Home Arxiv 2017 № 123 Fevral

№ 123 Fevral

Nurlan MƏMMƏDZADƏ- ƏDƏB YA HU!

Vaxtilə Anadolu dərgahlarının giriş qapısında xəttatlar tərəfindən yazılan, çərçivəsi təzhiblərlə bəzədilmiş bir lövhə qarşılayardı gələnləri: “ƏDƏB YA HU!” Hələ dərgaha girmədən, bu mübarək məkanın havasını tənəffüs etmədən gözə xitab edən bu sirli söz nəfsi təzkiyə və qəlbi təsfiyə yolunda uzun məsafələr qət etmək üçün ilk addımın sağlam zəmin üzərinə atılmalı olduğunu təlqin edirdi gələnlərə. Əgər insan bu yolda zirvələrə yüksəlmək istəyirsə, öncə nəfsini ayaqlar altına alaraq, əvvəlcə ədəb pilləsinə qədəm basmalıdır.

Ardını oxu...

 

Rüfət ŞİRİNOV- Hz. PEYĞƏMBƏRDƏN ƏXLAQ ÖLÇÜLƏRİ

Hz. Peyğəmbər (s.ə.s) yaşadığı cəmiyyətin əxlaq baxımından çöküş dövründə dünyaya gəlmişdi. Sözügedən dövrdə insan haqq-hüquqlarına riayət edilmir, insanlar mənfəət qarşılığında alınıb-satılır, ana və bacılarla rahatlıqla evlənilir, qız uşaqları üz qarası kimi görülür, diri-diri torpağa basdırılır və

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV- Mömin Əxlaqı

Mömin qul Allahın dininin, yəni insanlar üçün qoymuş olduğu ilahi qanunun təmsilçisidir. Bu səbəblə də bir müsəlman öhdəsinə götürdüyü belə məsuliyyətli bir vəzifəni layiqincə təmsil etməlidir. Hər müsəlman yaşadığı cəmiyyətdə ən savadlı,

Ardını oxu...

 
 

Əziz SULTANOV- “Siz bilərsiniz...”

İstanbulun Üsküdar səmtində 95 yaşlarında nurani, gülərüz, ağsaqqal bir hafiz baba var. Bir İstanbul səfərində onunla həmsöhbət olduq, bir o mübarək simaya baxdım, bir də sinəmdə daşıdığım qatı qəlbimin sərt cizgilərinin formalaşdırdığı özümə. Ah, dedim, ilahi eşqin insanın zahirinə bəxş etdiyi gözəlliklər bu qədər möhtəşəmdirsə, onun daxilə olan təsiri necə olar? O gözəl insan mərhum Mahmud Sami Ramazanoğlu əfəndinin tələbələrindən biri olduğu üçün oradakı gənclərdən biri onun ustadı ilə necə tanış olduğunu soruşmuşdu. O da təbəssüm edərək anlatmağa başladı:

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV- NİYYƏT

Niyyət bir işi hansı məqsədlə etməyi ürəkdən keçirməkdir. Hər hansı bir iş ya ürəkdə, ya dildə ya da digər orqanlarda gerçəkləşir. Ürəyimizlə etdiyimiz işlər niyyət  və düşüncələrimizdir. Dilimizlə etdiyimiz işlər danışıqlarımızdır. Orqanlarla etdiyimiz işlər hərəkət və davranışlarımızdır. Sözlərimiz və hərəkətlərimiz niyyətə bağlı olduğu üçün yaxşı niyyət bəzən başlı-başına bir ibadət sayılır. “Əməllər  niyyətə görə dəyər qazanır” hədisi çox vaxt orqanlarımızla etdiyimiz işləri əhatə edir.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV- Mələklərə İman

Mələklər nurdan yaradılan pak varlıqlardır. Haqq-Təala tərəfindən özlərinə verilən hər cür işi yerinə yetirməyə müqtədir olan mələklər onun mükərrəm qulları, şərəfli və müqəddəs varlıqlarıdır.  Qurani-Kərimdə belə buyurulur:

Ardını oxu...

 
 

Fuad QULİYEV- Kimdir, hikmət sahibi?

Həyatın nə şəkər kimi ləzzətinə, nə də bibər kimi acısına aldanar...

Onun üçün həyatın hər anı içərisində kəşf edilməyi gözləyən bir xəzinə gizləyər.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV- ÖVLADA VERİLƏN ƏN YAXŞI MİRAS; TƏRBİYƏ

Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Doğulan hər bir uşaq İslam fitrəti üzrə doğular. Lakin valideynləri onu yəhudi, xristian və ya məcusi olaraq böyüdər”. (Buxari, Təfsir, 2)

Buna görə də uşaqların ilk tərbiyəçisi olan ata və analar Allah-Təalanın İslam fitrəti üzrə onlara bəxş etdiyi övladına ən gözəl tərbiyəni verməklə, ilk növbədə də əqidəsini təlim və təlqin etməklə vəzifəlidir. Bu vəzifələri səbəbi ilə də Haqq-Təalaya qarşı xüsusi bir məsuliyyət daşıyırlar.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV- Elm və Dua

Ölümlə pəncələşən körpəsinə baxmaqdan bağrı parçalanan ana qəfildən evin bir küncünə çəkilib, göz yaşları içində ürəyindən gələn səmimi duyğularla əl açıb Uca Yaradana yalvarır: “Allahım, övladı verən Sənsən, alan da Sən. Amma bir ana kimi günlərdən bəri bu körpənin yaşadığı acılara, ağrılara baxmağa taqətim qalmayıb. Nə edirsənsə, xeyirlisindən elə, Allahım! Alsan da, almasan da, Sən bilən məsləhətdir. Amma mən daha bu mənzərəyə baxa bilmirəm. Ya mənə dözüm ver, səbir ver, ya bu körpəyə şəfa nəsib elə!..” Bu bir ana duası idi. Günlərdən bəri xəstə yatan körpəsinin çırpınışlarına, qıvrılmasına dözə bilməyən ana Uca Yaradana əl açıb beləcə yalvarırdı. Bu duanın boşa getdiyini, nəticəsiz qaldığını əsla düşünməyin.

Ardını oxu...

 
 

Salih Zeki MERİÇ- Qəlbimiz Allah Dedikcə...

Dildən qəlbə, qəlbdən könülə düşən, insanı saran və sardıqca da mənəvi həzz verən ilahi bir duyğudur, zikr. Qəlbimizə dirilik verər. İçimizi hüzurla doldurar. Könül iqlimimizi sanki bir gül bağçasına çevirər. Mənəvi dünyamızı emar edər, dirçəldər. İşığı sönən dünyamıza işıq, ziyası gedən gözlərimizə nur olar. Qəlbimizdə yanan bir çıraq kimidir, zikr. Bu çırağa nöyüt töksək, eşq ilə Allah deyərik, ömür boyu bu dünyamızı, sonra da axirətimizi aydınlatmış olarıq.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU- SƏADƏTİN İZİNDƏ

 

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

“Peyğəmbərlər Allahın hidayət etdiyi kimsələrdir. Sən də onların yoluna uy!” (əl-Ənam, 90)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu, hidayət günəşi Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Ələddin SULTANOV- BİR AYƏ

 

اَلَّذ۪ينَ يَذْكُرُونَ اللهَ قِيَامًا وَقُعُودًا وَعَلٰى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ ف۪ي خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِۚ رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًاۚ سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmadın! Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!”

(Ali İmran surəsi, 191)

Ardını oxu...

 
 

Səfa MURADOV- BİR HƏDİS

 

عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {إِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَإِنَّ الرَّجُلَ لَيَصْدُقُ حَتَّى يَكُونَ صِدِّيقًا. وَإِنَّ الكَذِبَ يَهْدِي إِلَى الفُجُورِ، وَإِنَّ الفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَإِنَّ الرَّجُلَ لَيَكْذِبُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا}

Abdullah ibn Məsuddan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Şübhə yoxdur ki, doğruluq insanı yaxşılıqlara yönləndirər. Yaxşılıqlar da insanı cənnətə aparar. Bir şəxs doğru danışa-danışa Allah qatında (əməlində və sözündə) doğrulardan yazılar. Yalançılıq isə insanı pisliklərə sürükləyər. Pisliklər də yalançını cəhənnəmə aparar. Bir şəxs o qədər yalan danışar ki, nəticədə danışdığı yalanlarla Allah qatında çox yalan danışanlardan yazılar”. (Buxari, Ədəb, 68; Müslim, Birr, 29)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ- HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s -1-

 

Mövlana həzrətləri buyurur:

Əksər insan bədəninin ölümündən qorxar. Ən qorxulu olansa qəlblərin ölümüdür”.

Ardını oxu...

 
 

Rəşad MANAFOV- SÜNNƏNİ MEYDANA GƏTİRƏN ÜNSÜRLƏR

Həyatımızın formalaşmasında istifadə etdiyimiz sözlər, əzbərlədiyimiz anlayışlar çox əhəmiyyətli funksiyaya malikdir. Mövzunu məfhumlar və nümunələrlə açmaq istəyirəm. Hədis ədəbiyyatında sünnə deyiləndə Peyğəmbərimizin (s.ə.s) hərəkətləri (etmiş olduqları), sözləri (söyləmiş olduqları) və təsdiqləməsi (gördüyü şeyləri qəbul etməsi) olaraq başa düşülür.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV- Həyatın “Xəyal” Paradiqması

Bu gün xüsusilə gənclərin ayrılmaz vərdişinə çevrilən mobil və ya internet oyunlarında şüuraltı mesajların verilməsi haqqında çox eşitmişik. Bəzi oyunlar asosiallıq, depressiya kimi psixoloji pozuntulara səbəb olduğu kimi, bəziləri də kin, nifrət, qəzəb və öldürmə kimi mənfi, qeyri-əxlaqi davranışları təbliğ edir.

Ardını oxu...

 
 

Adem ŞAHİN- SİQARET ÇƏKƏN ASLAN

Bişkekin tam mərkəzində türk iş adamları tərəfindən qurulmuş olan Lion adlı ayaqqabı mağazası var. Lion aslan deməkdir. Nə qırğız türkcəsində, nə Türkiyə türkcəsində, nə də ruscada var olan bir kəlmədir. Qırğızıstanda türk vətəndaşları açmış olduqları mağazaya “qərb” dillərində ad qoyurlar. Bu nə məsələdir? İş adamları gördükləri işi açıqlamadan əvvəl niyə ingiliscə olan “lion” adını qoyduqlarını açıqlamalıdır.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV- ÜÇDƏBİRİ KİFAYƏT EDƏR

          Ailə planlamasını gündəm edib dünya siyasəti halına gətirən super güclərin ən mühüm iddiaları dünya əhalisinin çoxalmasını önə sürərək yeraltı və yerüstü təbii sərvətlərin bu qədər kütləyə kifayət etməyəcəyi ilə bağlıdır. Bir əsrə yaxındır ki,

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV- Zərərli Vərdişlər “Siqaret Öldürür”

Sosial şəbəkədə olan yoldaşlarımdan birinin başına gələn bir hadisəni sizlərə nəql etmək istəyirəm:

“Gecə iş çıxışı metronun son qatarından düşüb evə gedirdim. Çıxışda qələbəlik var idi. O qədər adamın arasından 10-12 yaşlarında, sarışın, səliqəli geyinmiş bir uşaq (qətiyyən dilənçiyə oxşamırdı) yaxınlaşdı və dedi:

Ardını oxu...

 
 

Səlahəddin MEHDİYEV- Saatlar

 Saatlar

İşimiz, diləklərimiz, ümidlərimiz, xəyallarımız ya da qorxularımız nə olursa-olsun, zaman daim keçəcəkdir:  bizimlə ya da bizsiz... İstər girməkdən qorxduğumuz çətin bir imtahan, istər önəmli bir müsahibə, yaxud bir ad günü olsun, başladığı və  sona çatdığı bir an mütləq olacaqdır.

Ardını oxu...

 
 

Ülvi MƏMMƏDOV- HƏYAT DƏFTƏRİNDƏN

ONU ÇOX SEVİRDİM

Qəbiristanlıqdakı dəfn mərasimi qurtarmaq üzrə idi.

Ardını oxu...

 
 

Anar QURBANOV- Sual-Cavab

Sual: Tualet və hamamın bir yerdə olduğu bölmələrdə dəstəmaz almaq və orada dəstəmaz dualarını oxumaq olarmı?

Ardını oxu...