuliyyət duyğusu vermişdir. Məhz buna görə din yalnız ağıllı olan insana xitab edir və məsul tutur. Ağlı olmayanın dini məsuliyyəti də yoxdur. İmtahan üçün yaradılan insanın qarşısında çıxılması çox çətin olan dik bir yoxuş vardır. Bu yoxuş ancaq güclü bir iman və iradə ilə aşılır. Bunun üçün, hər insanın, Allaha və onun dini olan İslama təslim olması şərtdir. Allaha təslim olmaq Onun əmr və qadağalarını yerinə yetirməklə mümkündür. Allahın əmr və qadağalarına riayət etmədən ona təslim olduğumuzu söyləmək özümüzü aldatmaq deməkdir. Allahdan uzaqlaşmaq ruhi aclığın nəticəsidir. İmanın olmadığı yerdə küfr, işığın olmadığı yerdə qaranlıq, ədalətin olmadığı yerdə zülm olduğu kimi, Allaha qulluğun olmadığı yerdə də nəfsə və şeytana qulluq etmək vardır.

Ardını oxu...

 
 

Həzi ASLANOV - KÜÇƏNİN DƏ ƏDƏBİ VAR

Hər şeyin  ədəbi olduğu kimi, küçənin də ədəbi var.

Bu gün küçə sözü mənfi məna ilə səsləşən bir kəlmə halına gəlib. Hansı sözün əvvəlinə gəlsə, ona mənfi bir məna qazandırır. “Küçə uşağı”, “küçə ağzı”, “küçə danışığı” və s. “Küçədəsən?” sözü də mənfi formada işlənməkdədir.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - NƏ ÜÇÜN QURAN OXUMALIYIQ?

Peyğəmbərimizin (s.ə.s) bu hədisi-şərifini, demək olar ki, bilməyənimiz yoxdur: “Sizin ən xeyirliləriniz Quranı öyrənən və öyrədənlərinizdir”. (Buxari, Fədailul-Quran, 21)

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - MƏHƏBBƏT SAHİBİNƏ OLARSA ...

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz (islami yaşayışın sadəcə dil ilə təsdiqdən və zahiri ilə kifayətlənməkdən ibarət) vəziyyətdə buraxacaq deyildir. (Çünki Rəbbiniz) sonunda (nəfsin ürküdücü sifətlərinə və şeytanın fısıldamalarına könül vermiş) pis olanı, (səlim qəlbin sifətlərinə yiyələnmiş və irfani bir saflıq ilə gerçək məhəbbəti yalnız və yalnız ona layiq olan Uca Yaradanına bəsləmə əxlaqına qovuşmuş) təmiz olanlardan ayıracaqdır”. (Ali-İmran, 179)

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

قُلْ يَا عِبَادِيَ الَّذِينَ اَسْرَفُوا عَلٰى اَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. (əz-Zümər, 53)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 7

Yunus Əmrə həzrətləri buyurur:

Hər kim mənə əğyar isə

Haqq Tanrı yar olsun ona,

Hər qancaru[1] varır isə

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ عِيَاضِ بْنِ حِمَارٍ أَخِي بَنِي مُجَاشِعٍ، قَالَ: قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ خَطِيبًا، فَقَالَ: إِنَّ اللهَ أَوْحَى إِلَيَّ أَنْ تَوَاضَعُوا حَتَّى لَا يَفْخَرَ أَحَدٌ عَلَى أَحَدٍ، وَلَا يَبْغِي أَحَدٌ عَلَى أَحَدٍ

Bəni-Mücaşinin qardaşı İyaz ibn Himar belə nəql edir: “Rəsulullah (s.ə.s) bir gün xütbə oxumaq üçün ayağa qalxdı və belə buyurdu: “Allah mənə vəhy etdi ki, təvazökar olun, bir-birinizə qarşı təkəbbür etməyin və bir-birinizə qarşı həddi aşan hərəkətlərə yol verməyin”. (Müslim, Cənnət, 64)

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - NÜZULU-İSA

Hz. İsanın (ə.s) vəfat etməsi və qiyamət qopmamışdan əvvəl dünyaya qayıtması “Nüzulu-İsa” adı ilə alimlər arasında müzakirə mövzusu olmuşdur. Kutubi-sittədəki hədis rəvayətlərində Hz. İsanın (ə.s) yer üzünə qiyamətə bir işarə olaraq enəcəyi barədə məlumatlar var. Hədis rəvayətlərinə görə, Hz. İsa (ə.s) Dəccalın zühurundan sonra enəcək, insanlar arasında ədalətlə hökm edəcək, xaçı sındıracaq və donuzu öldürəcək, cizyəni ortadan qaldıracaq, həcc və ümrə ziyarəti edəcək, Dəccalı öldürdükdən sonra yeddi və ya qırx il yaşayacaqdır. (Buxari, Sehr, 102; Müslim, İman, 242-243. 247, Fitən, 34, 39; Tirmizi, Fitən, 21, 54, 59, 62)

Ardını oxu...

 
 

Əziz SULTANOV - “AXIRINCI KADR”

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə (1960-1992)

Çingiz hələ tələbəlik illərindən jurnalistliyə, mətbuata maraq salmışdı. İnsanları şüurlandırmaq, gözlərini açmaq üçün kapatmalama yavaş-yavaş onun həyat tərzinə çevrilmişdi. 80-ci illərdə ilk dəfə azərbaycanca rep səsləndirməsi, DJ qrupu yaratması onun yavaş-yavaş mikrofon və studiyalara aludə olacağından xəbər verirdi.

Ardını oxu...

 
 

Tehran ABDURRAHİMOV - ALİYA İZZETBEQOVİÇ “İSLAM BƏYANNAMƏSİ”

Düşünürəm ki, Aliya İzzetbeqoviç fərqli ideologiyalara məxsus şəxslərin cəmiyyətdə birlikdə necə yaşaya biləcəyi, bunun için ideal həll bulabilirsiniz barəsində oxuna biləcək fikir insanlarının önn önündə gəlir. Bu gün qısa olaraq onun haqqında ve “İslam bəyannaməsi” kitabı barəsində yazmaq istəyirəm.

Ardını oxu...

 
 

Alpay ƏHMƏD - TÜRKİYƏNİN LİVİYA MÜNAQİŞƏSİNDƏ İŞTİRAKI LEGİTİMLİK VƏ REALPOLİTİK KONTEKSTDƏ

Ərəb baharının mənfi nəticələrindən biri də inqilabların baş verdiyi ölkələrdə stabil şərtlər daxilində legitim hakimiyyətlərin formalaşmaması oldu. Məlum olduğu kimi, hal-hazırda iki ölkədə, Suriya və Liviyada vətəndaş müharibələri hələ də davam etməkdədir. Düzdür, Liviyada Suriyadakı kimi dinc əhali arasında böyük itkilərə, dağıntılara rast gəlinmir, amma istənilən halda, münaqişə hələ də intensiv şəkildə davam etməkdədir.

Ardını oxu...

 
 

Adem ŞAHİN - QƏBƏLƏDƏN MƏDİNƏYƏ İBRAHİM TATLISƏSLƏ

Qəbələli rəhmətlik Səməd Baba: “Yaqub kimi sevmək, Yusuf kimi sevilmək lazımdır” demişdi[1]. Ay Səməd Baba! Bu sözü demisənsə, yəqin ki, Yaqub kimi sevib Yusuf kimi sevilmisən. Yaşamısan ki, bu sözü demisən. İbrahim Tatlısəs:

Ardını oxu...

 
 

Qoşqar ABBAS - ƏDƏBİYYATLA RUSİYA

Tarixin metodologiyası XIX əsrdən etibarən dəyişdi. Belə ki, rəqəmlərin tarixindən bilginin tarixinə keçildi. Hadisələrin səbəbləri xronoloji məlumatlarda yox, ədəbi-bədii mətnlərdə və incəsəntdə, bir sözlə, gündəlik həyatda axtarıldı. Çünki artıq aristokratın yox, kiçik vətəndaşların həyatı ön plana keçməyə başlamışdı. Diqqət yetirsəniz, ədəbiyyatın istiqaməti də kiçik insanların üzərində qurulmuşdu.[1] Fikrim daha aydınlaşsın deyə bir-iki misal verim: Fəlsəfədə, psixoanalitika və incəsənət tədqiqatlarında ədəbiyyat II və ya III əsas qaynaq hesab edilir.

Ardını oxu...

 
 

Cəlilov ŞAHALI - ABŞERONUN İNCİSİ – “QALA”

 Azərbaycan Respublikası ərazisində tarixi əhəmiyyəti böyük olan kifayət qədər qiymətli maddi mədəniyyət abidələri və materiallar vardır. Tariximizi bilmək üçün öyrənilməsi vacib olan ərazilərdən biri də Abşeronun incisi “Qala”dır. Abşeronun hər bir kəndinin özünəməxsus tarixi keçmişi, təsərrüfat, məişət həyatı, qiymətli memarlıq abidələri var. Diqqətəlayiq keçmişi olan belə yaşayış məntəqələrindən biri də məhz Qala kəndidir. Coğrafi mövqeyinə görə Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Sahil qəsəbələrinə nisbətən yayda havası azca isti və quru təsir bağışlayır. Qeyd edək ki, bu maddi mədəniyyət abidələri ilə zəngin olan kəndin arxeoloji qazıntılar və araşdırmalar nəticəsində e.ə III minilliyə aid olması müəyyən edilmişdir. 

Ardını oxu...

 
 

Nə izləyək? - İrfandan

NƏ İZLƏYƏK?

Dünyada baş verən koro navirus pandemiyası ölkəmiz də də bəzi karantin qayda larının tətbiqini zəruri hala gətirdi. Karantin gün lərində mək təbə getməyən övlad larımızın, eləcə də vali deyn lərin vaxtdan səmərəli istifadəsi üçün peşəkarlar tərəfin dən müxtəlif proqramlar tər tib edildi. Ailə üzvlərimizlə birlikdə oyun oynamaq, dil öyrənmək, kitab oxumaq kimi təklikdə və ya ailəliklə həyata keçirə biləcəyimiz bir sıra fəaliyyətlər gündəmə gəldi. Demək olar ki, bütün günlük planlamalar içərisində gözümüzə dəyən maddələrdən biri də məhz film izləmək oldu. İnsan intellektini inkişaf etdirən vasitələrdən biri də, əlbəttə ki, izlədiyi filmlərdir. Film izləyərək həm bizi sıxan uzun və boş vaxtımızı doldururuq, həm də bu zamanı özümüz üçün faydalı hala gətiririk.

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - HƏYAT DƏFTƏRİNDƏN

Hər işdə bir xeyir var

Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batmışdı. Gəmidən xilas olan yeganə adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər apardı.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Təkbaşına namaz qılan bir şəxs qiraəti astadan etməli olduğu namazlarda ucadan oxuyarsa, namazı səhih olarmı?

Cavab: Təkbaşına namaz qılarkən günorta və ikindi namazları ilə gündəlik qılınan sünnə namazlarda astadan oxumaq, yəni namaz qılanın özünün eşidəcəyi səslə dili ilə tələffüz etməsi namazın vaciblərindəndir. Namazın vaciblərindən hər hansı biri bilərəkdən tərk edilərsə, namaz təzədən qılınmalıdır. Unudaraq tərk edildiyi təqdirdə isə namazın axırında səhv səcdəsi edərək namaz tamamlanmalıdır. Odur ki, astadan oxunmalı olan yerdə ucadan oxuyan bir kimsə bunu bilərəkdən etmişsə, namazını təzədən qılmalıdır. Lakin fərqində olmadan edibsə, namazın axırında səhv səcdəsi etməlidir.

Ardını oxu...