№ 157 Dekabr

Nurlan MƏMMƏDZADƏ - QARDAŞLIQ FƏDAKARLIQDIR

İslam fərd və cəmiyyəti əlaqədar edən hər bir məsələni ələ alaraq həm fərdlərin, həm də cəmiyyətlərin xoşbəxtliyi üçün bir sıra düsturlar qoymuş, müəyyən qaydalar tənzim etmişdir. İnanan insanın həyatını bu qaydalara və düsturlara görə formalaşdırması ilk növbədə öz xoşbəxtliyinə zəmin hazırlamaqla yanaşı, eyni zamanda cəmiyyətin rifahına da müsbət mənada təsir edir. Demək olar ki, İslam fiqhi ilə bağlı yazılan və əsas etibarilə ibadətlərin fərz, vacib, sünnə və müstəhəblərini ələ alan kitabları oxuyarkən mütləq hər bir ibadətin fərdi və ictimai faydaları ilə də tanış oluruq. 

Ardını oxu...

 

Əziz SULTANOV - HARADAN HARAYA

Düşünürəm, elə isə varam. Bəs mən kiməm? Haradayam? Burada nə qədər qalacağam? Buradan çıxıb hara gecədəyəm? Niyə gəldim, niyə gedirəm?.. – bu kimi suallar tarix boyu düşünən insanları, fikir adamlarını məşğul etmiş, onları öz ağılları ilə qavraya biləcəkləri arqumentlər əsasında cavab tapmağa, izah etməyə sövq etmişdir. 

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - KİMDİR QARDAŞ?

“Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”. (əl-Əraf, 50)

Ardını oxu...

 
 

Dr. Rüfət ŞİRİNOV - NECƏ DOSTSUNUZ?

“İnsan” və “ünsiyyət” eyni kökdəndir. İnsan ünsiyyətlə digər canlılardan fərqlənir. Ünsiyyətdəki keyfiyyət “insan”lığın dərəcəsini göstərir. İnsanların öz aralarında qurduqları münasibətlər dərəcələrinə görə fərqli adlarla ifadə edilir. Bu münasibətlər qardaş (din və qan), yoldaş, dost, tanış, qohum, həmyerli, “müəllim” və s. ifadələrlə özünəməxsusluq qazanır. Münasibətlərin mənfəət müstəvisində şəkilləndiyi dövrümüzdə yuxarıda sadalanan ifadələrin əksəriyyəti, təəssüf ki, öz məcrasından çıxarılmış, mənası və əhatə dairəsi pozulmuş, bəziləri də sadəcə ədəbi mətnlərin bəzəyinə çevrilmişdir. Ələlxüsus “dost” məfhumu öz həqiqi mənasına yadlaşdırılmışdır. Bu məqalədə həqiqi dostun necə olacağı və bu məfhumun nələri əhatə etdiyi barəsində bəzi fikirlər səsləndiriləcəkdir. Nəticədə hər bir oxucu öz dostunun və dostluğunun rentgenini çəkə biləcəkdir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - QARDAŞININ DƏRDİNƏ ŞƏRİK OLMAQ

Şübhəsiz ki, Uca Allahın möminlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri imandan və təqvadan qaynaqlanan qardaşlıq bağıdır. Cəmiyyəti nizama salmaq, fərdlərini dünya və axirət səadətinə qovuşdurmaq üçün göndərilən dinimiz, heç şübhəsiz ki, din qardaşlığı haqlarına da çox əhəmmiyyət vermişdir. Bu baxımdan İslam insanların dərisinin rəngini, mənsub olduğu irqini, soy-sülaləsini, cinsiyyətini və s. növdən olan cahiliyyə terminlərini rədd edərək, təqva (Allah qorxusu) düsturunu gətirmiş və on dörd əsrdən bəri gələn möhkəm qardaşlıq bağını formalaşdırmışdır. Üstünlüyün ancaq və ancaq təqvada olduğunu dərk edən insan heç bir zaman irqinə, rənginə, mal-dövlətinə, vəzifəsinə, gücünə və qüdrətinə güvənib özünü digər din qardaşlarından üstün görə bilməz, əksinə, daima qardaşını daha üstün görüb, səmimi bir mömin kimi onun sevincini, dərd-sərini paylaşmağa çalışar. Çünki o bilir ki: “Allah dərgahında ən üstün olanınız Allahdan ən çox qorxanınızdır” buyurulmuşdur. (əl-Hücurat, 13)  

Ardını oxu...

 
 

Medet BALA - PAYLAŞMAQ QARDAŞLIQ HÜQUQUDUR

İrfan: Medet bəy, əvvəla xoş gəlmisiniz. Bu gün sizinlə yardımsevərlik və paylaşmaq mövzusunda danışmaq istərdik. Dünyanın bir çox bölgəsində, müxtəlif ölkələrdə yardım fəaliyyəti göstərən bir təşkilatın, böyük bir vəqfin rəhbər vəzifəsində çalışırsınız. Ümumiyyətlə, vəqf deyəndə nə başa düşməliyik? 

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - ƏSHABIN QARDAŞLIĞI

Həm Allah-Təalanın, həm də Peyğəmbərimizin (s.ə.s) möminlərin qardaş olduğunu elan etdiyini bilirik: “möminlər ancaq qardaşdırlar”. 
“Qardaş” eyni ana və ya atadan dünyaya gələn iki adamın arasındakı əlaqəyə verilən addır. Amma əsl qardaşlıq ürəkdə olan elə bir şüur və duyğu halıdır ki, bəzən arasında qan bağı olanlara belə nəsib olmaz. İlahi nemət olan bu cür qardaşlığın ən gözəl nümunələrini Peyğəmbərimizin (s.ə.s) və əshabının həyatında görmək mümkündür. Yoxsa səadət əsrini meydana gətirmək necə mümkün ola bilərdi?

Ardını oxu...

 
 

Yusif HÜSEYNOV - ƏXİLİK

Din həyatımızın hər anında və hər yerindədir. Yəni inancımız bizimlə əlaqəli olan hər şeyi tənzim və əhatə edir. Çoxları dini insanın sadəcə mənəviyyatı və ya ruhu ilə əlaqələndirərək onu dar bir çərçivəyə salıb həmin çərçivədən kənarda istədikləri kimi yaşayıb istədiklərini etməyə şərait yaratmaq istəyir. Ticarət və ya müasir deyimi ilə biznes də inancdan və dəyərlərdən qoparılmağa cəhd edilən əsas sahələrdəndir. Kapitalist dünyanın çarxı içində fırlananlar şəri qaydalara və dəyərlərə  əsaslanan ticarətin mümkünsüz olduğunu, bu halda rəqabətə tab gətirməyin əsla mümkün olmayacağını bar-bar bağırırlar. Bu mövqeyin tam əksini tarixdə mövcud olmuş bir ticarət təşkilatının, İslam qardaşlığının ticarətə tam mənası ilə əks olunduğu “əxi”liyin timsalında görə bilərik. 

Ardını oxu...

 
 

Şükür ƏNDƏLİFOV - HƏMRƏYLİK NÜMUNƏSİ

Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər həftələri, həftələr ayları, aylar fəsilləri, fəsillər isə illəri qovmaqda davam edir. Gündən-günə dəyişən dünyamız dayanmadan inkişaf edir. Hər ötüb keçən təqvim ili bir çox yadda qalan yaxşı və ya pis xatirələri ilə bizdən uzaqlaşır. Artıq yeni bir təqvim ilinin sonuna yaxınlaşmışıq. Geridə qoyduğumuz il bizim üçün keçmişdə qaldı. Qazandığımız uğurlar və ya itirdiyimiz şansları bizim üçün bir o qədər də əlçatan deyil. Müdrik bir şəxsin dediyi kimi: “Arif insan hər gün yatarkən özünü və nəfsini imtahan etməlidir”. Bu gün Allah üçün nə etdim? Bu gün vətənim, dövlətim üçün nə etdim?  Artıq ilin sonuna yaxınlaşdığımız bu günlərdə sualı daha əhatəli səsləndirə bilərik: Bu il Allah üçün nə etdim, hansı əməlimlə cəhənnəmdən daha da uzaqlaşa bildim, hansı əməlim məni daha da cənnətə yaxınlaşdırdı? Bu il dövlətim üçün nə faydam oldu, onun dirçəlməsi, möhkəmlənməsi və səadəti uğrunda nə edə bildim? Artıq bu kimi sualları verərək özümüzü imtahan etməyin vaxtıdır. 

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - ÖVLADIN VALİDEYNLƏRİNƏ QARŞI VƏZİFƏLƏRİ

Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, bəzən həyatını  riskə ataraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir. Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata da gecə-gündüz usanmadan çalışar, övladının bir yeri ağrıyarsa ondan daha çox narahat olar; uşaqlarının rahatlığını özününkündən üstün tutar. Bəs övladın ata-anasına qarşı nə kimi vəzifələri vardır? 

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم
اَلَمْ يَأْنِ لِلَّذِينَ اٰمَنُوا اَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللّٰهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْاَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
 

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ

Yunus Əmrə həzrətləri buyurur:
Bir xəstəyə vardın isə, bir içim su verdin isə,
Yarın anda qarşı gələ, Haqq şərabın içmiş kimi.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - QƏLBLƏRİMİZ NƏ HALDADIR?

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”.(ər-Rad, 28) 
Aləmlərin Rəbbi olan Allaha şükürlər, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun. 

Ardını oxu...

 
 

Prof. Dr. Bilal KEMİKLİ - QURAN VƏ HƏDİS OLMADAN TÜRK ƏDƏBİYYATI OLMAZ.

İrfan: Bilal bəy, əvvəlcə jurnalımız adından sizə xoş gəlmisiniz deyirik. Ölkə prezidentinin qərarı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu və sizin Azərbaycanda olma məqsədiniz də məhz budur. Belə bir sualla başlayaq: Nəsimilər, Füzulilər, Mövlanalar, Yunus Əmrələr bizim dəyərimizdir, - deyirik. Nədir onların dəyəri, bizim üçün hansı dəyəri ifadə edirlər? 

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - UŞAQLARINIZIN XOŞBƏXTLİYİ SİZDƏN ASILIDIR!

Demək olar ki, hər birimiz  məşğuluq və kifayət qədər stresli həyat yaşayırıq. Bir valideyn olaraq isə sonsuz qayğılarımız var.  Bütün həyat şərtlərinin çətinliklərinə baxmayaraq üzərimizə düşən ən vacib işlərdən biri isə övladlarımıza qarşı sevgi göstərib, onlara vaxt ayırmaqdır. Son on ildə aparılan araşdırmalar da uşaqlıqdakı sevgi ilə gələcəkdəki sağlamlıq və xoşbəxtlik arasında önəmli bir əlaqənin olduğunu ortaya qoyur.

Ardını oxu...

 
 

Həzi ASLANOV - UĞUR NƏDİR?

“Uğur nədir?”, “necə əldə olunur?”, “nədə uğur qazanmaq mümkündür?”, “uğursuzluq nədir?” kimi suallar, yəqin ki, sizi də düşündürür.
Hər kəs dayanmadan uğurdan danışır, uğur əldə etməyin yolları haqqında kitablar oxuyur, treninqlərə qatılır. Hətta bu yolda müəyyən sertifikatlar belə alır. Sən də haqlı olaraq “uğur”un nə olduğu haqda düşünürsən, bununla zehnin məşğul olur. Elə deyilmi?

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - HƏQİQİ MÖMİNLƏR

Peyğəmbərimiz (s.ə.s) cənnətə zəmanət sayılacaq əməlləri bildirən hədislərindən birində: “Mənə on ayə endirildi. Kim o ayələrlə əməl edəcəyinə zəmanət verərsə, mən də ona cənnətə zəmanət verərəm” (Tirmizi, Təfsir 23), - buyurmuş, daha sonra  da bu  ayələri oxumuşdur:

Ardını oxu...

 
 

Elsevər CƏLİLOV - MÜSƏLMAN SƏYYAHLAR HACI ZEYNALABDİN ŞİRVANİ

 Hacı Zeynalabdin Şirvani səyyah və coğrafiyaşünas, tarixçi, etnoqraf və filosof olaraq tarixə adını yazdırmış məşhur elm xadimlərimizdəndir. Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı olarkən atası İskəndər bəy ailəsi ilə birgə Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür. Gələcək səyyahın atası buradakı mədrəsədə dərs deməyə başlayır. Elə o özü də ilk təhsilini bu mədrəsədə alır. 1796-cı ildə o, təhsilini başa vurmaq üçün Bağdad şəhərinə yollanır. Müqqəddəs şəhərə gələn din alimləri, səyyahlar, burada oxuduğu kitablar onda yeni bir həvəs formalaşdırır. Başqa ölkələrdən gələn adamların ölkələri haqda danışdıqları gənc oğlanda səyahət eşqini artırır; bu fikir onun həyat məqsədinə çevrilir. O heç tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.

Ardını oxu...

 
 

Adem ŞAHİN - QOCALAR EVİNİN “DƏLİQANLI”SI

Qocalar evində liftin yan tərəfində divardan yaşlı bir babanın fotoşəkli asılıb. Şəkildəki qoca gülümsəyir; altına da: “qocalar evimizin buaykı dəliqanlısı” yazılıb. 
Yaşlı adamın şəklinin düz üstündə böyük bir sıfır görünür; liftin ən alt mərtəbədə olduğunu bildirir. Uşaqlıq və yeniyetməlik illəri insanı yüksək xəyallarla uçurdar. Qocalıq isə insanı “sıfırıncı” mərtəbəyə çəkər. Sonra da “ayın dəliqanlısı” deyə elan verər və insanı gülünc vəziyyətə salar. Bəs sıfırdan sonra?..

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - İKİ QARDAŞ

İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər. Qardaşlardan biri evli idi. Üstəlk, ailəsi də böyük idi. O biri qardaş isə evlənməmişdi. Onlar hər gün axşama qədər əkində işləyir, yığdıqları taxılı yarı bölürdülər.
Bir gün subay qardaş öz-özünə:

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Qurani-Kərimdə neçə ayə var?
Cavab: Bilindiyi kimi, Quran cümlələrinə ayə deyilir. Qurani-Kərim ayələrinə nöqtə qoymaqla bağlı işlər gedərkən ayələrin müəyyən edilməsində cüzi də olsa bəzi fərqliliklər meydana gəlmişdir. Məsələn, bəzi alimlərin müstəqil bir ayə olaraq müəyyən etdiyi bir ibarə digər bəzi alimlər tərəfindən iki ayə kimi düşünülmüş və beləcə, möhtəvası dəyişməməklə bərabər, ayələrin sayında müəyyən fərqliliklər ortaya çıxmışdır. Belə olan təqdirdə, İslam alimləri tərəfindən ayələrin sayı 6000, 6204, 6214, 6219, 6226, 6236 və 6666 olmaqla müxtəlif saylar müəyyən edilmişdir. Bu gün çap edilən Quran kitablarındakı ayələrin sayı 6236 ayədir.   

Ardını oxu...