Home Arxiv 2016 № 112 Mart

№ 112 Mart

Nurlan MƏMMƏDZADƏ-QONŞULARIMIZ BİZDƏN RAZIDIRMİ?

Dinimizə görə qarşımıza fərdi məsuliyyətlərimizlə yanaşı cəmiyyətə qarşı riayət etməli olduğumuz bir sıra tələblər qoyulmuşdur. Allah qatında və insanların nəzərində gözəl və rəğbət görən insan olmaq istəyiriksə, bu tələbləri yerinə yetirməliyik. İslam dini fərdləri sosial münasibətlərə xüsusi diqqət yetirərək cəmiyyət planında asayişin bərqərar olmasına səsləyir. Bu mənada qonşuluq haqlarına da xüsusi diqqət yetirərək insanlıq və imanda kamillik zirvəsinə yüksəlmək istəyənlərin məhz bu mərhələni də layiqli şəkildə keçmələri şərtdir. Əsri-səadət illərində bir gün Həzrət Ömərin yanında bir nəfəri tərifləyirlər. Möminlərin əmiri tərifləyəndən soruşur: “Onunla qonşu oldunmu, səfərə çıxdınmı, alver etdinmi?”. Bu sualların üçünə də “yox” cavabı alandan sonra belə buyurur: “Elə isə onu tərifləməyin, çünki siz onu lazımi şəkildə tanımırsınız”. Deməli, bir insanın əsl kimliyi bəşəri münasibətlərin daha çox ön planda olduğu, sevincli və kədərli anlarınınmüşahidə edildiyi, məhrumiyyət və ya imkan sahibi olduğu zamanlarda tanınır. Kənardan baxanda hər hansı bir adamın namazını mükəmməl qılması və ya ağız dolusu verdiyi nəsihətlər, etdiyi söhbətlər bizi aldatmamalıdır.

Ardını oxu...

 

Əziz SULTANOV-QONŞU "QONŞU" OLSA...

Rəvayətə görə, Əbu Dücanə həzrətləri bir neçə gün idi ki, sübh namazını qılan kimi, tez qalxıb gedirdi. Halbuki, peyğəmbərimiz (s.ə.s) onlara günəş çıxana kimi söhbət edər, onlar da səhərin bu gözəl mənəvi ab-havasından istifadə etmək üçün bir-biri ilə yarışardılar. Peyğəmbər aşiqi bu səhabənin hərəkəti, ümmətinə düşkün olan, onların bütün dərdləri ilə bir-bir maraqlanıb çarə tapmağı adət halına gətirən rəhmət peyğəmbərinin diqqətini çəkmişdi. Odur ki, bir gün Əbu Dücanəni hüzuruna çağırıb bu hərəkətinin, niyə sübh namazından sonra tələsik məscidi tərk etməyinin səbəbini soruşdu. Ən kamil müəllimin ən püxtələşmiş tələbələrindən biri olan Əbu Dücanə belə cavab verdi:

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV-Cənnətin yolu qonşuluqdan keçir

Günümüzdə, insanların maddi (var-dövlət, texnologiya, lüks həyat) inkişafa meyl salması  bəzi mənəvi münasibətlərimizə ciddi mənada zərər vurmuşdur. Bu zərərdən nəsibini alan münasibətlərdən biri də - dinimizin və adət-ənənəmizin ən çox dəyər verdiyi - qonşuluq münasibətləridir. İnsanların həm fiziki, həm də psixoloji cəhətdən sağlam formada yaşaya bilməsi üçün ictimai münasibətlərə ehtiyacı var. Qonşuluq, yaşadığımız yerin mədəniyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir. 

Ardını oxu...

 
 

Saleh Şirinov-QONŞU BELƏ OLAR...

“Ev alma, qonşu al” deyə bir məsəl var. Bunun üçün də hər müsəlmanın yaxşı qonşular arasında ev axtarması lazımdır. Sevimli Peyğəmbərimiz (s.ə.s) də, “Ev satın almadan əvvəl qonşuların necə olduqlarını araşdırın! Yola çıxmadan əvvəl yol yoldaşınızı seçin!” (Şiratul-İslam) buyurmuşdur.

Dünyada ən qiymətli şeylərdən biri də müsəlman olub Allah-Təalanın və məxluqatın haqlarını bilən və buna diqqət edən qonşudur. Yenə hədisi-şəriflərin birində: “Allah-Təala saleh bir müsəlmanın hörmətinə qonşularından minlərlə bəlanı, fəlakəti uzaqlaşdırar”, - deyə buyurulur. Bir hədisdə isə: “Özünün yaxşı, yoxsa pis biri olduğunu anlamaq istəyən biri, saleh, xalis olan qonşularının onun haqqında nə dediklərini öyrənsin. “Yaxşı biridir” deyirlərsə, Allah-Təalanın yanında yaxşı olduğunu anlasın”, -  buyurulur.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV-Allah və Rəsulunun ƏMANƏTİ

Bir çoxumuz Allah Rəsulunun (s.ə.s) müqəddəs əmanətlərindən xəbərdarıq. Ayaqqabısı, saqqalı-şərifi, qılıncı, qalxanı və s. Bunları görməyi, əlimizlə toxunmağı çox istəyirik. Hətta qorumaq üçün bizə versəydilər, göz bəbəyimiz kimi mühafizə edərdik. Bunların cansız bir əşya olduğunu bildiyimiz və bizə bu əmanətlərə sahib çıxmağı vəsiyyət etmədiyi halda, yenə də Rəsulullahdan (s.ə.s) bizə qalan müqəddəs əmanət olduğu üçün hörmət və izzət göstəririk.

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV-XƏYANƏT (31 Mart Soyqırımı)

Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə “Erməni kartı”nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri S. Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLLİ-Narahat Etmə!

  Ailəmizdən sonra ən yaxın ictimai çevrəmizi qonşularımız meydana gətirir. Onlarla bütün həyatımız boyu yanaşı yaşayırıq. Yeri gələndə böyük olsun, kiçik olsun hər hansı ehtiyacımız üçün qonşularımızın yanına qaçırıq. Həyatımızın acı və şirin xatirələrini onlarla paylaşırıq. Bu səbəblərə görə dinimiz qonşuluq əlaqələrinə son dərəcə əhəmiyyət vermişdir. Qurani-Kərimdə Allaha imanı əmr edən və şirki qadağan edən ifadələrin dərhal ardından ata-ana və qohumlarla yanaşı, yaxın və uzaq qonşuya da yaxşılıq etmək əmr edilməkdədir.[1]

Ardını oxu...

 
 

MÜSAHİBƏ-İttifaq baba

“Bismillah”la keçən ömür...

-İttifaq baba ilə müsahibə-

İrfan: Özünüzü təqdim edərdiniz, zəhmət olmasa.

İttifaq baba: Anadan olma tarixim dəqiq bilinməsə də, təxminən 1936-cı ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlmişəm. Sovetlər dövrünə - məscidsiz, “bismillahsız” dövrə rast gəldik. Sağını-solunu tanımayan bir həyat idi.

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV-İNSANIN YARADILIŞ MÖCÜZƏSİ

Qurani-Kərimdə müsbət elmlə bağlı bir çox ayə mövcuddur. Quranın əsl qayəsi tövhid inancını insanların qəlbinə yerləşdirməkdir. Müsbət elmlərə işıq tutacaq ayələr də buna xidmət edir.

            İnsanın yaradılışı zamanı rüşeymin inkişafı barəsində Quranda verilən məlumatlar heyrətamizdir. İlk insanın atasız olaraq torpaqdan yaradıldığı ayələrdə belə açıqlanır:

Ardını oxu...

 
 

Fuad QULİYEV-Doğru ol!Doğru yol!

Doğru olmaq! Doğru yolda olmaq...

Sözü ilə, duruşu ilə, yaşamı ilə, əqidəsi ilə,  bir sözlə, hər bir cəhəti ilə doğru olmaq…

Bəlkə də, həyatda ən çətin vəzifəmiz… O  vəzifə ki, insan olmağın keyfiyyət göstəricisi…Var olduğu halda insani keyfiyyətlərin də var olduğunu göstərən əlamət və ölçü...

Ardını oxu...

 
 

Ələddin SULTANOV-Bir Ayə

 

بسم الله الرحمن الرحيم

اَلَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُمْ مِنْهُ تُوقِدُونَ

“Sizin üçün yaşıl ağacdan atəş yaradan Odur.Beləcə, siz də ondan od qalayırsınız”.[1]

Ardını oxu...

 
 

Səfa MURADOV-Bir Hədis

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا زَالَ يُوصِينِي جِبْرِيلُ بِالْجَارِ، حَتَّى ظَنَنْتُ أَنَّهُ سَيُوَرِّثُهُ»

            Hz. Aişədən (r. anha) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəbrayıl mənə qonşuluq haqqında o qədər nəsihət etdi ki, qonşunun qonşuya varis olacağını zənn etdim”. (Buxari, Ədəb, 28; Əbu Davud, Ədəb, 131)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ-Cənnəti Satın Almaq

Allah-Təala biz aciz bəndələrini yoxdan var edərək varlıqlar arasında insan, insanlar arasında əhli-iman, əhli-iman arasında da Rəsuli-Əkrəm r -ə ümmət etdi. Heç bir qarşılıq ödəmədiyimiz halda tamamilə ilahi lütflə bu əzəmətli nemətlərə nail olduq.

Bəli, dünyaya heç bir qarşılıq ödəmədən gəldik. Lakin axirətə qarşılıq ödəyərək gedəcəyik. Çünki Haqq-Təala saysız-hesabsız nemətləri müqabilində bizdən şükür etməyimizi istəyir. Ayeyi-kərimələrdə belə buyurulur:

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU-Qəlbləri təslimiyyətə dəvət edən İlahi bəyan

Uca Allah Qurani-Kərimdə belə buyurur:

            “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (əl-Həşr 18)

            Aləmlərin Rəbbi olan Allah-Təalaya şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz.Muhammədə salətu-salam olsun!

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV-Allahın Zati Sifətləri

ALLAHIN SİFƏTLƏRİ

Allaha iman etmək - Onun zatı haqqında vacib olan kəmal sifətləri ilə Ona aid edilən və haqqında caiz olan sifətləri bilib inanmaq, Allahın zatını bütün nöqsanlıqlardan təmiz tutmaqdır. Allahın sifətlərindən məqsəd, Ona aid edilən xüsusiyyət və vəsflərdir. Allah (c.c) şəninə layiq olan bütün kəmal sifətləri ilə vəsf olunur. Allahın sifətləri əzəli və əbədidir. Allahın sifətləri başqa varlıqların sifətlərinə bənzəməz. Biz Allahın zatını və mahiyyətini idrak edə bilmədiyimiz üçün Onu isim və sifətləriilə açıqlayırıq. Busifətləri zati və sübuti olmaq üzrə iki qisimdə incələməyə çalışacağıq.

Ardını oxu...

 
 

Adem ŞAHİN-Ağlayan Dəniz ARAL

Qazaxıstanın Qızılorda vilayətindən keçən Almata-Moskva qatarındayıq. Qızılordanın Aral qəsəbəsinə toya gedirik.   Gediş-gəliş 33 saat çəkir. Qatarla yola çıxmaqda birinci məqsədimiz Aral dənizini görməkdir; toy isə yola çıxmaq üçün bir səbəb oldu.

Kupe deyilən dörd nəfərlik otaqda iki müəllim, yaşlı bir rus cütlük ilə gedirik. Qoca cütlük “ununu ələyib, ələyini asmış” kimi görünür, bir-birilə demək olar ki, heç nə danışmırlar. Elədikləri tək iş yemək və içməkdir. Bir neçə kəlməlik də soyuq və hissiyyatsız cümlələr qururlar. Qocalanda sağlamlıq və güc-qüvvət kimi, sözlər və cümlələr də solur, demək ki...

Ardını oxu...

 
 

İlham SOVQATOV-Mənfəətə Qurban Verilən Din

Maraqların toqquşduğu indiki zamanda bəzilərimiz kimlərinsə hədəfinə qurban gedirik. Fərqi yoxdur, bu hədəf istər yaxşı olsun, istərsə də pis... Qurban verilənin mahiyyəti və ya qurban gedənin şəxsiyyəti əhəmiyyət kəsb etmir. Əsas odur ki, qurban verilsin və hədəfə çatılsın. Hədəflər müxtəlif ola bilər:maddi maraq, mənfəət, yüksək məqam, hakimiyyəti ələ keçirmək və s. Bu və bunun kimi hədəflərə çatmaq üçün müəyyən qurbanların verilməsi qaçınılmazdır. Yazımızda hədəfləri əsas almasaq da, qurban verilən və qurban gedənlərdən qısaca bəhs etmək istərdik. Çünki maddi maraqların və siyasi mübarizələrin nəticəsində dünyada milyonlarla insan zərər çəkir. Bunun nəticəsində çoxlu insanlar həlak olur və yaxud yaxınlarını itirirlər. Burada acınacaqlı olan da, hədəflərə qurban gedənlərin insan olmasıdır. Bu, tarix boyu belə olmuşdur, hal-hazırda da bu belədir; bundan sonra da, çox ehtimal ki, belə olacaqdır.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV-Bağlan(ma)

İnsan yaradılış etibarilə ona həzz verən əşyalara, maddələrə və duyğulara daha çox meyillidir. Dadına valeh olduğu təamları daha çox dadar, özünü rahat hiss etdiyi yerləri daha çox ziyarət edər, müsbət enerji aldığı insanların yanında daha çox vaxt keçirər və s. İnsanlar sevdiklərinin deyil, xoşladıqlarının aludəçisi olarlar. Adətən sevdikləri onu doğruya, xoşladıqları isə fəlakətə sürükləyər. Bir şeyi xoşlamaq onu tamamilə sevmək deyildir, amma bir şeyi sevmək onu müvəqqəti olsa da xoşlamaqdır. Xoşlamaqda fərdilik, sevməkdə isə ümumilik vardır. Belə demək mümkündürsə, insan öz valideynlərini sevdiyi üçün xoşlayar, həyat yoldaşını isə xoşladığı üçün sevdiyini zənn edər. Sevginin təməli ehtiyacdan, xoşlanmağın təməli isə ehtirasdanqurulub. Bəlkədə, bu dünyada xoşbəxt yaşamaq üçün  ən başlıca vəzifələrimizdən biri nələri sevdiyimizi və nələrdən xoşlandığımızı ayırd etməyi bacarmağımızdır.Çünki biz bunu edə bilməsək, həyatımızda nələrin əhəmiyyətli, nələrin əhəmiyyətsiz olduğunu təyin edə bilməyəcəyik.

Ardını oxu...

 
 

İsmayıl Vəliyev- Uğurlu olmaq üçün mütləq BOŞANMALISINIZ

Başlıq heç kimin xoşuna gəlmədi, bilirəm...Ürəyindən belə istəklər keçən, zehnində belə planlarıolanlar xaric... Bu mənim, dünyanın №1Pik Performans Koçu (Coach) Tony Robbinsdən öyrəndiyim və həyatıma tədbiq etməkdə ən çox çətinlik çəkdiyim metodlardan biridir.

Qarşınıza qoymuş olduğunuz hədəfə çatmaq üçün ən ideal strategiyanı hazırlamış, bütün məlumatları toplamış ola bilərsiniz, amma boşanmamısınızsa, bütün bunlara baxmayaraq yenə də uğursuz olacaqsınız;bu, çox önəmlidir. Boşanmamaq o deməkdir ki, ayaqlarınızı irəlilətmək istəyərkən güclü bir qüvvə daim geriyə doğru çəkəcək və siz normalda ola biləcək sürətinizdən daha az bir vaxtda irəliləyəcək və hədəfinizə o ləngimə ilə yaxınlaşacaqsınız.

Ardını oxu...

 
 

Alpay ƏHMƏD-Regional qarşıdurmanın perspektivləri

Düzü, iki il əvvəl Suriyada vətəndaş müharibəsinin qızğın getdiyi dövrdə belə, Rusiya-Türkiyə və ya Rusiya və Səudiyyə Ərəbistanı, eləcə də digər körfəz ölkələri arasında münasibətlərin bu səviyyədə kəskinləşə biləcəyini təsəvvür etmək ən azından çətin idi. Keçən ilin noyabrında Rusiya qırıcısının Türkiyə hava sahəsində vurulması, bu ilin yanvar ayında SU 39 rus hərbi təyyarəsinin növbəti dəfə bu ölkənin hava sərhədlərini pozması, ən əsası, Türkiyənin sərhədləri yaxınlığında Rusiyanın dəstək göstərdiyi PYD-nin Bəşər Əsəd qüvvələri ilə bir yerdə müxaliflər üzərində strateji qələbələr əldə etməsi və Hələb şəhərini hökumət qüvvələrinin tam ələ keçirməsi perspektivi  regionda geosiyasi durumu bəlli olduğu kimi, daha da qəliz hala gətirmişdir.

Ardını oxu...

 
 

Anar QURBANOV-Sual Cavab

Zəkat vermək istəyirəm. Amma bilirəm ki, verdiyim adam o pulu banka verəcək, kreditini örtəcək. Zəkatımı ona verə bilərəmmi?

Cavab: Burada əsas olan həmin şəxsə zəkatın düşüb-düşməməsidir. Əgər zəkat verilən şəxsə zəkat düşürsə, yəni Qurani-Kərimdə (ət-Tövbə, 9/60) sadalanan zəkat veriləcək səkkiz sinifdən birinə daxildirsə, ona vermək olar. Artıq onun verilən pulu harada xərcləməsini zəkat verən şəxs araşdırmaq məcburiyyətində deyil, hətta araşdırması düzgün deyildir. Çünki zəkatın şərtlərindən biri də “təmlik”in gerçəkləşməsi, yəni verilən malın kasıbın mülkiyyətinə keçərək onu necə istəsə xərcləmək səlahiyyətinə qovuşmasıdır.

Ardını oxu...

 
 

Ülvi MƏMMƏDOV - Həyat Dəftərindən

LİMON KOLU

Vaxtı ilə hamilə bir qadın qonşusuna qonaq olur. Oturduqları otaqda budaqları meyvə ilə dolu limon kolu görür. Ürəyi limon istəsə də, utandığı üçün bunu qonşusuna deyə bilmir.

Qonşu mətbəxə keçən kimi yaxasından çıxartdığı iynə ilə limonlardan birini deşib suyunu yalayaraq arzusunu yerinə yetirir.

Ardını oxu...