Zamanlardan Əsri-Səadət dediyimiz insanlığın qızıl dövrü…
Məkan Allah Rəsulunun mübarək şəhəri, İslamın qəlbi Mədineyi-Münəvvərə…
İnfaq - zəkatı, sədəqəni və xeyirli yollara istifadə edilən hər bir yardımı əhatə edən dini bir ifadədir; İslamın varlığı ilə başlamış, islam cəmiyyətinin başlanğıcından bu yana mövcud olan sosial bir prinsipdir.
Uca Allah insanlara bir lütf olaraq, daha çox savab qazanmaları üçün bir çox mübarək gün və gecələr müəyyən etmişdir.
Hicri təqvimi on iki aydan ibarətdir. İslam dininə görə bu aylardan bəziləri özünəməxsusmüxtəlif ibadət və gecələrinə görə digərlərindən fərqlənir. Bu fərqlilik ona lazımi dəyər verilib münasib şəkildə ehya edildiyi zaman dəyər kəsb edir.
Səhabələrdən Übey bin Kab bir gün peyğəmbərimizdən soruşdu:
“-Ya Rəsulallah! Mən sənə çox salavat gətirirəm. Görəsən, bunu nə qədər etməliyəm?”
Lüğətdə “doğulan yer və zaman” mənasında olan Mövlüd (cəm forması: məvalid) İslamda Hz. Peyğəmbərin (s.ə.s) dünyaya gəldiyi gün və bu günün ildönümü münasibəti ilə keçirilən mərasimlərə verilən addır.
Əbdürrəhman bin Əvf(r.a) böyükdən-kiçiyə əshabi-kiramın Rəsulullah məhəbbəti ilə yoğrulduğunu göstərən bu ibrətamiz hadisəni belə nəql edir:
İrfan jurnalının builki hədiyyəsi: Riyazus-Salihin
Ramiz Məmmədov - 1978-ci ildə Ağdam rayonunda anadan olub. 1996-cı ildə Şəkidə hafizlik mədrəsəsini bitirib. Sonra, 2003-cü ildə Türkiyədə Mərmərə universiteti ilahiyat fakültəsini, 2006-cı ildə isə həmin universitetdə Quran təfsiri üzrə magistraturanı bitirib. 2004-cü ildən etibarən İsmayıllıda “Hafizlik mədrəsəsi”nin, sonra “Niyal kursları”nın müdiri işləyib. Hal-hazırda İpəkyolu Nəşriyyatının direktoru vəzifəsini icra edir.
İlahi dəvəti bütün bəşəriyyətə çatdıra bilmə eşqi, Rəsuli-Əkrəmə (s.ə.s) dərin bir həyəcan verirdi. Könüllərini bu dəvətə qarşı bağlayanlara acıyaraq, təəssüflə baxırdı. “Bunlar bilmirlər, bilmədikləri üçün bu cür davranırlar. Mən onlara bilmədikləri həqiqəti anlatmalıyam” deyə düşünür və özünə əziyyət verərcəsinə cəhd edirdi.
Xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Bu haqda müxtəlif fikirlər və rəylər olsa da, onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır. Elə isə gəlin görək əsl xöşbəxtlik nədir?
بسم الله الرحمن الرحيم
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ
“Biz səmanı(qüdrət)əllərimizlə yaratdıq və həqiqətən, Biz (onu)genişləndiririk”.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: حَقُّ المُسْلِمِ عَلَى المُسْلِمِ خَمْسٌ: رَدُّ السَّلاَمِ، وَعِيَادَةُ المَرِيضِ، وَاتِّبَاعُ الجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيتُ العَاطِسِ
Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
Şeyx Sədi həzrətləri buyurur:
“Dostlar çətin zamanda işə yarayar. Əsl dostluq o zaman bəlli olar. Yoxsa süfrə başında düşmənlər də dost görsənirlər”.
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“(Rəsulum!) Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik”. (əl-Ənbiya/107)
HƏYAT:
Allah həyat sahibidir və bu xüsusiyyəti öz şəxsiylə davam etməkdədir. Əsmai-Hüsnadakı məşhur ifadə ilə:“əl-Hayy”dır. Yəni diri, davamlı və mütləq həyat sahibidir.
Neft ixrac edən Qazaxıstan 2015-ci ildə neftin 120 dollardan 30 dolların altına düşməsi ilə büdcə kəsiri verməyə başlamış, 1 Amerika dolları 180 təngə ikən, 400 təngə çıxıbzirvəyə çatandansonra 370-ə düşmüşdü...
Rəsulullah ( s.ə.s ) belə buyurmuşdur: “Mömin adama bir ağrı, bir yorğunluq, bir xəstəlik, bir kədər, hətta kiçik bir dərd isabət edəcək olsa , Allah onun səbəbiylə möminin günahından bir qismini məğrifət buyurar”.[1]
QƏDƏR SİRRİ
Qədər iman əsaslarımızdan biridir. Rəbbimizin elm və qüdrətinin sonsuzluq məhsulu olan qədər sirrini ağılla idrak və izah edə bilmərik. Bu xüsusda insanın acizlik və heçliyini dərk edib təslimiyyətin sükutuna dalaraq imanın hüzuruna qovuşması şərtdir.
Doğumdan qabaq başlayan həyat macərası, doğumla birlikdə sürətli bir şəkildə davam edir. Bu mənada erkən uşaqlıq dövrünün nə qədər əhəmiyyətli olduğu aşkardır. Eynilə “Ağac yaş ikən əyilər” atalar sözündə verilmək istənən mesaj budur.
88 nömrəli avtobusa girən kimi bir-birimizi o dəqiqə tanıdıq. F. müəllimə universitetdə orta əsrlər tarixindən dərs demişdi mənə. “Salam, ay oğul,” – elə otura-otura üzümdən öpdü...
On ildən çoxuydu univeristeti bitirdiyim. Biləndə ki, diplom alandan bu yana özəl universitetlərin birində dərs deyirəm, üstəlik, müdafiə də eləmişəm, dedi ki, ay oğul, biləsən tələbələrim işləyəndə necə sevinirəm, sevinirəm ki, işsiz deyillər, özlərini dolandırırlar.
Bu bir həqiqətdir ki, insan ictimai varlıqdır, cəmiyyətlə birgə yaşamaq məcburiyyətindədir vəhəyatını davam etdirmək üçün cəmiyyətin əxlaqi-dəyərlərinə, qayda-qanunlarına riayət etmək məcburiyyətindədir.
İntihar edən kimsənin cənazə namazı qılınarmı?
Cavab: İslam alimləri intiharın böyük günah olduğu və intihar edənin dindən çıxmadığı məsələsində həmfikir olmuşlar. Bu səbəbdən intihar edənin cənazəsinin digər cənazələr kimi yuyulub, müsəlmanların qəbiristanlığına dəfn edildiyi məsələsində də həmfikir olmuşlar.