№ 158 Yanvar

Nurlan MƏMMƏDZADƏ - BİR YUMRUĞA DÖNDÜK O GECƏ BİZ DƏ…

“Ermənilər Şuşada Topxana meşəsini yandırıblar, azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma və gərginlik yaşanıb…” 1988-ci ilin soyuq noyabr ayı idi, nahar fasiləsi üçün evə gələn atamın danışdıqlarından yaddaşıma həkk olunan bu cümlə mənim üçün Qarabağ münaqişəsinin ilk xəbərçisi oldu. Elə indi də Qarabağ münaqişəsindən söz açılanda o soyuq noyabr günü və yeddi yaşında eşitdiyim o cümləni xatırlayıram: Ermənilər Topxana meşəsini yandırıblar…

Ardını oxu...

 

Dr. Rüfət ŞİRİNOV - “ŞƏHİDLİK” ÖLÜMƏ GÜLMƏKDİR

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.

Ardını oxu...

 
 

Rafiq SƏMƏNDƏR - SANKİ BÜTÜN BAKI MATƏM ÇADIRI İDİ…

İrfan: Rafiq müəllim, 20 Yanvar deyəndə yada düşənlərdən biri də sizin “Şəhidlər” kitabınızdır. Qısa zamanda qələmə aldığınız bu kitab 150 min tirajla nəşr olundu və əl-əl gəzdi. Belə bir əsəri yazmağa sizi nə vadar etdi?

Rafiq Səməndər: Deməli, o vaxt mən dövlət televiziyasında ədəbi-dram verilişlərinin baş redaktoru işləyirdim. 

Ardını oxu...

 
 

QMİ Nəsimi r/n bölgə qazısı, Əjdərbəy məscidinin imamı - BƏHRUZ ƏZİZOV

İrfan: 20 Yanvar hadisələrindən 30 il ötür. Siz də o dövrdə yaşanan hadisələrə yaxından şahid olmusunuz. Nələr baş verdi, nələr dəyişdi?

Bəhruz Əzizov: Bu səhifə ağır səhifədir. Azərbaycan xlaqının tarixində soy qırıma məruz qalma, haqsız yerə əliyalın, dinc insanların qətlə yetirilməsi, belə şeylər çoxdur. Hansı əsri götürsəniz, buna bənzər hadisələrə tariximizdə geniş-geniş rast gəlirik.

Ardını oxu...

 
 

Alpay ƏHMƏDOV - 20 YANVAR: FACİƏ, YOXSA QƏHRƏMANLIQ?

Fikir vermişəm, hər il 20 Yanvar ərəfəsində baş verən məlum tarixi hadisə 2 tezisin ətrafında müzakirə predmetinə çevrilir. 20 Yanvar qəhrəmanlıq hadisəsi idi, buna görə bu gündə ağlamaq olmaz, onu faciə kimi qeyd etmək lazım deyil və s. Hətta bununla bağlı, az qala, “Bayram kimi qeyd etmək lazımdır” kimi ifrat fikir səsləndirənlərə də rast gəlmək olur. Başqa bir tezisə görə isə 20 Yanvar faciədir və bu hadisə, təbii, matəm kimi qeyd edilməlidir.

Ardını oxu...

 
 

Əziz SULTANOV - BALACA ŞƏHİDLƏR

(hekayə)

Yeddinci sinifdə oxuyurdu, İlqar. Neçə gündür məktəbdə, həyətdə və evdə eşitdiyi söhbətlər hər bir vətən oğlu kimi onun da qanını qaynadır, vicdanını oyadırdı. Hər kəs şəhərə tankların girəcəyini deyirdi. “Tank” - televiziya ekranlarından tanıdığı nəhəng, dəmir pəncəli divlər. Otağının divarına asdığı rəngli maşın şəkillərindən çox fərqli idi onlar. Çox yaxında onları görə bilərdi, öz şəhərində, öz küçəsində... Əslində, heç özü də bilmirdi; sevinsin, yoxsa hər kəs kimi narahatlıq keçirsin?...

Ardını oxu...

 
 

“20 Yanvar ictimai birliyi”nin sədri SOLTAN ƏZİMZADƏ - MÜSAHİBƏ

İrfan: “20 Yanvar” cəmiyyətinin yaranması və əsas fəaliyyət sahəsi barədə məlumat verərdiniz, zəhmət olmasa.

S.Əzimzadə: Cəmiyyətimiz 1990-cı ildə, hadisələrdən bir neçə ay sonra yaradılıb.

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - ƏSRİ-SƏADƏTDƏN ÜÇ ŞƏHİDİN HEKAYƏSİ

“Yərmuk döyüşü sona çatmışdı. Bizansla müsəlmanlar arasında gedən şiddətli müharibə səngimişdi. Ox və mizraq zərbələri ilə ağır yaralanan müsəlmanlar qızmar qumların üstündə can verirdilər.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - PEYĞƏMBƏR QİSSƏLƏRİNDƏN İBRƏTLƏR

Qurani-Kərim Uca Allahın kəlamı olduğu üçün bu kitabda heç bir şək-şübhəyə, artıq-əskiyə, boş və əbəs bir şeyə rast gəlmək mümkün deyil. Hər bir nöqsandan münəzzəh olan, bütün kamilliklərin Öz zatında toplandığı Rəbbimiz heç əbəs bir şeydən söz edərmi? Əsla! Belə bir düşüncədən Uca Allaha sığınırıq.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَخْلُقُكُمْ فِي بُطُونِ اُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلٰثٍ ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لَا اِلٰهَ اِلَّا هُوَ فَاَنّٰى تُصْرَفُونَ

“O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən-şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!” (əz-Zumər, 39/6(

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ ابْنِ عَبَّاسٍ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ، فَإِنَّما أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْغُلُوُّ فِي الدِّينِ

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ

Yunus Əmrə həzrətləri buyurur:

Dərviş könülsüz gərəkdir,

Söyənə dilsiz gərəkdir,

Döyənə əlsiz gərəkdir,

Xalqa bərabər gərəkməz…

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - HƏYAT BƏXŞ EDƏN QƏLBLƏR

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey iman edənlər! Allaha (c.c) qarşı təqva sahibi olun və sadiqlərlə birlikdə olun”. (ət-Tövbə, 119)

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - DİLİN BƏLALARI

Dil danışmaq üçün yaradılmışdır; fəqət lazımlı və faydalı olanı danışmaq üçün.

İnsan ağzından içəri gedən loğmasına necə diqqət edirsə, danışacağı sözlərə də diqqət etməli, süzgəcdən keçirməlidir. Hər ağzına gələni danışmaq hünər deyil. Allah-Təala gözü iki, qulağı cüt yaratmış, fəqət dili tək olaraq yaratmışdır. Bunun hikməti də iki dəfə baxıb, iki dəfə dinləyib sonra gözəl bir söz danışmaq üçündür.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - SAXLAMA KİN, TƏMİZ OLSUN QƏLBİN.

Kin, qisas almaq üçün qəlbdə yerləşən düşmənlik duyğusudur. Xüsusilə acizliyi səbəbindən dərhal intiqam ala bilməyən şəxsin qəlbinə yerləşən qəzəb, gizli bir düşmənlik duyğusuna, kinə çevrilir. Kin duyduğu insana daxildən hirslənən şəxs, intiqam almaq üçün hər vaxt fürsət güdər. Yəni kinin başlıca qaynağı qəzəb, nifrət və intiqam almaq hissidir. Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - PULSUZ XOŞBƏXTLİK

İnsanlar ömür boyu xoşbəxt olmaq üçün çalışır. Ömrünün hər mərhələsində xoşbəxtliyi dadmaq üçün konkret hədəflər müəyyən edir. Xoşbəxtliyi yüksək təhsil, böyük vəzifə və daha çox pulda görən insanlar əgər bütün bunlara sahib olmayıblarsa, övladlarının bunlara sahib olmaları üçün hər vasitəyə əl atırlar. Nəticədə isə xoşbəxtliyin bütün bu vasitələrlə əldə edilmədiyi reallığını bu işə əl qoyanların hamısı etiraf edir. Bəs insanların axtardığı həqiqi xoşbəxtlik nədir? Bu xoşbəxtliyi yaşamağın hər hansı bir düsturu varmı? Ömür boyu daha çox pul qazanıb xoşbəxt olacağını hesab edən insanlar, həqiqətən, xoşbəxtdirlərmi? İnsanın xoşbəxt olması üçün pul həqiqi mənada böyük rol oynayırmı?

Ardını oxu...

 
 

Adem ŞAHİN - SANTA?..

2018-ci ilin “yeni il”ində Bişkekdə avtobus dayanacağında Santa Klausu görmüşdüm. Santanı görəndə özümü pis hiss edirəm; ondansa dayanacağın tininə dəyib yıxılsaydım, daha yaxşı olardı.

Ardını oxu...

 
 

Həzi ASLANOV - İNSAN SACAYAĞI

Bədən, ruh və ağıl... Bir-birindən ayrı məfhumlar kimi görünür. Hər biri öz-özlüyündə bir funksiya daşıyır. İnsan həyatı üçün isə hər üçünün birlikdə var olması və sağlam olması lazımdır. Bədən nə qədər sağlam və gümrah olsa da, ruh və ağıl da onun kimi sağlam olmadıqca heç bir işə yaramaz.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - İFFƏT

Cəmiyyətin sarsılmaz gücünün bir cüzü də sağlam ailə qurmaqdır. Sağlam ailənin təməli sağlam inanca bağlıdır. Bu gün dünyanın başına bəla olan bir çox xəstəliklər inancsızlığın və iffətsizliyin zəhərli meyvələridir. Dinimiz iffətin qorunmasını əmr etmiş, bu hüdudlara riayət etməyənlərin qarşılaşacaqları müsibətin ağır olacağını ifadə etmişdir. İffəti qorumaq cəmiyyəti və ailəni qoruduğu kimi, möminin ruhunu və nəfsini də təmizləmiş olur. Qurani-Kərimdə buyurulur:

Ardını oxu...

 
 

Elsevər CƏLİLOV - MƏŞHUR SƏYYAHIN DİLİNDƏN: HİNDİSTAN

Səyahət eşqi hər bir kəsə nəsib olmur. Dünyada baş verən hadisələri birbaşa görmək dildən-dilə eşidilən məlumatlardan xeyli üstündür. “Yüz dəfə eşitməkdənsə bir dəfə gedib görmək yaxşıdır” cümləsi həqiqətən də doğru bir anlayışdır. Məhz bu fikrin həyata keçmiş nümunələrindən biri olaraq məşhur səyyahımız Hacı Zeynalabdin Şirvani öz səyahət arzusunu reallaşdırmaq üçün bir çox ölkələri gəzib dolaşmışdır. O, bu ölkələr haqqında qiymətli məlumatlar vermişdir. Bu səfərlərdən ən əsası və ən geniş məlumatlısı Hindistan səfəridir.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Qusmaq dəstəmazı pozarmı?

Ardını oxu...

 
 

AĞLA QƏRƏNFİL, AĞLA! - Məmməd Aslan

20 Yanvar dedikdə ağıla gələnlərdən biri də, şübhəsiz ki, qərənfil gülü olur. Sevgi gülü kimi əllərdə gəzən, toy-düyün məclislərinin bəzəyi sayılan qırmızı qərənfillərin üzü o qanlı şənbə gecəsindən sonra bir daha gülmədi. Büzülən insan dodağını andıran hər bir ləçəyi o gündən bu yana artıq işvədən deyil, qəmdən xəbər verir. Azadlıq şəhidlərimizə yazılan ən gözəl ağı da məhz qərənfillə bağlıdır. Çünki heç kim o gecəyə onlar qədər ağlaya bilməz.

Ardını oxu...