Yaradan insanı yoxdan var etdi. Dünya və nemətlərini ona bəxş edərək insanın genlərinə bir sıra üstün keyfiyyətlər, ali məziyyətlər və duyğular yerləşdirdi. Ona lütf etdiyi ən üstün hisslərdən biri də şəfqət və mərhəmət duyğusu oldu.
Mərhəmət – Allahın insanlara xoşbəxtlik qapısını aralamaq üçün bəxş etdiyi açarlardan biridir. Şübhəsiz ki, “Aləmlərə rəhmət olaraq” göndərilən Həzrət Muhammədin (s.ə.s) insanlara səadət yolunu göstərmək üçün 23 il boyunca ortaya qoyduğu peyğəmbərlik və təbliğ fəaliyyəti dövründə bu missiyasının əsas təzahürlərindən biri olaraq “mərhəmət” daim ön planda yer almışdır.
Tez-tez sosial şəbəkələrdə uşaq evləri və sığınacaqlar haqqında paylaşımlar görürdüm. Bu paylaşımlardan onların nə qədər çox ehtiyac sahibi olduğunu anladım.
Sənət: hiss, duyğu, gözəllik, dizayn və s. mənalarda istifadə olunan bütün üsullar və bu üsullar vasitəsilə ortaya qoyulan üstün yaradıcılıq əsəridir.
Bir illik ömrümüz olsaydı bu fani dünyada... Yanvar ayında doğulsaq, fevral ayında gəzməyə başlasaq, mart ayında danışsaq, aprel ayında məktəbə, may ayında universitetə getsək, iyun ayında hərbi xidmətə başlasaq və iyul ayında onu tamamlasaq, avqust ayında evlənsək, sentyabrda oğul-uşağa başımız qarışsa, oktyabr ayında təqaüdə çıxsaq, noyabr ayında nəvə-nəticə əzizləsək və nəhayət, dekabr ayında fani dünyaya gözlərimizi yumsaq... Belə olsaydı, ömür necə tez keçərdi, elə deyilmi?
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən düz yola yönəldirsən. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa hamısı Onundur”. (əş-Şura, 52-53).
بسم الله الرحمن الرحيم
~~4.58~
اِنَّ اللّٰهَ يَاْمُرُكُمْ اَنْ تُؤَدُّوا الْاَمَانَاتِ اِلٰى اَهْلِهَا وَاِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ اَنْ تَحْكُمُوا بِالْعَدْلِ اِنَّ اللّٰهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ اِنَّ اللّٰهَ كَانَ سَمِيعًا بَصِيرًا
“Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir”. (ən-Nisa
عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: الصَّلَوَاتُ الْخَمْسُ، وَالْجُمْعَةُ إِلَى الْجُمْعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ
Əbu Hüreyrədən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Böyük günahlardan uzaq durulsa, beş vaxt namaz ilə cümə bir sonrakı cüməyə qədər və ramazan digər ramazana qədər aralarında işlənən günahların bağışlanmasına vəsilədir". (Müslim, Təharət, 16)
Ramazan təqva məktəbi, bayram isə onun mənəvi şəhadətnaməsidir.
Hədisi-şərifdə buyurulduğu kimi, Ramazani-Şərifin əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm əzabından qurtuluşdur.
Ucqar bir dağ kəndi. Gecə vaxtı. Köhnə bir kənd evi. Hər kəs nəşəli, hər şey yolunda. Amma qəfildən işıqlar söndü. Bütün kənd, eləcə də ev tamamilə zülmətə qərq oldu.
İlk tanışlığımız 21 il əvvəl olmuşdu. 1998-ci ilin mart ayı idi. O günlərdə Ağdaşın Hacı Osman məscidində imamlıq edən rəhmətlik Əhməd baba 16 yaşlı bu gənci cümə xütbəsi oxumaq üçün minbərə çıxarmışdı.
Qəza və qədərə inanmaq iman əsaslarından altıncısıdır. Aləmdəki canlı-cansız hər varlığın, Günəşin, Ayın və ulduzların yoxdan yaradıldığını bilirik. Bütün bunların müəyyən bir nizam və ölçülər içərisində hərəkət etdiyini və dəyişdiyini, zamanı gəlincə də yox olduğunu görürük.
Münafiqlik hər zaman diqqət edilməli olan məqamlardandır. Çünki münafiqlər müsəlman cəmiyyəti üçün daim təhlükə mənbəyi olmuşlar. Qeyd edək ki, daxilən iman gətirməyib zahirdə özünü müsəlman kimi göstərən şəxsə münafiq deyilir.
Rəsulullahın (s.ə.s) Peyğəmbərlik vəzifəsi fərdi və mənəvi olduğu qədər sosial və maddi həyatında da mükəmməllik ölçülərini cəmiyyətə çatdırmaqdadır.
Bütün bədənimizin ümumi hərəkət mexanizminin mərkəzi sayılan beynimiz bizim üçün nə qədər önəmli bir orqandırsa, onun iş funksiyası haqqında ümumi məlumatlara sahib olmaq da ən azı özü qədər əhəmiyyətlidir.
İnsan oğlunun həyatında bir çox qayğılar yer alır. İşə gecikmək, imtahanı qazana bilməmək, işdə müvəffəq ola bilməmək və buna bənzər qayğılar həyatımıza qorxular qatmaqda və bu qayğılardan qaynaqlanan qorxu, stres, həyəcan və s. insan həyatına mənfi yöndən təsir etməkdədir.
“Sayılı günlər tez keçər” misalının ən gözəl nümunəsi mübarək Ramazan ayıdır. Sanki bir neçə gün əvvəl həm qəlbimizi, evimizi, həm də mətbəximizi Ramazan ayını qarşılamağa hazırlamaqla məşğul idik.
Uca Allah Qurani-Kərimdə özünü mərhəmətlilərin ən mərhəmətlisi kimi vəsf edir. Yenə bildirir ki, Onun mərhəməti bütün dünyanı əhatə edib. Mərhəmət və şəfqət İslam dininin özəyini təşkil edən xüsusiyyətlərdir.
Yasin surəsini eşidəndə yadıma yas məclisi düşür.
Cümə günləri də artıq Yasin surəsi kimi ölümü xatırlatmağa başladı. Sevdiklərim, ən çox sevdiklərim adətən cümə günləri axirətə köçür.
Latınca "kök", “təməl” mənasına gələn “radix” kəlməsindən əmələ gələn və həm mediada, həm də gündəlik həyatımızda tez-tez istifadə etməyə başladığımız radikalizm: ictimaiyyətdə illər boyunca kök salmış siyasi, dini, sosial dəyərlər sistemini fundamentalist üsullarla (təməldən) və yaxud inqilabi yollarla dəyişmək cəhdidir.
Uca dinimiz İslam fəqir, dul, kimsəsiz, borclu və yolda qalmışlara daima yardım etməyi əmr və təşviq etməkdədir. Bunun üçün də zəkatı, fitrəni və qurban kəsməyi vacib əməllərdən qəbul etmişdir.
Sual: Pis söz demək dəstəmazı pozarmı?
Cavab: Pis və nalayiq sözlər sərf etmək İslam əxlaqına zidd olan çirkin bir hərəkətdir.