127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2016 № 110 Yanvar

№ 110 Yanvar

Saleh ŞİRİNOV- Zəiflərin Hamisi

Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Zəif və yoxsullara diqqət edin! Çünki sizə yoxsullarınız sayəsində yardım edilir və ruzi verilir”. (Əbu Davud, Cihad 69)

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ - VERDİKLƏRİNƏ ŞÜKÜR

Hər nemətin Allahdan gəldiyini bilərək Onun verdikləri müqabilində qulun həmd etməsi sayılan şükür əslində geniş mənalar ifadə edir. Şükrün yolu əvvəlcə Rəbbimizin bizə vermiş olduğu nemətləri görməkdən keçir. Ona görə də sözə nemətlərdən başlamaq yerində olar. Uca Rəbbimiz Qurani-Kərimdə “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”, - buyuraraq (İbrahim, 33) bizi təchiz etdiyi nemətlərin çoxluğuna diqqət çəkir. Dünyaya insan olaraq gəlmək Yaradanın bizə bir lütfü olduğu kimi saysız-hesabsız nemətlərin əhatəsində yaşamağımız da Onun ayrı bir ikramıdır. İnsanı insan edən, kamillik zirvəsinə yüksəldən bu nemətləri görüb dərk etməsi və Rəbbini tanımasıdır. Bizə verilən nemətləri kateqoriyalara ayırmalı olsaq, maddi və mənəvi nemətlər başlığı altında cəmləşdirə bilərik.

Ardını oxu...

 
 

Fuad QULİYEV - Allah bizə borcludurmu?

Günlük həyatımızda qarşılaşdığımız ən bəsit məsələ və problemlərimizin həllində cüzi də olsa köməkliyini hiss etdiyimiz insanlara əlimizdən gəldiyincə onların bu nəzakətli hərəkətinə görə minnətdarlıq edər, bu yaxşılığı bəlkə də fərqli yer və zamanlarda başqa insanlarla da sevinc hissi ilə paylaşarıq. Bəlkə də gecə-gündüz həmin insanlar üçün dua edərik. Müəyyən xüsusiyyətlər var ki, bunlar fitrətdən gəlir, yəni insan qəlbində kiməsə qarşı xüsusi düşmənçilik, kin-küdurət olmadığı müddətcə gördüyü yaxşı davranışlara qarşı qeyri-ixtiyari olaraq təşəkkür mahiyyətli müsbət reaksiyalar verilir. Ən kiçik məsələlərdə belə Allahın yaratdığı insanlara minnət və təşəkkürü borc bildiyimiz halda ən xırdasından ən böyüyünə qədər bütün ehtiyaclarımızı əvəzsiz qarşılayan - kainatın yaradıcısına qarşı duruşumuz necədir? Lüzumsuz işlərə həddindən çox etina göstərərkən, şükür etdikcə nemətlərimizin daha da artacağını bildiyimiz halda, naqislik etməyimizin səbəbi nədir?!

Ardını oxu...

 
 

Aqil Əliyev - QURANDA ŞÜKÜR SƏHNƏLƏRİ

İslam alimləri şükrə belə bir tərif veriblər: Şükür hər nemətin Allahdan gəldiyini bilmək və dil ilə Uca Yaradanı həmd və tərif etməkdir. Eyni zamanda Allahın bəxş etdiyi nemətləri Onun halal buyurduğu yollarda istifadə etmək, Allah-Təalanın əmrlərini yerinə-yetirib, günahlardan çəkinmək və insanların haqq yola gəlməsi üçün çalışmaq, təbliğ-təşviq etmək də şükrün bir növüdür.

Şükür  neməti yox, bu neməti bəxş edəni görməkdir. Bu neməti verəni görmək də xeyirli əməllərlə mümkündür. Bu kimi əməllər qəlb, dil və digər orqanlarla ifa edilir. Qəlbin şükrüyaxşı əməllərə niyyət etməklə, dilin şükrüdaima həmd və şükür etməklə, orqanların şükrü isə onları halal və doğru yollarda istifadə etməklə olur.

Ardını oxu...

 
 

Rufət Şirinov- TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!

Bütün dinlərdə olduğu kimi, İslam dinində də özünəməxsus dəyərlər vardır. Bu dəyərlər eyni zamanda müqəddəs qəbul edilir. İslam dinində “vətən” və “şəhidlik” məfhumları əvəzolunmaz müqəddəslərdəndir. Hər iki dəyərlə əlaqəliolaraq, əhəmiyyətinə əsasən, bir çox əsərlər qələmə alınmış və müxtəlif məqalələr yazılmışdır. Biz də dini və milli dəyərlərdən çox, qlobal kapitalist əsasların hökm sürdüyü bu dövrdə əslə dönüş və yaxud əslinə sadiq qalmaq adına  vətən sevgisi və uğrunda canından keçmək barəsində bir neçə kəlam etmək istərdik.

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV - FƏXRİMİZ ŞƏHİDLƏRİMİZ...

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də azadlığa susamış bir xalq üçün kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Ardını oxu...

 
 

Müşfiq Xəlilli - Həmd və Şükür

Uca Allaha həmd etmək, Onu üstün sifətlərindən ötəri tərifləməkdir. Həmd, şükürdən daha ümumidir. Şükür, ancaq nemət qarşılığında edilir. Buna görə, hər şükür eyni zamanda bir həmd sayılır.Yəni həmd, Allah-Təlanı istər verdiyi nemətlərindən ötəri, istərsə də digər bütün kamil sifətlərindən ötəri tərifləməkdir. Şükür isə, yalnız verdiyi nemətlər səbəbindən tərifləmək, minnətdarlığını ifadə etmək deməkdir. 

Allah-Təalaya qarşı göstərilən təzim, sevgi və minnətdarlığı həmd qədər gözəl ifadə edən başqa bir söz yoxdur. Çünki “əl-Həmdu lilləh” deyən mömin hər cür  alqışın Allaha məxsus olduğunu bildirir.

Ardını oxu...

 
 

MÜSAHİBƏ - Şəhid ailələri

Elxan Allahverdiyev (şəhid İlham Allahverdiyevin  böyük qardaşı)

İrfan: Qardaşınızı bir xarakter olaraq necə anladardınız?

Elxan Allahverdiyev: İlham Ağdamda böyüyüb, atamın anasının yanında. Buna görə də tez-tez gedib nənəmizə baş çəkərdi. Bu hadisələrdən əvvəl, hələ 1988-ci ildə hadisələr olanda, səhv eləmirəmsə Əskəran tərəfdə, ermənilərə qarşı etirazlar başlamışdı. O ərəfədə İlham Ağdamda idi. Ağdam camaatı ermənilərin xalqımıza yönəlik elədikləri hərəkətlərə etiraz olaraq Əskərana tərəf yürüş eləmişdi. Hətta iki iştirakçı şəhid oldu, Əli və Bəxtiyar. O ilk şəhidlərimiz vurulanda İlham da onların içində idi. Bu hadisədən sonra İlham özünə yer tapa bilmirdi. O, həqiqi bir vətənpərvər idi. Hətta sizə daha maraqlı bir şey deyim, Naxçıvanda, Arazın o tayı ilə bu tayını ayıran dəmir məftillər var idi. Xalqımız o sərhəddi sökəndə İlham da orada idi. Naxçıvana İlqar adlı dostu var idi. Toy səbəbiləmi, yoxsa başqa bir səbəbləmi oraya getmişdi. Bu taleyin qismətidir. Oradan qayıdanda o tikanlı məftillərdənbir bu qədər (bir qarşdan bir az çox) hissəsini də kəsib özü ilə gətirmişdi.

Ardını oxu...

 
 

Ramiz Məmmədov - CÜTLÜK MÖCÜZƏSİ

“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz onlara həm kainatda, həm də onların özlərində olan dəlillərimizi mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?”  (Əl-Fussilət, 53)

Kainatda var olan hər şeyin, canlı-cansız bütün məxluqatın cüt olaraq yaradılması barəsində Qurani-Kərimin müxtəlif ayələrində belə buyurulmaqdadır:

“Biz hər şeydən cütlər yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız”. (əz-Zəriyət 49) 

Ardını oxu...

 
 

Saleh Şirinov - Halal Qazanc

Dinimiz İslamın fərd və cəmiyyət halında yaşayan insanın xeyrinə gətirdiyi bəzi öhdəliklər vardır. Bu öhdəliklərin, vəzifələrin ən əhəmiyyətlilərindən biri də bir müsəlmanın özünün və ailəsinin dolanışığını/nəfəqəsini təmin etmək üçün qazancının halal yollardan olmasına əhəmiyyət verməsidir. Hər mövzuda olduğu kimi, dinimiz halal qazancın yolunu da bizə göstərir. Çünki şəriətimizin ən önəmli mövzularından biridir “halal qazanc” mövzusu. Uca Yaradanımız Allah-Təala bizdən əvvəlki ümmətlərə əmr etdiyi kimi, ruzimizi halal yolla qazanmağı və qazancımıza haram qatmamağı bizə də əmr etmişdir. Yəni Allah-Təala halal qazanc əmrini təkcə İslam şəriəti üçün deyil, tarixən mövcud olmuş bütün şəriətlər və ümmətlər üçün keçərli saymışdır. Bu haqda Qurani-Kərimdə Muminun surəsinin 51-ci ayəsində belə buyurulur: “Ey peyğəmbərlər, təmiz və halal olan şeylərdən yeyin və saleh əməllər işləyin”.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - NƏSİL TƏLAŞI

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

“Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!

Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs (möminlə eynidirmi?) Zalımlara: Qazandığınızı dadın!– deyilər”. (əz-Zümər 23,24)

Ardını oxu...

 
 

Dr. Abbas QURBANOV - Dünyanın Mərkəzinə Səyahət (-3-)

Bütün zəvvarlar kimi, mən də Mədineyi-Münəvvərədə sadəcə üç gün qalacağımı düşünərək hər saatı, hətta hər anı daha da yadda qalıcı keçirməyə çalışırdım. Çünki, sadəcə bir Allah bilir, o müqəddəs yerlərə bir daha nə vaxt gedə biləcəyəm? Hər gün, sadəcə yatmaq və yemək üçün ayrılan bir neçə saatı çıxmaqla, Məscidi-Nəbidə olmağa çalışdıq. Qısa zaman içində Məscidi-Nəbinin hər halını və hər yerini ağlıma həkk etmək üçün hər tərəfini addım-addım gəzməyə çalışdım.

Ardını oxu...

 
 

Ələddin SULTANOV - Bir ayə

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقَيرًا فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“Ey iman gətirənlər!Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, ədaləti ayaqda tutan və Allah üçün şahidlik edən kimsələr olun!(Şahidlik etdiyiniz kimsələr)istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də(sizdən) daha yaxındır.Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) büksəniz, yaxud (şahidlikdən) boyun qaçırsanız(bilin ki), həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!”[1]

Ardını oxu...

 
 

Səfa MURADOV - Bir Hədis

 

عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا}

            Ənəs b. Malikdən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah-Təala yemək yedikdən və su içdikdən sonra Ona şükür edən qulundan razı qalar”.(Müslim, Zikr, 24; Tirmizi, Ətimə, 18)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (6)

Xalid Bağdadi həzrətləri buyurur:

“…Allah-Təaladan bizim və sizin üçün istiqamətinin davamını istəyirik. İstiqamət səbəblərini əldə etmək üçün var gücünüzlə çalışın. Çünki istiqamət minlərlə kəramətdən daha faydalıdır...”[1]

Sanki könüllərdə şok təsiri yaradan kəramətlər Allah-Təalanın bəzi qullarına verdiyi müstəsna hallardır. Lakin əhlullah həzrətləri maddi aləmdə təzahür edən kəramətləri -təkəbbür və lovğalıq təlaşı ilə- özlərindən bilməkdən qorxmuşlar. Kəramətin izhar edilməsini “heyzi-rical” ifadəsi ilə mütləq gizlənməli olan məhrəm bir sirr olaraq qəbul etmişlər.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - İMAN İLƏ ƏMƏL ARASINDAKI ƏLAQƏ

İman və imanının yön verdiyi əməllər mövzusu ilk baxışda kəlmə etibarilə bəsit bir mövzu kimi görünsə də, tarix boyu bir çox dərin fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. İslam alimlərinin əksəriyyətinə görə əməl imandan bir hissə deyildir. Qəlbi ilə təsdiq edib, imanını dili ilə ifadə edən, ancaq əməllərdən birini və ya bir neçəsini tərk edən şəxs günahkar mömindir. Allah istərsə onu bağışlayar, istərsə də əzab edər. Ancaq imanı təsdiqinə görə sonunda cənnətə girər.

Ardını oxu...

 
 

MÜSAHİBƏI-Fahri SARRAFOĞLU

QƏLBİN HÜZUR VƏ RAHATLIQ TAPMASI ŞƏRTDİR

Fahri Sarrafoğlu kimdir?

Jurnalist, yazar, fərdi inkişaf mütəxəssisi

1966-cı ildə Aksarayda dünyaya göz açan Sarrafoğlu orta məktəbi həmin şəhərdə bitirdi. Ankara Universiteti İletişim Fakültəsi Jurnalistika vəİctimaiyyətlə Əlaqələr Bölümündən məzun oldu. Bir il Londonda ingilis dili təhsili aldı. Sonra Anadolu Universitetinin İlahiyyat Fakültəsini bitirdi və “Din Psixologiyası” sahəsində çalışmalara başladı. Bir çox psixologiya təlimlərində iştirak edərək Psixoloqlar və Psixiatrlar Dərnəyinin sertifikatını aldı.

Ardını oxu...

 
 

Saleh Zeki MERİÇ - SOSİAL MEDİA SOVRULANLAR

Uzun-uzadı fikirləşdim. Yazacağım hər kəlmə klassik olmaqdan uzaq olmalıdır. Nə də olsa, sosial media ilə əlaqəli bir yazı qələmə almağı düşünürəm. Təriflərə, ağır məfhumlara, uzun cümlələrə ehtiyac yoxdur. Çünki sosial medianın dili - hərflərdən, işarələrdən, rümuzlardan meydana gəlir. Gənc nəsil o qədər sürətli yaşayır və danışacaq o qədər çox şeyi var ki, rümuzlarla, hərflərlə və ya bəzi şəkillərlə istəyini başa salır, duyğularını ifadə edir. Vəziyyət belə olanda bizim yeni nəsillə ortaq bir dil formalaşdırmağımız və özümüzü anlada biləcəyimiz yeni bir dil tapmağımız lazımdır.

Ardını oxu...

 
 

İRFANDAN - Professor Əziz SANCAR

Elm sahəsində Türk-İslam dühası

Kimya üzrə Nobel mükafatına layiq görülən Türkiyəli alim

Professor Əziz Sancar

Türkiyənin Mardin şəhərinə bağlı Savur qəsəbəsində, 1946-cı ildə, orta gəlirli bir əkinçi ailəsində dünyaya gələn Əziz Sancar ailəsinin səkkiz uşağından yeddincisi idi. Özünün dediyinə görə, ata-anası oxumaq-yazmaq bilmirdilər. Amma təhsilin, oxumağın nə qədər vacib olduğunu bilirdilər. Buna görə də uşaqlarının yaxşı təhsil almaları üçün əllərindən gələni etdilər.

Ardını oxu...

 
 

Adəm Şahin - ÜÇ PRİNSİP

“Can Azərbaycan”dan bir dost, yazdığı mesajda: “Müəllim, mənə həyatınızda tətbiq etdiyiniz üç qaydanı deyə bilərsinizmi?”, - deyə xahiş edir. “Əlbəttə, hər kəs üçün bu fərqlidir, bunu bilirəm”, - deyərək cavabdan qaçış yolunu da bağlayır.

Cavab üçün fikrimi cəmləşdirmədən əvvəl “Belə bir sualı niyə soruşdu ki?” sualının cavabını axtarıram. İnsanlar qarşısındakını dinləyirmiş kimi görünsə də, əslində, nə danışacağının hazırlığını edərmiş. Mən isə nə danışacağımın hazırlığını eləmədən “sualın soruşulma səbəbi-hikmətini axtarıram. Birinci ehtimal budur ki, anket hazırlayır. Aldığı cavablardan yola çıxaraq bir yazı yazacaq. İkinci ehtimal; vaxtilə bir yerdə işlədiyimiz üçün prinsiplərim maraq doğurub. Üçüncü ehtimal isə, həyatında qarışıq və bulanıq bir dövr keçirir. Bir ümid işığı ilham verə bilər deyə, digər insanların prinsipləri ilə maraqlanır.

Ardını oxu...

 
 

Əziz Sultanov -“Məsum Yalan”

Millimetrlərlə ölçülən göz bəbəklərimizlə bu ucsuz-bucaqsız kainatın gözəlliyini seyr eləməyə davam edirik. Bu müşahidəmiz nəticəsində gördüyümüzün qiymətini nə qədər dərk etdiyimizi elə müşahidə olunan ilə müşahidə vasitəmiz arasındakı müqayisəediləbilməyəcək dərin fərqdən təxmin edə bilərik. Bəzən gözümüzə düşən elə dəyərsiz şeylər olur ki, bütün dünyanı ondan ibarət zənn edərək aldana bilirik. Gözəl bir mənzərəni, ucsuz-bucaqsız çölləri seyr etməkdə ikən gözümüzün qabağını kəsən bir yarpaq kimi... Başımızı qaldırıb səmaya baxanda göy rəngin içində süzən ağ buludları görüb həzz alırıq. Əslində isə nə səma göy rəngdədir, nə də buludlar ağ... Mavi dənizə baxıb ruhumuzun dincəldiyini hiss edirik. Amma nə suyu mavidir, nə də dəniz məsum və şirin... Gecənin qaranlığında işıldayan səmaya baxıb heyran qalırıq. Halbuki nə ay gördüyümüz rəngdədir, nə də ulduzlar gördüyümüz yerdə... Allahın yoxdan var etdiyini inkar edənlər bəlkə bunu düşünmürlər, amma heç olmayanı bizə hər an var edərək göstərən Allahı görə bilmək üçün daha nə lazımdır?

Ardını oxu...

 
 

Rahim HƏSƏNOV - Elmə Yiyələnərkən Təkəbbürlü Olmaq

Təkəbbürdən bəhs etmədən əvvəl bu sözün lüğət mənası ilə tanış olmaq mövzunun daha yaxşı anlaşılması üçün faydalı olar.Kibir göstərmək - kibirlənmək, özünü başqasına qarşı üstün görmək, inad edib haqqı qəbul etməməkdir.Təkəbbür ərəbcə bir sözdür və "kə-bə-ra" kökündən gəlməkdədir. Bu kök “kə-bi-ra” və ya“kə-bu-ra” olaraq da oxunur. Təkəbbür, bu kökdən törəyən "təkəbbərə" felinin məsdəridir.Təkəbbürün ziddi, təvazödür. O da, böyüklənməmək, alçaq könüllü və sadə olmaq deməkdir. Təkəbbür, "istikbar" ilə eyni mənanı ifadə edir.Quranın müxtəlif yerlərində Uca Allah təkəbbürü qınamış, özlərini başqalarından üstün qəbul edib, başqasını xor və alçaq görən kəsləri tənqid etmiş və bu cür davranışların doğru olmadığını bildirmişdir:

Ardını oxu...

 
 

Alpay Əhməd - Halal və Haram Nəmər

Nifrət, nifrət, yenə də nifrət... Bir həftəyə yaxındır ərli-arvadlı evdə od püskürürdülər. MüdirləriNiyaz müəllim kafedranın bütün müəllimlərinə bir-bir demişdi ki, ayın on ikisi altmış beş yaşını “Günəşli Şəhər” şadlıq sarayının banket zalında keçirəcək, hamınız dəvətlisiz. Təbii ki, müəllimlər üzünə: ”O nə sözdü, Niyaz müəllim, elə şey olar, sizin şad gününüzə gəlməyək?” – desələr də, ürəklərində dalınca döşəmişdilər: “Ay insafsız, altmış yaşını restoranda keçirdin, gəldik pulunu saldıq, iki-üç min də qabağa düşdün. Çox məcburdu, altmış beşi də keçirəsən?” Öz aralarında isə artıq yer pulu məsələsini müzakirə etməyə başlamışdılar: Görən, otuz manatdan aşağı olar, yoxsa yuxarı? Axırda, biri şadlıq sarayına zəng edib, öyrənmişdi ki, menyudan asılı olaraq yerin biri iyirmi beş-otuz beş manat arasında dəyişir. “Aydındır, deməli, aşağısı əlli manat salmaq lazımdır,” – müəllimlərdən biri köks ötürüb demişdi.

Ardını oxu...

 
 

Anar QURBANOV - Sual Cavab

Maşın alış-verişində barter üsulu ilə, maşınları başa-baş və ya üstündə bir miqdar pul verərək dəyişmək faizə girərmi?

Cavab: Bu sualın cavabını vermək üçün İslam dinindəki riba, yəni faiz anlayışını və bununla bağlı qadağaları izah etmək lazımdır. Fiqh terminologiyasında faiz “pul və standart (misli) malların bir-biri ilə dəyişdirilməsində tərəflərdən biri üçün şərt qoşulan əvəzsiz əlavə”ni ifadə edir. Hz. Peyğəmbər (s.ə.s) faizin cərəyan etdiyi malları müxtəlif hədislərində bir-bir sadalamışdır. Ancaq sözügedən mallardakı faizin illətində, yəni səbəbində ixtilaf edilmişdir:

Ardını oxu...