№ 162 May

Nurlan MƏMMƏDZADƏ - BİR NƏFƏS...

İnsan çox şeyin qədrini yalnız əlindən çıxdıqdan sonra bilir. Çox sevdiyi insanı itirdikdə, sahib olduğu var-dövləti əlindən alındıqda, gənclik illərini geridə qoyaraq qocalığa qədəm basanda, sağlamlığını itirib yatağa düşəndə əslində nə qədər böyük nemətə sahib olduğunu anlayır. Bir çoxları ömrünün son dəmlərində arxada qalan illərə heyfslənərək, haqlı olaraq ah-vay edirlər. Çünki nemətlər içində ömür sürən, lakin bundan xəbərsiz insan oğlu eynilə dəryada sudan xəbərsiz halda üzən balıq kimidir. Əslində heç bir fərqimiz yoxdur, sudan çıxan zavallı balıq kimi yalnız əlimizdəkiləri itirdikdən sonra qiymətini bilirik hər şeyin. O ana qədər israf etdiklərimiz bir-bir gözümüzün önünə gəlir: pul-para, tərbiyəsinə əhəmiyyət vermədiyimiz övladlarımız, sevgimizi etiraf edə bilmədiyimiz doğmalarımız, boşa xərclədiyimiz zamanımız, güc-qüvvəmiz, sağlığımız və s.  Həzrət Peyğəmbər (s.ə.s) insan təbiətində var olan bu xüsusiyyəti bir hədisi-şərifində belə xülasə edir: “İki nemət vardır ki, insanların əksəriyyəti ondan istifadə etməkdə aldanmışdır: sağlamlıq və boş vaxt”.  

Ardını oxu...

 

Fuad QULİYEV - BİR QORXU SARDI ƏTRAFIMIZI...

Yer üzünə xəlifə olaraq gəlmişdi insan. O insan ki, elə mexanizm və keyfiyyətlərlə təchiz edilmişdi ki, istəsəydi, bəxş olunan o gücüylə yer üzünü haqqın, ədalətin hökm sürdüyü bir məkana çevirə biləcəkdi. Ancaq əsas missiyası bir kənarda qaldı və fəsad çıxarmağı üstün tutmağa başlayaraq xəlifəliyini unutdu. Hadisələrin mərkəzində yenə də insan dayanır...

Ardını oxu...

 
 

Aqil ƏLIYEV. MƏNƏVI QAZANC GÜNLƏRI ETİKAF

Etikaf - lüğətdə bir yerdə gözləmək, dayanmaq, özünü oraya həbs etmək kimi mənalara gəlir. Dini termin olaraq isə: etikafa niyyət edərək məsciddə və ya məscid hökmündə olan məkanda bir müddət qalmaqdır.

Ardını oxu...

 
 

Ali ÇİNAR - ƏL KARDA, KÖNÜL YARDA

Son günlərdə dünya miqyasında yaşadığımız bir xəstəlik səbəbi ilə evlərimizə qapanmaq məcburiyyətində qaldıq. Bu müvəqqəti qapanma bizə etikafı, üzləti, xəlvəti xatırlatdı. Azərbaycanda yaşayırsınızsa, əlbəttə, “xəlvət” deyəndə dərhal böyük bir övliyanın xatirəsi düşür könlünüzə: Seyyid Yəhya Şirvani. İçərişəhərdə dəfn edilmiş olan Seyyid Yəhya Şirvani həzrətləri İslam Təsəvvüf məktəblərindən Xəlvətiliyin ikinci piri, bir növ əsl qurucusu olaraq qəbul edilir. Təriqət Ömər əl-Xəlvətinin adı ilə bağlı olsa da, təriqətin geniş bir bölgəyə (Azərbaycandan Anadoluya, Anadoludan Balkanlara, Kırıma, Suriya, Misir, Şimali Afrika, Sudan, Həbəşistan və Cənubi Asiyaya qədər) yayılması Seyyid Yəhya əş-Şirvani əl-Bakuvinin yetişdirdiyi tələbələri vasitəsilə gerçəkləşmişdir. Buna görə də ona təriqətin ikinci piri (piri-sani) deyilməkdədir.

Ardını oxu...

 
 

Nicat QƏRIBOV - QARA ÜZÜM SALXIMI

İstanbulun Topqapı səmtində Memar Sinan tərəfindən tikilmiş, Təkkəçi İbrahim Çavuş Camesi adlı məscid var. Bu yazı həmin məscidin hekayəsidir.

Ardını oxu...

 
 

Altay RƏHİMOV - ORUCUN RUHANİ FAYDALARI

Oruc tutmaq şeytanı və nəfsi gücsüz, təsirsiz hala salır. İnsanı maddi və mənəvi cəhətdən təmizləyir. Qəlbi bədəni istəklərimizdən azad edir, nəfsimizi kirlərdən arındırır, ruhu əsarətdən qurtarır. Oruc insanın qəlb gözünü açır, mənəvi görməmizi artırır. Səbri, fiziki xəstəliklərdən qorunmağın yollarını öyrədir bizə. İnsanlığımız yetkinləşir. Mənəvi qidaları bizə daha da əlçatan edir. Bir sözlə, oruc insanı Allaha yaxınlaşdırır.

Ardını oxu...

 
 

DR. Rüfət ŞİRİNOV BAYRAMLARIN GƏTİRDİKLƏRİ!

Hər millətin, dövlətin, cəmiyyətin, dinin özünəməxsus bayram və şənlikləri vardır. Millətləri, dinləri uzun ömürlü edən amillərdən biri də məhz bu cür bayram və adət-ənənələrin yer aldığı dəyərlərdir. Öz dəyərlərini qoruyub mühafizə edə bilməyən, sahib çıxıb yaşada bilməyən cəmiyyətlər tarix səhnəsindən silinmiş və adı-sanı qalmamışdır. Odur ki, dünya səhnəsindən silinmək istəməyən və aləmə nümunə olmaq istəyən sivilizasiyalar öz dəyərlərinə sahib çıxmalı, onu yad təsirlərdən mühafizə edərək nəsillər boyu yaşatmağa səy göstərməlidir.

Ardını oxu...

 
 

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet TECİM: - “ƏN BÖYÜK QAZANCIMIZ ALLAHIN RİZASI OLMALIDIR”.

İrfan: Əvvəla, redaksiyamız və oxucularımız adından sizi salamlayırıq. Uzun illərdir ki, Azərbaycanda həyata keçirdiyiniz çoxşaxəli yardım kampaniyalarından xəbərdar olmayan yoxdur. Bir xeyriyyəçi olaraq insanlar arasında yardımlaşmanın əhəmiyyəti haqda nə demək istərdiniz?

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - ŞƏRDƏ XEYİR AXTARMAQ

Bu günlərdə tarixə iri hərflərlə düşəcək bir zaman kəsiyini yaşayırıq. Əksəriyyətimiz evimizdə dustaq kimidir sanki. İstər yaxınlarımız, istərsə də dost-tanışlarımız olsun, bizlərin və ya onların virus daşıyıcısı olma ehtimalını göz önünə gətirərək bir-birimizlə görüşməkdən ehtiyat edirik. Bütün bunlar hər bir şəxsin hal-hazırda həm vətəndaşlıq, həm də insanlıq borcudur. Bu barədə deyəcəyimiz heç nə yoxdur. Ancaq bu hadisə bizləri eyni zamanda qədrini bilmədiyimiz bir çox nemətlərlə qarşılaşdırdı. Evdən kənarda istədiyimiz qədər qala bilmək sən demə böyük nemət imiş. Ya da istədiyimiz yerə sərbəst bir şəkildə gedə bilmək azadlığı. İstədiyimiz nəyisə əldə etmə imkanımız olduqda o şeyin bizə aid olduğunu düşünürdük. Amma indi gördük ki, əslində, bizə aid olduğunu düşündüyümüz heç bir şey bizə aid deyilmiş. Sadəcə sahib olduğumuzu düşündüyümüz hər şey bizə ilahi bir əmanət olaraq verilibmiş. Bu karantin dövrü bizə o nemətlərin hər an əlimizdən gedə biləcəyini göstərdi. Ən əsası da, onların qədrini bilməyi…

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - İNSAN OLMAĞIN SİRRİ

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzərində bir xəlifə yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda Sən orada (yer üzərində) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah (c.c) onlara): “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu”. (əl-Bəqərə, 30)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - ÖMÜRLÜK BİR RAMAZAN və ƏBƏDİ BAYRAM

Biz aciz qullarını yenidən “əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından qurtuluş”[1] vəsiləsi olan Ramazani-Şərif ilə şərəfləndirən Allaha sonsuz həmd-sənalar olsun.

Ramazani-Şərif Allah-Təalanın ümməti-Muhammədə bəxş etdiyi mənəvi dəyərlərlə dolu ilahi xəzinədir. İlin qəlbi sayılan bu ay daxili və xarici aləmimizi maddi və mənəvi kirlərdən təmizləməyin ən bərəkətli zamanıdır. Mənəvi reabilitasiya mövsümüdür…

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عن أَبي الدَّرْداءِ عُوَيْمرٍ رضي اللَّه عنه قَالَ: سمِعتُ رسولَ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يقُولُ: ابْغونِي الضُّعَفَاءَ، فَإِنَّمَا تُنْصرُونَ، وتُرْزقون بضُعفائِكُمْ

Əbu Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə dediyini eşitmişdir: “Kasıbları qoruyun. Çünki siz aranızdakı kasıblar sayəsində Allahdan yardım görüb ruziləndirilirsiniz”. (Əbu Davud, Cihad 70)

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَمَا اَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِيرٍ ﴿30﴾

﴿31﴾وَمَا اَنْتُمْ بِمُعْجِزِينَ فِي الْاَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ 

“Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər. Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır”. (əş-Şura, 42/30-31)

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - MÜSƏLMAN NECƏ YEMƏLİDİR?

Həyatın hər anında ədəbə riayət etməyi şüar kimi qəbul edən müsəlmanın yeyib-içməsi də peyğəmbərimizin sünnəsinə uyğun olmalıdır. Yeyib-içmək ehtiyacı ödənilərkən, halal yolla qidalanmağa və israfdan qaçmağa səy göstərilməsi əmr edilmişdir. İslam cəmiyyətinin özünəməxsus bir süfrə mədəniyyəti və qidalanma ədəbi var. Bunların bilinməsi və ona görə hərəkət edilməsi sağlam və xoşbəxt bir həyatın yaşanmasında mühüm rol oynayır.

Ardını oxu...

 
 

Müsahibə - QLOBALLAŞAN DÜNYADA MÜSƏLMAN

İstanbul Səbahəddin Zaim Universitetinin müəllimi Dr. Ahmed Hamdi Yıldırım:

“Niyyətimiz səmimi olarsa, bütün əməllərimiz dəyər qazanar və daha karlı bir ticarət etmiş olarıq”.

İrfan: Xoş gəlmisiniz, Əhməd bəy. Sizinlə görüşmə fürsəti əldə etmişkən bu günün müsəlmanı və onun İslama sarılma şüuru haqqında söhbət etmək istərdik. Qloballaşan dünyada müsəlmanın dünyagörüşü necə olmalıdır?

Ardını oxu...

 
 

Natiq ƏHMƏDOV - AKASİYA ÇİÇƏYİ

Havalar isinməyə başlasa da, gecənin ayazı və qaranlığı hələ də şəhərdən çəkilməmişdi. Əlində məktəb çantası, Hələbin dar küçələrində yarıyıxılmış evlərin arası ilə addımlayırdı, Ayşə. Hər zamankı kimi evdən çıxarkən anası ona dualar etmiş, öpüb-qoxlamış və ona göy üzündə təyyarə uğultusu eşitdiyində gizlənməsini söyləmişdi. Alatoran səkidə addımlayarkən qorxaq baxışlarını bir yandan dumanlı səmaya dikir, bir yandan da gizlincə ağlayırdı. Sanki ağlamaq ona bəxş edilmiş və hər zaman əlində qalacaq bir şey kimi gəlirdi ona.

Ardını oxu...

 
 

Dr. Fizuli HÜSEYNOV - ALLAHI SEVİNDİRƏN MÜALİCƏLƏR

Bəlkə də, başlıqdakı addan təəccüblənəcəksiniz, bəlkə də, yanlış bir ad qoyulduğunu düşünəcəksiniz. Bəlkələri, bəlkə də, çoxaltmaq olar, amma məsələnin həllinə diqqət yetirsək, bəlkələrin həllini tapmış olarıq. Normal halda bizlər də dəryada damla olaraq cəmiyyətimizdə yer alan bir fərdik.  Fərdlərin toplusundan cəmiyyət əmələ gəlirsə, deməli, fərdlərin sağlam olmasından da sağlam cəmiyyət əmələ gələcəkdir.

Ardını oxu...

 
 

Alpay ƏHMƏD - KORONAVİRUS FENOMENİNİN SİYASİ ASPEKTLƏRİNƏ QISA BAXIŞ

Bəşəriyyət tarix boyu bir çox xəstəliklərin şahidi olub. Elə xəstəliklər olub ki, dünya əhalisinin indikiylə müqayisədə qat-qat az olduğu bir vaxtda epidemiyalar milyonlarla can alıb. Sonucda yenidən insanların sayı sürətlə artmağa başlayıb.

Ardını oxu...

 
 

Tehran ABDURRAHİMOV - KORONAVİRUS VƏ YENİ DÜNYA: KÖHNƏ LÜĞƏTƏ MÜRACİƏT

İllərdir “Sənaye 4.0”, “Cəmiyyət 5.0”, əşyaların interneti, robot “işçilərdən” ibarət qaranlıq fabriklər, ağıllı şəhərlər, süni intellekt, siber fiziki sistemlər, “big data”, bulud texnologiyası, dərialtı mikro çip kimi hələ də bizim cəmiyyətlərin alışa bilmədiyi sehrli anlayışlar bütün dünyanı yavaş-yavaş dəyişirdi. “Yavaş-yavaş dəyişirdi” dedim, çünki bir çox futurist və intellektualın fikrincə artıq koronavirusdan (Covid-19) sonra bu sürət olduqca yüksək olacaq. Məqsədim mövcud vəziyyətin və vəd edilən Yeni Dünyanın bulanıq şəklini az da olsa aydınlaşdırmağa çalışmaqdır. Bunun üçün də köhnə, amma tək-tək araşdırıb oxusaq, bu günləri və gələcəyi izah etməkdə bizə kömək edəcək bəzi anlayışların kiçik, izahlı lüğətini təqdim etmək istəyirəm:

Ardını oxu...

 
 

Eldar KƏRİMOV BAĞLAN(MA)!

İnsanlar bir-birinə faydalı olmaq üçün vardır bu dünyada. Ona görə də ya onlara var olma səbəblərini öyrədəcəksən, ya da ki, etdiklərinə dözəcəksən. 

Ardını oxu...

 
 

Adem ŞAHİN - ÜFÜQ AÇAN KİTABLAR

05.04.2020 tarixində “Hürriyyət” qəzetində Sayım Çinar adlı yazıçının “Üfüqünüzü açacaq kitablar” başlığı qarmağa taxılan yem kimi idi. Mən də bu qarmağa ilişdim. Yazını açmadan əvvəl ağlımdan: “baxaq görək üfüqümüzü açacaq kitablar hansılardır?” – deyə sual keçdi. “Üfüq açan kitablar”ın qəzet səhifələrində nə işi var? Yolda tapılan yolda itər, qəzet səhifələri ilə gələn də qəzet səhifələri ilə gedər. Yazını açanda qarşıma üfüq açacağı deyilən və oxunması tövsiyə edilən bu beş kitab çıxdı:

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - YÜKSÜZ NAMAZ

Muminun surəsi: “Həqiqətən, möminlər nicat tapmışlar”, ayəsi ilə başlayır və surənin ilk on ayəsi qurtuluşa çatacaq möminlərin xüsusiyyətlərindən bəhs edir. Bunlardan O kəslər ki, namazlarını xüşu ilə qılarlar[1], və “Namazlarına riayət edərlər”[2] ayələri namazla əlaqəlidir.

Ardını oxu...

 
 

Əziz SULTANOV – MASKA (hekayə)

Bir ildən çox olardı ki, Kamil tikiş fabrikində işləyirdi. Elə də böyük bir müəssisə deyildi. Cəmi on bir işçisi var idi. Müəssisənin sahibi Sədyar kişi bir az lovğa adam idi, qarşısında başqa söz deyilməsindən xoşlanmazdı. Kamil ilə arasının bir az soyuq olmasının səbəbi də elə bu idi. Belə ki, Kamil burada işləməyə başladığı gündən bir çox şikayətləri ilə gündəmə gəlmişdi. O, iş yerindəki təmizlikdən gileylənməyə başlamış, bir də namaz üçün xüsusi bir otaq təşkil olunmasını tələb etmişdi. Sədyar buna acıqlanmış, lakin Kamilin gözəl qabiliyyətinə görə onu işdən uzaqlaşdırmamışdı. Təmizliyə göstərdiyi diqqət səbəbi ilə ondan bir Sədyarın xoşu gəlmirdi, bir də təmizlikçi xalanın (çünki təmizlikçi xalanı məcbur etmişdi ki, iş görərkən əllərinə əlcək taxsın, xüsusi geyimdə olsun).

Ardını oxu...